Məhkəmə qərarları › İş №e-2-1(112)-11272/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11272/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11272/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı "həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi" iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh üzərinə iddiaçının ailə vəziyyətinə görə (qardaşı X4 18 yaşı tamam olana qədər) müddətli həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi barədə inzibati akt qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən onun möhlət hüququ pozularaq xx.xx.2023-cü il tarixində həqiqi hərbi xidmətə çağırılmışdır. Belə ki, ailədə iki uşaqdırlar. Qardaşı, X7 xx.xx.2007-ci il təvəllüddür və hazırda 15 yaşında olmaqla orta məktəbdə oxuyur. İddiaçının atası, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anası, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi- Sosial ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qiymətləndirmə məlumatına əsasən ikinci dərəcə əlillik müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə isə işemik insult keçirtmişdir. Belə bir ağır vəziyyətdə iddiaçı ali təhsil ixtisasına yiyələnərək işləyib xəstə anasının, azyaşlı qardaşının qayğısına qalır. Odur ki, o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 19.1.5-ci maddəsindən faydalanaraq cavabdehdən ailəsi vəziyyətinə görə hərbi xidmətə çağırılmağına möhlət verilməsini xahiş etmiş, lakin müraciətlərinə cavab olaraq göndərilən 13 iyun 2023-cü il tarixli 3-43-91/2-İ-xx/xx/2023 nömrəli məktubda ona imtina edilmişdir. Cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - İddiaçı məxsus AZ-İİ seriyalı, 039160 nömrəli, 12 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası – X6, anası isə X1r. - X5 aid seriya AZ-İİ, 020688 nömrəli, 12 sentyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən o, 10 sentyabr 2019-cu ildə Bakı şəhərində ölmüşdür. - Çağırış vərəqəsinin surətinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə saat 9:00-a hərbi xidmətə yola düşmək üçün rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) çağırılmışdır. - Tibbi-Sosial Ekspertiza Müayinəsindən 96091824-930f-4e63-adc9-47a8fc71c425 nömrəli çıxarışa əsasən X2 ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci ildə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. O, yüngül işlərdə işləyə bilər. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı göndərilmiş 13 iyun 2023-cü il tarixli, 3-43-91/2-İ-xx/xx/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş, rayon çağırış komissiyasında tibbi şəhadətləndirilmiş və barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"-nin müddəaları ilə hərbi xidmətə yararlı qərarı verilmişdir. Öyrənilmə zamanı müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən hər hansı hal aşkar edilməmiş və onun 2023-cü ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, rayon (şəhər) çağırış komissiyalarında öyrənilmə zamanı ailə vəziyyətində «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ilə təsbit olunan xüsusatlar aşkar edilən çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). Məhkəmə qeyd edir ki, baxılmaqda olan işdə iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin üzərinə onun ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddiası şəxsin hüquqi maraqlarına toxunma halının mövcudluğu və ya ən azından əsaslı ehtimalının olmasıdır. Hüquqi maraq isə bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı iddiaçının şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Hazırki iddiaya münasibətdə cavabdehin üzərinə öhdəlik qoyulması iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 26 iyul 2023-cü il tarixli, 3-43-83/2-1133/2023 nömrəli məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü çağırışçı İddiaçı 2023-cü ilin iyul çağırışına cəlb edilmiş, tibbi şəhadətləndirilmə zamanı hərbi xidmətə yararlı hesab edilmiş, təhsilinə, ailə vəziyyətinə (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş əsaslar) və digər əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmadığı üçün xx.xx.2023-cü il tarixdə Xidmət rəisinin müvafiq Sərəncamı ilə təyin olunduğu N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, gələcəkdə İddiaçı ailə vəziyyətinə görə vaxtından əvvəl müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas verən hallar meydana çıxdıqda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.5-ci maddəsinə əsasən xidmət keçdiyi hərbi hissə tərəfindən qanunvericiliyə uyğun olaraq ehtiyata buraxılma məsələsinə baxıla bilər. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar