Məhkəmə qərarları › İş №e-2-1(112)-11323/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11323/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11323/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X8 Əmir oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1949-cu il təvəllüdlür. İddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən xx.xx.2000-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri 316 nömrəli tam orta məktəbdə müddətli əmək müqaviləsi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə əlaqədar Qanunun 37.3.1-ci bəndinə əsasən pensiyanın yenidən hesablanmasına sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2018-ci il tarixində 90 faizlə nəzərə alınaraq hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və nəticədə 775.45 manat pensiya məbləği əvəzinə 634.70 manat məbləğində pensiyanın təyin edilməsi və həmin məbləğin xx.xx.2024-cü il tarixdən ödənişi nəzərdə tutulmuşdur. Daha sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarla cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qüvvədə saxlanılmış və pensiya məbləği dəyişməmişdir. Mütəxəssis rəyində göstərilmişdir ki, “...xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" AR Qanununun 12-ci, 14 cü maddələrinə əsasən xx.xx.2000-ci il tarixdə 3 uşaqlı ana kimi 51 yaşında vətəndaşa yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaş xx.xx.2017-ci il tarixdə işdən azad olunmasına baxmayaraq, pensiya məbləğinin yenidən hesablanması üçün xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Qanunvericilikdə edilmiş son dəyişiklərə uyğun olaraq proqram təminatında bütün vətəndaşların pensiya kapitalları avtomatik olaraq 90 faizlə hesablanmışdır. DSMF-nin yerli orqanın mütəxəssisi tərəfindən qeyd olunan hal nəzərə alınmadan vətəndaşın xx.xx.2006-xx.xx.2017-ci illər dövrü üzrə toplanmış pensiya sığorta kapitalı 50 faiz əvəzinə 90 faiz olmaqla 72-yə bölünmüşdür. Nəticədə pensiyanın aylıq məbləğində artıq ödəmə yaranmışdır. "Əmək pensiyaları haqqında" AR Qanununun 7-ci, 10-cu və 27-ci maddələrinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmalıdır. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun redaksiyasında 19.1.1-ci maddəsinə əsasən Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 110 manat, şəhidlərin ailə üzvlərinə (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə edilirdi, (lakin indeksləşdirilmirdi.) Vətəndaşın xx.xx.2006-cı il tarixədək ümumi stajı 36 il 11 ay 13 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək qazanılmış pensiya hüquqları pensiya kapitalına çevrilməklə fərdi hesabda nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və 2006-cı ilin 1 yanvar tarixinə sığortaolunanların fərdi hesablarının sığorta hissəsində qeydə alınaraq indeksləşdirilir. xx.xx.2006-cı il tarixədək 36 il 11 ay staja görə pensiya kapitalı-(36+ll: 12) x 170 = 36,92x170=6276,40 manat 2019-cu il tarixə indeksləşdirilərək 6276,40+108,3%+116,7%+120,8%+101,5%+105,7%+107,9%+101,l%+102,4%+101,4%+ 104%+112,4%+105,7%+103%=14819,73 manat olmuşdur. 2019-cu il tarixə staja görə pensiyanın sığorta hissəsinin məbləği (SH)-14819,73 :144 ay = 103,00 manat; 2019-cu il tarixə pensiyanın baza hissəsinin məbləği (BH)-110 manat + 1055,7% + 103 %= 119,76 mant; "Əmək pensiyaları haqqında" AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanın 2.9-cu bəndinə və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdə vətəndaşın işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə (işdən çıxma ilə) əlaqədar xx.xx.2006xx.xx.2017-ci illər dövrünün PSK-sı 50 faiz olmaqla gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (T=72 ay) bölünərək xx.xx.2019-cu il tarixə hesablanmış pensiyanın sığorta hissəsinin məbləği 20991,71:1,8:72= 161,97:108,8% : 113,9% : 106,7% : 102,8% : 102,6% = 126,14 manat təşkil edir. Pensiyanın hesablanması xx.xx.2019-119,76 (BH)+103,00 (SH)+116,14 (PSK)=338,90+93,50 (şəhid əlavəsi)=432,40 manat; xx.xx.2020-338,90+338,90 x 16,6%=395,16+93,50 (şəhid əlavəsi)=488,66 manat; xx.xx.2021-395,16+ 395,16 x 16,6%=440,20+93,50 (şəhid əlavəsi)=533,70 manat; xx.xx.2022-440,20+ 440,20 x 16,6%=455,17+93,50 (şəhid əlavəsi)=548,67 manat; xx.xx.2023-(455,17+16,66)+471,83x14,7%=541,19+93,50 (şəhid əlavəsi)=634,69 manat; xx.xx.2024 - 541,19+541,19x11,2%=601,80+93,50 (şəhid əlavəsi)=695,30 manatödənişdə olan pensiya məbləği İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı tutulmanın dayandırılması öhdəliyinin cavabdehin uzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 1949-cu ildə doğulmuşdur və xx.xx.2007-ci il tarixli 007379 nömrəli vəsiqəyə əsasən şəhid ailəsidir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 17 yanvar 2024-cü il tarixli aktına əsasən daxili xidməti yoxlama nəticəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinə əsasən vətəndaş X2 yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış, maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubla Dövlət Sosial Müdafiə Fonduna dəvət olunmuşdur. Akta əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı katerqoriyasına keçməyi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixində 90 faizlə nəzərə alınaraq hesablandığı və nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona yaşa görə əmək pensiyası üzrə ödənilən məbləğin əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bundan sonra əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunverciliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəəyi barədə İddiaçı məlumat verilmişdir. İddiaçı 17 yanvar 2024-cü il tarixli mülahizəsinə şəxsən imza etməklə, əmək pensiyasından tutulmanın aparılmasına razı olmadığını bildirmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 26 yanvar 2024-cü il tarixli məktubuna əsasən İddiaçı bildirilmişdir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ona 14 avqust 2000-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və təyin olunmuş əmək pensiyasının ödənişi davam etdirilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixdə 90 faizlə nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyanızın aylıq məbləğində artıq ödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixdə dəvət məktubu göndərilmiş (3-17-1/2-A-307432/2023 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun inzibati binasına (Qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etmək xahiş olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunda (bundan sonra- Fond) qəbulda olmuş və əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına razılıq verməmişdir. Mərkəzi Filialın müvafiq qərarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 36 il 10 ay sığorta stajı, xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 7680,76 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar edildiyi tarixdən 3 il əvvələ) 533,71 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 548,68 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 565,34 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 634,70 manata çatdırılmışdır (sonuncu yenidən hesablanmalara əsasən). xx.xx.2024-cü il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edilərək İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərarın ləğv edilməsi, ondan tutulmanın dayandırılması, bu mümkün olmadıqda isə bu barədə olan qərarın surətinin göndərilməsi xahiş edilmişdir. Həmin məktub cabahdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, cavab verilməmiş, həmçinin İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanan əmək pensiyasından hər ay tutulmaqla Fondun büdcəsinə qaytarılmasına dair qərar təqdim edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1, 67.1, 67.2, 67.3 və İnzibati Prosessual Məcəlləsinin 14.3, 58.7 və 70.3cü maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Cavabdehin xx.xx.2023cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı S.Abdullayevə pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş, xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı olmuş, lakin əmək pensiyasının yenidən hesablanması üçün xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısına keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda, xx.xx.2018-ci il tarixdə 90 faizlə hesablanmışdır. Yuxarıda qeyd olunan səbəbdən iddiaçının pensiyasının yenidən hesablanması zamanı yalnışlığa yol verilmiş, nəticədə iddiaçı X3 qanunvericiliklə nəzərdə tutulandan artıq pensiya məbləği ödənilmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısı katiqoriyasına keçməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7680,76 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış xx.xx.2021-ci il tarixdən (artıq ödəmə müəyyən edildikdən əvvəlki 3 il) 533,71 manat müəyyən edilmiş, sözügedən məbləğ xx.xx.2022-ci il tarixdən 548,68 manata, xx.xx.2023-cü il tarixdən 634,70 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən: 5.1 Yaşa görə əmək pensiyası Qanunun İİ fəslinə, əlilliyə görə əmək pensiyası Qanunun İİİ fəslinə, ailə başçısını itirməyə görə əmək pensiyası isə Qanunun İV fəslinə uyğun olaraq təyin edilir. 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunun 27.1 -ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla. 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yasından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50 %-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Bu zaman Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyqun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış olsun. Qanunun tələbinə görə bu norma sıgortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür). Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin Qanunun 1.0.8-ci maddəsində xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin sözügedən iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün olmamışdır. Məhz bu səbəblərə görə də X3 qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X1 rəydə göstərilənlərə uyğun izahat verdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü mübahisələndirmə haqqında iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, məhkəməyə göndərilmiş inzibati icraat materiallarından görünür ki, mübahisələndirirlən qərarların iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, mübahisələndirilən qərarlarda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. İddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işinin surəti təqdim edildikdən sonra mübahisələndirilən qərarlar barədə rəsmi qaydada məlumatlı olmuş və həmin qərarların mübahisələndirilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə İddiaçı xx.xx.2000-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş, o, pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş (xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri 316 nömrəli tam orta məktəbdə müddətli əmək müqaviləsi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, xx.xx.2017-ci il tarixdən işdən azad edilmişdir.) və onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdən işləməyən əmək pensiyaçısına keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh tərəfindən daxili xidməti yoxlama nəticəsində “İnzibati icraat haqqında" Azərbaycan Respublik Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış və nəticədə xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar qəbul edilmişdir. Cavabdeh həmin qərarların qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad olunmuş, 2018-ci il tarixdə müraciət etmiş, toplanmış pensiya sığorta kapitalı 50%-lə hesablanmalı olduğu halda 90%-lə hesablama aparılmışdır. Hazırkı iddia tələbi ilə iddiaçı cavabdeh orqan tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsini tələb edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qərarlar mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş və həmin qərarların ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, "Əmək pensiyaları haqqında" AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: ... 2.9. həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır; ... ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır: ... 2.5. 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilsin; ... "Əmək pensiyaları haqqında" AR Qanununun 1.0.8-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" AR Qanununun 12-ci, 14 cü maddələrinə əsasən xx.xx.2000-ci il tarixdə 3 uşaqlı ana kimi 51 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə işdən azad olunmuş, pensiya məbləğinin yenidən hesablanması üçün xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Qanunvericilikdə xx.xx.2017-ci il tarixdən qüvvədə olan dəyişiklərə uyğun olaraq iddiaçının pensiya sığorta kapitalı 90 faizlə hesablanmışdır. DSMF-nin yerli orqanın əməkdaşı tərəfindən qeyd olunan hal nəzərə alınmadan iddiaçının xx.xx.2006-xx.xx.2017-ci illər dövrü üzrə toplanmış pensiya sığorta kapitalı 50 faiz əvəzinə 90 faiz olmaqla 72-yə bölünmüşdür. Nəticədə pensiyanın aylıq məbləğində artıq ödəmə yaranmışdır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar