Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-113/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı yerləşdiyi yer (hüquqi ünvanı): ünvan 1ycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yerləşdiyi yer: Bakı şəhəri, Heydər Əliyev prospekti, 181A qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı MMC İddiaçı MMC 29 aprel 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və ona ********** VÖEN verilmişdir. Vergi orqanının 4 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-nin 1 noyabr 2016cı il tarixdən 31 oktyabr 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyətində səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyici kimi iddiaçı faktiki olaraq podratçı qismində tikinti-quraşdırma fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri 8 iyun 2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və akt əsasında inzibati orqan (vergi orqanı) tərəfindən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərar qəbul edilmişdir. Sözügedən 15 iyul 2020-ci il tarixli qərarla iddiaçıya əlavə olaraq ümumilikdə 42.203,59 manat vergi məbləği, o cümlədən 2016-cı il üzrə 1.409,83 manat və 2018-ci il üzrə 21.470,40 manat (artıq heablanmalar nəzərə alınmaqla) mənfəət vergisi, 2018-ci ilin fevral, iyun və iyul ayları üzrə 19.323,36 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq 61.459,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda inzibati orqanın 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia qaldırılmışdır. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), cavabdehin 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarı qanunsuzdur və ləğv edilməlidir. İddia tələbi əsaslıdır. İddiaçının tələbini əsaslandırdığı dəlilləri aşağıdakılardır: 1) cavabdeh tərəfindən səyyar vergi yoxlaması COVİD-19 ilə bağlı elan edilmiş pandemiya dövründə aparılmışdır. İddiaçının xidmət göstərdiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilən iş sahəsinə aid olmadığından, iddiaçı faktiki olaraq fəaliyyyətini dayandırmışdır və qurumun əməkdaşları işləməmişlər. Buna görə də iddiaçı yoxlama üçün bütün sənədlərini təqdim edə bilməmişdir. İddiaçı dəfələrlə yoxlamanın xüsusi karantin rejimi bitdikdən sonra bütün sənədlər təqdim edilməklə aparılmasını xahiş etmişdir. Lakin cavabdeh onun bu mövqeyini nəzərə almamış, sənədlərin təqdim edilməsinə şərait yaratmadan faktiki olaraq səyyar vergi yoxlamasını iddiaçının sənədlərinə baxış keçirmədən aparmışdır; 2) Cavabdeh inzibati orqan tərəfindən ekspertiza təyin edilmiş və vergilər hesablanarkən həmin ekspertizanın nəticələri əsas götürülmüşdür. Ekspertiza Nazirlər Kabinetinin 55 saylı 1 mart 2001-ci il tarixli qərarına uyğun olaraq aparılmamışdır. Göstərilən xərclər gəlirdən çıxılmalı və mənfəət hesablamalı idi. Lakin cavabdeh vergi orqanı iddiaçının dəlillərinə baxmadan, onun göstərdiyi xərcləri qəbul etməmiş və birbaşa mənfəət hesablamışdır; 3) Cavabdeh Vergi Məcəlləsinin 104.1, 105.1, 121.1-ci maddələrinin tələbləri nəzərə almamış və bütün lazımı məlumatları və sənədləri əldə etmədən, qanuna müvafiq araşdırma aparmadan, əsassız və qanunsuz olaraq vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq iddiaçıya vergi məbləği hesablamışdır. Cavabdeh inzibati orqan iddiaya etiraz edir və hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərar qanunidir və iddia tələbi əsassızdır. Cavabdeh mübahisə predmeti olan qərarın qəbulunu aşağıdakılarla əsaslandırır: 1) müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş bəyannamədə 12,99 manat vergiyə cəlb olunan mənfəət göstərilmiş və 2,60 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama zamanı müvafiq sənədlər təqdim edilmədiyindən, vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat uçotu sənədləri və bank sənədlərinə əsasən onun müvafiq dövr üzrə gəliri 42.372,89 manat, ona münasibətdə şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin vergiyə cəlb edilən mənfəəti 7.062,15 manat həcmində müəyyənləşdirilmişdir. 2016-cı il üzrə müəssisənin 7.062,15 manat məbləğində mənfəətindən 1.412,43 manat mənfəət vergisi müəyyən edilmiş və büdcəyə əlavə olaraq 1.409,83 (1.412,43 – 2,60) manat məbləğində mənfəət vergisi hesablanmışdır; 2) 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 3.979,18 manat vergiyə cəlb olunan mənfəət göstərilmiş və 795,84 manat mənfəət vergisi hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlər, habelə “Azərekspertiza” Birliyinin mütəxəssis rəyi nəzərə alınmaqla 2018-ci il üzrə gəlir 516.603,18 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 405.272 manat, vergiyə cəlb olunan mənfəət məbləği 111.331,18 manat müəyyən edilmişdir, həmin məbləğin mənfəət vergisi 22.266,24 manat təşkil edir. Yoxlama nəticəsində büdcəyə əlavə olaraq 21.470,40 manat (22.266,24 – 795,84) məbləğində mənfəət vergisi hesablanmışdır; 3) Mütəxəssis tərəfindən tikinti-quraşdırma işlərinin tərkibində sement sərfiyyatının 2018-ci il üçün 180 ton olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən həmin 2018-ci il üzrə digər hüquqi şəxsdən 130.032 manat dəyərində 1.032 ton sement alınmışdır. Yoxlama zamanı mütəxəssis rəyində yalnız 180 ton sementin istifadə edildiyi və 1 ton sementin qiymətinin 126 manat olduğu nəzərə alınmaqla 107.352 manat xammal və materiallar xərci azaldıldığı müəyyən edilmışdır. Bəyannamə məlumatlarına əsasən yoxlama ilə əhatə olunan dövr ərzində iddiaçı tərəfindən 558.976,07 manat ƏDV-yə cəlb olunan dövriyyə göstərilmiş və büdcəyə ödəmələr müəyyən edilərkən 27.745,49 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Nəticədə büdcəyə ödənilməli olan əlavə dəyər vergisi məbləği 72.870,20 manat ((558.976,07*18%)-27.745,49) kimi hesablanmışdır. İddiaçı tərəfindən həmin vergi məbləğləri 2018-ci ilin aprel, avqust və sentyabr aylarında göstərilsə də, müvafiq olaraq 2018-ci ilin fevral, iyun və iyul aylarının ƏDV dövriyyələrində öz əksini tapmalıdır. Uçot-baza məlumatlarına əsasən iddiaçı FHN-ə yanğınsöndürmə depo binaları üçün tikinti-quraşdırma işlərinə görə əsas məbləği 372.324,89 manat ƏDV məbləği 67.018,48 manat 4 elektron vergi hesab-fakturası təqdim etmiş və ödəmələr 24 aprel 2018-ci il tarixdə həyata keçmişdir. Təqdim edilmiş işlərin qəbulu aktlarına (Forma №2) əsasən işlərin görüldüyü vaxt 2018-ci ilin fevral ayıdır, lakin iddiaçı tərəfindən vergi tutulan əməliyyat 2018-ci ilin aprel ƏDV bəyyanaməsində əks etdirilmişdir. 852 (1.032 – 180) ton sementə münasibətdə 19.323,36 manat ((852*126,00)*18%) ƏDV məbləği əvəzləşdirilməsi ləğv edilmiş və nəticədə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələbinə uyğun olaraq büdcəyə əlavə olaraq 19.323,36 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarının qanuni olduğunu bildirdi və iddia tələbini əsassız sayaraq onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh mübahisələndirilən qərarı 15 iyul 2020-ci il tarixə, iddia ərizəsinin verilməsi isə 14 avqust 2020-ci il tarixə, yəni qərarın qəbulundan 30 gün sonrakı tarixə təsadüf etdiyindən, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarın (əlverişsiz inzibati aktın) mübahisələndirməsi üzrə iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinin 1 oktyabr 2021-ci il tarixədək qüvvədə olan tələblərinə görə (iddia ərizəsi məhkəməyə həmin tarixdən əvvəl təqdim edilmişdir) mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən cavabdeh inzibati orqanın yerləşdiyi yer Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 181A-dır (iddia qaldırılan dövrdə “115” olmuşdur). Məhkəmə qeyd edir ki, iddia tələbi “mübahisələndirmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdehin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdehin 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarı (əlverişsiz inzibati aktl) qanuna zidd sayılmamalı və onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqları sırasına daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Həmin Məcəllənin 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 166.2-ci maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Həmin Məcəllənin 166.6-cı maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə görə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. Həmin Məcəllənin 173-cü maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaiməfakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC-nin 1 noyabr 2016-cı il tarixdən 31 oktyabr 2019-cu il tarixədək olan dövrə aid fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması çərçivəsində 42.203,59 manat əlavə vergi məbləğinin hesablandığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 61.459,43 manat maliyyə sanksiyasının tətbiq edildiyi müəyyən edilir. Yoxlamanın nəticələri üzrə iddiaçıya cavabdeh tərəfindən əlavə hesablanmış 42.203,59 manat vergi məbləğinin 1.412,43 manat hissəsi 2016-cı il üzrə mənfəət vergisinə, 21.470,40 manat hissəsi isə 2018-ci il üzrə mənfəət vergisinə aiddir. Mübahisənin bu xüsusatı ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisi kimi iddiaçının vergi orqanına 2016 və 2018-ci illər üzrə bəyan etdiyi dövriyyəsi, gəliri, ödənilən və əvəzləşdirilən vergi məbləğləri həmin məsələ üzrə digər amillərlə birlikdə yoxlama zamanı inzibati orqanın əlavə sənədlər tələb etməsini hərəkətini zəruri qiymətləndirir. Belə ki, iddiaçı hüquqi şəxs kimi 2014-cü ildə dövlət qeydiyyatından keçmişdir, iki il sonra, yəni 2016-cı ildə ümumi gəlirini 42.372,89 manat, xərclərini 42.359,90 manat və bunun nəticəsində illik mənfəət vergisini 2,60 manat həcmində bəyan etmiş, habelə 2018-ci ildə isə podratçı kimi çıxış etdiyi bir müqavilə üzrə gördüyü işlərə görə yalnız bir materialın (sementin) həcmi müvafiq sənədlərdə 180 ton olduğu, iddiaçı özü isə həmin material sərfiyyatının 1.032 ton olduğunu iddia etdiyi halda, həmin il üzrə ümumi gəliri 516,603,18 manat, xərclərini 512.624 manat və bunun nəticəsində illik mənfəət vergisini 795,84 manar həcmində bəyan etmişdir. Həmin məsələ üzrə digər amillərə gəldikdə isə, qeyd olunmalıdır ki, vergi qanunvericiliyinə (Vergi Məcəlləsinin 23.1.2-ci maddəsi) görə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, hesabatları, smetaları, bəyannamələri və s. eləcə də vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq tələb etmək vergi orqanlarının hüququdur. Belə olan halda, səyyar vergi yoxlamasında vergi ödəyicisinin təqdim etdiyi sənədlər yoxlamanı aparan orqanın vəzifəli şəxslərini qane etməyə bilər və vergi orqanının ödəyicinin mənfəətini və mənfəət vergisini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına müvafiq olaraq 20% dərəcəsi üzrə “şərti rentabellik” qaydasında hesablamaq hüququ var, lakin bu nəzərə alınmalıdır ki, bu, Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərinin və ya xərclərinin müəyyənləşdirilməsinin mümkün olduğu təqdirdə yolveriləndir. Hazırkı işin hallarına görə isə, sözügedən Məcəllənin 67.1-ci maddəsində təsbit olunmuş məlumatlar əsasında iddiaçının mənfəəti və buna müvafiq vergi məbləğləri hesablanmışdır. Məhkəmə icraatında iddiaçı tərəf məsələnin bu xüsusatını təkzib edən hər hansı dəlil və arqument gətirməmişdir. İddiaçının yoxlamaya lazımi sənədləri təqdim etməməsini məlum pandemiya ilə bağlı əlaqələndirməsi də ağlabatan və real deyil, çünki, həmin dövrdə bu məsələlər müvafiq qaydada tənzimlənmiş və sahibkarlıq fəlaiyyəti üzrə bütün məlumatların müasir texniki vasitələrlə ötürülməsi imkanları məhdudlaşdırılmamışdır. Bütün qeyd olunanların məcmusunda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 67, 83.9-cu maddələrini rəhbər tutaraq, eləcə də “Azərekspertiza” Birliyindən alınmış rəyinə əsaslanaraq, İddiaçı MMC-nin 2016 və 2018-ci illər üzrə mənfəətini və mənfəət vergisini hesablamaqda haqlı olmuşdur. Yoxlama zamanı iddiaçıya ƏDV hesablanması və onun ƏDV əvəzləşdirilməsinin ləğvi ilə bağlı isə məhkəmə diqqətə çəkir ki, iddiaçının uçot-baza məlumatlarına əsasən yanğınsöndürmə depo binaları üçün tikinti-quraşdırma işlərinə görə ödəmələr 24 aprel 2018-ci il tarixdə həyata keçirildiyi halda, işlərin qəbulu aktlarına (Forma №2) əsasən işlərin görüldüyü vaxt 2018-ci ilin fevral ayı olması, iddiaçının da vergi tutulan əməliyyatı 2018-ci ilin aprel ƏDV bəyyanaməsində əks etdirməsi ƏDV əvəzləşdirilməsinin ləğvinə və Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ƏDV hesablanmasına əsas verir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq podrat müqaviləsi əsasında Fövqəladə Hallar Nazirliyi üçün yanğınsöndürmə depo binalarının tikinti-quraşdırma işlərinə görə 180 ton ton deyil, 1.032 ton (yəni, sənədlərdə göstərilənlərdən əlavə 852 ton) sement sərfiyyatı ilə bağlı dəlili heç bir tutarlı sübuta söykənmir, formal mülahizə şəklində təqdim olunur. Bu hal isə, öz növbəsində vergi ödəyicisi kimi iddiaçının bəyan etdiyi ƏDV, mənfəət və mənfəət vergisi üzrə məbləğlərin real qiymətləndirilməməsi üçün əsasdır. Həmçinin cavabdeh inzibati orqan səyyar vergi yoxlamasının nəticələri üzrə hesablanmış ƏDV və mənfəət vergisinə münasibətdə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyasını tətbiq etməkdə haqlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının tələbi üzrə dəlilləri əsassız sayılmalı və cavabdeh inzibati orqanın 15 iyul 2020-ci il tarixli **********138102 nömrəli qərarı (əlverişsiz inzibati aktı) qanuni qiymətləndirilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 70.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 3ə (ünvan: ünvan 5rimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-113/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-113/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver