Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1129/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, DVX №000156 nömrəli aktın, həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli qərarın və “Şikayətin təmin olunmaması haqqında" Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********985300 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 29.401,02 manat məbləğində cərimənin hesablanması üçün əsas olmuş xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********0071 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında **********-18001 kodla anbar kimi xx.xx.2019cu ildə qeydiyyata alınmış obyektdə nəzarət tədbiri həyata keçirilmişdir.Operativ vergi nəzarətinin həyata keçirilməsinin nəticəsi olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2023-cü il tarixli, DVX №000156 nömrəli akt və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********9853 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən, iddiaçı barəsində 29401.02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Həmin qərardan Dövlət Vergi Xidmətinə iddiaçı tərəfindən şikayət verilsə də Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixdə tarixli, **********985300 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin maliyyə sanksiyası tətbiq edilməsi barədə qərarı ləğv olunmalıdır.Belə ki, qərarda qeyd olunan obyekt xx.xx.2019-cu ildə vergi orqanında anbar kimi qeydiyyata alınmış və pərakəndə satış həyata keçirilməsi üçün X8 ilə təmin olunmuşdur. Aparılan OVN zamanı qanunvericiliyin heç bir tələbi pozulmadan vergi öhdəliyinə tam əməl edilməklə obyektdə edilən satışlar pərakəndə satışa uyğun olaraq NKA-na (vergi orqanına inteqrasiya olunmuş) vurularaq əhaliyə təqdim edilmişdir, vergidən yayınma halları olmamış, yaranmış öhdəlik tam vaxtında dövlət büdcəsinə ödənilmişdir.Lakin vergi orqanı OVN qərarına əsasən obyektdə aparılan satışın NKA ilə yox, elektron qaimə ilə aparılmalı olmasını əsas gətirərək satışın ümumi həcminə 10 % məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Maliyyə sanksiyasının yazılmasına səbəb kimi 2021-ci ilin sonunda Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş dəyişiklik əsas göstərilmişdir.Vergi orqanı tərəfindən aparılan OVN zamanı iddiaçıya məlum olmuşdur ki, Vergi Məcəlləsinə xx.xx.2021-ci ildə dəyişiklik olmuş və xx.xx.2022-ci ildən həmin dəyişiklik qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 58.13cü maddəsinə “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə” sözləri əlavə olunmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 24.1.3-cü maddəsinin tələbinə əməl etməklə iddiaçıya vergi orqanı tərəfindən vaxtında məlumat verilsəydi, iddiaçı da NKA-nı vergi orqanına geri qaytarar, anbardan pərakəndə satışı dayandırar və ya başqa qanuni tədbirlər görərdi. Vergi Məcəlləsinin 58.13-cü maddəsində sadalanan əməllərə görə, malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yəni bu maddənin heç bir hissəsində təqvim ili ərzində keçmiş 1 (bir) təqvim ilinin dövriyyəsinə maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı heç bir göstəriş yoxdur. Lakin hazırkı iş üzrə qanunsuz olaraq qəsdən 1 təqvim ilini cavabdeh gözləmiş və bütöv 1 təqvim ilinin dövriyyəsinin 10% həcmində maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0071 nömrəli qərarda yoxianılacaq dövr kimi xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığı qeyd edilməmişdir. Həmin qərarda OVN-nin xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan müddətdə keçirilməsi qeyd olunmuşdur.İddiaçı hesab edir ki, həmin müddət üçün aparılan pərakəndə satış nəzərə alınmalı idi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********0071 nömrəli qərarı əsasında Cəmiyyətin ünvan 2 ünvanda yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə - faktura təqdim edilməli olduğu halda, elektron qaimə - faktura təqdim etmədən 294.010,16 manat dəyərində malların nəzarət-kassa aparatı vasitəsi ilə satıldığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 5.1-ci bəndinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilərək, xx.xx.2023-cü il tarixli, DVX seriyalı 000156 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Cəmiyyətin 294.010,16 manat məbləğində malları elektron qaimə-faktura vermədən təqdim etdiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqdim edilmiş kassa çekləri üzrə 294.010,16 manat (ƏDV daxil) məbləğində malların nəzarət-kassa aparatına mədaxil olunaraq satıldığı, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (xx.xx.2022-ci il tarixli, 640,0 manatlıq 1884 nömrəli çek üzrə vahidin qiyməti 11,43 2 manat olmaqla 56 ədəd "X10 Yeşil", xx.xx.2022-ci il tarixli, 502,9 manatlıq 1057 nömrəli çek üzrə vahidinin qiyməti 11.43 manat olmaqla 44 ədəd "X10 Yeşil”, xx.xx.2022-ci il tarixli 351,8 manatlıq 1893 nömrəli çek üzrə vahidinin qiyməti 7.33 manat olmaqla 48 ədəd “X10 Yeşil’, 26 07.2022-ci il tarixli, 593,7 manatlıq 1879 nömrəli çek üzrə vahidinin qiyməti 7,33 manat olmaqla 81 ədəd "X10 Yeşil", xx.xx.2022-ci il tarixil 527,7 manatlıq 1854 nömrəli çek üzrə vahidinin qiyməti 7.33 manat olmaqla 72 ədəd “X10 Yeşil", xx.xx.2022-ci il tarixli 623,0 manatlıq 1796 nömrəli çek üzrə vahidinin qiyməti 7,33 manat olmaqla 85 ədəd "X10 Yeşil") fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları aşkar olunmuşdur.Həmçinin, 01,01.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində 294.010,16 manat dəyərində satılmış mallardan 273.150,56 manat dəyərində malların 1472 sayda nəzarət-kassa aparatı çekləri ilə 6 sayda fiziki şəxsə təqdim edildiyi və həmin nəzarət- kassa aparatı çekləri ilə 4167,37 manat əlavə dəyər vergisinin geri qaytarıldığı, həmin əməliyyatlardan 1130 sayda nəzarət-kassa aparatı çeki üzrə 230.999,78 manat dəyərində alışların Cəmiyyətin əmək müqaviləsi üzrə işçisi olan X5 tərəfindən həyata keçirildiyi və nəticədə Cəmiyyətin əmək müqaviləsi üzrə işçisi tərəfindən 3524.25 manat dəyərində əlavə dəyər vergisinin geri qaytarıldığı müəyyən edilmişdir.Tərtib edilmiş akt Baş İdarənin xx.xx.2023-cü il tarixli, **********246700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 16:01-də oxunmuşdur.Tərtib edilmiş akt əsasında hal-hazırda mübahisələndirilən qərarla Cəmiyyət barəsində 20401,02 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Həmin qərar dövlət qeydiyyatı haqqında sənədlərdə sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan yeri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 00:15-də oxunmuşdur. Cavabdehin qərarından narazı qalan iddiaçının **********957200 nömrəli inzibati şikayətinə əsasən "İnzibati qaydada verilmiş şikayətin təmin olunmaması" haqqında DVX-nin xx.xx.2023-cü il tarixli qərarı qəbul olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərarların mövcud olması barədə iddiaçının məlumatlı olmasını, lakin iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməsini bildirsə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilmiş qərar məhkəməyə müraciət edilməsindən əvvəl də mübahisələndirildiyi üçün iddia müddətinin axımı kəsilmiş və yenidən başlanmışdır, belə ki, hal-hazırda mübahisələndirilən qərar cavabdeh tərəfindən xx.xx.2023-cü ildə qəbul edilmişdir, həmin qərardan iddiaçı inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin həmin inzibati orqan xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının xx.xx.2023-cü ildə verdiyi şikayəti təmin etməmişdir, bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023cü ildə müraciət etmişdir, bu iddia ərizəsinin üzərinə vurulmuş məhkəmə ştampı ilə təsdiq edilir.Beləliklə, mübahisələndirilən qərardan iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə şikayət verməsi iddia müddətinin axımını kəsmiş və həmin şikayətin təmin edilməməsi barədə qərar qəbul edildikdən sonra iddia müddəti yenidən başlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və iddia müddətinə əməl edilmişdir. 6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
9.İnzibati məhkəmə işinin materiallarında olan: - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********00071 №li “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti təyin edilmişdir; - Cavabdeh tərəfindən tərtib edilmiş 000156 №li, xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlarından malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu mnaddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən xx.xx.2022-ci ildə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) anbarında malların nəzarət-kassa aparatı vasitəsilə satıldığı müəyyən edilmişdir; - Cavabdehin xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə- faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim etdiyinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malları təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verdiyinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 29401,02 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir; - NKA-dan çıxarılmış hesabata əsasən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat anbarında pərakəndə satış dövriyyəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə qədər 294010,2 manat təşkil etmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********985300 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan verdiyi inzibati şikayət təmin edilməmişdir.
İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; - 24.1.1.vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; - 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi;50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi;50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi;50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi;50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi;50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi.50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi;50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi;50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi;50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi;50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. - 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır:50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. - 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. - 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 11.İnzibati məhkəmə işinin materiallarında olan sənədlərə əsasən cavabdeh tərəfindən iddiaçıda xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti təyin edilmişdir, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci ildə "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Yavər Əliyev 26 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) anbarında malların nəzarət-kassa aparatı vasitəsilə satıldığı müəyyən edilmişdir, bu barədə cavabdeh tərəfindən xx.xx.2023-cü ildə operativ vergi nəzarəti barədə akt tərtib edilmiş və həmin akt əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 29401,02 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 29401,02 manat məbləğində maliyyə sanksiyasını tətbiq edən zaman elə özünün istinad etdiyi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarından görünür ki, malları təqdim edən şəxs təqvim ili ərzində qanun pozuntusuna birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.Qanunverici burada maliyyə sanksiyasının həcmini müəyyən edən zaman vergi ödəyicisinin müəyyən dövr ərzində dövriyyəsinin faizinin deyil, operativ vergi nəzarətinin aparıldığı konkret tarixdə təqdim edilən malların satış qiymətinin faizini birmənalı şəkildə nəzərdə tutmuşdur. Lakin vergi orqanı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq birinci dəfə təqdim etdiyi malların satış qiymətini deyil, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində NKA tətbiq etməklə satdığı malların ümumi həcmini əsas götürmüşdür, yəni Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olaraq maliyyə sanksiyasını müəyyən etmişdir ki, bununla eyni zamanda Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinin tələblərini (vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar) və 3.8-ci maddəsinin tələblərini (Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz) pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya 29401,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir.
12.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. 15.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 16.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 17.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********9853 №li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova