Məhkəmə qərarları › İş №e-2-1(112)-11321/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11321/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11321/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “gömrük ödənişlərinin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək **********2236, **********2239, **********2247, **********2255, **********2258, **********2262 bəyannamələr üzrə Gömrük orqanının səhv hesablaması nəticəsində ödənilmiş 41,552.88 (qırx bir min beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat məbləğində gömrük ödənişlərinin (ƏDVnin) qaytarılması barədə qərarın verilməsi və rəyin tərtib edilərək gömrük ödənişinin qaytarılması üçün Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh üzərinə qoyulması tələbini irəli sürmüşdür (İş № 2-1(112)-11321/2025). İddiaçı X2 xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək VOLVO XC90 (MİLD-HİBRİD-RLNZİN/B5 CORE VİN YV4L12PKXP1965561) minik markalı nəqliyyat vasitəsi ilə bağlı məndən tutulmuş 7.877 (yeddi min səkkiz yüz yetmiş yeddi) manat ƏDV məbləğinin geri qaytarılınası öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Gömrük Komitəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür (İş № 2-1(112)- 10642/2025). Məhkəmə qeyd edir ki, işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-11321/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-10642/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: 2-1(112)-11321/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-10642/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar