Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11228/2024 18.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı (sığorta hissə) əsasında (yəni təminat xərcliyi ilə sığorta hissənin cəmi əsasında) onun əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci il tarixdə İddiaçı Əbdürəhman oğluna Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxsi kimi əmək pensiyası təyin edilmişdir. Sonradan həmin Nazirlikdə həmin qurumda işləməkdə davam etmişdim və xx.xx.2021-ci il tarixdə əmək pensiyam yenidən hesablanmışdır. Əmək pensiyası təyinatından əmək pensiyasının yenidən hesablanması tarixinədək 62139,27 manat pensiya kapitalım toplanmışdır. xx.xx.2023-cü il tarixdən qüvvəyə minən 627 nömrəli Qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə pensiya təyinatından sonra İddiaçının işlədiyi dövr üzrə pensiyanın sığorta hissəsindəki artım üzrə pensiyası yenidən hesablanarkən qulluq stajına görə əlavənin həmin artım məbləğində azaldılması ilə bağlı məhdudiyyət aradan qalxmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdən etibarən pensiyamın sığorta hissəsindəki dəyişikliklər nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanıb ödənilməsini xahiş etmişdir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən xx.xx.2023-cü il tarixdən etibarən əmək pensiyası təyin edildikdə, 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmır (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2145/2023 nömrəli qərarı əlavə edilir). İddiaçının pensiyasının sığorta hissəsindəki dəyişikliklər nəzərə alınmaqla pensiyanın yenidən hesablanıb ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/2-E- 95404/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-E-130510/2024 məktublarla bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir (məktublar və məktubun əldə edilməsini təsdiq edən konvert əlavə edilir). Yəni Cavabdeh hesab etmişdir ki, Konstitusiya Məhkəməsinin sözügedən Plenum qərarındakı hüquqi mövqeyinə görə guya Qanunun 37.3.1-ci maddəsi pensiya təyin edildikdən sonra xidmətini davam etdirən hərbi qulluqçulara (yaxud xüsusi rütbəli şəxslərə) deyil, pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən pensiyaçıların (keçmiş hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin) pensiyasının yenidən hesablanması qaydasını nəzərdə tutur. Qanunun 37.3.1-ci maddəsi pensiya təyin edildikdən sonra xidmətini eyni qurumda davam etdirən hərbi qulluqçulara (yaxud xüsusi rütbəli şəxslərə) də aiddir Halbuki, Cavabdehin özünün də istinadından göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı onu nəzərdə tutur ki, Qanunun 37.3.1-ci maddəsi təkcə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını deyil, yaşa görə pensiya hüququ olan bütün şəxslərin pensiyasının yenidən hesablanması qaydasını nəzərdə tutur. Məhz bununla bağlıdır ki, Plenum qərarının nəticəsi hissəsində “habelə” bağlayıcısından əvvəl “yaşa görə pensiya hüququ olan bütün şəxslərin” ifadəsini istifadə etmişdir. Plenum Qərarının nəticə hissəsində gəlinən bu qənaət həmin qərarının əsaslandırıcı hissəsinin əsaslandırmasından irəli gəlir. Belə ki, həmin Plenum qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi, Qanunun 37.3.1-ci maddəsindəki norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə - pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən Plenumun hüquqi mövqeyidüzgün başa düşülməmiş, səhv təfsir və tətbiq edilmiş, nəticədə əsassız və qanunsuz imtina cavabı vermişdir. Odur ki, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı əsasında (yəni təminat xərcliyi ilə sığorta hissənin cəmi) İddiaçının əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanması öhdəliyi Cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının pensiya kapitalı əsasında yenidən hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-E-95404/2024 nömrəli məktubu ilə İddiaçı pensiya kapitalı əsasında yenidən hesablanmanın qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi barədə məlumat verilmişdir. xx.xx.2024cü il tarixdə eyni məzmunlu ərizə ilə yenidən müraciət edən İddiaçı qanunvericiliyin tələbləri barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı iddia ərizəsində əmək pensiyasının 01.01,2023-cü il tarixdən qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı əsasında yenidən hesablanmasını tələb etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin olunduqdan sonra iddiaçı hərbi xidmətə yenidən qəbul olunmuş və xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdən tərxis olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 772 nömrəli yeni məlumat vərəqinə əsasən, iddiaçının 39 il 4 ay 13 gün xidmət müddəti mövcuddur. “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Buna əsasən, həmin maddədə sadalanan dörd kateqoriya üzrə şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Qanunun 9.6.1-ci maddəsinə görə, istisna edilən hərbi qulluqçuların kateqoriyasına hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər də daxildir. Qeyd edilən dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və iddiaçı da həmin kateqoriya şəxslərin sırasına daxil olduğu üçün onun əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq sonuncu təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçısıdır. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin ləğv edilməsi ilə əlaqədar olaraq onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələrin məbləği azaldılmadan əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.12-ci maddəsində təsbit edilmişdir ki, əmək pensiyasının sığorta hissəsi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən sığortaedən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən iddiaçının fərdi şəxsi hesabına xx.xx.2007-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsindən məlum olur ki, qanunverici dövlət büdcəsi və məcburi dövlət sosial sığortası vəsaitləri ilə sosial sığorta ehtiyatı hesabına maliyyələşən ödəmələri fərqləndirir. Belə ki, Qanunda dövlət büdcəsi hesabına maliyyələşən ödənişlərin konkret siyahısı müəyyən edilmişdir və norma həmin hissədə genişləndirici təfsir oluna bilməz. Buna əsasən yalnız aşağıdakı ödəmələr dövlət büdcəsi hesabına maliyyələşdirilir: Əmək pensiyasının sığorta hissəsinin xx.xx.1992-ci il tarixədək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği; Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi; Habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və xx.xx.2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər. Əmək pensiyasının digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında da göstərildiyi kimi hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Sığorta hissəsi ilə bağlı tənzimetmə “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsində nəzərdə tutulmuşdur. Buna əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçıları hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmişlərsə, bu kateqoriya şəxslərin əmək pensiyası müvafiq müddəanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən etibarən sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə görə sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları. Qanunun 4-cü maddəsində sosial sığorta hadisələrindən biri kimi pensiya yaşına çatmaq qeyd olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da qeyd olunduğu kimi əmək pensiyaları qanunvericiliyində şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun. Sadalanan normaların əlaqəli təhlili onu deməyə əsas verir ki, hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsi onların xidmət etdiyi orqan tərəfindən xidmətdən buraxıldığı günədək ödənilmiş məcburi dövlət sosial sığortası vəsaitləri hesabına formalaşır. Bu da o deməkdir ki, hazırkı iş üzrə iddiaçının pensiyası onun tərxis edildiyi xx.xx.2021-ci il tarixə olan sonuncu təminat xərcliyinə görə yenidən hesablandığından həmin tarixədək iddiaçının fərdi şəxsi hesabına onun xidmət etdiyi orqan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları pensiyanın sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun Qərarının nəticə hissəsində müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Hazırkı işin hallarından iddiaçının hərbi xidmət və müvafiq icra hakimiyyəti orqanlarında xidmətdən fərqli olan digər sahədə əmək fəaliyyətinin olması müəyyən edilməmişdir. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya qanunvericiliyinin sistematik təfsiri onu deməyə əsas verir ki, həmin normada qeyd edilmiş “təyin olunan günədək” sözü əmək pensiyaçısına sonuncu dəfə yenilənmiş məlumat vərəgəsi əsasında pensiya ödənişinin aparılmasını nəzərdə tutur. Təsadüfi deyil ki, iş materiallarına əlavə edilmiş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7231/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarında da pensiyanın təyin olunduğu tarix kimi xx.xx.2022-ci il qeyd edilmişdir. Bu da iddiaçıya münasibətdə yenilənmiş sonuncu məlumat vərəqəsi əsasında pensiya təyinatının həyata keçirilməsi ilə bağlı olmuşdur. Beləliklə, İddiaçı əmək pensiyası fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablana bilməz. İddiaçının vəkili və nümayəndəsi yazılı mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Əbdürəhman oğlu cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldırmışdır və iddia tələbi qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla pensiya kapitalı (bundan sonra mətn üzrə "SH") əsasında iddiaçının əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanmasından ibarətdir. Həmin inzibati iş icraatdadır. İş üzrə mübahisə onun üzərində dayanmışdır ki, cavabdehin mövqeyinə əsasən iddiaçıya pensiya "Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra "Qanun") 37.3.1-ci maddəsi əsasında deyil, Qanunun 9.6.1-ci maddəsi əsasında (yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərə əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır) təyin edilə bilər. Bu onunla bağlıdır ki, Qanunun 37.3.1-ci maddəsi pensiya təyin edildikdən sonra digər (mülki) sahədə fəaliyyətini davam etdirən hərbi qulluqçu və xüsusi rütbəli şəxsin pensiyasının yenidən hesablanması qaydasını nəzərdə tutur. Pensiya təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışıb həmin vəzifədən, yaxud digər hərbi qulluq (xüsusi rütbəli) vəzifəsini nəzərdə tutan orqandan yenidən pensiyaya çıxan şəxslərə Qanunun 9.6.1-ci maddəsi tətbiq edilir. Bu o deməkdir ki, Qanunun 9.6.1-ci maddəsi tətbiq edilən şəxslərə SH əsasında heç bir halda pensiya hesablanmır və SH məbləği onların pensiyasının üzərinə əlavə olunmur. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən istər Qanunun 9.6.1-ci maddəsi tətbiq edilən, istərsə də tətbiq edilməyən istənilən hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyası 2 hissədən ibarətdir: SH və qulluq stajına görə əlavə (bundan sonra - mətn üzrə "QƏ") Qanunun 9.6-cı maddəsi hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) pensiya təyinatının (yenidən hesablanmasının) xüsusi qaydasını müəyyən etmir və onu nəzərdə tutmur ki, hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) pensiya onun stajına uyğun olaraq təminat xərcliyinin müvafiq faiz nisbətində (bundan sonra mətn üzrə "T") müəyyən edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-925/2024 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən Qanunun 37.3.1-ci maddəsinin tələbləri ümumilikdə işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı (xüsusi rütbəli şəxs kimi pensiyaya çıxdıqdan sonra xüsusi rütbəli şəxs kimi çalışıb yenidən pensiyaya çıxmış şəxs) da həmin şəxslərin kateqoriyasına aid olduğundan, bu normanın iddiaçıya tətbiq edilməsini istisna edən hər hansı xüsusi norma qanunvericilikdə nəzərdə tutulmadığından, həmin norma ona münasibətdə də tətbiq edilməlidir. Qulluq stajına görə əlavə təminat xərcliyinin müvafiq faiz nisbəti ilə sığorta hissənin fərqindən ibarət olan pensiya elementidir, yəni QƏ=T-SH. Məhkəmə iclasında səsləndirilən fikirlərdən belə aydın olmuşdur ki, hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) pensiya təyinatı mexanizmi barədə ondan düzgün təsəvvür formalaşmamışdır. Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 20.15-ci maddəsinə əsasən bütün hərbi qulluqçuya (xüsusi rütbəli şəxsə) pensiya aşağıdakı düstur əsasında təyin edilir: P= əmək pensiyası - QƏ əmək pensiyasına əlavə + SH Sığorta hissə = <T (100%) yaxud, P = əmək pensiyası = = T = Təminatı xərcliyinin müvafiq faiz nisbəti, SH = Sığorta hissə+SH=sığorta hissə=<T(100%). Hakim həmin düsturun 1-ci hissəsi ilə razı olsa da, 2-ci hissəsi ilə razı olmamış və formulasının hüquqi əsasının olmamasını qeyd etmişdir. (T-SH) Əmək pensiyasına əlavənin hesablanması qaydasıdır və bunun hüquqi əsası məhz Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasının 20.14.1-ci maddəsinə əsaslanır. Belə ki, həmin maddəyə əsasən yaşına görə xidmətdən buraxılan xüsusi rütbəli şəxsin təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55%, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin -2% miqdarında müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr (QƏ) müəyyən edilir. Həmin maddədə əks olunan "müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər" ifadəsi hazırkı redakasiyada da saxlanılmışdır. Ümumiyyətlə Qanunun 20-ci maddəsində nəzərdə tutulan subyektlərin əmək pensiyasına əlavəsinin (QƏ) hesablanması qaydasını nəzərdə tutduğundan həmin ifadə 20-ci maddənin bir sıra bəndlərində əks olunmuşdur. Yəni Qanunun 20.14.1-ci maddəsində əks olunan "müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər" ifadəsi düstur olaraq formulasını ifadə edən anlayışdır. Çünki Qanunun 20.14.1-ci maddəsi ilə müəyyən edilən məbləğ T-ni, bu qanunla təyin edilən əmək pensiyasının məbləği isə SH nəzərdə tutur, çünki qanunla təyin edilən əmək pensiyasının məbləği Qanunun 10.4-cü maddəsinə əsasən yalnız sığorta hissədən, yəni SH-dan ibarətdir. Beləliklə, Qanunun 20.14.1-ci maddəsində əks olunmuş "müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər" ifadəsi T-SH formulası kimi ifadə edilir, hansı ki, həmin formula qulluq stajına görə əlavə (QƏ) adlanır. Buradan belə nəticəyə gəlmək olur ki, bütün hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyası aşağıdakı düstur əsasında təyin edilir: P=QƏ+SH, QƏ=T-SH, P=T-SH+SH. Qanunun xx.xx.2023-cü il tarixədək olan redaksiyasının 20.15-ci maddəsinə əsasən göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin (QƏ) əmək pensiyası birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməzdi. Bu müddəa düsturla aşağıdakı kimi ifadə edilir: P=<T(100%). Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasının hesablanması mexanizminin əyani misal üzərindən izahı: Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasının hesablanmasının xx.xx.2023-cü il tarixədək olan düsturunun misal üzərindən izahı. Xüsusi rütbəli şəxsin 1-ci pensiyası 500 manat təşkil etmişdir. O, 1-ci dəfə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyəti ilə məşğul olmuş və xx.xx.2022-ci il tarixdə 2-ci dəfə pensiyaya çıxmışdır. 1-ci pensiya təyinatından sonra şəxsin işlədiyi ayların miqdarı 169 ay təşkil edir. 2-ci dəfə pensiyaya çıxdıqda onun 39 il stajı və 50000 manat pensiya kapitalı toplanmışdır. 2-ci dəfə pensiyaya çıxdıqda təminat xərcliyi 1395 manat təşkil edir və 2-ci dəfə ona 1395 manat pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixə onun pensiyası aşağıdakı qaydada hesablanır: İlk növbədə SH: 50000/72=694 manat. Burada pensiya kapitalı ona görə 72 rəqəminə bölünmüşdür ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə sığorta hissənin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti (144) aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Yəni həmin müddəa bunu nəzərdə tutur: 144-72=72 ay. Sonra Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada T-nin tapılması: 20 ilə 55% + (19 il x 3%) – 112%. T=112% x 1395 manat = 1562,40 manat. İndi isə pensiya (P): P=Q+SH, Burada Q=T-SH, QƏ=(1562,40 manat - 694 manat)=868,40 manat, P= 868,40 + 694 manat = 1562,40 manat. Qeyd edildiyi kimi Qanunun xx.xx.2023cü il tarixədək olan redaksiyasının 20.15-ci maddəsinə əsasən əmək pensiyasına əlavənin (QƏ) əmək pensiyası (SH) ilə birlikdə məbləği təminat xərcliyindən artıq ola bilməzdi [P=<T(100%)], bu səbəbdən pensiya 1562,40 manat hesablansa da, təminat xərcliyi həddini, yəni 1395 manat təşkil edir. Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasının yalnız təminat xərcliyinin faiz nisbətinə uyğun hesablanması mexanizmi mövcud deyil. Qeyd edilməlidir ki, qüvvədə olan Qanunda hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) fərqli qaydada pensiyasının hesablanması düsturu mövcud deyildir, o cümlədən yalnız T-yə uyğun pensiyasının hesablanması qaydası yoxdur. Başqa cür deyilsə, cavabdehin iddia etdiyi aşağıdakı düstur yoxdur: P=T. Misaldan da göründüyü kimi Qanunun 9.6-cı maddəsinə uyğun olaraq hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyası hesablandıqda, əgər T hissəsi SH-dan artıq məbləğ təşkil edirsə, onun üçün Qanunun 9.6cı maddəsi əlverişli vəziyyət yaradır, əks halda, Qanunun 9.6-cı maddəsinin tətbiqi hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasında müsbət təsirlə hiss edilmir. Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiyasının hesablanmasının xx.xx.2023-cü il tarixdən sonrakı düsturunun misal üzərindən izahı: İndi isə yuxarıdakı misalın davamı olaraq məhz həmin misal üzərindən Qanunun xx.xx.2023-cü il tarixdən sonra qüvvədə olan redaksiyasına uyğun olaraq qulluq stajına görə əlavələrin (QƏ) məbləği azaldılmamaqla, pensiya kapitalı (SH) əsasında pensiyanın yenidən hesablanması. Belə ki, şəxs 2-ci dəfə pensiyaya çıxdıqda onun 50000 manat pensiya kapitalı toplanmışdırsa, xx.xx.2023-cü il tarixdə indeksləşdirmə nəticəsində kapitalı 57000 manat təşkil edir. Yuxarıdakı hesablamadan məlum olduğu kimi xx.xx.2023-cü il tarixə QƏ hissə 868,40 manat (1562,40-694-868,40) təşkil edir. QƏ azaldılmadığından, xx.xx.2023-cü il tarixdən etibarən QƏ məbləği dəyişilməz (sabit) qalır. SH-da baş verən artım isə pensiya məbləğinin üzərinə əlavə edilir. Bu səbəbdən ilk növbədə xx.xx.2023-cü il tarixdən sonra hesablanan SH = 57000/72=791,66 manat. Sonra xx.xx.2023-cü il tarixə kimi olan SH ilə həmin tarixdən sonrakı SH arasındakı fərq: 791,66 (xx.xx.2023-9 olan SH) - 694 (xx.xx.2023-ə kimi olan SH) = 97,66 manat, xx.xx.2023-cü il tarixdən etibarən SH əsasında pensiya yenidən hesablanarkən QƏ-nin məbləği azaldılmadığından, xx.xx.2023cü il tarixdə şəxsin pensiyasının üzərinə 97,66 manat əlavə olunmalıdır. Yəni QƏ = 868,40 manat təşkil edir, SH əsasında pensiya yenidən hesablanarkən SH-da 97,66 manat artım baş vermişdir və həmin artım məbləğində xx.xx.2023-cü il tarixdən etibarən QƏ azaldılmır, bu səbəbdən 97,66 manat mövcud pensiya məbləğinin (1395 manat) üzərinə gəlinir və nəticədə pensiyada artım baş verir. İddiaçının da istəyi məhz qeyd edilən qaydada artan SH-ın onun pensiyasının üzərinə əlavə edilməsidir. Qanunun 9.6.1-ci maddəsi tətbiq edilən hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) Qanunun 37.3.1-ci maddəsinin tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-194970/2024 saylı xx.xx.2024cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı 21 dekabr 2000-ci il tarixindən 20 il 1 ay 1 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 39 il 4 ay 13 gün (təqvimi xidmət illəri 34 il 2 ay 11 gün, güzəştli xidmət illəri 5 il 2 ay 2 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1395,75 manat) 100 faizi (maddi yardım və müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən 1958,26 manat) məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində təsbit edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası yalnız təminat xərcliyinə əsasən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, adıçəkilən şəxsin əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət keçdiyi üçün əmək pensiyası Qanunun 9.6.1-ci maddəsinə əsasən hesablanıb. Buna görə də, pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X1 mövcud olan məlumatlara əsasən İddiaçı əmək pensiyaçısı kimi işləmir. Onun əmək pensiyasının yenidən hesablanması məsələsinə yenidən işləyərək pensiya sığorta kapitalı topladıqdan sonra 6 il işlədikdə və ya işdən azad olduğu təqdirdə baxıla bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-E-95404/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, 21 dekabr 2000-ci il tarixindən 20 il 1 ay 1 gün xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) Qanunun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. Sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 39 il 4 ay 13 gün (təqvimi xidmət illəri 34 il 2 ay 11 gün, güzəştli xidmət illəri 5 il 2 ay 2 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1395,75 manat) 100 faizi-1395,75 manat (maddi yardım və müvafiq indeksləşdirilmələr nəzərə alınmaqla 1 yanvar 2024-cü il tarixindən 1958,26 manat) məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hərbi xidmətə qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası təminat xərcliyinə əsasən hesablanır. Qeyd edilənləri nəzərə alaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edildiyiniz tarixdən ən azı 72 ay xidmət keçdiyi üçün əmək pensiyası Qanunun 9.6.1-ci maddəsinə əsasən hesablanıb. Buna görə də pensiyanın Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunverciliyin tələbləri baxımından mümkün hesab olunmur. Həmçinin, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X1 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləmirsiniz. Əmək pensiyanızın müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işləyərək pensiya sığorta kapitalı topladıqdan sonra 6 il işlədikdə və ya işdən azad olduğunuz təqdirdə baxıla bilər. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş 772 saylı, xx.xx.2021-ci il tarixli Məlumat vərəqindən görünür ki, iddiaçının 39 il 4 ay 13 gün (34 il 2 ay 11 gün gün təqvimi xidmət ili, 5 il 2 ay 2 gün güzəştli xidmət illəri) ümumi iş stajı, cəmi 1395,75 manat təminat xərcliyi vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən 1395,75 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X2 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; İddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın **********7 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6.1-ci maddəsinə əsasən 1395,75 manat (təminat xərcliyinin 100 %-i məbləğində) yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi onun əlavə olaraq pensiya kapitalı əsasında (təminat xərcliyi ilə siğorta hissənin yenidən toplanması qaydasında) əmək pensiyasının yenidən hesablanmasıdır. İddiaçı hesab edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi heç bir halda pensiyanın həmin qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanmasını istisna etmir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən:
1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının tələbinin qanuni əsası yoxdur, cavabdeh qurum tərəfindən iddiaçının pensiyası qanunamüvafiq qaydada hesablanmış, pensiyasının hesablanması qaydası qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçının əlavə olaraq pensiya kapitalı əsasında (təminat xərcliyi ilə siğorta hissənin yenidən toplanması qaydasında) hesablanmaqla pensiyanın yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova