Məhkəmə qərarları › İş №e-2-1(112)-11301/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11301/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11301/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 57 yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “57 yaşdan, yəni 18 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 1979-cu ildən əmək fəaliyətinə başlamış, 01 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Sığorta stajına daxil olan dövrlər aşağıdakı kimidir: 1. - 01 iyun 1979-cu il tarixdən 23 oktyabr 1980-ci il tarixədək Ucar rayonu (Əlikənd kəndi) «Yeni yol» kolxozunda kolxozçu işləmişdir – (1 il 4 ay 23 gün) 2. - 24 oktyabr 1980-ci il tarixdən 05 dekabr 1982-ci il tarixdək hərbi xidmətdə olmuşdur – (2 il 1 ay 10 gün). 3. - xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 4 nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğın söndürəni vəzifəsində xidmətdə olmuşdur – (6 il 6 ay 14 gün), 4. - xx.xx.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş X1raşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuş (əmr № K-386. xx.xx.1989), 4.1. - xx.xx.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-81. xx.xx.1989), 4.2. xx.xx.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-49. xx.xx.1992), 4.3. - xx.xx.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq vəzifəsinə keçirilmiş - (əmr № K-57. xx.xx.1995) 4.4. xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmiş - (əmr № K-202. xx.xx.1998), 4.5. - xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmiş - (əmr № K-212. xx.xx.1998) 4.6. xx.xx.2003-cü il tarixdə həmin işdən öz xahişiylə azad edilmişdir - (əmr № K291. xx.xx.2003). Beləliklə, «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş İstehsalat Vahidində ümumi sığorta stajı – 14 il 2 ay 00 gün təşkil edir. Gəmi eletrik quraşdırcısı, mexanik və böyük mexanik kimi, əmək şəraiti ağır olan işlərdə olan stağı 10 il 9 ay 2 gün təşkil edir. 5.1. 27 noyabr 2003-cü il taridən 21 sentyabr 2005-ci il tariədək “Kaspiya Elelktrik” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik qurşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K- 05-03, xx.xx.2003). Beləliklə, hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixə 26 il 00 ay 07 gün ümumi sığorta stağına malik olmuşdur. Həmin sığorta stajının 12 il 6 ay 24 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Metal emalı XİV-cü bölmə (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) KOD 2150300a-1753a; və Nəqliyyat XXVİİİ bölmə (Çay dəniz donanması) Kod 23003020- 23484 mexanik və böyük mexanik vəzifələrinə uyğundur. Göstəritlənlərə əsasən, yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göstərilənlərə əsaslanaraq 18 mart 2024-cü il tariхdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, 57 yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini хahiş etdi. Cavabdeh inzibati оrqanın 28 iyun 2024-cü il tariхli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək peniyasının təyin edilməsindən imtina edildi. Cavabdeh inzibati оrqan imtinanı оnunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ila təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin vəzifələrin va göstəricilərin Siyahısı"nın metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma va gəmi təmiri işləri bəndi (11.6) və nəqliyyat bölməsində (21) dəniz və çay donanması bəndi (21.2) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC "Zığ" Gəmi Təmiri va Tikintisi Zavodunun sizə dair 11 iyun 2024-cü il tarixli 13-3-4/3-9-67/2024 nömrəli arayışında xx.xx.1989xx.xx.1989-cu il tartxləri arasındakı dövr ərzində elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə sagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə söbəsində mühəndis-texnoloq, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektrik mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektrik-mexanik vəzifələrində işlədiyiniz qeyd edilib adıçəkilən müəsisədəki iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sizin sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru sagirdi, xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektriki, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektrik mexaniki, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektrik mexaniki vəzifələrində islədiyiniz müəyyən edilíb. Bu fakt Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən 17 aprəl 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göründüyü kimi, islədiyiniz elektrik montyoru sagirdi va gəmi elektriki vəzifəsi sözügədən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahların metal emalı bölməsinin Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işiəri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrində işlədiyiniz dövrdə çalışdığınız müəssisənin fəaliyyət sahəsi isə həmin arayışda istinad edilən, yuxanda qeyd olunan dəniz və çay donanması sahəsinə aid deyil. Göstərilən səbəblərdən də sizin güzəştli stajlnız 12 il 6 aydan az (4 il 6 ay 19 gün (xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərla görə əmək pensiyasının təyinatı qanunveririciliyin tələbləri baxmından mümkün hesab edilmir». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 57 yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, "xxxx" QSC Zığ Gəmi Təmiri və Tikintisi Zavоdunun 13-3-4/3-9-67/2024 nömrəli, xx.xx.2024-cü il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (xx.xx.1962-ci il təvəllüdlü) «ХƏZƏRDƏNİZGƏMİTƏMİRİ» İstehsalat Birliyi «Paris Kоmmunası» adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş X1raşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuş (əmr № K-386. xx.xx.1989), xx.xx.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-81. xx.xx.1989), xx.xx.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş (əmr № UK-49. xx.xx.1992), xx.xx.1995-ci il tarixdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq vəzifəsinə keçirilmiş (əmr № K-57. xx.xx.1995), xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmiş (əmr № K-202. xx.xx.1998), xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmiş (əmr № K-212. xx.xx.1998), xx.xx.2003-cü il tarixdə həmin işdən öz xahişi ilə azad edilmişdir (əmr № K291. xx.xx.2003). Gəmi elektrik quraşdırıcısı, meхanik və böyük meхanik kimi İ.Şərifоv əmək şəraiti ağır оlan işləri yerinə yetirmiş və оnun bu işdə ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tariхli 320 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən, bölmə ХİV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a- 1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və ХХVİİİ bölmənin (Nəqliyyat) 3-cü bəndinin (Dəniz və çay dоnanması) şirif 23003020-25410 (elektrik meхanikləri, оnların köməkçiləri, böyük elektrik meхanikləri) yarımbəndinə uyğundur. "xxxx" Firmasının 09KE- 03-2020 nömrəli, 10 mart 2020-ci il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (xx.xx.1962-ci il təvəllüdlü) 27 noyabr 2003-cü il taridən 21 sentyabr 2005-ci il tariədək “Kaspiya Elelktrik” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik qurşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K- 05-03, xx.xx.2003). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tariхli 320 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən, bölmə ХİV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a-1753a gəmi elektrik quraşdırıcısı uyğundur. Azərbaycan Хəzər Dəniz Gəmiçiliyi» QSC Zığ Gəmi Təmiri və Tikintisi Zavоdunun 13-3-4/3-9-67/2024 nömrəli, xx.xx.2024-cü il tariхli arayışından görünür ki, gəmi elektrik quraşdırıcısı, meхanik və böyük meхanik kimi İ.Şərifоv əmək şəraiti ağır оlan işləri yerinə yetirmiş və оnun bu işdə ümumilikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Həmçinin "xxxx" Firmasının 09KE-03-2020 nömrəli, 10 mart 2020-ci il tariхli arayışından görünür ki, Şərifоv İlyas Nizam оğlu (xx.xx.1962-ci il təvəllüdlü) 27 noyabr 2003-cü il tarixdən 21 sentyabr 2005-ci il tariədək “Kaspiya Elelktrik” firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmiri üzrə 4-cü dərəcəli gəmi elektrik qurşdırıcısı vəzifəsində işləmişdir (1 il 9 ay 24 gün) (əmr № K-05-03, xx.xx.2003). Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tariхli 320 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən, bölmə ХİV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanхana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şirif 2150300a-1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və ХХVİİİ bölmənin (Nəqliyyat) 3-cü bəndinin (Dəniz və çay dоnanması) şirif 23003020- 25410 (elektrik meхanikləri, оnların köməkçiləri, böyük elektrik meхanikləri) yarımbəndinə uyğun vəzifədə işlədiyi müddət 01 yanvar 2006-cı il tariхədək 10 il 9 ay 2 gün +1 il 9 ay 24 gün = 12 il 6 ay 26 gün təşkil edir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Beləliklə, hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixə 26 il 00 ay 07 gün ümumi sığorta stağına malik olmuşdur. Həmin sığorta stajının 12 il 6 ay 26 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən İstehsalatların, işlərin, peşələrin, vəzifələrin və 7 göstəricilərin 2 nömrəli Siyahısı”nda Metal emalı XİV-cü bölmə (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) KOD 2150300a-1753a; və Nəqliyyat XXVİİİ bölmə (Çay dəniz donanması) Kod 23003020- 23484 mexanik və böyük mexanik vəzifələrinə uyğundur. Göstəritlənlərə əsasən, 57 yaşdan, yəni 18 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, cavabdeh inzibati оrqan əsassız оlaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediliməsindən imtina etmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filliala təqdim eldiyiniz "xxxx" QSC “Zığ" Gəmi Təmiri ve Tikintisi Zavodunun sizə dair 11 iyun 2024-cü il tarixli 13-3-4/3-9-67/2024 nömrəli arayışında 18 09 1989-16 11 1989-cu il tanxləri arasındakı dövr ərzində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük əlektro-mexanik vəzifələrində işlədiyiniz qeyd edilib Adıçəkilən müəsısədəkı iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sizin sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində elektrik montyoru şagirdi, xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektriki, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, xx.xx.1995-xx.xx.1998-cı il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-cı il tarixləri arasındakı dövr ərzində elektrik mexaniki, xx.xx.1998xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektrik mexaniki vəzifələrində işlədiyiniz müəyyən edilib. Bu fakt “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən 17 aprel 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göründüyü kimi, işlədiyiniz elektrik montyoru şagirdi və gəmi elektriki vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının metal emalı bölməsinin Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrində işlədiyiniz dövrdə çalışdığınız müəssisənin fəaliyyət sahəsi isə həmin arayışda istinad edilən, yuxarıda qeyd olunan dəniz və çay donanması sahəsinə aid deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 6 ay 19 gün (xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş- 149068/2024 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının güzəştli sığorta stajı 12 il 6 aydan az (4 il 6 ay 19 gün (xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, İ.X2 təqdim etdiyi "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2024-cü il tarixli 13-3-4/3-9-67/2024 nömrəli arayışında iddiaçının xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixlərdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə isə böyük elektro-mexanik vəzifələrində işlədiyi qeyd edilib. Sözügedən müəssisədə İddiaçı iş fəaliyyətinə dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun həmin müəssisədə xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə gəmi elektriki, xx.xx.1992- xx.xx.1995-ci il tarixlərdə gəmi elektrik quraşdırıcısı, xx.xx.1995xx.xx.1998-ci il tarixlərdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndistexnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə elektrik mexaniki, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə isə böyük elektrik mexaniki vəzifələrində işlədiyi müəyyən edilmiş, həmin fakt "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Qeyd olunan məktubda qeyd edilir ki, İddiaçı işlədiyi elektrik montyoru şagirdi və gəmi elektriki vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (bundan sonra - Siyahı) metal emalı bölməsinin qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində nəzərdə tutulmayıb. Eyni zamanda iddiaçının elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrində işlədiyi dövrdə çalışdığı müəssisənin fəaliyyət sahəsinin həmin arayışda istinad edilən, Siyahıda göstərilən Nəqliyyat bölməsinin dəniz və çay donanması sahəsinə aid olmadığı göstərilmişdir. Beləliklə, sözügedən səbəblərdən iddiaçının güzəştli stajı 12 il 6 aya tamamlanmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1998- xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əmək fəaliyyəti dövrlərinin güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyə ziddir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 11 iyun 2024-cü il tarixli 13-3-4/3-9-67/2024 nömrəli arayışda xx.xx.1989-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində isə böyük elektro-mexanik vəzifələrində işlədiyi əks olunmuşdur. Lakin, "xxxx" QSC-nin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı iş stajına dair məlumatların yerində yoxlanılması barədə birgə aktdan məlum olur ki, iddiaçı sözügedən müəssisədə xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə elektrik montyoru şagirdi, xx.xx.1989xx.xx.1992-ci il tarixlərdə gəmi elektriki, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi elektrik quraşdırıcısı, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində texniki kalkulyasiya və qiymətləndirmə şöbəsinə mühəndis-texnoloq, xx.xx.1998xx.xx.1998-ci il tarixlərdə elektrik mexaniki, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə isə böyük elektrik mexaniki vəzifələrində işləmişdir. Göründüyü kimi, xx.xx.1989-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə çalışdığı elektrik montyoru şagirdi və gəmi elektriki vəzifələri Siyahının metal emalı bölməsində (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) nəzərdə tutulmamışdır. Bu səbəbdən də göstərilən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməyib. Həmçinin, İddiaçı xx.xx.1998xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə elektrik mexaniki və böyük elektrik mexaniki vəzifələrindəki iş stajı ilə bağlı qeyd edirik ki, iddiaçının çalışdığı “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun fəaliyyət sahəsi onun tərəfindən təqdim edilmiş müvafiq arayışda istinad olunan Siyahının nəqliyyat bölməsinin(21) dəniz və çay donanması (21.2) sahəsinə aid deyil. Göründüyü kimi iddiaçının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanan güzəştli iş stajı xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrləri əhatə etməklə cəmi 4 il 6 ay 19 gün təşkil edir ki, bu da qanunvericiliklə müəyyən olunmuş həddən (12 il 6 ay) azdır.

6. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası” adına Baş İstehsalat Vahidində (xx.xx.1989-cu ildən -xx.xx.2003-cü illərdə) elektrikquraşdırma sahəsində gəmi üzrə elektrikquraşdırıcı, texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis texnoloq, üzən dokda elektro mexanik kimi peşələrdə işləməsi ilə bağlı hazırda zavodun arxivində saxlanılan müvaffiq sənədlər müfəssəl baxış keçirilmişdir. İddiaçı məktubda qeyd olunan illər üzrə güzəştli arxiv arayışı,1989-cu ildən 2003-cü ilədək əmək haqqı barədə arayış, şəxsi vərəqələri, işdən azad ərizəsi, peşə təlimatları, işə qəbul əmri, işdən azad əmri, əmək kitabçası, məzuniyyət əmrləri müəssisə tərəfindən sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.

7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur: Verilir İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) ondan ötəri ki, o həqiqətən keçmiş “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyi “Paris Kommunası”adına Baş İstehsalat Vahidində işləmişdir. xx.xx.1989-cu ildən-Elektrikquraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul edilib, (əmr № K-386. xx.xx.1989-cu il) xx.xx.1989-cu ildən Elektrikquraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı. (əmr № УК-81. 20.11,1989-cu il) xx.xx.1992-ci ildən Elektrikquraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı. (əmr № УК-49. xx.xx.1992-ci il) xx.xx.1995-ci ildən Texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndistexnoloq. (əmr № K-157. xx.xx.1995-ci il) xx.xx.1998-ci ildən Üzən doka səkkizinci dərəcəli elektro-mexanik. (əmr№ 202. xx.xx.1998-ci il) xx.xx.1998-ci il ildən Üzən Dokda doqquzuncu dərəcəli böyük elektro-mexanik.(əmr K-

212. xx.xx.1998-ci il) xx.xx.2003-cü ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (əmr K-291. xx.xx.2003-cü il) Gəmi elektrik quraşdırıcısı, mexanik və böyük mexanik kimi N.İddiaçı əmək şəraiti ağır olan işləri yerinə yetirmiş və onun bu işdə ümulikdə iş stajı 10 il 9 ay 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısına əsasən bölmə XİV bölmənin (Metal emalı) 3-cü bəndinin (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şifr 2150300a-1753a gəmi elektrik quraşdırıcıları yarımbəndinə və XXVİİİ bölmənin- (Nəqliyyat ) 3-cü bəndinin (Dəniz və çay donanması) şifr 23003020-25410 (elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexaniklər) yarımbəndinə uyğundur. xx.xx.2011-ci il tarixli əmrə əsasən zavodun adı xx.xx.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İB-nin Gəmi Təmiri İstehsalat Bazası adlandırılıb. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli №18-li qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG”QSC” xx.xx.2014-cü tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya” adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası” yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ”Gəmi Təmiri Zavoduna birləşmişdir. AXDG “QSC”-nin xx.xx.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır.

8. "xxxx" firmasının “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı (xx.xx.1962 təvəllüdlü) həqiqətən Azərbaycan Respublikası əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən aşağıda qeyd edilən peşədə çalışıb: xx.xx.2003-ci ildən xx.xx.2005-ci ilə kimi “Kaspiya Elektrik" firmasında gəmi elektrik avadanlıqlarının və mexanizmlərinin təmin üzrə 4-cü dərəcəli gəmi elektrik quraşdırıcısı (əmr № K-05-03. 27 11.2003). Gəmi elektrikquraşdırıcısı kimi N.İddiaçı əmək şəraiti ağır olan işləri уerinə уetirmiş və onun bu işdə iş stajı 1 il 9 ay 24 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara уaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 № li siyahısına əsasən bölmə XV. Metal emalı 3-cü bəndin (Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) şifr 2150300а-1753a gəmi elektrik quraşdırıcısı uyğundur.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Müafizə Xidmətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən həqiqətən xx.xx.1962-ci il təvəllüdlü İddiaçıı oğlu xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsinin 4 nömrəli müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin yanğınsöndürəni vəzifəsinə xidmətə qəbul edilmişdir. (Azərbaycan Respublikası DİN YMlnin 61 ş/h nömrəli xx.xx.1983-cü il tarixli əmri). xx.xx.1989-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifədən xidmətdən xaric edilmişdir. (Azərbaycan Respublikası DİN YMİ-nın 84 ş/h nömrəli xx.xx.1989-cü il tarixli əmri).

10. Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Ucar rayonu, Əlikənd kənd “Yeni-yol” adına kolxoza aid kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən İddiaçı kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var. 1979-cu il: 107 adam günü, 355,20 rubl. 1980-ci il: 186 adam günü, 965,40 rubl.

11. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

12. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

18. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

19. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

20. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

22. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

27. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

28. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

31. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

32. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

33. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

34. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi - yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

35. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi - yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

36. 10.03.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

38. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır, lakin bununla belə normanın geriyə tətbiqinin mümkünlüyü də nəzərdən keçirilməlidir.

39. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən: -Konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; -hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən... ...Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

40. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə başlamışdır.

41. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı bağlı mübahisə yoxdur.

42. Cavabdeh iddiaçının güzəştli iş stajının 4 il 6 ay 19 gün mövcud olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun və "xxxx" firmasının güzəştli arayışlarına əsasən xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.2003xx.xx.2005-ci il tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 4 il 6 ay 19 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.1989-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.

43. İddiaçının mübahisələndirilən (xx.xx.1989-xx.xx.1992-ci il) iş stajına münasibətdə məhkəmə qeyd edir: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdə «Xəzərdənizgəmitəmiri» İstehsalat Birliyi «Paris Kommunası» adına Baş X1raşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsinə işə qəbul olunmuş, xx.xx.1989-cu il tarixdə Elektrik quraşdırma sahəsində ikinci dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə Elektrik quraşdırma sahəsində dördüncü dərəcəli gəmi üzrə elektrikquraşdırıcı vəzifəsinə keçirilmişdir.

44. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.1989-xx.xx.1992-ci illərdə işlədiyi dövr – işəgötürənin arayışına əsasən çalışdığı vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıya uyğun gəlmədiyi qeyd olunması səbəbindən güzəştli iş stajına daxil edilməmişdir.

45. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh izibati orqan iddiaçının xx.xx.1992xx.xx.1995-ci illərdə çalışdığı 4-cü dərəcəli gəmi üzrə elektrikquraşdırıcısı vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, xx.xx.1989-cu ildən 2-ci dərəcəli gəmi üzrə elektrikquraşdırıcısı vəzifəsini, eyni zamanda xx.xx.1989-cu ildən elektrikquraşdırıcı gəmi üzrə şagird peşəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

46. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə işlədiyi dövr də onun güzəştli iş stajına aid edilməmişdir. Həmin iş stajına münasibətdə məhkəmə qeyd edir: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.1995-ci ildən-Texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndis-texnoloq, xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci dərəcəli elektro-mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci il tarixdə Üzən doka səkkizinci doqquzuncu elektro-mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü il tarixdə həmin işdən öz xahişi ilə azad edilmişdir.

47. Cavabdeh orqan iddiaçının xx.xx.1995-xx.xx.2003-cü illərdə çalışdığı vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahının nəqliyyat bölməsinin(21) dəniz və çay donanması (21.2) sahəsinə aid olmamasını əsas gətirmişdir.

48. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

49. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən peşə təlimatlarından bəlli olur ki, iddiaçının "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Elektrik quraşdırma sahəsində elektrikquraşdırıcı gəmi üzrə şagird, xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində gəmi üzrə elektrikquraşdırıcı vəzifəsi - kabel, aparatura və elektrik lövhələrinin bənd edilməsi üçün keçid və konstruksiyaların düzəldilməsi və qurulması; panellərdə elektrik naqillərinin keçirilməsi üçün dəliklərin açılması, metal və plasmas oymaqlarla haşiyələnməsi; arakəsmələr, gəmi və elektrik paylaşdırıcı qurğularında kabellərin keçirilməsi üçün dəliklərin haşiyələrinin genişləndirilməsi; bölmədə və gəmidə hissə və konstruksiyalarda dəlik və yivlərin açılması; kabelin bərkidilməsi üçün standart və qeyri-standart çənbərlərin düzəldilməsi, elektrokardondan lövhələrin hazırlanması; polad və rezin zolaqlar, rezin və digər qeyri-metal materiallardan ara qatlarının tədarükü; bütün kəsişmələrin kabel ucluqlarının qalaylanması; elektrik avadanlığı və kabel xəttinin sökülməsi; kabellərin çəkilməsi, yerləşdirilməsi və bənd edilməsi üzrə elektroquraşdırma işlərinin yerinə yetirilməsi; kabel artırılması; kabelin zədələnmiş üz örtüyünün təmiri, məftillərin calanması; gəmi elektrik avadanlığının (telefon kommutatorlarının, işıq və zəng siqnalizasiya cihazlarının, kontrollerlərinin, idarəetmə postlarının, maqnit stansiyalarının yarımavtomat stansiyaların, dəyişdirici lövhələrin, orta güclü elektrik maşınlarının) təmiri; təmirdən sonra orta güclü elektrik maşınlarının stend sınaqlarına hazırlanması və stend sınaqları tutqacların, daraqların qurulması; müvəqqəti işıq çəkilməsi, detallar üzərindəki çıxıntıların təmizlənməsi, daha yüksək ixtisaslı gəmi elektroquraşdırıcısının rəhbərliyi altında qetinaks və metal panellər üzərində kiçik kommunikasiya aparaturasının, sadə elektroquraşdırma sxemlərinin qurulması ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

50. "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilən üzən tərsanə qrupunun elektromexanikin vəzifə təlimatılarından görünür ki, iddiaçının xx.xx.1995xx.xx.1998-ci il tarixlərdə texniki kalkulyasiya və qiymətləndirmə şöbəsində mühəndistexnoloq, xx.xx.1998-xx.xx.1998-ci il tarixlərdə elektro mexanik, xx.xx.1998-xx.xx.2003-cü il tarixlərdə böyük elektro-mexanik vəzifələrində - başlıca vəzifə öhdəliyi elektrik avadanlığının aşkar edilmiş nasazlıqlarını şəxsən və ya tərsanə mütəxəssislərini cəlb etməklə aradan qaldırılması; işlərin təşkilinin təhlükəsizliyini təmin etmək; işlərin keyfiyyətinə nəzarət etmək; material-texniki təchizata sifarişlər tərtib edilməsi, dəyişəkehtiyat hissələri və alətlərin uçotunun aparılması; vaxtında - təlimatlara uyğun olaraq akkumulyator batereyalarını doldurulması; üzən tərsanənin batırılması və qaldırılması zamanı növbə elektromexaniki ballastların qəbulu və aralıqlardan çəkilməsi üzrə mərkəzi idarəetmə pultunun işinin təmin edilməsi və s.-dən ibarət olmuşdur.

51. Göründüyü kimi iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək çalışdığı gəmi üzrə elektrikquraşdırıcı və elektomexanik vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

52. Belə ki, iddiaçının xx.xx.1989-xx.xx.1995-ci illəri əhatə edən dövrlərdə "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyi elektrikquraşdırıcı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın” XİV. Metal emalı” bölməsindəki 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində 2150300a—1753a şifrə ilə göstərilmiş “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

53. İddiaçının xx.xx.1995-xx.xx.2003-cü illəri əhatə edən dövrlərdə "xxxx" QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyi elektomexanik vəzifəsi - 2 №-li Siyahının XXVİİİ. Nəqliyyat bölməsindəki 23003000 şifrəli “3. Dəniz və çay donanması” yarımbölməsində şifrə 23003020—25410 ilə göstərilmiş “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin 21.2. Dəniz və çay donanması” yarımbölməsində “elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

54. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" firmasının və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun arayışları ilə təsdiqlənir.

55. Məhkəmə cavabehin imtinasını əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

56. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

57. Məhkəmə nəzərə alır ki, iddiaçının güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandığından ona güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə müvafiq olaraq iki şərt - yaş (57) və iş stajı (25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalı) ödənilməlidir.

58. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur.

59. Nəticə etibarı ilə iddiaçının ən azı 25 il ümumi stajı, xx.xx.1989 – xx.xx.2003 və xx.xx.2003-xx.xx.2005-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

60. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və 57 yaşının tamam olduğu xx.xx.2019–cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

61. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

62. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə pensiya təyin edilməsi üçün müraciət etmişdir.

63. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir).

64. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

65. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

66. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar