Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1122/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) “torpaq sahəsi və torpaq sahəsində yerləşən bağ evi üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi” barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0,0983 ha torpaq sahəsi üzərində inşa edilmiş bağ evi Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində 0,1 ha sahəsi olan 65-66 saylı bağ sahəsinin (çıxarış seriya RX № 0512561, çıxarış seriya RX № 0539616) üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehlərin üzərinə vəzifə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2017-ci il tarixli 007-6768-1217 saylı məktubuna əsasən tərəfindən bütün notarial hərəkətlərinin aparılmasının dayandırılması ilə bağlı, həmçinin xx.xx.2015-ci il tarixli 1/124m nömrəli məktubu əsasında mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində 0.0983 ha torpaq sahəsi üzərində inşa edilmiş bağ evi (çıxarış seriya RX № 0512561, çıxarış seriya RX № 0539616) Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində 0,1ha sahəsi olan 65-66 saylı bağ sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Sözügedən cinayət işi ilə hər hansı bir bağlılığı, aidiyyəti olmamışdır. Belə ki, həmin cinayət işi üzrə istintaq yekunlaşmış, təqsirləndirilən şəxslər barəsində məhkəmə hökmü qanuni qüvvəsini almışdır. Bununla bağlı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi şəxsinə, Daxili İşlər Nazirliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məhdudiyyətlərin götürülməsi ilə bağlı müraciətlər etməsinə baxmayaraq heç bir rəsmi cavab verilməmişdir. Yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2015-ci il tarixli 1/124M nömrəli məktubla cavab verilmiş, məktubda qeyd olunan əmlakların üzərindən məhdudiyyətin götürülməsi ilə bağlı onlara müraciət daxil olmadığını bildirmişlər. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə yazılı izahat ilə müraciət edərək bildirmişdir ki, cinayət prosesində əmlak üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin XXXİİ fəsli ilə nizamlanır. Həmin Məcəllənin 249.2-ci maddəsinin tələbinə görə əmlak üzərinə həbs, bir qayda olaraq məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: Maddə 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; Maddə 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. Həmin Məcəllənin 251.1. -ci maddəsinə görə isə Əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Göründüyü kimi CPM-də əmlak üzərində həbs qoymaq səlahiyyəti yalnız məhkəməyə mənsubdur və müstəntiq yalnız məhkəmə qərarı olduğu halda onu icra etməlidir. İndiki halda isə müstəntiq məhkəmə qərarı olmadan iddiaçının əmlakı üzərinə qanunsuz həbs qoyulması haqqında məktubla inzibati orqana müraciət etmiş, inzibati orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi də məktubla verilən bu qanunsuz tələbi yerinə yetirməklə qanun pozuntusu törətmiş, öz səlahiyyət həddini aşmışdır. İddiaçının əmlakları üzərinə məhkəmə tərəfindən həbs qoyilmadığından inzibati orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi həmin əmlakların üzərinə qoyulmuş qanunsuz həbsi (məhdudiyyəti) ləğv etməli və bununla da iddiaçının Azərbaycan Respyblikası Konstitusiya ilə qorunan əmlak hüququları bərpa olunmalıdır. İddiaçı məhkəməyə yazılı izahata əlavə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində yazılı izahatla məhkəməyə müraciət etmiş və bildirmişdir ki, hər hansı vəzifəli şəxsin məktubu əsasında əmlak üzərinə həbs qoyulması qanunsuzdur və cinayət prosesində əmlak üzərinə həbs qoyulması Cinayət Prossesual Məcəlləsinin 249.2ci maddəsi ilə nizamlanır. Bu maddənin tələbinə görə isə əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Bu izahatla məhkəməyə iki məhkəmə qərarını təqdim edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14257/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı. Bu qərarın vacib əhəmiyyəti və hazırkı işə aidiyyəti ondan ibarətdir ki, burada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında əmlak üzərinə məhdudiyyət qoyulmuşdur. Hazırkı mübahisədə də iddiaçının əmlakı üzərinə məhz bu məktubla məhdudiyyət qoyulmuşdur. Bakı İnzibati Məhkəməsi əvvəl iddianı təmin etməmiş, bu qərar apellyasiya instansiyasında qüvvədə saxlanılsa da Ali Məhkəmədə Apellyasiya instansiyasının qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün geri qaytarılmışdır. Ali məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məktubla əmlak üzərinə məhdudiyyət qoyulması qanunsuzdur. Təkrar işə mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsi iddianı təmin etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında əmlak üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyini cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə xx.xx.2023 tarixli 2-1(102)-472/2023 saylı Qərarı (inzibati praktikada bərabər yanaşma və etimadın qorunması prinsipləri). Bu qərarın əhəmiyyəti ondadır ki, burada eyni hüquqi əsasa malik olan işdə mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, eyni hüquqi əsasdan çıxış edən 2 vətəndaşın birinin hüququnu Reyestr Xidməti təmin etmiş, digərinə isə imtina vermişdir. Buna görə də Ali Məhkəmə bu qərarda göstərmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. (Qərar, 34-cü bənd). Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququ haqqında 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir (Qərar, 38-ci bənd). “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır (Qərar, 39-cu bənd). Bundan başqa inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur (Qərar, 41-ci bənd). Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır (Qərar, 43-cü bənd). Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən vahid məhkəmə təcrübəsi fonunda təsdiq edilir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Məhkəmənin icraatında olan hazırkı mübahisə üzrə işdə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında iddiaçının əmlakı üzərinə əsassız məhdudiyyət qoyulmuşdur. Eyni məktubla başqa şəxsin də əmlakı üzərinə qoyulmuş məhdudiyyət Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14257/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyindən hazırkı iş üzrə eyni hüquqi əsaslara söykənən iddiaçının iddiası rədd edilə bilməz, əks halda bu Ali Məhkəmənin tələb etdiyi inzibati praktikada bərabər yanaşma və etimadın qorunması prinsiplərinin, Azərbaycan Respublikası Konstitusiyasının bərabərlik hüququ haqqında 25-ci maddəsinin 5-ci hissəsinin, “İnzibati icraat haqqında” Qanunun bərabərlik prinsipi haqqında 12-ci maddəsinin və həmin Qanunun etimad hüququnun qorunması prinsipi haqqında 13-cü maddəsinin pozulması olardı. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “ünvan 1 ünvanında olan 0,10 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 2221 ünvanında yerləşən 99,20 kv.m ümumi sahəli, 0,10 ha torpaq sahəsində yerləşən bağ evi (daşınmaz əmlakın reyestr nömrəsi **********90-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. My.gov.az saytından b33109f65b**********974ae21e06ca saylı xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri Nizami rayonu Əlif Hacıyev küçəsi 2442-ci məhəllə ev 46A mənzil 3-dür. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.0983 ha torpaq sahəsi üzərində inşa edilmiş bağ evi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.1 ha sahəsi olan 65-66 saylı bağ sahəsinin (çıxarış seriya RX № 0512561, çıxarış seriya RX № 0539616) üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** daxilolma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********95 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3-30/2-M-0179-8/2023 **********95 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, lakin qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər hansı müraciət İdarəyə daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 2221 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-20842/2023 **********42 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən bağ evi və ünvan 5əşən bağ sahəsi üzərinə məhdudiyyətin qoyulmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 2-1(112)- 9484/2023 saylı, xx.xx.2023-cü il tarixli (********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli) sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Vətəndaş İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m saylı xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m nömrəli məktuba əlavə olaraq təqdim edilən hazırkı siyahı adları qeyd olunan şəxslərə məxsus daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması üçün göndərilmişdir. Azərbaycan Beynəlxalq Bankına girov qoyulmuş əmlakların bankın mülkiyyətinə keçirilməsinə etiraz etmirlər. Görülmüş işlərin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir (136. İddiaçı). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-40648/2023 **********48 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 2221 saylı bağ evinə və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 65-66 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti (daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il çıxarış və RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) çıxarış) təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı faktiki olaraq iddia tələbində qeyd edilən özünə məxsus daşınmaz əmlakı üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsini tələb edir. İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/124m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında olan 0,10 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 2221 ünvanında yerləşən 99,20 kv.m ümumi sahəli, 0,10 ha torpaq sahəsində yerləşən bağ evi (daşınmaz əmlakın reyestr nömrəsi **********90-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) üzərinə məhdudiyyət qoyulmuşdur. X3 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X3 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 178.3 və 178.3.3-cü maddələrinə əsasən əmlak üzərinə həbs qoyulması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 178.4 və 178.4-cü maddələrinə əsasən müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında əmlak üzərinə həbs qoyulması istintaq hərəkətini həmin Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda məcburi apara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakları üzərinə məhdudiyyətin qoyulmasına dair qanunvericiliklə müəyyən edilmiş əsaslar və ya bu barədə məhkəmənin qərarı olmadığından cavabdeh tərəfindən iddiaçının mülkiyyətdən maneəsiz istifadə, sahiblik və sərəncam vermək hüquqlarına qanunsuz müdaxilə edilmiş və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının iddia tələbində qeyd edilən əmlakları üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyulmuş məhdudiyyət götürülməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0,10 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 2221 ünvanında yerləşən 99,20 kv.m ümumi sahəli, 0,10 ha torpaq sahəsində yerləşən bağ evi (daşınmaz əmlakın reyestr nömrəsi **********90-11301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1122/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1122/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver