Məhkəmə qərarları › İş №e-2-1(112)-11174/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11174/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11174/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək İddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. Sovet ordu sıralarında xidmət etmiş və müxtəlif vəzifələrdə çalışaraq 25 il ümumi sığorta stajı və 17 il 04 ay 08 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona 60 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı tərəfindən ərizə ilə cavabdeh orqana bir neçə dəfə müraciət olunmuş, lakin cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli imtina məktubları ilə cavab vermişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR "Kompleks quzmu işləri" trestinin sizə dair 6 dekabr 2024-cü il tarixli 14-2-15/2-A-2xx-xx/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 15 saylı X1 Özülünə daxili yanma mühərrikləri üzrə, xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə Bayıl Limanı X2 İdarəsində mexanik vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Lakin sözügedən arayışda mexanik vəzifəsində işlədiyiniz dövrdə Azərbayçan Reşpublikasının 28 aprel 2022-çi il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasıyla bilavasitə məşğul olub-olmamağınız barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (2 il 9 ay 5 gün (xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, hesab edir ki, yuxarıda adları çəkilən yerlərdə zərərli sahədə mexanik və qazma qurğularının motorçusu kimi tam 8 saat işləmişdir və sözügedən vəzifələr də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş yuxanda göstərilən və cavabdehin məktubunda istinad olunan Siyahıda 10.1 a) qazma qurğularının motorçusu peşəsi, 10.1 b) mexaniklər və böyük mexaniklər vəzifə kodlarına uyğundur. Bununla yanaşı, SOCAR "Kompleks qazma işləri" trestinin xx.xx.2025-ci il, 14-2-15/2-A-xx-xx/2025 nömrəli arxiv arayışında göstərilir ki, İddiaçı yuxarıda qeyd olunan dövrlərdə işlədiyi mexanik vəzifəsini bilavasitə buquqlarda xidmət etmişdir. Bu kateqoriyaya aid işlər, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli, ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”sının 10cu Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmuş 1100000а—14713 və 1100000b—23485 kodlarına uyğundur Bu səbəbdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatmağı (xx.xx.2025) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması əmək kitabçası, hərbi bilet və digər sənədlərlə təsdiq olunur və onun qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplamağı cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, hesab edir ki, iddiaçının xx.xx.2025-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda İddiaçı xx.xx.2025-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Cavabdeh orqan iddiaçının sözügedən vəzifələrdə işləməsini araşdırmayaraq qanunsuz olaraq iddiaçının yuxarıda göstərilən işlər üzrə güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir.

3. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 14 fevral 2025ci il tarixli 3-17-1/2-A-35957/2025 nömrəli məktubla cavablandırılmış 11 mart 2025-ci il tarixində daxil olmuş eyni məzmunlu müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər vəzifələri nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ile təsdiq edilmiş Qaydanın 4.1.20-ci yanmbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin əüzəştlı şərtlə əmək pensiyası huququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyas, hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR “Kompleks qazma işləri" trestinin sizə dair 6 dekabr 2024-cü il tarixli 14-2-15/2-A-2xx-xx/2024 nömrəli arayışında xx.xx.1992xx.xx.1998-ci İİ tarixləri arasındakı dövr ərzində 15 saylı X1 Özülünə daxili yanma mühərrikləri üzrə, xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə Bayıl Limanı X2 İdarəsində mexanik vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Lakin, sözügedən arayışda mexanik vəzifəsində işlədiyiniz dövrdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdınlmasıyla bilavasitə məşğul olub-olmamağınız barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az ( 2 İİ 9 ay 5 gün (xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Kompleks qazma işləri" trestinin ona dair 6 dekabr 2024-cü il tarixli 14-2-15/2-A- 2xx-xx/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində 15 saylı X1 Özülünə daxili yanma mühərrikləri üzrə, xx.xx.1998-17 06.2008-ci il tarixləri arasındakı dövr ərzində isə Bayıl Limanı X2 İdarəsində mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda mexanik vəzifəsində işlədiyi dövrdə Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasıyla bilavasitə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməyib. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (2 il 9 ay 5 gün (xx.xx.1989xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. İZ ******* saylı hərbi biletin surətinə əsasən İddiaçı 28 iyun 1983-cü il tarixdən 25 may 1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

6. Məhkəmənin sorğusuna əsasən “SOCAR”ın xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı çalışdığı illər üzrə vəzifə təlimatları Trestin arxivində mövcud deyildir. İddiaçı iş stajı barəsində məlumatlar arxiv arayışı formasında təqdim edilir. SOCAR –ın “Kompleks qazma işləri” trestinin 24 İyun 2025 ci il tarixli 14-2-15/2-707/2025 saylı arxiv arayışına əsasən: “Kompleks qazma işləri” trestinin Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1965-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: • xx.xx.1982-ci ildə “İliç Buxtası” X2 İdarəsinin (DKQİ) Daxilli yanma mühərrikləri sexinə 2-ci dərəcəli daxilli yanma mühərrikləri təmirçi-çilingər peşəsinə qəbul edilib. (Əmr № 93/k, xx.xx.1982-ci il); • 26.05.1983-cü ildə işdən azad edilib.( Əmr № 41/k, xx.xx.1983-cü il); • 13.08.1985-ci ildə ildə “İliç Buxtası” X2 İdarəsinin (DKQİ) Daxilli yanma mühərrikləri sexinə 3-cü dərəcəli daxilli yanma mühərrikləri təmirçi-çilingər peşəsinə qəbul edilib. (Əmr № 78/k, xx.xx.1985-ci il); • xx.xx.1989-cu ildə 14 nömrəli X3 Özülünə 4-cü dərəcəli qazma qurğusunun motorçusu peşəsinə keçirilib. (Əmr № 32/ş, xx.xx.1989-cu il); • xx.xx.1991-ci ildən Daxilli yanma mühərrikləri sexinə 5-ci dərəcəli daxilli yanma mühərrikləri təmirçi-çilingər peşəsinə qəbul edilib. (Əmr № 169/ş, xx.xx.1991 -ci il); • xx.xx.1992-ci ildən 15 nömrəli X3 Özülünə daxilli yanma mühərrikləri üzrə mexanik vəzifəsinə keçirilib. (Əmr № 96/ş, xx.xx.1992-ci il); • xx.xx.1998-ci ildə işdən azad edilib. (Əmr № 62/k, xx.xx.1998-ci il); • xx.xx.1998-ci ildə "Bayıl Limam” X2 İdarəsinin (DKQİİ) 8 nömrəli X3 Özülünə daxilli yanma mühərrikləri üzrə 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilib. (Əmr № 66/ş, xx.xx.1998-ci il); • xx.xx.2007-ci ildə Daxilli yanma mühərrikləri sexinə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib/ Əmr № 87/k, xx.xx.2007-ci il); • xx.xx.2008-ci ildə Daxilli yanma mühərrikləri sexinə rəis müavini vəzifəsinə keçirilib/ Əmr № 86/k, xx.xx.2008-ci il); • xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b" hissəsinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış ƏM-si ləğv edilib/ Əmr № 24/k, xx.xx.2009-cu il) Yuxarıda qeyd olunan idarələrin fəaliyyət tarixi haqqında ətraflı məlumat aşağıda göstərilir: “İliç Buxtası” X2 İdarəsi “Xəzərqazmaneftqazsənaye” İstehsalat • Birliyinin xx.xx.1991-ci il tarixli 299 nömrəli əmrinə müvafiq olaraq “Bayıl Limanı” X2 İdarəsi adlandırılmışdır. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 nömrəli və xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır, “Bayıl Limanı” X2 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 nömrəli əmri ilə “Bayıl Limanı" X2 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X2 İdarəsi adlandırılmışdır. SOCAR-ın xx.xx.2012-ci il tarixli 101 nömrəli və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 nömrəli əmrlərinə əsasən “Xəzər” X2 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, ARDNŞ/13-1000/01/SM-05-000034 nömrəli əmrinə əsasən “Kompleks qazma işləri" trestinin “Sahil" Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid “ İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00070 nömrəli əmrinə əsasən “Bulla, 8 Mart, Ümid" İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı: 24 il, 00 ay, 22 gün. Güzəştli iş stajı: 17 il, 04 ay, 08 gün. Qeyd: • Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən “10.Neftin qazılması və hasilatı,neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1.Qazma a) qazma qurğularının motorçuları” altbəndində olan peşəsi üzrə, və “10.1 Qazma b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” altbəndində olan vəzifəsi üzrə İddiaçı güzəştli iş stajı 17 il, 04 ay, 08 gün təşkil edir. İddiaçı yuxarıda qeyd olunan dövrləri işlədiyi mexanik vəzifəsində bilavasitə buruqlarda xidmət etmişdir.

7. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

8. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

15. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

16. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair xx.xx.2025-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

18. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə başlamışdır.

24. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur.

25. Cavabdeh iddiaçının güzəştli iş stajının 2 il 9 ay 5 gün mövcud olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.1989-xx.xx.1991-ci il tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 2 il 9 ay 5 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998-17 06.2008-ci il tarixlərində işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.

26. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 14 nömrəli X3 Özülünə 4-cü dərəcəli qazma qurğusunun motorçusu peşəsində işləmişdir. Cavabdeh tərəfindən həmin vəzifə güzəştli hesab edilərək onun güzəştli iş stajına əlavə edilmişdir. Bu işin mübahisəsiz halıdır.

27. İddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 15 nömrəli X3 Özülünə daxilli yanma mühərrikləri üzrə mexanik, xx.xx.1998-ci il tarixdən "Bayıl Limanı” X2 İdarəsinin (DKQİİ) 8 nömrəli X3 Özülünə daxilli yanma mühərrikləri üzrə 11-ci dərəcəli mexanik, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli mexanik vəzifəsində işləmişdir.

28. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2008ci il tarixləri əhatə edən dövrə dair müəssisənin sənədində - iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayışda (güzəştli iş arayışı) qeyd edilən məlumatlar mexanik vəzifəsinin güsəştli iş stajı olmasını deməyə kifayət etmədiyindən güzəştli iş stajına daxil edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

29. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

30. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - SOCAR–ın “Kompleks qazma işləri” tresti tərəfindən təqdim edilən güzəştli arxiv arayışından bəlli olur ki, iddiaçının xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2008-ci illərdə işlədiyi mexanik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən “10.Neftin qazılması və hasilatı,neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1.Qazma a) qazma qurğularının motorçuları” altbəndində olan peşəsi üzrə, və “10.1 Qazma b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” yarımbəndinə uyğundur və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

31. İddiaçının həmin vəzifədə başlıca xidmətinin bilavasitə buruqlarda aparılmış olduğu müəyyən olunur.

32. Göründüyü kimi iddiaçının xx.xx.1992-xx.xx.1998-ci il və xx.xx.1998-17 06.2008-ci il tarixlərdə işlədiyi müxtəlif dərəcəli mexanik vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajları olmuşdur.

33. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 15 nömrəli X3 Özülündə işlədiyi daxilli yanma mühərrikləri üzrə mexanik, xx.xx.1998-ci il tarixdən "Bayıl Limanı” X2 İdarəsinin (DKQİİ) 8 nömrəli X3 Özülündə işlədiyi daxilli yanma mühərrikləri üzrə 11-ci dərəcəli mexanik, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Daxili yanma mühərrikləri sexində işlədiyi 12-ci dərəcəli mexanik vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bəndinin 11000000 şifrəli “1. Qazma” yarımbəndində b) Rəhbərlər və mütəxəssislər bölməsinsdə şifrə 1100000b—23485 ilə göstərilmiş “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “b) rəhbərlər və mütəxəssislər: yarımbölməsində “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

34. Beləliklə məhkəmə qeyd edir ki, güzəştli iş stajına dair arxiv arayışında iddiaçının Siyahıda nəzərdə tutulan quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasıyla bilavasitə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməməsi əsası ilə güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə cavabdeh haqlı olmamışdır . Belə ki, işəgötürən tərəfindən qeyd edilən məlumatlar (vəzifədə başlıca xidməti, hansı şəraitdə işləməsi və s.) iddiaçının işlədiyi daxili yanma mühərrikləri üzrə müxtəlif dərəcəli mexanik vəzifəsinin güzəştli peşə hesab olunmasına əsas verir.

35. Göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə (xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2008-ci illər) işlədiyi müəssisə (SOCAR-ın “Kompleks qazma işləri" tresti - indiki adı) mövcud olmuş və onun həmin müəssisədə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

36. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

37. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - SOCAR–ın “Kompleks qazma işləri” trestinin arayışı ilə təsdiqlənir.

38. Nəticə etibarı ilə iddiaçının hərbi xidmət dövrü, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.2008-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

39. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

40. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

41. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

42. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

43. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.

44. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar