Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1114/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndələri X4 və X6, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasna görə məsuliyyətə cəlb edilməsi haqqında **********169859 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 04 mart 2016-cı il tarixdə təsis edilmiş və Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur və fəaliyyət dövrü ərzində üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı vaxtında vergi orqanında bəyan etməklə ödəmişdir. Dəfələrlə vergi orqanı tərəfindən əsassız olaraq qəbul edilmiş əlavə vergilərin hesablanması barədə qərarları tərəflərdən mübahisələndirilmiş və yekun məhkəmə aktlarına əsasən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş **********169859 nömrəli qərarla İddiaçı MMC əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sığorta haqqına görə 739805.20 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasına görə 473971.42 manat ümumilikdə 1213776.62 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Qərarda göstərilmişdir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən tərtib etdiyi kassa mədaxil orderlər məlumatlarına əsasən vergi ödəyicisinin 2019-cu və 2020-ci illər üzrə malları təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən gəlirinin müəyyən edildiyi halda, ödəyici tərəfindən kassa metodu tətbiq edildiyi və idxalçılara ödəniş edilmədiyi üçün, gəlirin əldə edilməsi ilə bağlı xərclərin dəyərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən yoxlama zamanı yığılmış kassa mədaxil orderlərin dövriyyəsini, həmin mədaxil orderlərin alt sənədləri, habelə malların təhviltəslim sənədləri göstərilməsindən əsas götürülərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı üçün həmin mənfəət Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. Halbuki İddiaçı MMC tərəfindən ticarət əlavəsi 2% həddində olduğu halda cavabdeh qurum isə daha çox ticarət əlavəsinin qoyulmasını tələb edərək özlərinin müəyyənləşdirdiyi həddə hesablamaları aparmışlar. Hesab edirlər ki, qərarda göstərilən əsaslar həqiqəti əks etdirmir və bu səbəbdən də qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: xx.xx.2023-cü il tarixdə cavabdeh Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********779500 №-li iddia ərizəsinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Etirazda göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı bildiririk ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156379 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2ci maddəsinə əsasən "xxxx" MMC-də sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması keçirilmişdir, (yoxlanılan dövr: xx.xx.2019xx.xx.2022). Yoxlama xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY221731350; xx.xx.2022-ci İl). Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. “’Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156379 nömrəli qərar, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********654200 nömrəli bildiriş və yoxlamanın xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarış səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə təqdim edilmişdir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********156617 nömrəli tələbnamə təqdim edilmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxsinə və ya vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlər tam tələb olunmasına baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə elektron formatda yük gömrük bəyannaməsinin reyestri təqdim edilmişdir. Bununla əlaqədar sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli tarixli akt tərtib olunmuşdur. Bundan əlavə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********160558 nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi X8 tərəfindən **********8707, **********5556, **********991, **********5758, **********4375, **********8044, **********4385, **********2333, **********3877, **********3993, **********6769 nömrəli yük gömrük bəyannamələri və onlarla bağlı sənədlər (müqavilə, invoice), 2019-cu və 2020-ci illər üzrə kassa mədaxil order üzrə mədaxil cədvəli yoxlamaya təqdim edilmiş və onun iştirakı ilə "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160563 nömrəli protokol tərtib olunmuşdur. Protokolda qeyd olunmuş sənədlər istisna olmaqla, qərarda qeyd olunan digər sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilməmişdir, Bununla əlaqdar "Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xx.xx.2022-ci il tarixili **********160697 nörməli akt tərtib olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr üzrə cəmiyyətə aşağıdakı vergi növləri üzrə əlavə vergi məbləği hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. • 671 616,53 manat mənfəət vergisi və 335 808,27 manat maliyyə sanksiyası; • 276 326,29 manat ƏDV və 138 163,15 manat maliyyə sanksiyası; • 208 137,62 manat ƏDV-nin artıq hesablanması. Səyyar vergi yoxlaması zamanı vergi növləri üzrə vergilərin hesablanmasının əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Mənfəət vergisi üzrə : Mənfəət vergisinin müqayisəli cədvəli (Azərbaycan manatı) Vergi məbləği Fərq Vergi Kameral SVY Artıq Dövr ödəyicisinin bəyannamə Azaldılmışd hesablanm bəyannamə bəyannamə məlumatı məlumatı ır ışdır məlumatı 2019-cu il 62 659,06 62 659,06 419 597,20 356 938,14 0.00 2020-ci il 8 569,67 8 569,67 323 248,06 314 678,39 0.00 Cəmi 71 228,73 71 228,73 742 845,26 671 616,53 0.00 Yoxlama ilə mənfəət vergisi üzrə 2019-cu, 2020-cu və 2021-ci illər əhatə olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə və vergi ödəyici tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublara əsasən Vergi Məcəlləsinin 16cı, 104-cü, 108-ci, 130-cu, 131-ci və 133-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanması mümkün olmamışdr. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. .eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Bununla əlaqədar aidiyyəti üzrə analoji vergi ödəyicisinin müəyyən edilməsi barədə sorğu edilmişdir. Lakin Vergi Məcəlləsinin 67.2.2-ci və 67.2.3-cü maddələrinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı), 67.2.2-ci (eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi) maddədə nənəzərdə tutulan meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri olaraq "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx"MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN:**********) məlumatları araşdırılmış, lakin təqdim edilmiş malların çeşidləri, obyektlərin sayı, sahəsi, dövriyyələri fərqli olduğu üçün əlaqəli məlumat olaraq vergilərin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi mümkün olmamışdır. Yoxlama üçün naməlum olan xərclərin Vergi Məcəlləsinin 67.1.1-ci maddəsində sadalanan əlaqəli məlumatlardan istifadə etməklə müəyyən edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə vergi ödəyicisinin çekdiyi xərcləri birbaşa müəyyən etmək mümkün olmadığı üçün həmin xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar ilə edilmiş əlavə və dəyişikliklər nəzər alınmaqla) ilə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəlir (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. 2019-cu il üzrə: Yoxlama ilə müəyyən olunmuşdur ki, yoxlanılan dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillər kassa mədaxil orderi vasitəsi ilə rəsmilləşdirilmişdir. Yoxlama dövrü əhatə edən mədaxillər - kassa mədaxil order GLL 060257 nömrəsi ilə başlayır və GLL 142873 nömrəsi ilə bitir. GLL 142874-GLL 142950 nömrəli mədaxil orderlər istifadə olunmamışdır, cəmiyyətdə qovluqlarda saxlanılır. Beləliklə, 2019-cu il üzrə müxtəlif malların satışından eldə edilən vəsait ardıcılıq yığılmış kassa mədaxil orderlərin vasitəsi ilə müəyyən olunmuş və həmin il üzrə 12 587 916,08 manat təşkil etmişdir. Vergi ödəyicisi kassa metodu tətbiq etdiyi üçün, xərcləri müəyyən etmək mümkün olmamışdır. Əsas səbəb malın dəyəri xarici tədarükçülərə ödəniş olunmamışdır və kassa məxaric reyestri ödəyici tərəfindən təqdim olunmamışdır. Bu halda vergi ödəyicisinin mənfəəti Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən aşağıdakı aydada hesablanmışdır. Ml = 12 587 916,08 x (20 %/120%)= 2 097 986,01 manat-2019-cu ilin vergitutma məqsədləri üçün mənfəət. Mənfəət vergisi = 2 097 986,01*20%= 419 597,20 manat Beləliklə yoxlama ilə 2019-cu il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 12 587 916,08 manat və xərc 10 489 930,07 (12 587 916,08-2 097 986,01) manat müəyyən edilmişdir: Vergitutma məqsədləri üçün mənfəət 2 097 986,01 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 419 597,20 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Nəticədə, 2019-cu il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 356 938,14 manat (419597,20-62 659,06) məbləğində mənfəət vergisi hesablanmışdır. 2020-ci il üzrə: Yoxlama ilə müəyyən edilmişdir ki, yoxlanılan dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillər kassa mədaxil orderi vasitəsi ilə rəsmilləşdirilmişdir. Beləliklə 2020-ci il üzrə müxtəlif mallann satışından eldə edilən vəsait ardıcılıq yığılmış kassa mədaxil orderlərin vasitəsi ilə müəyyən olunmuş və həmin il üzrə 9 697 441,74 manat təşkil edib. Vergi ödəyicisi tərəfindən kassa metodu tətbiq etdiyi üçün, xərcləri müəyyən etmək mümkün olmamışdır. Əsas səbəb malın dəyəri xarici tədarükçülərə ödəniş olunmamışdır və kassa məxaric reyestri ödəyici tərəfindən təqdim olunmamışdır. Bu halda vergi ödəyicisinin mənfəəti Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən aşağıdakı aydada hesablanmışdır. Ml = 9 697 441,74 x (20 %/120%)= 1 616 240,29 manat - 2020-ci ilin vergitutma məqsədləri üçün mənfəət. Mənfəət vergisi = 1 616 240,29*20%= 323 248,06 manat Beləliklə yoxlama ilə 2020-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 9 697 441,74 manat və xərc 8 081 201,45 (9 697 441,74 - 1616 240,29) manat müəyyən edilmişdir: Vergitutma məqsədləri üçün mənfəət 1 616 240,29 manat göstərilmiş və müvafiq olaraq 20% dərəcə ilə 323 248,06 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Nəticədə, 2020-ci il üzrə yoxlama zamanı büdcəyə əlavə olaraq 314 678,39 manat (323 248,06 -8 569,67) məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisinin xx.xx.2020-ci il tarixli **********813400 nömrəli “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən vergi ödəyicisi tərəfindən vergi orqanına 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməmiş və fəailyyətin olmaması səbəbindən həmin il yoxlama obyekti olmamışdır. Beləliklə, yoxlama dövrü ərzində Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 671 616,53 manat məbləğində (o cümlədən: 2019-cu il üzrə 356 938,14 manat, 2020-ci il üzrə 314 678,39 manat) mənfəət vergisi hesablanmışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlama ilə müəyyən olunmuşdur ki, yoxlanılan dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillər kassa mədaxil order vasitəsi ilə rəsmilləşdirilmişdir. Yoxlama dövrü əhatə edən mədaxillər - kassa mədaxil order GLL 060257 nömrəsi ilə başlayır və GLL 142873 nömrəsi ilə bitir. GLL 142874-GLL 142950 nömrəli mədaxil orderlər istifadə olunmamışdır, cəmiyyətdə qovluqlarda saxlanılır. Yoxlamaya təqdim edilmiş kassa mədaxil orderlər əsasən yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən hesablanmış vergi məbləğinin hesabatda göstərilən məbləğinin düzgünlüyü yoxlanılarkən kənarlaşma aşkar edilmişdir: Belə ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 166.1.1-ci maddələrinin 2019-cu ildə və 2020-ci ildə qüvvədə olan redaksiyasılann tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin 2019-cu ildə qüvvədə olan redaksiyasına əsasən, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-ninelektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin 2020-ci ildə qüvvədə olan redaksiyasına əsasən, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır, yəni nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayılır. Yoxlama dövr ərzində bank hesablan olmadığı üçün bütün dövriyyədən mədaxillər kassa mədaxil order vasitəsi ilə rəsmilləşdirildiyi üçün, aşağıdaki aylarda ƏDV məbləğində kənarlaşma aşkar edilmişdir: 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilmişdir: Mart 2019-cu il üzrə büdcədən qaytarmalı 55 703,93 manat (-); Aprel 2019-cu il üzrə büdcəyə çatası 107 683,48 manat (+); May 2019-cu il büdcədən qaytarmalı 13 427,30 manat (-); lyün 2019-cu il büdcədən qaytarmalı 11 083,24 manat (-); iyul 2019-cu il büdcədən qaytarmalı 22 874,23 manat (-); Avqust 2019-cu il büdcədən qaytarılmalı 14 140,18 manat (-); Sentyabr 2019-cu il büdcədən qaytarılmalı 15 519,32 manat (-); Oktyabr 2019-cu il büdcədən qaytarılmalı 17 932,99 manat (-); Noyabr 2019-cu il büdcədən qaytarılmalı 11 573,48 manat (-); Dekabr 2019-cu il büdcədən qaytarılmalı 18 357,76 manat (-) Cəmi 2019-cu il üzrə büdcədən qaytarılmalı ƏDV məbləği 72 928,94 manat bəyan edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi müəyyən olunmuşdur Mart 2019-cu il üzrə büdcədən qaytarmalı 54 241,90 manat (-); Aprel 2019-cu il üzrə büdcəyə çatası 107 665,78 manat (+); May 2019-cu il büdcədən qaytarmalı 48 298,25 manat (-); İyun 2019-cu il üzrə büdcəyə çatası 35 270,60 manat (+); İyul 2019-cu İİ büdcədən qaytarmalı 160 856,43 manat (-); Avqust 2019-cu il üzrə büdcəyə çatası 126 935,14 manat (+); Sentyabr 2019-cu il büdcədən qaytarmalı 26 088,20 manat (-); Oktyabr 2019-cu il büdcəyə çatası 17 858,93 manat (+); Noyabr 2019-cu il büdcədən qaytarmalı 23 505,81 manat (-); Dekabr 2019-cu il büdcədən qaytarmalı 27 453,46 manat (-) Cəmi 2019-cu il üzrə büdcədən qaytarmalı ƏDV məbləği 52713,60 manat bəyan edilmişdir. Nəticədə, Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin 2019-cu ildə qüvvədə olan redaksiyasının tələblərinin pozulmasına görə 2019-cu il üzrə büdcəyə əlavə olaraq 20 215,35 (o cümlədən: mart ayı üzrə 1462,03 manat, iyun ayı üzrə 46353,84 manat, avqust ayı üzrə 141075,32 manat, oktyabr ayı üzrə 35 791,92 manat əskik hesablanmışdır və aprel ayı üzrə 17,70 manat, may ayı üzrə 34 870,95 manat, iyul ayı üzrə 137 982,20 manat, sentyabr ayı üzrə 10 568,88 manat, noyabr ayı üzrə 11 932,33 manat, dekabr ayı üzrə 9095,70 manat artıq hesablanmışdır) manat ƏDV hesablanmışdır. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilmişdir: Yanvar 2020-ci il üzrə büdcədən qaytarmalı 38 412,39 manat (-); Fevral 2020-ci il üzrə büdcəyə çatası 10 750,07 manat (+); Mart 2020-ci il büdcədən qaytarmalı 337 098,71 manat (-); Aprel 2020-ci il üzrə büdcəyə çatası 321 363,67 manat (+); May 2020-ci il üzrə büdcəyə çatası 4 961,02 manat (+); İyun 2020-ci il büdcədən qaytarmalı 4 011,57 manat (-); İyul 2020-ci il büdcədən qaytarılmalı 31 603,29 manat (-); Avqust 2020-ci il büdcəyə çatası 1 275,53 manat (+); Sentyabr 2020-ci il büdcədən qaytarılmalı 13 336,50 manat (-) Oktyabr 2020-ci il büdcəyə çatası 50,38 manat (+); Cəmi 2020-ci il üzrə büdcədən qaytarmalı ƏDV məbləği 86 061,78 manat bəyan edilmişdir. Yoxlama ilə 2020-ci il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi müəyyən edilmişdir. Yanvar 2020-ci il üzrə büdcədən qaytarmalı 36 581,79 manat (-); Fevral 2020-ci il üzrə büdcəyə çatası 13 657,41 manat (+); Mart 2020-ci il büdcədən qaytarmalı 340 759,44 manat (-); Aprel 2020-ci il üzrə büdcəyə çatası 321 354,54 manat (+); May 2020-ci il üzrə büdcəyə çatası 8 316,86 manat (+); İyun 2020-ci il büdcədən qaytarmalı 197,94 manat (-); İyul 2020-ci il büdcədən qaytarılmalı 27 789,76 manat (-); Avqust 2020-ci il büdcəyə çatası 30 480,12 manat (+); Sentyabr 2020-ci il büdcədən qaytarılmalı 9522,93 manat (-); Oktyabr 2020-ci il büdcəyə çatası 2954,46 manat (+); Cəmi 2020-ci il üzrə büdcədən qaytarmalı ƏDV məbləği 38 088,47 manat bəyan edilmişdir. Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin 2020-ci ildə qüvvədə olan redaksiyasının tələblərinin pozulmasına görə 2020-ci il üzrə büdcəyə əlavə olaraq 47 973,32 (o cümlədən yanvar ayı üzrə 1 830,51 manat, fevral ayı üzrə 2 907,34, may ayı üzrə 3 355,93 manat, iyun ayı üzrə 3 813,56 manat, iyul ayı üzrə 3 813,56 manat, avqust ayı üzrə 29204,69 manat, sentyabr ayı üzrə 3 813,56 manat, oktyabr ayı üzrə 2 904,05 manat əskik hesablanmışdır və mart ayı üzrə 3 661,02 manat, aprel ayı üzrə 9,16 manat artıq hesablanmışdır) manat məbləğində ƏDV hesablanmışdır. Beləliklə, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrdə ayrı-ayrı aylar üzrə əlavə dəyər vergisinin 276 326,29 manat azaldılması və 208 137,62 manat artıq hesablanması müəyyən edilməklə, ümumilikdə əlavə dəyər vergisinin 68 188,67 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********158340 nömrəli akt əsasında "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169859 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında hesablanmış 739 805,20 manat əlavə vergi məbləğinin və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 473 971,42 manat maliyyə sanksiyası məbləğinin, cəmi 1 213 776,62 manatın dövlət büdcəsinə ödənilməsi üçün vergi ödəyicisinə “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2023-cü il tarixli **********2211400 nömrəli Tələbnamə göndərilmişdir. "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169859 nömrəli qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X7 və X9 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandirma hissəsi İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2023-cü il tarixli) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********156379 №li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Mart 2019 – Fevral 2022 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmış və yoxlamanın keçirilməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X1 tapşırılmış, yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Bakı şəhəri LGBİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş **********158340 №-li, xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlaması” aktının surətindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********156379 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Xidmət və digər sahələrin audit şöbəsinin böyük dövlət vergi müfəttişi 2-ci dərəcəli müfəttiş X3 tərəfindən İddiaçı MMC-nin Mart 2019-Fevral 2022 aksiz vergisi, 3-cü Rüb 2019-4-cü Rüb 2019 MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), 1-ci Rüb 2019-2-ci Rüb 2019 MDSS – İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111), 1-ci Rüb 2019-4-cü Rüb 2021 Sadələşdirilmiş vergi, 1-ci Rüb 2020- 4-cü Rüb 2021 Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı), 1ci Rüb 2019 – 4-cü Rüb 2021 (İşsizlik sığortası üzrə rüblük hesabatı (hüquqi şəxslər), 2019-cu il – 2021-ci il mənfəət vergisi, 1-ci Rüb 2019-4-cü Rüb 2021 Ödəmə mənbəyində tutulan vergi, 2019-cu il-2021-ci il Əmlak vergisi, Mart 2019-Fevral 2022 Əlavə dəyər vergisi, Mart 2019-Fevral 2022 Mədən vergisi, 2019-cu il Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2019-cu il -2021-ci il Torpaq vergisi üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixli **********159042 №-li qərarı ilə 30 gün müddət uzadılmış, xx.xx.2022-ci il tarixli **********159534 №-li qərarla 15 gün müvəqqəti dayandırılmış, xx.xx.2022-ci il tarixli **********160116 №-li qərarla 15 gün müvəqqəti dayandırılmış, xx.xx.2022-ci il tarixli **********160698 №-li qərarla 30 gün müddətinə müvəqqəti dayandırılmış, xx.xx.2022-ci il tarixə **********161732 №-li qərarla 23 gün müddətinə müvəqqəti dayandırılmış, xx.xx.2022-ci il tarixə **********162604 №-li qərarla 32 gün müddətinə dayandırılmış, xx.xx.2022-ci il tarixə **********163896 №-li qərarla 22 gün müddətinə dayandırılmış, xx.xx.2022-ci il tarixə **********164667 №-li qərarla 21 gün müddətinə dayandırılmış, xx.xx.2022-ci il tarixə **********165569 №-li qərarla 31 gün müddətinə dayandırılmış, xx.xx.2023-cü il tarixə **********167161 №-li qərarla 32 gün müddətinə dayandırılmışdır. Yoxlamanın yekun nəticəsi üzrə: - Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 671616.53 manat məbləğində Mənfəət vergisi hesablanmışdır, o cümlədən 2019-cu il üzrə 356938.14 manat, 2020-ci il üzrə 314678.39 manat və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 671616.53 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 335808.27 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur; - Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 2019-cu il üzrə büdcəyə əlavə olaraq 20215.35 (o cümlədən mart ayı üzrə 1462.03 manat, iyun ayı üzrə 46353.84 manat, avqust ayı üzrə 141075.32 manat, oktyabr ayı üzrə 35791.92 manat əskik hesablanmışdır və aprel ayı üzrə 17.70 manat, may ayı üzrə 34 870.95 manat, iyul ayı üzrə 137 982.20 manat, sentyabr ayı üzrə 10568.88 manat, noyabr ayı üzrə 11932.33 manat, dekabr ayı üzrə 9095.70 manat artıq hesablanmışdır) manat məbləğində ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 224 683.10 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 112 341.56 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur; - Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 2020-ci il üzrə büdcəyə əlavə olaraq 47973.32 (o cümlədən yanvar ayı üzrə 1830.51 manat, fevral ayı üzrə 2907.34, may ayı üzrə 3355.93 manat, iyun ayı üzrə 3813.56 manat, iyul ayı üzrə 3813.56 manat, avqust ayı üzrə 29204.69 manat, sentyabr ayı üzrə 3813.56 manat, oktyabr ayı üzrə 2904.05 manat əskik hesablanmışdır və mart ayı üzrə 3661.02 manat, aprel ayı üzrə 9.16 manat artıq hesablanmışdır) manat məbləğində ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 51 643.20 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 25821.59 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********169859 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2019-cü il üzrə 356.938,14 manat mənfəət, 20.215,35 manat ƏDV, 2020-ci il üzrə 314.678,39 manat mənfəət, 47.973,32 manat ƏDV hesablanmış və ümumilikdə 473.971,42 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” barədə **********211400 nömrəli Tələbnaməyə əsasən vergi ödəyicisi İddiaçı MMC-dən 739.805,20 manat hesablanmış əlavə verginin və ona tətbiq olunmuş 473.971,42 manat maliyyə sanksiyasının, ümumilikdə 1.213.776,62 manat məbləğin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları. 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi . ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 38. Səyyar vergi yoxlaması. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar. 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; ... 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.3. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yoxlamaların qanuniliyi. 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); 6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilibkeçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. İPM: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Məhkəmənin mövqeyi: İş materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət və ƏDV üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. Məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın əsassız olduğu qənaətinə gəlir və gəldiyi nəticəni hər bir vergi növünə ayrı-ayrılıqda münasibətini bildirərək əsaslandırır. Mənfəət vergisi. Hazırki iş materiallarında olan sənədlərin surətindən görünür ki, cavabdeh vergi orqanı vergi ödəyicisinin çəkdiyi xərcləri birbaşa müəyyən etmək, eyni zamanda səyyar vergi yoxlaması zamanı vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanmasının mümkün olmamasına əsaslanaraq həmin xərcləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisəsinin əldə etdiyi gəlir əsasında hesablamışdır. Yəni, vergi orqanı iddiaçının gəlirini və xərcini Nazirlər Kabinetinin 55 saylı Qərarına istinad etməklə şərti rentabellik əsasında müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən istifadə olunan bu üsul düzgün olmamış və iddiaçının əlavə məsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. Belə ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Cavabdeh yazılı etirazda Vergi Məcəlləsinin 67.2-ci maddəsinin tələbləri əsasında eyni xüsusiyyətli və ya eyni cinsli malları təqdim etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyinə (xidməti məktub və xidməti məktub əsasında məlumatların təqdim edilməsi barədə məktub) istinad etsə də, aparmış olduğu araşdırmaya dair obyektiv arqumentləri əks etdirən sənədləri məhkəməyə təqdim etməmiş, yazılı etirazda sadecə iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərin adlarını ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) sadalamışdır. Digər tərəfdən isə qeyd olunur ki, hətta cavabdeh tərəfindən vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanmasının aparılması mümkün olmasa belə, cavabdeh VM-nin 67.1-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləməmiş, ümumiyyətlə vergilərin əlaqəli məlumatlar əsasında müəyyən edilməsinə maneə yaradan əsasları məhkəməyə təqdim etməmişdir. Başqa sözlə cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, səyyar vergi yoxlamasını aparan vergi müfəttişi X3 məhkəmə iclasında verdiyi izahatda gömrük bəyyanamələrində idxal olunan malın yalnız növü göstərilməsinə əsaslanaraq malın maya dəyərinin məhz həmin gömrük bəyannamələri əsasında hesablanmasının mümkün olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67.1.6-ci maddəsində vergi hesablanması üçün istifadə olunan əlaqəli məlumatlardan biri də vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar təşkil edir. İş materiallarında olan müqavilələrdən, gömrük bəyannamələrindən və e-fakturalardan görünür ki, iddiaçının idxal etdiyi mallar gömrükdən keçmiş, gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, malın dəyəri invoysda və bəyannamədə əks olunmuşdur. Lakin cavabdeh həmin sənədləri mötəbər hesab etməyərək, yoxlama zamanı şərti rentabellik tətbiq etməkdə haqlı olmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1971/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.” Analoji mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-155/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında nümayiş olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “Cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.” Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə formalaşmış mövqeyi odur ki, vergi orqanı xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti o halda müəyyən edə bilər ki, əgər onun tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözlənilməklə bütün əsaslar üzrə qiymətləndirmə aparılsın. ƏDV vergisi üzrə: Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: a. vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; b. elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə desək, büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi, malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləği hesablanarkən, yoxlama dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillərin kassa medaxil order vasitəsi ilə rəsmiləşdirildiyi, bu səbəbdən də yoxlama kassa mədaxil ordelər əsasında aparılmışdır. Məhkəmə bildirir ki, ƏDV-nin məbləğinin hesablaması üçün yuxarıda da qeyd olunduğu kimi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği və elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği müəyyən edilməsi zəruridir. Yalnız bu göstəricilər müəyyən edildikdən sonra hər iki məbləğ arasındaki fərqin ödənilməli ƏDV məbləği müəyyən olunur. Lakin hazırki işdən və yuxarıda qeyd olunan hallardan görünür ki, cavabdeh tərəfindən iddiaçının yoxlama dövrü üzrə vergi tutulan dövriyyəsi düzgün müəyyən olunmadığından, nə vergi tutulan dövriyyədən hesablanan verginin məbləğinin, nə də ki ƏDV məbləğinin düzgün hesablanmasından söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ilə hesablanmış ƏDV məbləğidə əsassız olmuşdur. Məhkəmə mənfəət və ƏDV üzrə hesablanmış əlavə vergilərə münasibətdə tətbiq olunmuş maliyyə sanksiyası ilə bağlı bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın 473.971,42 manat maliyyə sanksiyası iddiaçının 2019-2020-ci illər üzrə mənfəət və ƏDV üzrə müəyyən edilmiş məbləğə münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 473971,42 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar 473971,42 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********169859 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev