Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11273/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X2 19 il-70 yaşı tamam olduğu vaxtdan ölən günədək, yəni xx.xx.2019-cu il tarixinədək qulluq etdiyi müddətin onun siğorta stajına əlavə edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci ildən 1985-ci ilədək M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və kimya institunda maşınqayırma sənayesinin iqtisadiyyatı və təşkili ixtisası üzrə təhsil almışdır. Bu faktı təsdiq edən diplomun surəti iddia ərizəsinə əlavə edilir. xx.xx.1930-cu il təvəllüdlü mərhum ahıl anası X6 ölən günədək onun yanında olmuş, bu illər ərzində bir övlad kimi onun bütün baxım və saxlanması ilə o məşğul olmuşdur. Belə ki, yaşlı, ahıl anasına qulluq etdiyi üçün bu illər ərzində də əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, onun daima qulluğunda durmalı olmuşdur. 65 yaşı tamam olduğu zaman isə yaşa görə əmək pensiyasının ona təyin edilməsi üçün aidiyyatı üzrə inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən onun müraciətinin müsbət həll edilməsindən imtina edilmiş, kifayət qədər əmək stajının olmadığı ona bildirilmiş, mərhum anası xx.xx.1930-cu il təvəllüdlü mərhum anası X1 70 yaşı tamam olduğu vaxtdan ölən günədək ona baxmağını təsdiq edən məhkəmə qətnaməsi əsasında həmin müddətin onun əmək stajına əlavə ediləcəyi, yalnız bundan sonra ona yaşa görə əmək pensiyasının təyin edilə bilməsinin mümkünlüyü ona bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin məktubda göstərilmişdir ki, Musayev X7 Filiala müraciət edərək xx.xx.2000-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 19 il 05 ay 14 gün müddətin, yəni ahıl anasına qulluq etdiyi dövrün onun sosial sığorta stajına hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən müraciətə cavab olaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-214517/2024 nömrəli məktub imtina məktubu ünvanlanmaqla bildirilmişdir ki, mərhum anasına qulluq etməsi faktını təsdiq edəcək heç bir sənəd təqdim olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Eləcə də, İddiaçı sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətdən az (7 il 9 ay 19 gün) təşkil etdiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçının tələbi ahıl anasına qulluqetmə faktını təsdiq edən heç bir sənəd mövcud olmadığı halda, həmin dövrün sığorta stajına daxil edilməsi ilə bağlıdır. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Lakin, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, qulluqolunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Göstərilənlərə əsasən bir daha müəyyən olunur ki, iddiaçı tərəfindən nə mərhum anasının notarial qaydada təsdiq olunmuş ərizəsi, nə də qulluqetmə faktını sübutə yetirən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1)iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3)lPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4)qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 5)İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilməməsi; 6)prosessual həmiştirakçılığın yol verilənliyi; 7)tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasmda iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM- in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Belə olduğu halda cavabdeh qismində cəlb olunmuş Mərkəzi Filialın hazırkı məsələyə münasibətdə iddiaçının subyektiv hüququna toxunan hər hansı hərəkətin edilməsi müşahidə olunmadığından, cavabdehə münasibətdə hər hansı hərəkətin edilməsinin tələb olunması və ya ona qarşı iddia tələbinin qaldırılması əsassız hesab olunur. Qeyd olunanlardan da göründüyü kimi, iddianın mümkünlük şərtlərinə əməl edilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 246399 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 104 nömrəsi ilə qeyd edilmişdir. X5, anası X3r. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı 061084 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2100 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililalı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, ona təqdim etdiyi sənədlər əsasında yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Anasına qulluq etdiyi dövrü-20 ili staj kimi nəzərə alınmasını, əgər təyinat mümkün deyilsə bununla bağlı ona çatışmayan neçə il staj varsa bu barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. -xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-214517/2024 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 20l9-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz diplomun surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajınız 7 il 9 ay 19 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 4 il 9 ay 19 gün sığorta stajınıza uyğun olaraq 4839,51 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək (3 il sığorta stajınıza uyğun olaraq) 3516,96 manat olmaqla, ümumilikdə 8356,47 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, qulluq olunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Bu səbəbdən mərhum ananız X4 qulluq etdiyiniz dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, adınıza qüvvədə olan əmək müqaviləsi (işəgötürən: Bakı şəhəri üzrə Təhsil İdarəsi və "xxxx" MMC) olduğundan sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqavilələrinizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. -xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-194912/2024 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqında” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajınız 3 il təşkil edir. Eyni zamanda, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 3516,96 manat təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi ilə bağlı, ödənildiyi təqdirdə fərdi şəxsi hesabınızın sığorta hissəsində əks olunması barədə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müvafiq məktubuna əsasən bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında 2008-2016-cı illər üzrə təqdim etdiyiniz “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma B2), təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) və 2017-ci ilin İ-İV, 2018ci ilin İ, İİİ rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar, həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” 2018-ci ilin İİ və İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara əsasən sığortaedən iyun, oktyabr, dekabr ayları üzrə fəaliyyət göstərmiş, ona həmin aylar üçün 65 manat məcburi dövlət sosial sığorta haqları üzrə borc hesablanmış, 2019-cu ilin İİ-İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara əsasən sığortaedənə may, avqust ayları üzrə 36 manat, dekabr ayı üzrə 50 manat məcburi dövlət sosial sığorta haqları üzrə borc hesablanmış və sığortaedən tərəfindən həmin borclar 2019-cu ildə ödənilərək fərdi şəxsi hesabınızda bölüşdürülmüşdür. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, adınıza qüvvədə olan əmək müqaviləsi (işəgötürən: Bakı şəhəri üzrə Təhsil İdarəsi və "xxxx" MMC) olduğundan sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqavilənizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı "Yaşa görə əmək pensiyasının təmin edilməsinin mümkün olmaması haqqında"” məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 20l9-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz diplomun surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən cəmi sığorta stajınız 7 il 9 ay 19 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 4 il 9 ay 19 gün sığorta stajınıza uyğun olaraq 4839,51 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək (3 il sığorta stajınıza uyğun olaraq) 3516,96 manat olmaqla, ümumilikdə 8356,47 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Sözügedən Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti patronajın təyin edilməsi barədə qərara əsasən, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, qulluq olunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Bu səbəbdən mərhum ananız X4 qulluq etdiyiniz dövr məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, adınıza qüvvədə olan əmək müqaviləsi (işəgötürən: Bakı şəhəri üzrə Təhsil İdarəsi və "xxxx" MMC) olduğundan sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, əmək müqavilələrinizə xitam verildikdən sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya qanunla tələb olunan 25 il sığorta stajı və pensiya təminatına əsas verən pensiya kapitalı tələbi ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin edilməmişdir, iddiaçı mərhum anasına qulluq etdiyi 19 ilin stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qulluq illərinin əgər şəxs vəfat etmişdirsə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdən sonra həmin müddətin siğorta stajına daxil edilməsinin mümkün olmasını əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona anasına qulluq etdiyi müddəti müayinə aktı ilə rəsmiləşdirərək həmin staj da nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən kişilər üçün pensiya yaş həddi 65 yaş müəyyən edilib. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2024-cü il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı iş üzrə iddiaçıya aid əmək kitabçası qeydlərinə əsasən əmək fəaliyyəti üzrə ümumi iş stajı 7 il 09 ay 19 gün n təşkil edir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən əmək fəaliyyəti dövrü ilə yanaşı xx.xx.1930-cu il təvəllüdlü 15.110.2019-cu ildə vəfat etmiş anası X2 qulluq etdiyi dövrün də ümumi iş stajına hesablanmaqla 25 il ümumi iş stajını topladığını və bu əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə iddiaçının qeyd etdiyi mərhum X2 qulluq dövrünün iş stajına hesablanmalı olması dəlili ilə aşağıdakılara əsasən razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın: -4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: -4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: -2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; -3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajına həm də ahıl şəxslərə qulluq müddəti daxil edilə bilər. Qanunverici ahıl şəxsə qulluq müddətinin sığorta stajına hesablanmasının əsası kimi qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, qulluqolunan vəfat etdiyi halda isə qulluqetmə faktının təsdiq edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında daxil edilir. Hazırkı iş üzrə iddiaçının qulluq etdiyini iddia etdiyi anası X6 vəfat etmiş və iddiaçının sonuncuya qulluq etməsini təsdiq edən məhkəmə qətnaməsi təqdim edilməmişdir. Cavabdeh də imtinasında X2 vəfat etdiyi üçün iddiaçının ona qulluq etdiyi illərin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında təsdiq edildikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacağını bildirmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı yetərli deyildir. Cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair idiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11273/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11273/2025
25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver