Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11107/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın dəyişdirilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın dəyişdirilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin S00271131VİJ nömrəli göndərişi əsasında xx.xx.2025-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının xx.xx.2025-ci il tarixli müayinəsinə dair məlumata əsasən iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicələr yetərli deyil, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla Piylənmə İİ dərəcə. Autoimmun tireoidit, Dəqiqləşdirilməmiş hiperlipidemiya, Hiperlipidemiya Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik neyropatiya. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona əlilliyin təyin edilməsindən imtina barədə 6.05.2025-ci il tarixli qərarının ləğv edilməsi və 6.05.2025-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, 2009-cu ildən etibarən şəkərsiz diabet (diabetes insipidus) diaqnozu ilə yaşayır. Bu, mərkəzi sinir sistemində - hipotalamus və hipofiz bölgəsində yaranan hormonal pozuntu nəticəsində antidiuretik hormon (vazopressin) çatışmazlığı ilə müşayiət olunan və müasir tibbdə sağalmayan xəstəlik kimi tanınan endokrin pozuntudur. Bu xəstəlik yalnız statistik bir diaqnoz deyil, mənim gündəlik həyatıma və əmək qabiliyyətimə ağır mənfi təsir göstərən daimi və funksional məhdudiyyət yaradan bir haldır. Şəkərsiz diabetin klinik xüsusiyyətləri aşağıdakılardır: gün ərzində 5-15 litrə qədər sidik ifrazı; yuxusuzluq, susuzluq hissi, hipernatremiya, ürəkbulanma, başgicəllənmə; elektrolit balansının pozulması, diqqət və yaddaş pozğunluğu; böyrəklərdə və ürək-damar sistemində fəsadlar. Bütün bu ağırlaşmalar Desmopressin preparatının gündəlik qəbul edilməsi ilə qismən nəzarətdə saxlanıla bilər. Bu dərman həyati vacib olmaqla yanaşı, təmin olunmadığı halda ölümcül vəziyyətə gətirib çıxara bilər. Uzun illər ərzində bu dərmanı dövlət təminatı ilə pulsuz əldə etdiyindən, əlillik üçün müraciət etməmişdir. Lakin, 2025-ci ildən etibarən Desmopressin yalnız əlillik statusu olan şəxslərə verildiyi üçün (aidiyyəti qurumlar tərəfindən mənə belə məlumat verilmişdir), bu statusun alınması məqsədi ilə müraciət etsə də, əsassız olaraq imtina cavabı almışdır. İmtina qərarında qeyd edilir ki, guya “əlavə müalicəyə ehtiyacı var”. Bu ifadə həm tibbi, həm hüquqi baxımdan əsassızdır, çünki şəkərsiz diabet müalicə ilə sağalan xəstəlik deyil və “əlavə müalicə” anlayışı burada məntiqsiz və faktiki əsası olmayan yanaşmadır. Belə ki, yuxarıda qeyd olunan kimi, şəkərsiz diabet - endokrin sistemin nadir, lakin ciddi pozuntusu olub, orqanizmin su-duz balansına təsir göstərir. Bu xəstəlik, adından da göründüyü kimi, şəkərli diabetdən fərqli olaraq, qan şəkəri ilə əlaqəli deyil. Onun əsas əlaməti orqanizmin lazımi qədər suyu saxlaya bilməməsi, bu səbəbdən çoxlu miqdarda sidik ifrazı (poliuriya) və artmış susuzluq hissidir (polidipsiya). Bu xəstəliyin kökündən müalicəsi yoxdur, yalnız simptomatik və həyat keyfiyyətini qoruyucu müalicə tədbirləri tətbiq edilir. Bu baxımdan şəkərsiz diabetin insanın həyat fəaliyyətinə təsiri, əlillik təyinatı və sosial müdafiə mexanizmləri baxımından hüquqi müzakirəyə də ehtiyac duyulur. Şəkərsiz diabetin əsas dörd forması tanınır: -Mərkəzi (neurogen) şəkərsiz diabet - hipotalamus və ya hipofiz vəzinin zədələnməsi nəticəsində antidiuretik hormon (ADH - vazopressin) ifrazının azalması və ya olmaması. -Nefrogen şəkərsiz diabet - böyrəklərin ADH hormonuna cavab verə bilməməsi. -Dipsogen şəkərsiz diabet - susuzluq mərkəzinin pozulması ilə yaranır. - Gestasion şəkərsiz diabet - hamiləlik dövründə baş verir və plasenta fermentlərinin ADH-ni inaktivləşdirməsi nəticəsində yaranır. Hazırda şəkərsiz diabetin etioloji müalicəsi yoxdur. Mövcud dərman preparatları yalnız simptomatik yüngülləşmə və həyat keyfiyyətinin qismən saxlanması məqsədi daşıyır. Xəstəlik tam remissiyaya keçmir və davamlı tibbi nəzarət tələb edir. Bu hal Azərbaycan Respublikasının "Əlilliyin təyin olunması meyarları haqqında Əsasnamə"yə uyğun olaraq xroniki, davamlı və funksional pozuntuya səbəb olan xəstəlik kimi qiymətləndirilir. Xroniki, sağalmaz və orqanizmin funksional imkanlarını davamlı məhdudlaşdıran xəstəliklər isə əlillik təyinatı üçün əsasdır. Şəkərsiz diabetin yaratdığı daimi poliuriya, susuzluq, gündəlik fəaliyyətlərə təsir edən halsızlıq, yuxusuzluq, elektrolit pozğunluğu, diqqət dağınıqlığı və bəzən hətta depressiya, bu xəstəliyin insanın həyat keyfiyyətinə ciddi mənfi təsir göstərdiyini sübut edir. Əlillik dərəcəsinin müəyyən edilməsi zamanı formal yanaşmalar - məsələn, əlavə müalicəyə ehtiyacın olması və ya sənədlərin yetərsizliyi - şəkərsiz diabetin təbiətinə uyğun gəlmir. Əgər xəstəlik sağalmazdırsa və müalicə yalnız simptomlara nəzarət xarakteri daşıyırsa, “əlavə müalicə almaq imkanı” anlayışı burada hüquqi arqument ola bilməz. Belə hallarda tətbiq olunan formal, şablon cavablar - "əlavə müalicəyə ehtiyac var" və ya "dərmanla vəziyyət sabitdir" hüquqi mahiyyət baxımından fərdin reallıqda qarşılaşdığı çətinliklərə göz yummadır. Əgər şəxs gündəlik dərman qəbul etməsə yaşaya bilmir, onun vəziyyəti sağalmazdır, əlavə müalicə faktiki olaraq yoxdur, həkimlərlə birbaşa təmas olmadan, yalnız sənədlərlə qərar verilir - bu zaman onun əlillikdən məhrum edilməsi obyektivlik, ədalət və insan hüquqları prinsiplərinə zidd olur. Hazırkı iş üzrə əldə olan sənədlərlə deyil, şəxsən əyani müayinədən keçirilməklə qiymətləndirilmə tələb olunsa da, bu hüququ təmin olunmamış və imtina yalnız sənədlər əsasında, qeyri-obyektiv şəkildə verilmişdir. Ona ilkin olaraq “imtina” ilə bağlı sms gəldikdən sonra, əyani müayinə olunmaq üçün müraciət etmiş və əyani müayinə üçün aidiyyəti quruma dəvət edilmişdir. Lakin, dəvət edildiyi təqdirdə hər hansı formada əyani müayinə olunmamaqla yanaşı, məndən xəstəlik ilə əlaqədar sənədlər tələb edildi və artıq imtina barədə qərarın qəbul edildiyi bildirilmişdir. O, iki dəfə - xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə aidiyyəti qurumda olsa da (*xx.xx.2025-ci il tarixdə əlavə sənədlər tələb edildi və onları xx.xx.2025-ci il tarixdə quruma çatdırmışdır), imtina elə ilkin xx.xx.2025-ci il tarixdən verilmişdir. Şəkərsiz diabet mənim əmək qabiliyyətimə (gündəlik fəaliyyətin təşkili); sosial adaptasiya imkanlarıma (mühitə uyğunlaşma, yuxusuzluq və gərginlik fonunda psixoloji narahatlıqlar); sağlamlıq vəziyyətimə (elektrolit pozuntuları, dehidratasiya və nəticə fəsadlar) dərin təsir göstərdiyi üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələri ilə əhatə olunan hallara tam uyğun gəlir. Həmin maddələrə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır; əlilliyi olan şəxs isə - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Dövlətin əlillik meyarları da xəstəliyin yalnız sağalan və ya sağalmayan xarakteri deyil, həm də funksional məhdudiyyətləri nəzərə almağı tələb edir. Əyani müayinənin nəticəsində qəbul edilməli olan qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə Mərkəzi xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla, Piylənmə İİ dərəcə. Autoimmun tireoidit, Dəqiqləşdirilməmiş hiperlipidemiya, Hiperlipidemiya, Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik neyropatiya. Bənd XBT kodu Meyar OFP faizi - meyar üzrə OFP faizi amillər üzrə OFP faizi - manual OFP faizi - yekun OFP müddəti Əlillik səbəbi 11.4.10.1. E66 - Yanaşı xəstəliklər 11.Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>Piylənmə və izafi qidalanmanın digər nəticələri=>Piylənmə=>orqanizmin sistem və orqanlarının mülayim pozuntusu=> 35 - 60 50 60 60 2 il Ümumi xəstəlik iddiaçının (FİN:xxxxxxx) müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaşın qanuni himayədarı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı xx.xx.2025-ci il tarixində iddiaçının əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbisosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, iddiaçıya dair Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən rəsmiləşdirilmiş S00271131VİJ nömrəli “Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip. Autoimmun tireoidit. Piylənmə İİ dərəcə. Diabetik neyropatiya. Hiperlipidemiya” diaqnozlu göndəriş xx.xx.2025-ci il tarixində DTSERA tərəfindən qiymətləndirilmiş, nəticədə Əlavə müalicəyə ehtiyacın olması kimi qiymətləndirilmişdir. Qərardan narazı olan vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmişdir. Müayinə əsasında xəstəyə dair rəsmiləşdirilmış göndərişdə qeyd olunmuş diaqnozlar araşdırılmış, həmçinin hazırkı vəziyyəti qiymətləndirilməsi üçün müayinələr aparılmışdır. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı vətəndaşın şikayəti halsızlıq, zəiflik, yuxu pozğunluğu, müalicə fonunda yaranan şişkinlik, daimi dərmanlardan asılılıq, bədən mayesinin itirilməsindən olmuşdur. Anamnestik məlumatlarda 2009-cu ildən Şəkərsiz diabet xəstəliyindən əziyyət çəkdiyini, daha sonradan şəkərli diabet xəstəliyinin aşkarlandığı, qəbul etdiyi preparatlardan qavus-med, desmopressini bildirmişdir. Təqdim olunmuş AR SN X5 xx.xx.2025-xx.xx.2025-ci il tarixli T123 nömrəli Çıxarışında diaqnoz “Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip. Autoimmun tireoidit. Piylənmə İİ dərəcə. Diabetik neyropatiya. Hiperlipidemiya” kimi müəyyənləşdirilmişdir. Həmin tibb mərkəzinin xx.xx.2025-ci il tarixli Baş beyin və hipofiz vəzin MRT müayinəsinin nəticəsi “Hipofiz vəzin vertikal ölçüsü 4 mm, yan ölçüsü 11 mm təşkil edir. Hipofiz vəzdə mikro və ya makroadenomaya aid görüntü qeyd edilmədi. Sol təpə payda 2 mm ölçüsündə qliotik ocaq qeyd edilir” kimi qeyd edilmişdir. Kəpəz Hospitalının xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda aşağı ətraflarda zəif tipli Nevral tipli pozuntu qeyd olunur” kimi müəyyələşdirilmiş, lakin əlillik təyinatına əsas verməmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da vətəndaşa transtorakal EXO-KQ müyinəsi aparılmış, nəticə “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF= 58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında 4 mm genişlənməsi izlənilir (perikardial maye minimal).. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ, min TÇ” kimi müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da qanın biokimyəvi müayinəsinin nəticəsi “Qanda kreatinin-84 mkmol/L” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq 11.4.10.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizm funksiyalarının 60% pozulması qərarı qəbul edilsin. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11107/2025 nömrəli qərardadına əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, iddiaçıya xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir (əlillik meyarı 11.4.10.1.). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3 iyul 2025-ci il tarixli 3-17-4/3-1-19253/2025 nömrəli qərarına əsasən xx.xx.2025-ci il tarixində iddiaçının əyani müayinəsi aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbisosial ekspertizası həyata keçirilmişdir. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, iddiaçıya dair Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən rəsmiləşdirilmiş S00271131VİJ nömrəli “Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip. Autoimmun tireoidit. Piylənmə İİ dərəcə. Diabetik neyropatiya. Hiperlipidemiya” diaqnozlu göndəriş xx.xx.2025-ci il tarixində DTSERA tərəfindən qiymətləndirilmiş, nəticədə Əlavə müalicəyə ehtiyacın olması kimi qiymətləndirilmişdir. Qərardan narazı olan vətəndaş əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmişdir. Müayinə əsasında xəstəyə dair rəsmiləşdirilmış göndərişdə qeyd olunmuş diaqnozlar araşdırılmış, həmçinin hazırkı vəziyyəti qiymətləndirilməsi üçün müayinələr aparılmışdır. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı vətəndaşın şikayəti halsızlıq, zəiflik, yuxu pozğunluğu, müalicə fonunda yaranan şişkinlik, daimi dərmanlardan asılılıq, bədən mayesinin itirilməsindən olmuşdur. Anamnestik məlumatlarda 2009-cu ildən Şəkərsiz diabet xəstəliyindən əziyyət çəkdiyini, daha sonradan şəkərli diabet xəstəliyinin aşkarlandığı, qəbul etdiyi preparatlardan qavus-med, desmopressini bildirmişdir. Təqdim olunmuş AR SN X5 xx.xx.2025-xx.xx.2025-ci il tarixli T123 nömrəli Çıxarışında diaqnoz “Şəkərsiz diabet. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip. Autoimmun tireoidit. Piylənmə İİ dərəcə. Diabetik neyropatiya. Hiperlipidemiya” kimi müəyyənləşdirilmişdir. Həmin tibb mərkəzinin xx.xx.2025-ci il tarixli Baş beyin və hipofiz vəzin MRT müayinəsinin nəticəsi “Hipofiz vəzin vertikal ölçüsü 4 mm, yan ölçüsü 11 mm təşkil edir. Hipofiz vəzdə mikro və ya makroadenomaya aid görüntü qeyd edilmədi. Sol təpə payda 2 mm ölçüsündə qliotik ocaq qeyd edilir’ kimi qeyd edilmişdir. Kəpəz Hospitalının xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda aşağı ətraflarda zəif tipli Nevral tipli pozuntu qeyd olunur’ kimi müəyyələşdirilmiş, lakin əlillik təyinatına əsas verməmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da vətəndaşa transtorakal EXO-KQ müyinəsi aparılmış, nəticə “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF= 58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında 4 mm genişlənməsi izlənilir (perikardial maye minimal).. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ, min TÇ” kimi müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da qanın biokimyəvi müayinəsinin nəticəsi “Qanda kreatinin-84 mkmol/L” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədlərinə əsasən, vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq 11.4.10.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizm funksiyalarının 60% pozulması qərarı qəbul edilsin. İddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş xxxxxxx0002 nömrəli, xx.xx.2025-ci il tarixli (Sistemə daxil edilmə tarixi - xx.xx.2025) Qərarın dəyişdirilməsi və ona xx.xx.2025-ci il tarixdən müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunaraq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçı ona əlillik təyin edilməsi barədə qərarda əlilliyin müddətsiz təyin edilməsini tələbini irəli sürür ki, bu inzibati aktın dəyişdirilməsi ilə bağlı mübahisələndirmə haqqında iddiadır. İddianın növünün mübahisələndirmə haqqında iddia olması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən icmal məktubunda da qeyd edilmişdir. Belə ki, icmal məktubuna əsasən “əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir (bənd 60-62)” İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Belə ki, iddiaçıya əlillik məhkəmə icraatı dövründə təyin edilmiş və iddiaçı dəqiləşmə verərək ona təyin edilmiş əlilliyin müddətsix təyin edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materiallarından müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin S00271131VİJ nömrəli göndərişi əsasında xx.xx.2025-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı dövründə Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, iddiaçıya xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 2 il müddətinə (xx.xx.2027-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı tələbinə dəqiqləşmə verərək ona təyin edilmiş əlilliyin müddətsiz əlillik kimi müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
4. Əlilliyin müddətləri 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4-cü bəndində əlilliyin müddətsiz təyin edildiyi hallar göstərilmişdir. Lakin bundan əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda bəzi diaqnozlar vardır ki, qeyd edilən diaqnozlarda Qaydaların 4-cü bəndinə aid olmayan halalrda da, bəzi xəstəliklərin müddət məhdudiyyəti tədbiq edilmədən şəxsə ilkin təyinat aparıldığı halda da, müddətsiz əlillik təyin edilməsi təsbit edilmişdir. Bu, həmin xəstəlilklərin sağalmasının (reabilitasiyasının) mümkün olmaması səbəbindəndir ki, həmin xəstəliklərlə bağlı əlilliyin müddətli təyin edilməsinə, başqa sözlə əlililik təyin edilən şəxsin müyyən müddətdən sonra təkrar müayinədən keçməsinə zərurət olmaması ilə bağlıdır. Bunun üçün də iddiaçıya əlillik təyinatı aparılan zaman təyin edilmiş diaqnozla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda həmin diaqozun qiymətləndirmə bəndlərinə nəərə yetirilməsu, təyin edilən diaqnozun OFP faizi və müddəti araşdırılmalıdır. İddiaçı barəsində rəsmiləşdirilmiş S00271131VİJ nömrəli Forma 88 arayışından müəyyən edilir ki, iddiaçıda “Əsas diaqnoz E23.2 Şəkərsiz diabet, Şəkərsiz diabet. Yanaşı xəstəliklər E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla Yanaşı xəstəliklər E06.3 Autoimmun tireoidit, Autoimmun tireoidit Yanaşı xəstəliklər E66 Piylənmə, Piylənmə İİ dərəcə. Yanaşı xəstəliklər E78.5 Dəqiqləşdirilməmiş hiperlipidemiya, Hiperlipidemiya Yanaşı xəstəliklər G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik neyropatiya Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İİ m” qeyd edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərara əsasən iddiaçıya təyin edilmiş əlillik dərəcəsi Əlillik səbəbi 11.4.10.1. E66 - Yanaşı xəstəliklər 11.Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları=>Piylənmə və izafi qidalanmanın digər nəticələri=>Piylənmə=>orqanizmin sistem və orqanlarının mülayim pozuntusu=> qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ekspertlərinə tapşırılmışdır. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. iddiaçının barəsində Bakı Baş Səhiyyə İdarəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli, **********VİJ nömrəli göndərişdə olan Əsas diqanoz (E23.2. Şəkərsiz diabet) və yanaşı xəstəliklər (E11.7. İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla, E06.3 Autolmmun tireoidit, E66 – Piylənmə İİ dərəcə, E 78.5 – dəqiləşdirilməmiş hiperlipidemiya, G63.2 – Diabetik Polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), İ10 – Essential (birincili) hipertenziya, Arterial hipertenziya İİ mərhələ) iddiaçıda hazırda da müşahidə edilirmi?
2. Həmin xəstəliklər iddiaçıda müşahidə edildiyi təqdirdə onun xəstəlikləri aşağıdakılardan hansına uyğun gəlir?: 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 11.4.5. şəkərsiz diabet - nefrogen qeyri-şəkərli diabet, müalicəyə rezistent olduğu üçün davamlı dekompensasiya ilə 11.2.1. insulindən asılı olmayan şəkərli diabet 11.2.2.1. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması 11.4.10. Piylənmə və artıq qidalanmanın digər növləri 11.4.10.1. orqanizmin sistem və orqanlarının mülayim pozuntusu 11.4.10.2. orqanizmin sistem və orqanlarının təzahür edən pozuntusu 11.4.10.3. orqanizmin sistem və orqanlarının əhəmiyyətli təzahür edən pozuntusu Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, T 815/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına “Bakı Baş Səhiyyə Mərkəzi" tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, S00271 13 1VİJ saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: E23.2-şəkərsiz diabet. Yanaşı xəstəliklər: E1 1.7-insulindən asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla, E06.3-autoimmun trieoidit, E66-piylənmə İİ dərəcə, E78.5-dəqiqləşdirilməmiş hiperlipidemiya, G63.2-diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik neyropatiya, İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ m” diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Əsas diaqnoz xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmış və xəstəliklərə hazırda da rast gəlinir. Qeyd edilən diaqnozla əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 11.4.10.1 bəndinə müvafiq olaraq xx.xx.2025-ci il tarixindən ümumi xəstəlik səbəbindən 2 il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması qərarı ilə İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir Məhkəmə qeyd edir ki, İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
11.4.10. Piylənmə və artıq qidalanmanın digər E65-E68 növləri Qeyd. Maddələr mübadiləsinin pozulmasından irəli gələn orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi qan dövranı, tənəffüs, dayaq-hərəkət, həzm, reproduktiv və psixi funksiyaların pozulma dərəcəsi əsasında aparılır. Qiymətləndirmə 11.4.10.1. orqanizmin sistem və orqanlarının 35-60 2 il mülayim pozuntusu 11.4.10.2. orqanizmin sistem və orqanlarının 65-80 2 il təzahür edən pozuntusu 11.4.10.3. orqanizmin sistem və orqanlarının 85-100 müddətsiz əhəmiyyətli təzahür edən pozuntusu
Məhkəmə qeyd edir ki, iddiçıda olan olan xəstəliklərin (əsas diaqnoz və yanaşı xəstəliklər) hazırda da mövcud olması iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. İddiaçıya müddətsiz əliliyin təyin edilməsi üçün onda oaln diaqnoz üzrə orqanizmin sistem və orqanlarının əhəmiyyətli təzahür edən pozuntusunun 85-100 faiz aralığında olması müəyyən edilməlidir. Lakin iş materiallarında olan sənədlərə əsasən iddiaçıda olan “Piylənmə, piylənmə İİ dərəcə” diaqnozu üzrə orqanizmin sistem və orqanlarının əhəmiyyətli təzahür edən pozuntusunun 60 faiz olması müəyyən edildiyindən cavabdeh tərəfindən də Əsasnamədə olan göstəricililərə uyğun 2 il müddətinə əlillik təyin edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq 11.4.10.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizm funksiyalarının 60% pozulması qərarı qəbul edərkən qanunvericiliyin tələblərinə riayət edildiyindən iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Məhkəmə nəzərə alır ki, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmiş, iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş S00271131VİJ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz ona müddətsiz əlillik təyin edilməsi nəticəsinə gəlməyə əsas vermir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın dəyişdirilməsi və müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov