Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1121/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X24 X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 №-li qərarının qismən, yəni ƏDV üzrə əlavə hesablanmış 893994,68 manat vergi və tətbiq edilmiş 446997,34 manat maliyyə sanksiyası, ÖMV üzrə 166529,20 manat vergi və tətbiq edilmiş 83264,60 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC artıq ödənilən vergilərin qaytarılması ilə bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və cavabdeh tərəfindən bununla bağlı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilərək, aparılmış yoxlamanın nəticəsi üzrə 05 sentyabr 2022-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı ilə ƏDV-nin yoxlanılan dövründə 2018-ci il üzrə 304473,10 manat, 2019-cu il üzrə 399698,51 manat, 2020-ci il üzrə 101781,78 manat azaldılması və 28,87 manat artıq hesablanması, 2021-ci il üzrə 90642,20 manat və ÖMV üzrə 166529,20 manat azaldılması müəyyən edilmiş, VM-nin 58.1-ci maddəsinə əsasən ƏDV üzrə 448297,79 manat və ÖMV üzrə 83264,61 manat, VM-nin 58-ci maddəsinə əsasən 459,73 manat, VM-nin 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli Qərar qəbul edilmiş, iddiaçıya 896566,72 manat əlavə vergi hesablanmış və 532142.13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh vergi orqanın 04 noyabr 2022-ci il tarixli qərarı aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Belə ki, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərin pozulması ilə aparılmışdır. VM-nin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. VM-in 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. VM-nin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırkı iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Halbuki qanunvericilik vergi yoxlamasının müddətini VM-in 38.2-ci maddəsində dəqiq müəyyən etmişdir. VM-in 38.4-cü maddəsində də vergi yoxlamasının məhz həmin 30 günlük zaman kəsiyində olan iş günləri ərzində keçirilməsi nəzərdə tutulmuşdur. Yəni həmin 30 günlük müddətə daxil olan və qeyri-iş günləri sayılan istirahət və bayram günlərində vergi yoxlamasının aparılması qadağan edilir, onun qanunla yolverilməz olduğu bildirilir. Belə ki, səyar vergi yoxlaması aktının 1.1ci bəndindən görünür ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdən yoxlama 30 gün müddətinə uzadılmış, xx.xx.2021-ci il tarixdə yenidən 30 gün müddətinə uzadılmış, daha sonra xx.xx.2021-ci il tarixdən 12 dəfə yoxlama dayandırılmış və nəticədə yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yəni yoxlamanın uzadılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 9 gün sonra qəbul edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə uzadılmış, yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 12 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla ikinci dəfə 30 gün müddətinə yenidən uzadılmışdır. Belə olan halda, vergi orqanının yoxlamanın uzadılması barədə qərarlar 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Çünki, səyyar vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün VM-də ayrıca müddət müəyyən edilmədiyindən həmin qərar da səyyar vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Bu, həm də 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından və həmin Sərəncamla təsdiq edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin müddəalarından irəli gəlir. Həmin Sərəncamın 2-ci bəndində Vergilər Nazirliyinə tapşırılmışdır ki, vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin (2.2); vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin (2.3). Qeyd edilən Sərəncamla təsdiq olunmuş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin 7-ci bəndində “kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması təsbit edilmişdir. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 is günü ərzində həyata keçirmişdir. Eyni zamanda, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yoxlamanın aparılması təqvim günləri ilə deyil, iş günləri ilə aparılması məsələsinə digər vergi mübahisələri zamanı məhkəmələr tərəfindən qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin mövqeyi belə bəllidir. Belə ki, qeyd olunan məsələ Ali Məhkəmənin 15 noyabr 2017-ci il tarixli 2-1(102)-1982/2017 nömrəli, 3 iyul 2019-cu il tarixli 2-1 (102)-1878/2019 nömrəli və 23 sentyabr 2020-ci il tarixli 2-1(102)- 1620/2020 nömrəli qərarlarında öz əksini tapmışdır. Həmin məhkəmə qərarlarına əsasən Ali Məhkəmə səyyar vergi yoxlamasının təqvim günləri ilə deyil, iş günləri ilə aparıldığı üçün yoxlamanı qanunsuz hesab etmiş və həmin əsasa görə cavabdeh vergi orqanının kassasiya şikayətini təmin etməyərək, aşağı instansiya məhkəmələrin qərarlarını dəyişdirilmədən qüvvədə saxlamışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il 406-VlQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən dəyişikliklərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni xx.xx.2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların iş günləri ilə aparılmalı olduğuna dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məiumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid-məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.11-ci yarım bəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlama müddəti 2 dəfə artırılmış, 12 dəfə dayandırılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından təxminən 1 ildən artıq müddət (təxminən 1 il 24 gün) keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211588888 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) artırılması qeyd edilmiş, halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2021-ci il tarixdə 30 gün müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 3 gün sonra xx.xx.2021-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə 30 müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 2 gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kini, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.13-cü yarımbəndinə görə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar sırasındadır. Vergi orqanının 30 iyun 2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarla səyyar vergi yoxlamasının aparılması yoxlayıcı Baş idarənin Vergi audit idarəsinin İstehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi X10 həvalə edilmişdir. Daha sonra, vergi orqanının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə yoxlamanın başlanması haqqında qərara dəyişiklik edilmiş və yoxlamanın aparılması həmin Baş İdarənin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 2-ci şöbəsinin dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Göründüyü kimi, yoxlama ilkin olaraq yoxlayıcı Emin Məmmədov və daha sonra Elnur Bəylərzadə tərəfindən aparılmışdır. Yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamaya ilkin cəlb edilmiş yoxlayıcı X13 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcı X6 barəsində heç bir məlumat mövcud deyil. Bu isə daha sonra cəlb edilmiş yoxlayıcı ilə aparılan bütün yoxlana hərəkətlərin qanunsuz və əsassız olmasına dəlalət edir. Göründüyü kini, qeyd olunan Əsasnamənin tələblərinə zidd olaraq, yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etniş şəxsin və yoxlamaya sonradan cəlb edilmiş yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi barədə məlumatlar reyestr məlumatlarına daxil edilməmişdir.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində isə 3.4.18-ci və 3.4.19-cu yarım bəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 4 noyabr 2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, bu günədək yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, nəinki yoxlmanın, həmçinin yoxlamaya aid digər məlumatların dövlət reyestrində qeydiyyata alınmaması yoxlamanın tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe artıq Ali Məhkəmənin bir neçə qərarlarında dövlət reyestrində qeydiyyata alınmayan yoxlamaların və yoxlamaya aid digər məlumatların həmin yoxlamaların hüquqi nəticəsinin olmamasına dair formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapıbdır.Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. VM-nin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktının 1.8-ci bəndinin 4-cü hissəsində qeyd edir ki, “Hazırkı yoxlama müəssisə tərəfindən təgdim edilmiş ilkin sənədlər və vergi orqanında olan baza məlumatlarına əsasən aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir. Müəssisənin uçot məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırıldı və kənarlaşmalar müəyyən edilməmişdir”. Daha sonra, aktın 1.9.1-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, müəssisəyə 1 iyul 2021-cl il tarixli tələbnamə təqdim edilmiş, müəssisə isə vergilərin hesablanması ilə bağlı mühasibatlıq sənədlərini qismən təqdim etmiş, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərin öyrənilməsinə əlavə vaxt tələb edildiyi üçün xx.xx.2022-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Bununla bağlı qeyd olunur ki, yoxlama ilə tələb olunan və zəruri olan bütün sənədlərinin surətləri yoxlama zamanı tam formada yoxlamaya təqdim olunmuşdur. Beləliklə, cavabdeh vergi orqanı yoxlama aktında ilkin olaraq yoxlamaya sənədlərin tam təqdim edildiyini etiraf etsə də, daha sonra sənədlərin qismən təqdim edildiyini göstərmişdir. Bununla yanaşı, yoxlamaya sənədlərin qismən təqdim edilməsi barədə aktlarda hansı sənədlərin təqdim edildiyi sadalandıqdan sonra tələbnamədə göstərilən digər sənədlərin təqdim edilmədiyi qeyd edilmiş, lakin konkret olaraq hansı sənədlərin təqdim edilmədiyi açıqlanmamışdır. Digər tərəfdən, sual yaranır ki, əgər sənədlər yoxlama zamanı tam təqdim edilməmişdirsə, hansı səbəbdən cavabdeh vergi orqanı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25 iyul 2022-ci il tarixdə qərar qəbul edilərək “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, Vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”, (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kini əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kini əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı sənədlərin qismən təqdim edilməsi haqqında aktları xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ının təxminən 1 il keçdikdən sonra qəbul edilməsi belə kobud qanun pozuntusudur. Qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Məsuliyyətə cəlb edilməsi haqqında qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. VM-nin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-cimaddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. VM-nin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin, tələblərinin gözlənilməm əsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçı onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 5 sentyabr 2022-ci il tarixli akta dair öz etirazını təqdim edərək özünün müdafiəsi üçün dəlillər gətirmiş, lakin cavabdeh vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərə münasibət belə bildirməmişdir. Cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 5 sentyabr 2022-ci il tarixli aktın məzmununu köçürməsi, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamaların qanunsuz və əsassız hesab edirlər: Əlavə dəyər vergisi üzrə. Səyyar vergi yoxlaması aktından müyyən olunur ki, ƏDV üzrə hesablanmış əlavə məbləğ yoxlaması zamanı cəlb edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Belə ki, yoxlama aktında göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmi “X23” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. Mütəxəssis tərəfindən verilmiş rəyə əsasən yoxlama dövrü üzrə real istehsal həcminin 26243.40 ton olduğu aşkarlanmışdır. Həmin dövr üzrə bəyannamə məlumatlarında vergi ödəyicisinin ixracı 19953.59 ton, EOF üzrə satışı isə 2938.79 ton olmuşdur. Bundan əlavə vergi ödəyicisinin öz verdiyi xammal və hazır məhsulun material hərəkəti cədvəlinə, yoxlama dövrü üzrə təqdim edilən mənfəət vergisi bəyannamələrinə əsasən yoxlama dövrünün sonuna hazır məhsul qalığı 781.16 ton olmuşdur. Yoxlamaya təqdim edilmiş mütəxəssis rəyində istehsal həcmi illər üzrə verildiyindən hesablama faktiki olaraq hər ilin son avında aparılmışdır. Mütəxəssis tərəfindən verilmiş real istehsal həcmindən ixrac və EQF üzrə təqdim edilmiş mal miqdarını çıxıldıqdan sonra 3351.02 ton (26 243.40- 19 953.59 - 2 938.79) fərq yaranmışdır. Odur ki, yaranmış fərqə vergi ödəyicisinin EOF məlumatlarındakı həmin mal çeşidləri üzrə tətbiq etdiyi orta satış qiymətləri əsas götürülərək yoxlama dövrünü əhatə etdiyi illər üzrə, hər ilin son ayında əlavə dövriyyə satışa verilmişdir. Eyni zamanda, SVY aktının ƏDV-nin müqayisəli cədvəlindən görünür ki, 2018-ci ilin dekabr ayında 304473,10 manat, 2019-cu ilin dekabr ayında 397293,06 manat, 2020-ci ilin dekabr ayında 101761,71 manat və 2021-ci ilin aprel ayında 90466.81 manat ümumilikdə 893994,68 manat ƏDV azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama aktı ilə ümumulikdə ƏDV üzrə hesablanmış 896595,59 manat verqidən 893994,68 manat hissəsi mütəxəssis rəyi əsasında hesablanmış vergidən, qalan 2600,91 manat ƏDV-nin isə ƏDV əvəzləşməsinin düzgün aparılmaması və digər pozisiyalar üzrə hesablanmış vergidən ibarət olmuşdur. Qalan 2600,91 manat ƏDV hesablaması böyük məbləğ təşkil etmədiyi üçün həmin hesablamanı və ona əsasən tətbiq edilmiş maliyyə sanksiyasını hazırda mübahisələndirilmir. Cavabdeh vergi orqanın xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarında və rəydə mütəxəssisə iddiaçının istehsal obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi tapşırılsa da mütəxəssis həmin həcmləri aylar üzrə deyil, illər üzrə müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı qeyd edilən mütəxəssis rəyini əsas götürərək iddiaçının yoxlama ilə əhatə edilən illər üzrə bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, VM-nin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Eyni Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, VM-nin 166-cı maddəsi vergi tutulan əməliyyatın aparıldığı vaxtı müəyyən edir. Büdcəyə ödənilməli ƏDV, VM-nin 166-cı maddəsinin müddəaları maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti, ayın 20-nədək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında VM-nin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Cavabdeh vergi orqanı yoxlama zamanı mütəxəssis rəyini əsas götürməklə illər üzrə bütün ƏDV dövriyyəsini hər ilin sonuncu dekabr ayına tətbiq edərək əlavə vergiləri hesablamaqla vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Rəy vermiş mütəxəssis rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olmamışdır. Belə ki, rəyin 3-cü səhifəsində qeyd edilmişdir ki, mütəxəssis X12 xarici ölkələrin ali təhsil müəssisələrində kommersiya üzrə magistr və doktorantı dərəcələrini almış, lakin məhz istehsal sahəsi üzrə hər hansı sertifikata və ya diploma sahib olması, istehsal sahəsində mütəxəssis kimi rəy vermək səlahiyyətinə malik olması göstərilməmişdir. Mütəxəssis istehsal sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında iddiaçının istehsal obyektində aylar üzrə istehsal həcmlərinin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis bu sahədə xüsusi biliyə malik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olan sahə üzrə deyil, digər sahəyə aid, yəni istehsal sahəsi üzrə rəy vermişdir ki, bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Bundan başqa, mütəxəssis rəyinə nəzər yetirsək görmək olur ki, rəy məhz şəxsi mülahizələr əsasında tərtib edilmişdir. Mütəxəssis istehsal həcmi ilə bağlı rəy verərkən beynəlxalq normativləri, daha doğrusu X5 Assosiasiyası tərəfindən müəyyən edilmiş ferrosilisium növünə uyğun olaraq kvarsit və elektrik sərfiyyat normalarını əsas götürmüşdür. Mütəxəssis iddiaçının istehsal obyektində mövcud olan avadanlıqların texniki göstəricilərini, istifadə edilən enerji sərfiyyatını və enerji itkilərini nəzərə alaraq təxmin etmişdir ki, iddiaçı ümumilikdə yoxlanılan dövr ərzində 3351,02 ton artıq məhsul istehsal etməli idi. Mütəxəssisin bu rəyi yalnız ehtimal və fərziyyədir. Mütəxəssis rəy verərkən istehsal avadanlığın köhnəlməsini, texniki göstəricilərə uyğun illər üzrə istehsal gücünün azalmasını, istehsal zamanı xammal itkilərini, iddiaçının iş rejimi xüsusiyyətlərini, boş dayanmalarını nəzərə almamış, faktiki real istehsal həcmini dəqiq müəyyən edilməsi ücün real istehsalatın eksperimentini aparmış, yalnız göstəricilərə uyqun sadə riyazi hesablamaları ilə təxmini istehsal həcmini müəyyən etmişdir. Mütəxəssisin təxmini rəy verməsi öz yekun rəyindən belə görünür. Həmin yekun rəydə göstərmişdir ki, istehsal həcmi ferrosilisium sərfiyyat normativləri əsasında aparılmış, lakin eyni yanaşma kvarsit sərfiyyat normativlərinə uyğun aparıldıqda da təxmini eyni istehsal həcmi hesablanır. Göründüyü kim, mütəxəssis öz yekun rəyində belə “təxmini” sözündən istifadə edərək etiraf etrrişdir ki, rəy real faktiki istehsal əsasında deyil, təxmini ehtimallar əsasında verilmişdir. Eyni zamanda, xüsusi olaraq qeyd edilməlidir ki, nə VM-də, nə də ki digər qanunvericilik aktlarında vergilərin məhz enerji sərfiyyatı əsasında hesablanması nəzərdə tutulmamışdır. Vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Cavabdeh vergi orqanı öz yoxlama aktında da göstərmişdir ki, iddiaçının yoxlanılan dövr ərzində bəyannamə məlumatlarına əsasən ixracı 19953,59 ton, EQF üzrə satısı isə 2938,79 ton olmuşdur. İddiaçının satışının 87.16 % -i ixracdan ibarət olmuşdur. İddiaçının əsas fəaliyyəti xammalı idxal edərək ondan məhsullar istehsal edib əksər hissəsini ixrac etmək olmuşdur. Belə olan halda, fərz olunsa ki, cavabdeh vergi orqanı mütəxəssis rəyi əsasında müəyyən etmişdir ki, iddiaçının istehsal obyektində 3351,02 ton məhsul əlavə istehsal edilmiş, lakin hansı səbəbdən iddiaçının satışının təxminən 90%-i ixrac olduğu halda, iddia etdikləri həmin əlavə istehsalı ixrac deyil, məhz daxili satış kimi qəbul etmişdir. Məlum məsələdir ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə görə malların ixracı üzrə ƏDV 0% dərəcə ilə hesablanır. Cavabdeh vergi orqanı yoxlama apararkən qərəzli olmuş, yoxlamanın aparılması zamanı iş üzrə bütün faktiki halları, o cümlədən iddiaçı üçün əlverişli olan halları araşdırmamışdır. VM-nin 36.2-ci maddəsində göstərilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ÖMV üzrə. Səyyar vergi yoxlama aktında göstərilmişdir ki, "Yoxlama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olundu. Belə ki, təsisçilər tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. VM-nin 110-cu, 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi “RMH X17” şirkəti üzrə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 faiz gəlirləri hesablamaqla ödəmə mənbəyində 10% dərəcə ilə 112573,11 manat, təsisçi X8 üzrə yoxlanılan dövr üzrə təsisçiyə 536559,80 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyində 10%, dərəcə ilə 53655,98 manat əlavə vergilər hesablanmışdır. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçilərin iddiaçıya yoxlanılan dövr ərzində verdikləri borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi VM-nin 110-cu və 123-cü maddələrini əsas kimi gətirmişlər. Cavabdeh vergi orqanın göstərilən mövqeyi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil və buna əsasən hesablanmış vergilər əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. VM-nin 110.1-ci maddəsində qeyd edilmişdir ki, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Həmin normanın “Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması” adından və VM-nin 110.1-ci maddəsinin məzmunundan aydın olur ki, bu normanın məqsədi ondan ibarətdir ki, hər bir vergi ödəyicisinə xaricdən və yaxud qarşılıqlı surətdə asılı olan şəxsdən borc aldığı zamanı həmin borca görə ödədiyi faizlərə bir məhdudiyyət qoyulsun ki, vergi ödəyiciləri bu formada xərclərini artıraraq mənfəətini azalda bilməsinlər. Lakin sözügedən normanın təsisçi tərəfindən verilən borca faizlərin tətbiq edilməsi ilə bağlı heç bir əlaqəsi yox və həmin normanın hazırkı məsələyə tətbiqi vergi qanunvericiliyinin kobud pozulmasıdır. VM-nin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. İddiaçının təsisçiləri iddiaçıya borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmişlər, borcu iddiaçıya maddi dəstək üçün vermişlər və verdikləri borclara görə iddiaçıya ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişlər. Vergi Məcəlləsinin 5-ci maddəsinin çıxış edərək qeyd edirik ki. ödəmə mənbəyində verginin adından belə görünür ki, həmin verginin tutulması ücün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı. həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır.Yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının təsisçilərinin verdikləri borca görə iddiaçı tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş **********468000 saylı, xx.xx.2023-cü il tarixli etirazda göstərilmişdir ki, VM-nin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş yoxlama ilə bağlı qeyd olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147882 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici faktiki olaraq filizin və dəmir qırıntısının reduksiyası nəticəsində çuqunun və poladın istehsalı, tökmə və yeniləşdirilmiş çuqunun istehsalı ilə məşğul olmuşdur. VM-nin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektinin uçotunu aparmaq; 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci maddəsinə əsasən, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi “Yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla aparılması barədə” və yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın reyestrə daxil olunmaması barədə dəlillərini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211588888; xx.xx.2021-ci il). Yoxlama ilə bağlı tələb olunan bütün məlumatlar, eyni zamanda yoxlamanın keçirildiyi dövrdə yoxlama müddətinin artırılması və dayandırılması (təxirə salınması) barədə məlumatlar da reyestrə daxil edilmişdir. Bundan əlavə, yoxlamanın müddətinin artırılması və dayandırılması (təxirə salınması) zamanı VM-nin tələblərinə əməl olunmuş və bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində qeyd olunmuşdur. İddiaçının yoxlayıcıların dəyişdirilməsi barədə məlumatın reyestrə daxil olunmaması dəlili ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən (Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 1299 nömrəli Fərmanı ilə edimiş dəyişikliklər nəzərə alınmaqla) yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışda yoxlayıcılar barədə məlumat qeyd olunur. Hazırkı yoxlama üzrə yoxlayıcı şəxs barədə məlumatlar da xx.xx.2021-ci il tarixli KY211588888 nömrəli reyestrdə qeyd olunmuşdur. Səyyar vergi yoxlaması keçirilən dövrdə yoxlamanın daha effektli, kefiyyətli və operativ həyata keçirilməsinin təmin edilməsi üçün vergi orqanının qərarına əsasən yoxlayıcıların tərkibi dəyişdirilə bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi “Yoxlama zamanı sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilməsi barədə” dəlilini aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. Vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********147927 saylı tələbnamə təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya qismən təqdim olunmuşdur. Bununla əlaqədar “Sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar tərtib olunmuş və həmin aktlar vergi ödəyicisi tərəfindən etiraz bildirilmədən imzalanmışdır. Təsisçilərlə borc müqavilələri, xarici şirkətlərlə müqavilələr, təmir aktları və digər sənədlər tələbnamə ilə tam təqdim olunmamışdır. Bununla əlaqədar VM-nin 43-cü maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********160417 nömrəli qərar çıxarılmış, və yalnız bundan sonra həmin qərara əsasən sənədlər yoxlamaya tam təqdim edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmiş və həmin protokolun bir nüsxəsi vergi ödəyicisinin nümayəndəsi tərəfindən heç bir etiraz olmadan imzalanaraq götürülmüşdür. Bundan əlavə, iddiaçının “Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktında aparılmış hesablamaları qanunsuz hesab etməsi barədə” dəlilini də aşağıda göstərilən səbəblərə görə əsassız hesab edirlər. Belə ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli akt səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinə dair VM-nin 39-cu maddəsinin tələbləri baxımından özü-özülüyündə iddiaçıya münasibətdə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aktı əsasında Vergi Məcəlləsinin 39.6-cı və 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, vergi ödəyicisi üçün hüquqi nəticə doğuran qərar qəbul edilə bilər, nəticəsindən asılı olaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina oluna bilər və yaxud əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi nəzərdə tutula bilər. Bununla əlaqədar bildirirlər ki, iddiaçının istinad etdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akt əsasında vergi ödəyicisi üçün hüquqi nəticə doğuran inzibati akt (qərar), yəni “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə cəmiyyətə aşağıdakı əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. 896595,59 manat ƏDV az, 28,87 manat artıq və 448297,80 manat maliyyə sanksiyası; 166529,20 manat ÖMV və 83264,60 manat maliyyə sanksiyası; 120,00 manat maliyyə sanksiyası (VM-nin 57.1-ci maddəsi). Hesablanmış vergilərin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur. Əlavə dəyər vergisi üzrə: VM-nin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildirirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik tələb olunan məsələlər üzrə mütəxəssisin dəvət edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********150843 nömrəli qərara əsasən “X23” MMC-dən mütəxəssis dəvət olunmuşdur. Həmin qərar ilə İddiaçı MMC tərəfindən ’’Sumqayıt Kimya Sənaye Parkı” MMC-dən (VÖEN **********) icarəyə götürülmüş ünvan 1 ünvanda yerləşən ferro ərinti (ferrosilisium) istehsalı zavodunda istehsal olunan məhsulların xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün real istehsal həcminin aylar üzrə müəyyənləşdirilməsi barədə sual qoyulmuşdur. Mütəxəssis tərəfindən xx.xx.2022-ci il tarixdə rəy təqdim olunmuşdur. Vergilərin hesablanması zamanı mütəxəssis rəyinə istinad edilmişdir. Yoxlama zamanı mütəxəssis tərəfindən verilmiş rəyə əsasən yoxlama dövrü üzrə real istehsal həcminin 26243,40 ton olduğu aşkarlanmışdır. Həmin dövr üzrə bəyannamə məlumatlarında vergi ödəyicisinin ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2938,79 ton olmuşdur. Bundan əlavə vergi ödəyicisinin öz verdiyi xammal və hazır məhsulun material hərəkəti cədvəlinə, yoxlama dövrü üzrə təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən yoxlama dövrünün sonuna hazır məhsul qalığı 781,16 ton olmuşdur. Vergi Məcəlləsininn 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Yoxlamaya təqdim olunmuş mütəxəssis rəyində istehsal həcmi illər üzrə verildiyindən hesablama faktiki olaraq hər ilin son ayında aparılmışdır. Mütəxəssis tərəfindən verilmiş real istehsal həcmindən 781,16 ton mal qalığı, ixrac və EQF üzrə təqdim olunmuş malların miqdarı çıxıldıqdan sonra 3351,02 ton (26243,40 - 19953,59 - 2938,79) fərq yaranmışdır. Odur ki, yaranmış fərqə vergi ödəyicisinin EQF məlumatlarındakı həmin mal çeşidləri üzrə tətbiq etdiyi orta satış qiymətləri əsas götürülərək yoxlama dövrünü əhatə etdiyi illər üzrə, hər ilin son ayında əlavə dövriyyə satışa verilmişdir. Yoxlama ilə əhatə olunan 2019-cu ilin iyul ayı, 2020-ci ilin fevral, aprel, may, iyun, mart ayları, 2021-ci ilin isə mart ayı üzrə təqdim olunmuş ƏDV bəyannamələrində vergi orqanı tərəfindən kameral hesablamalar aparılmışdır. Aparılmış hesablamalar 2019-cu ilin iyul, 2020-ci ilin aprel-iyun ayları üzrə əvəzləşməyə artıq salınmış məbləğlər, digər aylarda isə müəssisənin hesablaşma hesabına daxil olmuş vəsait ilə bağlı olmuşdur. Aparılmış kameral hesablamalar səyyar vergi yoxlaması ilə öz təsdiqini tapmışdır. VM-nin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş EVHF-larına əsasən 2019-cu ilin may və oktyabr ayınlarda 2405,45 manat, 2020-ci ilin üzrə mart və noyabr ayında 20,07 manat, 2021-ci ilin yanvar və fevral aylarında cəmi 175,09 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar əvəzləşdirilməsi) müəyyən edilmişdir. Yoxlama ilə 2019-cu ilin may ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmış və İA seriyalı 953655 nömrəli elektron vergi hesab fakturası üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 210,86 manat ƏDV məbləği əvəzləşmədən azaldılmışdır. Nəticədə müəssisə tərəfindən 2019-cu ilin may ayı üzrə 210,86 manat ƏDV məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. 2019-cu ilin oktyabr ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və İF seriyalı 701439 nömrəli elektron vergi hesab fakturası üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 1525,42 (2152,13 - 626,71) manat ƏDV məbləği, HP seriyalı 679097 nömrəli elektron qaiməfaktura üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 669,18 manat ƏDV məbləği əvəzləşmədən azaldılmışdır. Nəticədə müəssisə tərəfindən 2019-cu ilin oktyabr ayı üzrə 2194,60 (1525,42+669,18) manat ƏDV məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. 2020-ci ilin mart ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əzəzləşməyə salınmadığı müəyyən olunan xx.xx.2019-cu il tarixli **********507 nömrəli YGB üzrə 1,80 manat ƏDV məbləği əvəzləşməyə əlavə olunmuşdur. Bundan əlavə İİ seriyalı 231603 nömrəli elektron qaiməfaktura üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 4,41 manat ƏDV məbləği əvəzləşmədən azaldılmışdır. Nəticədə müəssisə tərəfindən 2020-ci ilin mart ayı üzrə 2,61 manat ƏDV məbləğinin çox hesablandığı müəyyən olunmuşdur.2020-ci ilin avqust ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və vergi ödəyici tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə fakturaların dəyəri 148 885,10 manat olmasına baxmayaraq həmin heabat ayında ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatların dəyəri sətrində 860,22 az göstərildiyindən 154,84 manat əlavə hesablama aparıldı. Bundan əlavə əvəzləşməyə artıq salınan EBAN seriyalı 262348 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 17,94 manat ƏDV məbləği əvəzləşmədən azaldılmışdır. Vergi ödəyicisi tərəfindən avqust ayı üzrə idxalda əvəzləşdirməyə cəlb olunmuş mallara görə ödənilən məbləğ bölməsində 63294,47 manat göstərilsə də, Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda 63 337,68 manat olmuş, nəticədə əlavə 43,21 manat ƏDV əvəzləşməyə salınmışdır. Nəticədə müəssisə tərəfindən 2020-ci ilin avqust ayı üzrə 25,27 (43,21-17,94) manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur.2020-ci ilin sentyabr ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əzəzləşməyə salınmadığı müəyyən olunan xx.xx.2020-ci il tarixli **********5274 nömrəli YGB üzrə 1,80 manat ƏDV məbləği əvəzləşməyə əlavə olunmuşdur. Nəticədə müəssisə tərəfindən 2020-ci ilin sentyabr ayı üzrə 1,80 manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur. 2020-ci ilin oktyabr ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əzəzləşməyə salınmadığı müəyyən olunan xx.xx.2020-ci il tarixli **********3652 nömrəli YGB üzrə 1,80 manat ƏDV məbləği əvəzləşməyə əlavə olunmuşdur. Nəticədə müəssisə tərəfindən 2020-ci ilin oktyabr ayı üzrə 1,80 manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur. 2020-ci ilin noyabr ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əzəzləşməyə artıq salınan EBAS seriyalı 244352 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki əvəzləşmələr ilə birlikdə artıq salınmış 17,46 manat ƏDV məbləği əvəzləşmədən azaldılmışdır. Nəticədə müəssisə tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 17,46 manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur.2021-ci ilin yanvar ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əvəzləşdirmə üçün təqdim edilmiş EBAW seriyalı 303821 nömrəli elektron qaimə-fakturası üzrə 142,65 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmədən çıxarılmışdır. Nəticədə müəssisə tərəfindən 2021-ci ilin yanvar ayı üzrə 142,65 manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur. 2021-ci ilin fevral ayı üzrə müəssisə tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyənnaməsi yoxlanılmışdır və əzəzləşməyə salınmadığı müəyyən olunan xx.xx.2021-ci il tarixli **********5100 nömrəli YGB üzrə 108,00 manat ƏDV məbləği əvəzləşməyə əlavə olunmuşdur. Nəticədə müəssisə tərəfindən 2021-ci ilin fevral ayı üzrə 108,00 manat ƏDV məbləğinin az hesablandığı müəyyən olunmuşdur. Beləliklə, yoxlama dövrü üzrə ümumilikdə 896595,59 manat ƏDV-nin (o cümlədən: 2018- ci il üzrə 304473,10 manat azaldılması; 2019-cu il üzrə 399698,51 manat azaldılması, 2020- ci il üzrə 101781,78 manat azaldılması və 28,87 manat artıq hesablanması, 2021-ci il üzrə 90642,20 manat azaldılması) azaldılması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 896595,59 manat azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 448297,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr üzrə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisiçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2018-ci il tarixə təsisçi "RMH X17" şirkətinin müəssisəyə verdiyi borcun məbləği 3738040,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi qeyrirezident "RMH X17" şirkəti tərəfindən müəssisəyə ümumilikdə 2023000,00 manat borc verilmiş, eyni zamanda 897500,00 manat müəssisə tərəfindən borc təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna yəni, xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 5186440,00 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi "RMH X17" şirkəti üzrə 2018-ci ilin 4-cü rübü üzrə 76024,5 manat, 2019-cu ilin 1-ci rübü üzrə 117318,3 manat, 2-ci rübü üzrə 126701,8 manat, 3-cü rübü üzrə 12736,20 manat, 4-cü rübü üzrə 12326,54 manat, 2020ci ilin 1-ci rübü üzrə 11433,78 manat, 2-ci rübü üzrə 106238,4 manat, 3-cü rübü 116540,7 manat, 4-cü rübü 107132,3 manat, 2021-ci ilin 1-ci rübü üzrə 255091,6 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 % dərəcə ilə 112573,1 manat vergi hesablanmışdır. Bundan başqa ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2018-ci il tarixə təsisçi X3 müəssisəyə verdiyi borcun məbləği 2550,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi X8 tərəfindən müəssisəyə ümumilikdə ******* manat borc verilmiş, eyni zamanda 699500 manat borc müəssisə tərəfindən təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna yəni, xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 3270841.10 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi X8 üzrə 2018-ci ilin 4-cü rübü üzrə 461,91 manat, 2019-cu ilin 1-ci rübü üzrə 24107,37 manat, 2-ci rübü üzrə 52355,76 manat, 3-cü rübü üzrə 59376,22 manat, 4-cü rübü üzrə 64205,93 manat, 2020-ci ilin 1-ci rübü üzrə 63411,65 manat, 2-ci rübü üzrə 64247,09 manat, 3-cü rübü 72172,56 manat, 4-cü rübü 66811,11 manat, 2021-ci ilin 1-ci rübü üzrə 69410,20 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 536559,8 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 % dərəcə ilə 53655,98 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. VMnin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166529,20 manat azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 83264.61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə VM-nn 58.6-cı maddəsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 459,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla bağlı vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisidir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının “Səyyar vergi yoxlamasının qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılması barədə” dəlili əsassızdır. İddiaçı Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan 38.2-ci maddəsi ilə bu Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmadan müddət tələblərinə əməl edilməməsi ilə bağlı əsassız dəlillər gətirməklə şikayətini əsaslandırmağa çalışır. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilmə müddəti 90 günə qədər artırıla bilər. Vergi orqanları üçün beş günlük iş həftəsi müəyyən edilmişdir. Vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanları üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı var. Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 38.2-ci maddəsinin tələbinə dair vergi orqanlarının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Bundan əlavə, həmin vaxt qüvvədə olan Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddənin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1447882 nömrəli qərarın 3-cü bəndindən də göründüyü kimi yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Bu da Vergi Məcəlləsinin və formalaşmış məhkəmə təcrübəsinin tələblərinə uyğundur. İddiaçının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilməsi barədə” dəlilini də aşağıda qeyd olunanlara görə əsassız hesab edirlər. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağı barədə vergi ödəyicisinə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması aktına dair etiraz verilmişdir. Vergi ödəyicisinin etiraz ərizəsinə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi olan X7 iştirakı ilə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və Vergi Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Müəssisə yoxlama ilə əhatə olunan dövr üzrə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olunmuşdur. Belə ki, təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisiçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2018-ci il tarixə təsisçi "RMH X17" şirkətinin müəssisəyə verdiyi borcun məbləği 3738040,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi qeyrirezident "RMH X17" şirkəti tərəfindən müəssisəyə ümumilikdə 2023000,00 manat borc verilmiş, eyni zamanda 897500,00 manat müəssisə tərəfindən borc təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna yəni, xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 5186440,00 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi "RMH X17" şirkəti üzrə 2018-ci ilin 4-cü rübü üzrə 76024,5 manat, 2019-cu ilin 1-ci rübü üzrə 117318,3 manat, 2-ci rübü üzrə 126701,8 manat, 3-cü rübü üzrə 12736,20 manat, 4-cü rübü üzrə 12326,54 manat, 2020ci ilin 1-ci rübü üzrə 11433,78 manat, 2-ci rübü üzrə 106238,4 manat, 3-cü rübü 116540,7 manat, 4-cü rübü 107132,3 manat, 2021-ci ilin 1-ci rübü üzrə 255091,6 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 % dərəcə ilə 112573,1 manat vergi hesablanmışdır. Bundan başqa ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün əvvəlinə yəni, xx.xx.2018-ci il tarixə təsisçi X3 müəssisəyə verdiyi borcun məbləği 2550,00 manat olmuşdur. Yoxlanılan dövr ərzində təsisçi X8 tərəfindən müəssisəyə ümumilikdə ******* manat borc verilmiş, eyni zamanda 699500 manat borc müəssisə tərəfindən təsisçiyə qaytarılmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə yoxlanılan dövrün sonuna yəni, xx.xx.2021-ci il tarixə müəssisənin təsisçiyə 3270841,10 manat borcu qalmışdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalıqlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi X8 üzrə 2018-ci ilin 4-cü rübü üzrə 461,91 manat, 2019-cu ilin 1-ci rübü üzrə 24107,37 manat, 2-ci rübü üzrə 52355,76 manat, 3-cü rübü üzrə 59 376,22 manat, 4-cü rübü üzrə 64 205,93 manat, 2020-ci ilin 1-ci rübü üzrə 63411,65 manat, 2-ci rübü üzrə 64247,09 manat, 3-cü rübü 72172,56 manat, 4-cü rübü 66.811,11 manat, 2021-ci ilin 1-ci rübü üzrə 69410,20 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə təsisçiyə 536559,8 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyinə 10 % dərəcə ilə 53655,98 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. VMnin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 166529,20 manat azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 83264.61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə VM-nn 58.6-cı maddəsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 459,73 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması halları aşkar edilmişdir. Bununla bağlı vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması məsələsinə baxılmış və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilmə müddəti 90 günə qədər artırıla bilər. Vergi orqanları üçün beş günlük iş həftəsi müəyyən edilmişdir. Vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanları üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı var. Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan 38.2-ci maddəsinin tələbinə dair vergi orqanlarının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur (Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-6/20 nömrəli qərarı). Həmin qərarda qeyd edilmişdir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən VM-nin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1-ci və digər maddələr, o cümlədən 38.2-ci və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bundan əlavə, həmin vaxt qüvvədə olan VM-nin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddənin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1447882 nömrəli qərarın 3-cü bəndindən də göründüyü kimi yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Bu da Vergi Məcəlləsinin və formalaşmış məhkəmə təcrübəsinin tələblərinə uyğundur. Bundan əlavə, iddiaçının “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilməsi barədə” dəlilini də aşağıda qeyd olunanlara görə əsassız hesab edirlər. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağı barədə vergi ödəyicisinə məlumat verilmiş, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması aktına dair etiraz verilmişdir. Vergi ödəyicisinin etiraz ərizəsinə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi olan X7 iştirakı ilə baxılmış, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilən zaman bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmış və VM-nin 49.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. VM-nin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.Yuxarıda qeyd olunanlara əsaslanaraq bildiririk ki, İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib edilmiş akt əsasında qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli qərar ilə hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası VM-nin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi və dövlət büdcəsinə ödənilməli olan vergilərin azaldılması üçün əsas ola bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək və iş üzrə verilmiş ekspertiza rəyinin nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların və ekspertiza rəyi ilə razı olmadıqlarının nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar: X9 (“Borc verən”) ilə İddiaçı MMC (“Borc alan”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə üzrə borcun ümumi məbləği ******* (iki milyon) Azərbaycan manatı məbləğinə qədər borc müqaviləsi bağlanmışdır (1.4-cü bənd). 24 dekabr 2018-ci il tarixli borc müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC (“Borc alan”) ilə X8 (“Borc verən”) arasında ******* (bir milyon) ABŞ dolları məbləğində (məbləğinə qədər) borc müqaviləsi bağlanmışdır (1.4-cü bənd). 30 aprel 2019-cu il tarixli borc müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC (“Borc alan”) ilə X8 (“Borc verən”) arasında ******* (bir milyon) manat məbləğində (məbləğinə qədər) borc müqaviləsi bağlanmışdır (1.4-cü bənd). "xxxx" MMC (“Borc verən”) ilə İddiaçı MMC (“Borc alan”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01/19 BR saylı borc müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə əsasında “Borc verən” “Borc alana” təsərrüfat əməliyyatlarında istifadə etmək məqsədi ilə ******* (beş milyon manat) AZN məbləğində pul vəsaitini borc olaraq verir. Borc alan öz növbəsində alınmış borcu müqavilənin 7.1 bəndində nəzərdə tutulan müddət ərzində Borc verənə geri ödəmək barədə öhdəlik götürür (1.1-ci bənd). İddiaçı MMC ilə Sumqayıt Kimya Sənaye Parkı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, tərəflər bəyan edir ki, aralarında xx.xx.2016-cı il tarixində kredit müqaviləsi bağlanmışdır (1-ci bənd); Tərəflər onu da bəyan edir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə xx.xx.2017 və xx.xx.2018-ci il tarixli əlavələr edilmişdir (2-ci bənd); tərəflər qəbul edir ki, xx.xx.2018-ci il tarixdə son edilmiş əlavəyə uyğun olaraq, xx.xx.2016-cı il tarixli müqavilə üzrə borc, faizlərlə bərabər xx.xx.2021-ci il tarixdə tam olaraq ödənilməlidir (3-cü bənd). Ümumilikdə Kreditor Borcluya 12330100 ABŞ dolları kredit vəsaiti verib (7-ci bənd). Tərəflər bildirir ki, bu müqavilə bağlanan tarixədək Borclu Kreditora faizlərlə bərabər 0 (sıfır) ABŞ dolları geri qaytarıb və ümumi borcu 12330100 ABŞ dolları təşkil edir (8-ci bənd). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********47882 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2018 - aprel 2021-ci il dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. **********3147927 №-li, xx.xx.2021-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə ilə İddiaçı MMC-dən Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş **********147983 №li, xx.xx.2022-ci il tarixli “Səyyar“vergi yoxlaması” barədə aktdan müəyyən olunur ki, həmin İdarənin xx.xx.2021-ci il tarixli **********147882 saylı qərarına əsasən İddiaçı üzrə Əlavə dəyər vergisi-oktyabr 2018-aprel 2021; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il-2019-cu il; mənfəət vergisi 2018-ci il-2020-ci il; əmlak vergisi 2018-ci il- 2020-ci il; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018-2-ci rüb 2019; mədən vergisi oktyabr 2018-aprel 2021; aksiz vergisi oktyabr 2018-aprel 2021; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4-cü rüb 2019 (0112); ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2018-1-ci rüb 2021; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) 1-ci rüb 2020-1-ci rüb 2021; MDSS- İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) -4cü rüb 2018-2-ci rüb 2019; Muzla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb-4-cü rüb 2019-cü il dövrləri üzrə VM-nin 38.3.4-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesabanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2021-ci ildə başlamış və xx.xx.2022-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti xx.xx.2021-ci il tarixli **********148913 №-li və xx.xx.2021-ci il tarixli **********149926 №li qərarla hər biri 30 gün müddətinə uzadılmış; xx.xx.2021-ci il tarixli **********150895 №-li qərarla 32 gün, xx.xx.2021-ci il tarixli **********151919 №-li qərarla 33 gün; 27.12. 2021-ci il tarixli **********152994 №-li qərarla 32 gün; xx.xx.2022-ci il tarixli **********153850 №-li qərarla 16 gün; xx.xx.2022-ci il tarixli **********154330 №-li qərarla 20 gün; xx.xx.2022-ci il tarixli **********154879 №-li qərarla 27 gün; xx.xx.2022-ci il tarixli **********155779 №-li qərarla 16 gün; xx.xx.2022-ci il tarixli **********156815 №-li qərarla 32 gün; xx.xx.2022-ci il tarixli **********158007 №-li qərarla 16 gün; xx.xx.2022-ci il tarixli **********158582 №-li qərarla 22 gün; xx.xx.2022-ci il tarixli **********159400 №-li qərarla 21 gün; xx.xx.2022-ci il tarixli **********160155 №-li qərarı ilə 50 gün müvəqqəti dayandırılmışdır. Aktın 1.8-ci bəndində Yoxlanılan dövrdə İddiaçı MMC-nin faktiki olaraq filizin və dəmir qırıntısının reduksiyası nəticəsində çuqunun və poladın istehsalı, tökmə və yeniləşdirilmiş çuqunun istehsalı ilə məşğul olduğu qeyd olunmuşdur. Aktda yoxlanılan dövrü üzrə; - ƏDV-nin 2018-ci il üzrə 304473,10 manat azaldılması, 2019-cu il üzrə 399698,51 manat azaldılması, 2020-ci il üzrə 101781.78 manat azaldılması və 28.87 manat artıq hesablanması, 2021-ci il üzrə 90642,20 manat azaldılması müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 896595.59 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 448297.79 manat maliyyə sanksiyasının tətbiq edilməsi; - ÖMV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 166529.20 manat azaldılmasına görə VM-nin 58.1-ci maddəsinə əsasən azaldılmış 166529.20 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 83264.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; - Malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə VM-nin 58.6-cı maddəsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında 459.73 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - VM-nin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışa əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə hesabat dövrü üzrə 120,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 №-li qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla cəmiyyətə aşağıdakı əlavə vergi məbləğləri hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: ƏDV üzrə 896595,59 manat azaldılmış, 28,87 manat artıq hesablanmış və həmin məbləğə 448297,80 manat maliyyə sanksiyası tətbiq olunmuş; ÖMV üzrə 166529,20 manat azaldılmış və həmin məbləğə 83264,60 manat maliyyə sanksiyası tətbiq olunmuş; VM-nin 57.1-ci maddəsinə əsasən 120,00 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Q2300473 №-li, xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin icraatında olan 23200006 nömrəli material nəzərdən keçirilərək xüsusilə külli miqdar təşkil edən 1063095,92 manat məbləğində vergiləri qanunla müəyyən edilmiş müddətdə ödməkdən yayındığına görə İddiaçı MMC-nin direktoru ZUİEV OLEGİN barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.4-cü maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/665 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində qeyd olunanlara əsasən iddiaçı “X24 X18” MMC istehsal fəaliyyəti zamanı aşağıdakı iki enerji təchizatçısından enerji qəbul etmişdir; -"xxxx" ASC-dən 156.133.255 KVST, -"xxxx" MMC-dən 82.967.841,48 KVST. Həmçinin qeyd edilir ki, iş materiallarında öz əksini tapmış aylar üzrə aktlara əsasən obyektin həmin dövr üzrə fəaliyyəti zamanı məişət hissəsi üçün sərf olunan enerjinin sərfiyyatı ümumilikdə 25.557.477 KVST, enerji itkiləri isə 1271581,47 KVST olmuşdur. Ekspert qarşısında qoyulmuş sual üzrə qeyd edilir ki, istehsal olunmuş məhsulun real həcminin müəyyən edilməsi məsələsi məhkəmə-mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricində olduğundan bu sualın cavablandırılması mümkün olmadı. Eyni zamanda iş materiallarında mövcud olan yoxlama sənədlərinə, tədqiqata təqdim edilmiş müəssisənin yoxlama ilə əhatə edilən dövrə aid olan 8 qovluqdan ibarət sənədlərə və müəssisənin fəaliyyətini əks etdirən 1 ədəd flaşkartda olan məlumatlara əsasən aparılmış tədqiqat nəticəsində müəssisədə (896595,59 manat SVY ilə hesablanmış-893994,68 manat yoxlama zamanı cəlb edilmiş mütəxəssisin enerji sərfiyyatı əsasında verdiyi rəy üzrə hesablanmış) 2600,91 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilir. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar zamanı VMdə nəzərdə tutulmayan qaydada borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətdə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faiz gəlirləri hesablanmış və həmin faiz məbləğindən ÖMV hesablanmışdır. Yoxlama materiallarında müəssisənin təsisçilərinin verdiyi borca görə müəssisə tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi (faizlərin ögənilməsini təsdiq edən sənədlər) iş üzrə mövcud olan sənədlərdə öz təsdiqini tapmadığından hazırkı tədqiqatla təsisçilərin müəssisəyə verdiyi borca görə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasının düzgünlüyü müəyyən edilmədi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Maddə 44.1. Zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaiməfakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 5 sentyabr 2022-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. Cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktına əsasın ƏDV-nin yoxlanılan dövründə 2018-ci il üzrə 304473,10 manat, 2019-cu il üzrə 399698,51 manat, 2020-ci il üzrə 101781,78 manat azaldılması və 28,87 manat artıq hesablanması, 2021-ci il üzrə 90642,20 manat və ÖMV üzrə 166529,20 manat azaldılması müəyyən edilmiş, VM-nin 58.1-ci maddəsinə əsasən ƏDV üzrə 448297,79 manat və ÖMV üzrə 83264,61 manat, VM-nin 58.6-cı maddəsinə əsasən 459,73 manat, VM-nin 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 nömrəli Qərarına əsasən iddiaçıya 896566,72 manat əlavə vergi hesablanmış və 532142,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyar vergi yoxlaması aktının 1.1-ci bəndindən görünür ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2021-ci il tarixdən yoxlama 30 gün müddətinə uzadılmış, xx.xx.2021-ci il tarixdə yenidən 30 gün müddətinə uzadılmış, daha sonra xx.xx.2021-ci il tarixdən 12 dəfə yoxlama dayandırılmış və nəticədə yoxlama xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyriiş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Həmçinin, qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il 406-VİQD nömrəli Qanuna əsasən Vergi Məcəlləsinə edilən və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən dəyişikərdən biri də, məhz səyyar vergi yoxlamalarının 30 təqvim günü ilə deyil, iş günləri ilə aparılması olmuşdur ki, bu hal da bir daha əvvəlki, yəni 1 yanvar 2022-ci il tarixədək olan vergi qanunvericiliyinin tələblərinə görə səyyar vergi yoxlamaların yalnız təqvim günləri ilə aparılmalı olmasını təsdiq etmişdir. Göstərilən qanun dəyişikliyi cavabdeh vergi orqanın səyyar vergi yoxlamaların təqvim və ya iş günləri ilə aparılmasına dair irəli sürdüyü dəlillərin əsassız olmasına bilavasitə dəlalət edir. Sadalanan normaların tələblərinə zidd olaraq cavabdeh vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə başlamış səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 9 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə yenidən uzadılmışdır. Yəni yoxlamanın uzadılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 9 gün sonra qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli qərarla 30 gün müddətinə uzadılmış yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 12 gün sonra, yəni xx.xx.2021-ci il tarixli qərarla ikinci dəfə 30 gün müddətinə yenidən uzadılmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211588888 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2021, sona çatma tarixi xx.xx.2021-ci il tarixidir. Halbuki, yoxlama xx.xx.2021-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə artırılmış, 12 dəfə dayandırılmış (təxirə salınmışdır) və yalnız yoxlamanın başlanmasından təxminən 1 ildən artıq müddət (təxminən 1 il 24 gün) keçdikdən sonra xx.xx.2022-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2021-ci il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2022-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı yarımbəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilən məlumatdır. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211588888 saylı çıxarışdan görünür ki, yoxlamaların dayandırılması barədə qərarlar yoxlamaların məlumat reyetrində qeydiyyata alınsa da, yoxlama müddətinin artırılması barədə qərarlar ümumiyyətlə düzgün tarixlərdə qeydiyyata alınmamışdır. Belə ki, çıxarışın yoxlamanın müddətinin artırılması hissəsində yoxlamanın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (43 gün müddətinə) artırılması qeyd edilmiş, halbuki yoxlamanın müddəti ilk dəfə xx.xx.2021-ci il tarixdə 30 gün müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 3 gün sonra xx.xx.2021-ci il tarixdə, ikinci dəfə isə xx.xx.2021-ci il tarixdə 30 müddətinə uzadılmış, müddət uzatma qərarı qəbul edildiyi andan 2 gün sonra xx.xx.2021-ci il tarixdə yoxlamaların reyestr məlumatlarında qeydiyyata alınmışdır. Göründüyü kimi, vergi yoxlaması müddətinin uzadılması ilə bağlı qərarın dövlət reyestrində düzgün qeydiyyata alınmaması yoxlamanın qanununsuz və əsassız aparılmasına və nəticə etibarı ilə yoxlamanın hüquqi nəticəsinin olmamasına dəlalət edir. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.13-cü yarımbəndinə görə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar sırasındadır. Belə ki, vergi orqanının 30 iyun 2021-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarla səyyar vergi yoxlamasının aparılması yoxlayıcı Baş idarənin Vergi audit idarəsinin İstehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi X10 həvalə edilmişdir. Daha sonra, vergi orqanının 29 oktyabr 2021-ci il tarixli qərarı ilə yoxlamanın başlanması haqqında qərara dəyişiklik edilmiş və yoxlamanın aparılması həmin Baş idarənin Veergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 2-ci şöbəsinin dövlət vergi müfəttişi X2 tapşırılmışdır. Göründüyü kimi, yoxlama ilkin olaraq yoxlayıcı Emin Məmmədov və daha sonra Elnur Bəylərzadə tərəfindən aparılmışdır. Yoxlamanın qeydiyyata alınmasına dair çıxarışda isə yalnız yoxlamaya ilkin cəlb edilmiş yoxlayıcı X13 barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilmiş, yoxlamanı bundan sonra aparan yoxlayıcı X6 barəsində heç bir məlumat mövcud deyil. Bu isə daha sonra cəlb edilmiş yoxlayıcı ilə aparılan bütün yoxlama hərəkətlərin qanunsuz və əsassız olmasına dəlalət edir. Göründüyü kimi, qeyd olunan Əsasnamənin tələblərinə zidd olaraq, yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlamaya sonradan cəlb edilmiş yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi barədə məlumatlar reyestr məlumatlarına daxil edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.18-ci yarımbəndinə əsasən yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması) və həmin Əsasnamənin 3.4.19-ci yarımbəndinə əsasən aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməli olan məlumatlar təşkil edir. Sözügedən Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Qanunvericiliyinin sözügedən müddəalarına baxmayaraq cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsi üzrə 4 noyabr 2022-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etsə də, yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementrləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, yoxlama zamanı cavabdeh vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi və götürülməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması aktının 1.8-ci bəndinin 4-cü hissəsində qeyd edir ki, “Hazırkı yoxlama müəssisə tərəfindən təqdim edilmiş ilkin sənədlər və vergi orqanında olan baza məlumatlarına əsasən aparıldı. Vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər yoxlamaya təqdim edilmişdir. Müəssisənin uçot məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırıldı və kənarlaşmalar müəyyən edilməmişdir”. Daha sonra, aktın 1.9.1-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, müəssisəyə 1 iyul 2021-ci il tarixli tələbnamə təqdim edilmiş, müəssisə isə vergilərin hesablanması ilə bağlı mühasibatlıq sənədlərini qismən təqdim etmiş, bununla bağlı sənədlərin qismən təqdim edilməsi barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktlar tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərin öyrənilməsinə əlavə vaxt tələb edildiyi üçün xx.xx.2022-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib edilmişdir. Beləliklə, cavabdeh vergi orqanı yoxlama aktında ilkin olaraq yoxlamaya sənədlərin tam təqdim edildiyini etiraf edir, daha sonra sənədlərin qismən təqdim edildiyini göstərir. Bununla yanaşı, yoxlamaya sənədlərin qismən təqdim edilməsi barədə aktlarda hansı sənədlərin təqdim edildiyi sadalandıqdan sonra tələbnamədə göstərilən digər sənədlərin təqdim edilmədiyi qeyd edilmiş, lakin konkret olaraq hansı sənədlərin təqdim edilmədiyi açıqlanmamışdır. Cavabdeh vergi orqanı məhkəmə baxışı zamanı sənədlərin iddiaçı tərəfindən qismən təqdim edildiyini iddia etsə də, hansı səbəbdən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25 iyun 2022-ci il tarixində qərar qəbul edərək “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokolun tərtib edildiyini əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydaların 21.2-ci, 21.8-ci və 21.9-cu bəndlərində qeyd edilmişdir ki, vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən yoxlayıcıya verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (müavininin) “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ı (Əlavə 7) əsasında həyata keçirilir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol” (Əlavə 8) tərtib edilir. Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir. Sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” (Əlavə 9) tərtib edilir. Sözügedən qanun normalarından görünür ki, əgər vergi ödəyicisi tərəfindən sənədlərin və nümunə kimi əşyaların verilməsindən qismən və ya tam olaraq imtina edildikdə təqdim edilməmiş sənədlər və əşyalar barədə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina edilməsi haqqında Akt” tərtib edilir ki, cavabdeh vergi orqanı da belə bir formada akt tərtib etməmişdir. Bu isə sənədlərin iddiaçı tərəfindən tam şəkildə təqdim edildiyinə dəlalət edir. Bundan başqa, cavabdeh vergi orqanı sənədlərin qismən təqdim edilməsi haqqında aktları xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə tərtib etsə də, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərar”ın təxminən 1 (bir) il keçdikdən sonra qəbul edlməsini belə əsaslandıra bilməmiş, bununla bağlı konkret arqument gətirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan hal isə cavabdeh vergi orqanın yoxlamanı səthi və lüzumsuz uzatmalara yol verməklə aparıldığını təsdiq edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar VM-nin 49-cu maddəsinin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, iddiaçı onun barəsində aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 5 sentyabr 2022-ci il tarixli akta dair öz etarızını təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin cavabdeh vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 5 sentyabr 2022-ci il tarixli aktın məzmununu köçürməsi, əlavə vergilərin hesablanması və tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. İş materiallarında mövcud olan səyyar vergi yoxlaması aktından görünür ki, ƏDV üzrə hesablanmış əlavə məbləğ yoxlaması zamanı cəlb edilmiş mütəxəssis rəyi əsasında aparılmışdır. Belə ki, yoxlama aktında göstərilmişdir ki, “Yoxlama zamanı vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmi “X23” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəssis tərəfindən verilmiş rəyə əsasən yoxlama dövrü üzrə real istehsal həcminin 26243,40 ton olduğu aşkarlanmışdır. Həmin dövr üzrə bəyannamə məlumatlarında vergi ödəyicisinin ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2938,79 ton olmuşdur. Bundan əlavə vergi ödəyicisinin öz verdiyi xammal və hazır məhsulun material hərəkəti cədvəlinə, yoxlama dövrü üzrə təqdim edilən məndəət vergisi bəyannamələrinə əsasən yoxlama dövrünün sonuna hazır məhsul qalığı 781,16 ton olmuşdur. Yoxlamaya təqdim edilmiş mütəxəssis rəyində istehsal həcmi illər üzrə verildiyindən hesablama faktiki olaraq hər ilin son ayında aparılmışdır. Mütəxəssis tərəfindən verilmiş real istehsal həcmindən ixrac və EQF üzrə təqdim edilmiş mal miqdarını çıxıldıqdan sonra 3351,02 ton (26243,40 – 19953,59 – 2938,79) fərq yaranmışdır. Odur ki, yaranmış fərqə vergi ödəyicisinin EQF məlumatlarındakı həmin mal çeşidləri üzrə tətbiq etdiyi orta satış qiymətləri əsas götürülərək yoxlama dövrünü əhatə etdiyi illər üzrə, hər ilin son ayında əlavə dövriyyə satışa verilmişdir.” Eyni zamanda, SVY aktının ƏDV-nin müqayisəli cədvəlindən görünür ki, 2018-ci ilin dekabr ayında 304473,10 manat, 2019-cu ilin dekabr ayında 397293,06 manat, 2020-ci ilin dekabr ayında 101761,71 manat və 2021-ci ilin aprel ayında 90466,81 manat, ümumilikdə 893994,68 manat ƏDV azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlama aktı ilə ümumulikdə ƏDV üzrə hesablanmış 896595,59 manat vergidən 893994,68 manat hissəsi mütəxəssis rəyi əsasında hesablanmış vergidən, qalan 2600,91 manat ƏDV-nin isə ƏDV əvəzləşməsinin düzgün aparılmaması və digər pozisiyalar üzrə hesablanmış vergidən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanın xx.xx.2021-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərarında və rəydə mütəxəssisə iddiaçının istehsal obyektində istehsal olunmuş məhsulların aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi tapşırılsa da, mütəxəssis həmin həcmləri aylar üzrə deyil, illər üzrə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı qeyd edilən mütəxəssis rəyini əsas götürərək iddiaçının yoxlama ilə əhatə edilən illər üzrə bütün ƏDV dövriyyəsi üzrə hesablamanı bir ayda tətbiq etmişdir ki, bu da vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəllənin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Eyni Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Həmçinin, VM-nin 166-cı maddəsi vergi tutulan əməliyyatın aparıldığı vaxtı müəyyən edir. Yuxarıda əksini tapmış müddəalara əsasən aydın olur ki, büdcəyə ödənilməli ƏDV, Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəaları nəzərə alınmaqla təqvim ayı ərzində təqdim edilmiş malların (görülmüş işlərin və göstərilmiş xidmətlərin) dəyərindən hesablanan vergi məbləği ilə həmin ayda əldə edilmiş elektron vergi hesabfakturaları üzrə (idxalda gömrük bəyannamələri üzrə) Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən ƏDV məbləği arasındakı fərqdir. Büdcəyə ödənilən ƏDV məbləği hər bir təqvim ayı üçün növbəti ayın 20-nədək vergi ödəyiciləri tərəfindən vergi orqanına təqdim olunmuş ƏDV bəyannaməsi əsasında hesablanır. Eyni zamanda ƏDV bəyannamələri elektron vergi hesab-fakturaları, ödəniş sənədləri əsasında Vergi Məcəlləsinin 166-cı və 175-ci maddəsinin müddəaları nəzərə alınmaqla tərtib olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh vergi orqanı yoxlama zamanı mütəxəssis rəyini əsas götürməklə illər üzrə bütün ƏDV dövriyyəsini hər ilin sonuncu dekabr ayına tətbiq edərək əlavə vergiləri hesablamaqla vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, rəy vermiş mütəxəssis rəyi vermə sahəsinə aid olan heç bir sertifikata və ya hüquqa malik olmamışdır. Belə ki, rəyin 3-cü səyifəsində qeyd edilmişdir ki, mütəxəssis X12 xarici ölkələrin ali təhsil müəssisələrində kommersiya üzrə magistr və doktorantı dərəcələrini almış, lakin məhz istehsal sahəsi üzrə hər hansı sertifikata və ya diploma sahib olması, istehsal sahəsində mütəxəssis kimi rəy vermək səlahiyyətinə malik olması göstərilməmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis istehsal sahəsində heç bir xüsusi biliyə malik olmamış və onun bu sahədə heç bir sertifikatı və yaxud diplomu mövcud olmamışdır. Belə olan təqdirdə, mütəxəssis qarşısında iddiaçının istehsal obyektində aylar üzrə istehsal həcmlərinin müəyyən edilməsi sualı qoyulsa da, mütəxəssis bu sahədə xüsusi biliyə malik olmadığı üçün suala cavab verməkdən imtina etməli idi. Beləliklə, mütəxəssis öz xüsusi biliyinə aid olan sahə üzrə deyil, digər sahəyə aid, yəni istehsal sahəsi üzrə rəy vermişdir ki, bununla da kobud qanun pozuntusuna yol verimişdir. Bundan başqa, məhkəmə mütəxəssis rəyini tədqiq edərək qeyd edir ki, rəy məhz şəxsi mülahizələr əsasında tərtib edilmişdir. Mütəxəssis istehsal həcmi ilə bağlı rəy verərkən beynəlxalq normativləri, daha doğrusu X5 Assosiasiyası tərəfindən müəyyən edilmiş ferrosilisium növünə uyğun olaraq kvarsit və elektrik sərfiyyat normalarını əsas götürmüşdür. Başqa sözlə desək, mütəxəssis iddiaçının istehsal obyektində mövcud olan avadanlıqların texniki göstəricilərini, istifadə edilən enerji sərfiyyatını və enerji itkilərini nəzərə alaraq təxmin etmişdir ki, iddiaçı ümumilikdə yoxlanılan dövr ərzində 3 351,02 ton artıq məhsul istehsal etməli idi. Lakin mütəxəssisin bu rəyi yalnız ehtimal və fərziyyədir. Mütəxəssis rəy verərkən istehsal avadanlığın köhnəlməsini, texniki göstəricilərə uyğun illər üzrə istehsal gücünün azalmasını, istehsal zamanı xammal itkilərini, iddiaçının iş rejimi xüsusiyyətlərini, boş dayanmalarını nəzərə almamış, faktiki real istehsal həcmini dəqiq müəyyən edilməsi üçün real istehsalatın eksperimentini aparmamış, yalnız göstəricilərə uyğun sadə riyazı hesablamaları ilə təxmini istehsal həcmini müəyyən etmişdir. Belə ki, mütəxəssisin təxmini rəy verməsi öz yekun rəyindən belə görünür. Həmin yekun rəydə göstərmişdir ki, istehsal həcmi ferrosilisium sərfiyyat normativləri əsasında aparılmış, lakin eyni yanaşma kvarsit sərfiyyat normativlərinə uyğun aparıldıqda da təxmini eyni istehsal həcmi hesablanır. Göründüyü kimi, mütəxəssis öz yekun rəyində belə “təxmini” sözündən istifadə edərək etiraf etmişdir ki, rəy real faktiki istehsal əsasında deyil, təxmini ehtimallar əsasında verilmişdir. Eyni zamanda, məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, nə Vergi Məcəlləsində, nə də ki digər qanunvericilik aktlarında vergilərin məhz enerji sərfiyyatı əsasında hesablanması nəzərdə tutulmamışdır. Qeyd edilən hüquqi mövqey Ali Məhkəmə qərarların formalaşdırdığı vahid məhkəmə təcrübəsində belə öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı öz yoxlama aktında da göstərmişdir ki, iddiaçının yoxlanılan dövr ərzində bəyannamə məlumatlarına əsasən ixracı 19953,59 ton, EQF üzrə satışı isə 2 938,79 ton olmuşdur. Qeyd ediləndən aydın olur ki, iddiaçının satışının 87,16 % -ı ixracdan ibarət olmuşdur. İddiaçının əsas fəaliyyəti xammalı idxal edərək ondan məhsullar istehsal edib əksər hissəsini ixrac etmək olmuşdur. Belə olan halda, cavabdeh vergi orqanı mütəxəssis rəyi əsasında müəyyən etmişdir ki, iddiaçının istehsal obyektində 3 351,02 ton məhsul əlavə istehsal edilmiş, lakin hansı səbəbdən iddiaçının satışının təxminən 87%-ı ixrac olduğu halda, iddia etdikləri həmin əlavə istehsalı ixrac deyil, məhz daxili satış kimi qəbul etmişdir. Məlum məsələdir ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə görə malların ixracı üzrə ƏDV 0% dərəcə ilə hesablanır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanların vəzifələrinə aid edilmişdir. Eyni Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Sözügedən Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırki yoxlama zamanı cavabdeh vergi orqanı yoxlamanın nəticəsinə görə iddiaçıda əlavə istehsalın olduğunu iddia etsə də, həmin əlavə istehsal olunmuş malların məhz ixraca deyil, daxili satış əsasında satılmasını konkret sənədlərlə və dəlillərlə sübut edə bilməmiş, bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlama aktında göstərilmişdir ki, ”Yoxlama zamanı yoxlanılan dövr üzrə müəssisəyə təsisçi tərəfindən borc müqavilələri əsasında verilmiş məbləğlərə ödəmə mənbəyində vergilərin hesablanmadığı müəyyən olundu. Belə ki, təsisçilər tərəfindən müəssisəyə verilmiş borc məbləğlərinin müəyyən hissəsi yoxlanılan dövr ərzində (müxtəlif dövrlərdə) təsisçiyə qaytarılmış, eyni zamanda yeni borc məbləğlərinin verildiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 110-cu, 123-cü maddələrinə əsasən təsisçinin borc məbləğlərinin dövrlər üzrə qalıq hissələrinə eyni dövrdə, eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası orta kredit faizləri tətbiq etməklə yaranacaq gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Yoxlamanın nəticəsi olaraq təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinin dövrlər üzrə qalırlarına faiz gəlirləri hesablanmışdır. Belə ki, təsisçi “RMH X17” şirkəti üzrə yoxlanılan dövr üzrə təsisçiyə 1125731,10 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyində 10% dərəcə ilə 112573,11 manat, təsisçi X8 üzrə yoxlanılan dövr üzrə təsisçiyə 536559,80 manat faiz gəlirləri hesablamaqla ödəmə mənbəyində 10% dərəcə ilə 53655,98 manat əlavə vergilər hesablanmışdır. Göründüyü kimi, yoxlamanın nəticəsinə görə cavabdeh vergi orqanı təsisçilərin iddiaçıya yoxlanılan dövr ərzində verdikləri borclara faiz gəlirləri və həmin faiz gəlirlərə vergilər hesablamışdır. Qeyd edilənlərə hüquqi əsas kimi cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 110-cu və 123-cü maddələrini əsas kimi gətirmişdir. Belə ki, Vergi Məcəlləsinin 123.1-ci maddəsində təsbit edilmişdir ki, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən normadan da görünür ki, vergi ödəyicisi tərəfindən məhz ödənilən faizlərdən ödəniş mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mövcud olan borc müqavilələrindən görünür ki, müəssisənin təsisçisi müəssisəyə borc verərkən həmin borcun qaytarılmasını hər hansı faizlə şərtləndirməmiş, borcu müəssisəyə maddi dəstək üçün vermiş və verdiyi borclara görə müəssisə ümumiyyətlə hər hansı məbləğdə faizlər ödəməmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinin çıxış edərək qeyd edirik ki, ödəmə mənbəyində verginin adından belə görünür ki, həmin verginin tutulması üçün ilk öncə vergitutma obyekti, yəni ödəniş olmalı, həmin ödəniş mövcud olduğu halda vergi qanunvericiliyinə əsasən ondan vergi tutulmalıdır. Yoxlama zamanı cavabdeh vergi orqanı müəssisənin təsisçisinin verdiyi borca görə müəssisə tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi faktı öz təsdiqini tapmamış, vergi orqanın faiz ödənişləri ilə bağlı hər hansı sübut və dəlilləri mövcud olmamış və həmin ödənişlərin olması yalnız formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, faiz gəlirləri mövcud olmadığı təqdirdə ehtimallar əsasında ödəmə mənbəyində vergilərin hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bundan baqşa, borc münasibətləri vergi qanunvericiliyində nəzərdə tutulmadığı üçün mülki qanunvericiliyinin bəzi normalarını məhkəmə qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsn borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən anunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Eyni Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-ci maddəsinə görə gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göstərilən normalardan da görünür ki, borc müqaviləsi faizlərin verilməsi ilə şərtlənirsə, faiz məbləği tərəflərin razılığı ilə müqavilədə nəzərə tutulmalıdır. Əgər borc verən gəlir əldə etmək məqsədi ilə müntəzam olaraq, habelə bir çox subyektlərə pul vəsaitlərin borc verilməsini istəyirsə, bu halda yalnız kreditlərin verilməsi fəaliyyətini həyata keçirməsi hüququna malik olan şəxs (misal olaraq bank, kredit təşkilatı və s.) olmalıdır. Hazırkı halda isə, müəssisənin təsisçisi ilə müəssisə arasında bağlanmış borc müqavilələrində faizlərin ödənilməsi şərtləri mövcud olmamış, eyni zamanda borc verən təsisçi isə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirməsi hüququna malik olan şəxs olmamışdır. Bu səbəbdən də yoxlama ilə vergi orqanı tərərindən təsisçiyə müəssisə tərəfindən qaytarılan borc məbləğlərinə görə faizlər hesablanaraq həmin faizlərə görə də ÖMV üzrə vergilərin hesablanması da qanunsuz və əsassızdır. Həmçinin, məhkəmə qeyd edir ki, təsisçiyə verilən borca görə faizlərin ödənilməsi müqavilədə şərtləndirilmədiyi halda əlavə ÖMV vergilərin hesablanmasının qanunsuz olmasına dair vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmə qərarları hazırda mövcuddur. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/665 №-li, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqi hissəsində qeyd olunanlara əsasən iddiaçı “X24 X18” MMC istehsal fəaliyyəti zamanı aşağıdakı iki enerji təchizatçısından enerji qəbul etmişdir; -"xxxx" ASC-dən 156.133.255 KVST, -"xxxx" MMC-dən 82.967.841,48 KVST. Həmçinin qeyd edilir ki, iş materiallarında öz əksini tapmış aylar üzrə aktlara əsasən obyektin həmin dövr üzrə fəaliyyəti zamanı məişət hissəsi üçün sərf olunan enerjinin sərfiyyatı ümumilikdə 25.557.477 KVST, enerji itkiləri isə 1271581,47 KVST olmuşdur. Ekspert qarşısında qoyulmuş sual üzrə qeyd edilir ki, istehsal olunmuş məhsulun real həcminin müəyyən edilməsi məsələsi məhkəmə-mühasibat ekspertizasının həll etdiyi məsələlər xaricində olduğundan bu sualın cavablandırılması mümkün olmadı. Eyni zamanda iş materiallarında mövcud olan yoxlama sənədlərinə, tədqiqata təqdim edilmiş müəssisənin yoxlama ilə əhatə edilən dövrə aid olan 8 qovluqdan ibarət sənədlərə və müəssisənin fəaliyyətini əks etdirən 1 ədəd flaşkartda olan məlumatlara əsasən aparılmış tədqiqat nəticəsində müəssisədə (896595,59 manat SVY ilə hesablanmış-893994,68 manat yoxlama zamanı cəlb edilmiş mütəxəssisin enerji sərfiyyatı əsasında verdiyi rəy üzrə hesablanmış) 2600,91 manat məbləğində əlavə dəyər vergisinin azaldılması müəyyən edilir. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar zamanı VMdə nəzərdə tutulmayan qaydada borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətdə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faiz gəlirləri hesablanmış və həmin faiz məbləğindən ÖMV hesablanmışdır. Yoxlama materiallarında müəssisənin təsisçilərinin verdiyi borca görə müəssisə tərəfindən hər hansı məbləğdə faizlərin ödənilməsi (faizlərin ögənilməsini təsdiq edən sənədlər) iş üzrə mövcud olan sənədlərdə öz təsdiqini tapmadığından hazırkı tədqiqatla təsisçilərin müəssisəyə verdiyi borca görə ödəmə mənbəyində tutulan vergilərin hesablanmasının düzgünlüyü müəyyən edilmədi. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı kobud maddi və prosessual pozuntulara yol verməklə yanaşı, iddiaçıya ƏDV və ÖMV üzrə əlavə hesablanmış vergilər belə ekspertiza rəyi ilə öz təsdiqini tapmamışdır ki, bu da bir daha yoxlamanın nəticəsi üzrə cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarının qismən qanunsuz və əsassız olmasına dəlalət edir. Məhkəmənin qənaətinə görə, iş üzrə aparılmış araşdırma nəticəsində hazırda mübahisələndirilən cavabdehin 4 noyabr 2022-ci il tarixli qərarı üzrə hesablanmış ÖMV üzrə tam və ƏDV üzrə qismən əsassız olduğundan, onlara tətbiq olunan maliyyə sanksiyası da əsassız hesab edilir. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 №-li qərarı qismən, yəni ƏDV üzrə əlavə hesablanmış 893994,68 manat vergi və tətbiq edilmiş 446997,34 manat maliyyə sanksiyası, ÖMV üzrə 166529,20 manat vergi və tətbiq edilmiş 83264,60 manat maliyyə sanksiyası hissəsində ləğv edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164364 №-li qərarı qismən, yəni ƏDV üzrə əlavə hesablanmış 893994,68 manat vergi və tətbiq edilmiş 446997,34 manat maliyyə sanksiyası, ÖMV üzrə 166529,20 manat vergi və tətbiq edilmiş 83264,60 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçındən 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nəriman Abıyev