Məhkəmə qərarları › İş №e-2-1(112)-11182/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11182/2025

27.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11182/2025 27.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizliyin qadağan edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndələri X5, X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizliyin qadağan edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar üçün yaradılmış məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV subuçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizliyin cavabdeh Dövlət Vergi Xidmətinin qadağan edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabında müəyyən problemlər yaranmışdır. Naməlum səbəbdən cəmiyyətin ƏDV depozit hesabı üzərindən əməliyyatların aparılması məhdudlaşdırılmışdır. İddiaçı rəhbərliyi problemin hansı səbəbdən olmasını araşdırmağa çalışmasına baxmayaraq Vergi orqanlarından əsaslandırılmış məlumat ala bilməmişdir. Belə ki, Dövlət Vergi Xidmətinə, Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş idarəsinə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmişdir. X7 Xidmətinin İdxalixrac əməliyyatları üzrə Nəzarət Baş idarəsi və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavab verilsə də, Dövlət Vergi Xidməti tərəfindən heç bir cavab verilməmişdir. Bundan sonra Bakı İnzibati məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında tərəflərin mütəxəssislərinin iştirakı ilə iddiaçının əməliyyatlarının həyata keçirilməsinə mane olan səbəbin müəyyən edilməsi üçün əyani olaraq bir əməliyyat icra edilmiş və bununla da heç bir məhdudiyyətin olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmədən mübahisənin olmamasını nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-3623/2025 nömrəli qərardadı ilə işə xitam verilmişdir. Hətta elə məhkəmə iclasında bir neçə əməliyyat aparmışlar və pullar hesaba köçürülmüşdür, lakin elə bir əməliyyatı məhkəmənin gözünün qarşısında edə bilmişlər. Bugünədək hesab və əməliyyatları aparmaq mümkün deyil. Biz yenidən eyni problemlə Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə və Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdirlər. Hər üç idarə qeyd olunan məsələ ilə əlaqədar olaraq vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamıdığını bildirir. İddiaçı artıq buna inanmır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 219 nömrəli xx.xx.2007-ci il tarxli qərarının 4.2-ci bəndinə əsasən Vergi ödəyicisinin ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; - dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; -ƏDV sub-uçot hesablarına. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Dövlət Vergi Xidməti qeyd olunanlara əsasən iddia ilə razılaşmır və hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir: İlk növbədə qeyd edilir ki, İddiaçı MMC məhkəməyə ƏDV sub-hesabı üzrə məhdudiyyətin mövcudluğuna və bu hesab üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin məhz Dövlət Vergi Xidməti tərəfindən qoyulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyəti cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən tətbiq edildiyini sübut edə bilməmişdir Həmçinin, ərizəçinin iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli- əlaqənin mövcudluğu müəyyən edilməmişdir. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosia sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbayca- Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icba- ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna dax olan qurumdur. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İddiaçının ərizəsində qeyd olunan “ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyət” ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə yuxarıda adıçəkilən Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır; Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır; Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ƏDV sub-uçot hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatların aparılması Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir. Bu Qaydalarda, Vergi Məcəlləsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında Dövlət Vergi Xidmətinin ƏDV sub-uçot hesabına hər hansı məhdudiyyət tətbiq edilməsi səlahiyyəti müəyyən edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət vergi siyasətinin formalaşmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək; 2.0.2. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək; 2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; 2.0.4. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək; 2.0.5. qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək; 2.0.6. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyata keçirilməsini təmin etmək. 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.0.21. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq; ... 3.0.23. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları: 1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X3 (bundan sonra – DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. 1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175-ci maddəsində başqa hal nəzərdə tutulmadıqda ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına və ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. 3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: - əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün; - vergi ödəyicisinin rəsmi müraciətinə əsasən. 4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər. 4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: - dövlət büdcəsinə; – dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; - ƏDV sub-uçot hesablarına. 4.3. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. 4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər: 4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri; 4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər). 4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir. 4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. 4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı İnternet vergi idarəsinə daxil olaraq, ƏDV-nin “naməlum sub-uçot hesabı” ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır. Azərbaycan Respublikası Vergilər naziri tərəfindən xx.xx.2012-ci il tarixdə təsdiq edilmiş Vergilər Nazirliyi tərəfindən internet üzərindən vergi ödəyicilərinin elektron formada Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması üzrə inzibati reqlament: 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: - Tam Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, əlavə dəyər vergisinin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılması məqsədlərinə, ƏDV sub-uçot hesabı isə ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədlərinə xidmət edir. Əlavə dəyər vergisinin depozit hesabı vahid xəzinə hesabıdır, ƏDV sub-uçot hesabı isə DVX-də açılmış uçot vərəqələridir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Malları (işləri, xidmətləri) alan şəxs tərəfindən elektron qaiməfakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı gücləndirilmiş elektron imza vasitəsilə cavabdehin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir. İşin faktiki hallarından görünür ki, iddiaçı eyni tələblə daha əvvəl Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin növbəti iclasında mütəxəssislərin iştirakı ilə maneənin nədən ibarət olması ilə bağlı araşdırma aparılacağı bildirilmiş və məhkəmə iclasında tərəflərin mütəxəssislərinin iştirakı ilə iddiaçının əməliyyatlarının həyata keçirilməsinə mane olan səbəbin müəyyən edilməsi üçün əyani olaraq bir əməliyyat icra edilmiş və bununla da heç bir məhdudiyyətin olmadığı müəyyən olunmuşdur. Buna görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 3623/2025 nömrəli qərardadı ilə işə xitam verilmişdir. Lakin iddiaçı eyni tələblə hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etmiş və problemin yenə ortaya çıxdığını qeyd etmişdir. Sistemin göstərdiyi xəta ilə bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh iddianın mümkün sayılmamasını xahiş edir və mövqeyini onunla əsaslandırır ki, iddaçı məhdudiyyətin mövcudluğuna və bu hesab üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin məhz Dövlət Vergi Xidməti tərəfindən qoyulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, məhdudiyyətin olması təqdim edilən sistemdən çıxarışlar və əyani baxış zamanı öz təsdiqini tapır. Əksini iddia etməsi üçün cavabdehin heç bir əsaslı arqumenti müəyyən edilmir. Çünki sistemdən maneəsiz istifadə edə bilməsi istər hüquqlarının həyata keçirilməsi, istərsə də vəzifələrinin yerinə yetirilməsi baxımından birbaşa iddiaçının marağında olan məsələdir. Əsassız yerə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırılmasında iddiaçının heç bir hüquqi marağı ola bilməz. Cavabdehin məhz Xidmət olması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramını (Elektron Azərbaycan)” rəhbər tutularaq 2006-cı ildən başlayaraq Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən “X1 Sistemi” (AVİS) tətbiq edilir. AVİS- Vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ən mühüm nailiyyətlərdən olan AVİS-in əsas məqsədi büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün səmərəli informasiya dəstəyinin təmin edilməsidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarına əsasən alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Göründüyü kimi əməliyyatların həyata keçirilməsinin elektronlaşdırılması Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı əsasında təsdiq edilmiş dövlət proqramının nəticəsi olaraq mümkün olmuşdur. Bu sistemin yaradılması və davamlı olaraq inkişafına şərait yaratmaq hazırkı cavabdehin səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə cavabdeh məsuliyyəti daşıyır. ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab-fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi ilə bağlı əməliyyatlar vergi orqanları tərəfindən tam təmin edilməmişdir. Belə ki, elektron xidməti üzrə əməliyyatlara dair çıxarışlardan ƏDV köçürmə əməliyyatının uğurla icra edilmədiyi və iddiaçıya münasibətdə bunun davamlı xarakter daşıdığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmadığı bildirilsə də, “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti vasitəsi ilə iddiaçı tərəfindən müvafiq əməliyyatların aparılması təmin edilməmişdir. Halbuki cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabı üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmadığını bildirməsi yetərli sayıla bilməz, həmin müraciətdən sonra cavabdeh ən azından iddiaçının qeyd olunan proqram təminatından maneəsiz istifadə imkanının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görməli idi. Qanunvericilikdə cavabdeh tərəfindən vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyət qoyulmasının hüquqi əsasları ümumiyyətlə nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının vergi borcunun olması, onun barəsində əlavə vergi məbləğinin hesablanması ilə əlaqədar qərarın qəbul edilməsi, eləcə də iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi halları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iş üzrə iddia təmin edilməli, İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinə qadağan edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC-nin ƏDV depozit hesabından digər ƏDV sub-uçot hesablarına və idxal üçün ƏDV ödənişlərinin köçürülməsinə, “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və sair əməliyyatlar aparılan zaman yaradılmış bütün məhdudiyyətin qoyulması ilə bağlı hərəkət və hərəkətsizlik Dövlət Vergi Xidmətinin qadağan edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar