Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1119/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Səbail rayonunun Səbail Bələdiyyəsinin ehtiyat fondundan fərdi ev tikmək üçün İddiaçı göstərilmiş cizgi əsasında 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 166 saylı xx.xx.2003cü il tarixli sərəncamına əsasən ərizəçiyə satılmış, mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması və müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri Səbail rayonunun Səbail Bələdiyyəsinin ehtiyat fondundan fərdi ev tikmək üçün İddiaçı göstərilmiş cizgi əsasında 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 166 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən ərizəçiyə satılmış, mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması və müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Məhkəmənin 09 fevral 2024-cü il tarixli Qərardadı ilə X5 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Səbail Bələdiyyəsinə müraciət edərək, fərdi evin tikintisi üçün Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 32-ünvanında yerləşən və Səbail bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. «Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında» Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 810 saylı, xx.xx.2000-ci tarixli 910 saylı və xx.xx.2003-cü il tarixli 245 saylı sərəncamları əsas götürülərək, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunlarına və Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı protokoluna və Səbail rayon İcra Hakimiyyətinin 26 noyabr 2003-cü il tarixli Q-79 saylı müvafiq razılıq məktubuna əsaslanaraq ünvan 3 ünvanda fərdi ev tikintisi üçün Bakı şəhər sakini vət. İddiaçı göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 166 saylı xx.xx.2003-cü il tarixli sərəncam verilmişdir. Qeyd olunan torpaq sahəsi yerində göstərilərək, plan-sxem tərtib olunaraq ona təhvil verilmiş və ətraf ərazinin texniki-sanitar normalara uyğun təmiz saxlanılması tapşırılmışdır. Səbail bələdiyyəsi ilə arasında torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunmuş və imzalanmışdır. Torpağın alqı-satqısı ilə əlaqədar onun tərəfindən Səbail bələdiyyəsinin hesabına 2.496 (iki min dörd yüz doxsan altı) manat ödənilmişdir. Bu halı Səbail Bələdiyyəsi tərəfindən apardığı ödənişə görə ona təqdim edilmiş Bİİ seriyalı 026973 saylı kassa mədaxil orderinin qəbzi təsdiq edir. Fərdi evin tikintisi üçün qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi Səbail bələdiyyəsinin hüdudları daxilində yerləşir, yalnız onun sahibliyində və istifadədir. Yuxarıda qeyd olunanlara əsasən o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Səbail rayonunun Səbail Bələdiyyəsinin ehtiyat fondundan fərdi ev tikmək üçün İddiaçı göstərilmiş cizgi əsasında 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 166 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən ərizəçiyə satılmış, ərizəçinin sahibliyində və istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınması və müvafiq reyestr çıxarışının verilməsinə dair qərar qəbul edilməsini xahiş etsə də, nəticə olmamışdır. Hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasına və müvafiq reyestrdən çıxarışın verilməsindən imtina əsassız, qanunsuz və ədalətsiz olmaqla onun konstitusion hüquqlarını pozur.
5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********15 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən torpaqların alqı-satqısına dair akt keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Həmçinin, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir və perimetrik ölçülər fərqlənir. Həmçinin, faktiki göstərilən torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir.
7. Məhkəmə məhkəmə iclasında iştirak edən üçüncü şəxsi dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır, 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır;
8. İddiaçının hazırki tələbi Bakı şəhəri Səbail rayonunun Səbail Bələdiyyəsinin ehtiyat fondundan fərdi ev tikmək üçün İddiaçı 600 (altı yüz) kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 166 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən ərizəçiyə satılmış, mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması və müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
İddia ərizəsinə əlavə edilmiş:
Bakı şəhəri Səbail bələdiyyəsinin 166 nömrəli, 18 mart 2003-cü il tarixli “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin vət İddiaçı mülkiyyətinə verilməsi barədə” Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2003-cü il tarixli 245 saylı sərəncamından çıxarışı və Səbail rayon İcra Hakimiyyətinin 26 noyabr 2003-cü il tarixli Q- 79 saylı müvafiq razılıq məktubunu əsas götürərək ünvan 5 ünvanda fərdi ev tikintisi üçün Bakı şəhər sakini vət. İddiaçı göstərilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. 10 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsi ümumi ərazi daxilində olmaqla sərhədlərinin bir tərəfinin bir hissəsi ümumi hasar çəkilmiş daş hasarla, digər hissə və üç tərəfdən şərtidir, göstərilən sahənin daxili bir hissəsi ümumi istifadə olunan gediş-gəliş yolu kimi istifadə olunur. Torpaq sahəsinin üzərində tikili yoxdur. Surəti əlavə olunmuş yerləşmə cizgisində dəqiq istinad-məsafə qeyd olunmayıb, perimetrik ölçülərlə faktiki perimetrik ölçüləri fərqlənir, şose yoluna nəzərən göstərilən ərazi və yerləşmə ilə faktiki göstərilən ərazi və yerləşməsi fərqlidir. Faktiki göstərilən sahənin yerləşməsinə dair koordinatları üst-üstə düşmə halı və digər saullarla bağlı baxılması üçün akta əlavə olundu. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X4 məxsus olan torpaq sahəsinin planı və ölçüsü xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur. Hazırda mübahisəli torpaq sahəsi mülkiyyət hüquqları ilə dövlət qeydiyyatına alınmış və X4 məxsusdur. Belə ki bu hal sözügedən inzibati iş üzrə müvafiq ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmənin 25 aprel 2023-cü il tarixli Qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və aşağıdakı suallar ekspert qarşısında qoyulmuşdur - Bakı şəhəri Səbail Bələdiyyəsinin 166 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin”dən çıxarışa əsasən X3 adına dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi eyni torpaq sahəsidirmi? Göstərilən torpaq sahələri üstüstə düşürmü? Düşürsə hansı hissədə (yeri və ölçüsü göstərilsin)? Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/6069 nömrəli, 23 sentyabr 2024-cü il tarixli ekspert rəyinin nəticəsi hissəsində qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 600.0 kv.m sahə bütövlüklə **********23 reyestr nömrəli X1 xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşür.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst- üstə düşür. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi -daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeydiyyat aparıla bilməz. Belə olan halda, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi artıq dövlət qeydiyyatına alınmış olduğu üçün, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir Odur ki, cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. 10.İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 11.Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 12.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 9ova