Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11346/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı vəkili Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan), İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən, 57 yaşından əmək pensiya təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 23 avqust 1980-ci il tarixdən 6 iyul 1985-ci il tarixinədək Azərbaycan Texniki Universitetində təhsil almış, həmin universiteti əyani olaraq “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə bitirmişdir. 20 avqust 1985-ci ildə 12 nömrəli sexdə mühəndis texnoloq, 06 fevral 1986-cı ildə 12 nömrəli sexdə mühəndis texnoloq işləmişdir. 10 oktyabr 1986-cı ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı bəndinə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad olmuşdur. 22 noyabr 1986-cı ildən 23 sentyabr 1988-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirib yenidən işə qəbul olunmuş, 21 dekabr 1988-ci ildə 6 nömrəli sexdə mühəndis texnoloq 3 kat., 10 mart 1992-ci ildə 6 nömrəli sexdə elektrik mühərriklərinin təmiri üzrə büro rəisi işləmişdir. 01 oktyabr 1994-cü ildə 6 nömrəli sexdə texniki avadanlıq üzrə büro rəisi, 01 iyul 1995-ci ildə 5 nömrəli sexdə texniki avadanlıq üzrə büro rəisi, işləmişdir. İstehsalat tam gücü ilə bərpa olunmadığına görə xx.xx.1999-cu ildən xx.xx.2017-ci ilədək ödənişsiz məzuniyyətdə olmuşdur. 15 may 2017-ci ildə Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. Bundan başqa, 16 iyun 1999-cu ildən 3 avqust 1999-cu ilədək “Bibiheybət” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator, 04 avqust 1999-cu ildən 31 oktyabr 1999-cu ilədək “Bibiheybət” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 4-cü dərəcəli neft və qazçıxarma üzrə operatoru, 01 noyabr 1999-cu il tarixindən 31 may 2005-ci ilədək “Bibiheybət” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta, 1 iyun 2005-ci il tarixindən 5 oktyabr 2005-ci il “Bibiheybət” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator, 6 oktyabr 2005-ci il tarixindən 28 fevral 2007-ci il “Bibiheybət” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta, 01 mart 2007-ci il tarixindən 31 sentyabr 2014-cü il “Bibiheybət” NQÇİ-nin 5 saylı Neft və qazçıxarma sahəsində müvəqqəti sahə rəisinin müavini işləmişdir. 01 iyun 2007-ci il tarixində 5 saylı NQÇS-nə daimi rəis müavini, 01 oktyabr 2014-cü il tarixində TİŞ-nə 13-cü dərəcəli neft və qazçıxarma üzrə mühəndis, 04 iyul 2017-ci il tarixində TİŞ-nə 9-cu dərəcəli neft və qazçıxarma üzrə mühəndis,18 yanvar 2021-ci il tarixində HİEX-nə 11-ci dərəcəli neft və qazçıxarma üzrə mühəndis, 16 fevral 2021-ci il tarixində HİEX-nə 13-cü dərəcəli neft və qazçıxarma üzrə böyük mühəndis texnoloq, 19 may 2021-ci il tarixində HİEX-nə 11-ci dərəcəli neft və qazçıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. Həmçinin iddiaçının 16 iyun 1999-cu ildən 3 avqust 1999-cu ilədək “Bibiheybət” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator, 4 avqust 1999-cu ildən 31 oktyabr 1999-cu ilədək həmin sexdə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator, 1 noyabr 1999-cu il tarixindən 31 may 2005-ci ilədək İdarəninnin 1 saylı Neft və qazçıxarma sexində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta, 1 iyun 2005-ci il tarixindən 5 oktyabr 2005-ci il həmin sexdə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator, 6 oktyabr 2005-ci il tarixindən 28 fevral 2007-ci ildə neft və qazçıxarma üzrə usta, 1 mart 2007-ci il tarixindən 31 sentyabr 2014-cü il İdarənin 5 saylı Neft və qazçıxarma sahəsində sahə rəisinin müavini işlədiyim vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərərı ilə təsdiq edilmiş 1 saylı siyahı, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərərı ilə təsdiq edilmiş Siyahının 10.2 hissəsinin “a” və “b” bəndində nəzərdə tutulmuşdur. Qeyd olunan hallar təhsil haqqında sənəd, hərbi bilet, əmək kitabçası və müvafiq arayışlar ilə öz təsdiqini tapır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, xx.xx.1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda 25 il ümumi staja və 12 il 6 ayı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən iş stajına malik olduğu tarixdə güzəştli şərtlərlə pensiya yaşı 57 yaş olmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin inzibati orqan imtina məktubunda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 sentyabr 1985-ci il tarixli HT-İ ******* nömrəli, 5 avqust 1992-ci il tarixli, 3T-İ ******* nömrəli əmək kitabçalarında və SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və qazçıxarma İdarəsinin 6 iyun 2022-ci il tarixli SƏ 17-03/20 nömrəli əmək haqqı arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (24 il 8 ay 19 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1999-cu il və xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövürlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (6 il 6 ay 15 gün (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı İsgəndər oğlunun iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi əmək kitabçalarında və əmək haqqı arayışından göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla cəmi 24 il 08 ay 19 gün, güzəştli iş stajı da tələb olunan 12 il 06 aydan az, 06 il, 06 ay, 15 gündür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmənin işin hazırlıq icraatı üzrə məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat vermiş və iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan həm ümumi, həm də xüsusi iş staşının az olması səbəbindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 22 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 08 iyun 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzr) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığora stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasını minimum məbləğindən az olmayan pensiya təminatına im kan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 0 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 23 sentyabr 1985-ci il tarixli HT-İ ******* nömrəli, 5 avqust 1992-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasında və SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və qazçıxarma İdarəsinin iddiaçıya dair 6 iyun 2022-ci il tarixli SƏ 17-03/20 nömrəli əmək haqqı arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 8 ay 19 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1999-cu il və xx.xx.1999- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (6 il 6 ay 15 gün (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi, qeyd olunanların nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmamışdır. - Səbail RPİ tərəfindən verilmiş, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - SOCAR “Bibiheybət” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş RŞ14-17 saylı “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək “Bibiheybətneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator (əmr №153/k xx.xx.1999), xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək Bibiheybətneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator (əmr №190 k xx.xx.1999), xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı neft və qazçıxarma sexində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta (əmr №260/k, xx.xx.2005), xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator (əmr №140/k, xx.xx.2005), xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta, (əmr №244/k, xx.xx.2005), xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin 5 saylı neft və qazçıxarma sahəsində sahə rəisinin müavini (əmr №105/k xx.xx.2014) vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 15 il, 3 ay, 15 gündən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 hissəsinin “a" və ”b” bəndində (yarımbəndində) və (və ya) neft və qazçıxarma üzrə operator peşəsi, neft və qazçıxarma üzrə usta vəzifəsi və sahə rəisinin müavini vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 13i-U(p) nömrəli xx.xx.1980-cı il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) “Mexanika” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№1104a), 123-U(p) nömrəli xx.xx.1985-ci il tarixli əmrə əsasən, həmin institutun “Maşınqayırma texnologiyası, metalkəsən Dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu əyani olaraq bitirmiş və ona fərqlənmə O № 134955 nömrəli nühəndis-mexanik diplomu verilmişdir (qeydiyyat nömrəsi 0289). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli Qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01 №li Arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1988-ci ildən xx.xx.2017-ci ilədək “Yeni BEMZ" ASC-nin 6 saylı sexində müxtəlif vəzifələrdə işləmişdir. İstehsalat tam gücü ilə bərpa olunmadığına görə o xx.xx.1999-cu ildən (Əmr 09/06.01.199-cu il), xx.xx.2017-ci ilədək (Əmr 25/xx.xx.2017-ci il) ödənişsiz məzuniyyətdə olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 125/21 №li arxiv arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı "xxxx" ASC-də göstərilən peşələrdə işləmişdir: xx.xx.1985-ci il- sex 12- mühəndis texnoloq (əmr 972/xx.xx.1985-ci il), xx.xx.1986-ci il- sex 12- mühəndis texnoloq 3 kat. (əmr 195/xx.xx.1986 ci il), xx.xx.1986-ci il- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36 ci bəndinə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad olunub (əmr 1058/xx.xx.1986-ci il), Hərbi xidmətxx.xx.1986-xx.xx.1988-ci il. Yenidən işə qəbul edilib. xx.xx.1988-ci il- sex 6 (4 A 132 seriyalı detalların emalı) mühəndis texnoloq 3 kat (əmr 1298/xx.xx.1988-ci il), xx.xx.1992ci il - sex 6 - elektrik mühərriklərinin təmiri üzrə büro rəisi (əmr 273/xx.xx.1992-ci il), xx.xx.1994-cü il- sex 6 - texniki avadanlıq üzrə büro rəisi (əmr 125/xx.xx.1994-cü il), xx.xx.1995-ci il- sex 5- texniki avadanlıq üzrə büro rəisi (əmr 95 İŞ xx.xx.1995-ci il), xx.xx.2017-ci il- Əmək Məcəlləsinin 68.2 maddəsi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. (əmr 25/xx.xx.2017-ci il) - SOCAR “Bibiheybət” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş RŞ14-17 saylı ’’Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, SƏ 17-03/19 saylı iş stajı haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu ildə (Əmr N- 153-k, xx.xx.1999-cu il) "Bibiheybətneft” NQÇİ-nin 2 saylı NQÇS-nə 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1999-cu ildə (Əmr N-190k, xx.xx.1999-cu il) 2 saylı NQÇS-nə 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.1999- cu ildə (Əmr N-260-k, xx.xx.1999-cu il) 1 saylı NQÇS-nə 12-ci dərəcəli neft qaz çıxarma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə (Əmr N-140k, xx.xx.2005-ci il) 1 saylı NQÇS-nə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.2005-ci ildə (Əmr N-244-k, xx.xx.2005-ci il) 1 saylı NQÇS-nə 12ci dərəcəli neft və qaz çıxarma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə (Əmr N-34-k, xx.xx.2007-ci il) 5 saylı NQÇS-nə müvəqqəti rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2007ci ildə (Əmr N-107-k, xx.xx.2007-ci il) 5 saylı NQÇS-nə daimi rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə (Əmr N-98-k, xx.xx.2014-ci il) TİŞ-nə 13-cü dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə (Əmr N-193-k, xx.xx.2017-ci il) TİŞ-nə 9-cu dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr 20B00031, 25.01,2021-ci il) HİEX-nə 11-ci dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr 20B00075, xx.xx.2021-ci il) HİEX-nə 13-cü dərəcəli neft və qaz çıxarma üzrə böyük mühəndis texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr N-20B00086, xx.xx.2021-ci il) HlEXnə 11-ci dərəcəli neft və qazçıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. Güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün iş stajı: 15 il 3 ay 15 gün müddəti ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 №li qərarının 10.2 hissəsinin “a” bəndində uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. - iddiaçıya məxsus ВЧ № 058894 saylı hərbi biletdən görünür ki, X1 xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus ИТ-İ № ******* saylı, 23 sentyabr 1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yeni BEMZ 12 nömrəli sexdə mühəndis texnoloq, vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuşdur. xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 6 nömrəli sexdə mühəndis texnoloq 3 kat. işləmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 6 №li sexdə avadanlıq üzrə büro rəisi işləmişdir. xx.xx.1997-ci il tarixdə həmin müəssisədə texniki avadanlıq üzrə büro rəisi 11 dərəcəsi verilmiş, xx.xx.1998-ci il tarixdə həmin müəssisədə texniki avadanlıq üzrə büro rəisi olaraq 12-ci dərəcə verilmişdir. xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin direktorunun xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən “Azərelektromaş” EİB-nin baş müəssisəsi olan BEM 2 "xxxx" ASC-nə çevrilmişdir. xx.xx.2017-ci ildə ƏM-nin 68.2 maddəsi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur. -iddiaçıya məxsus 3Т-İ № ******* saylı, 25 avqust 1992-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Məişət Kombinatında mühəndis vəzifəsində işləmişdir. xx.xx.1999-cu ildə “Bibiheybətneft” NQÇİnin 2 saylı neft-qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə 4-cü dərəcə üzrə neft qaz çıxarma operatoru vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə 1 №li Bibiheybətneft” NQÇİ-də 12-ci dərəcə Neft və qazçıxarma ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.2005-ci ildə həmin sexdə neft və qaz hasilatı üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə yeni yaradılmış 5 №li Neft Qazçıxarma sexinə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə idarəetmə aparatının texniki istehsalat şöbəsinə neft və qazçıxarma 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə həmin şöbədə Neft Qazçıxarma üzrə 9-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 13-cü dərəcəli böyük mühəndis texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin vəzifədə işləyir. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı 57 yaşı tamam olduğu 15 dekabr 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 22 iyun 2022-ci il tarixli, **********6 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən onun həm ümumi iş stajının 25 ildən az, həm də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi bildirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun həm xx.xx.2006-cı il tarixədək, həm də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə araşdırması nəticəsində işdə olan əmək kitabçası əsasında iddiaçının 01 iyul 2017-ci il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması öz təsdiqini tapsa da, lakin həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının “Azneft” İB-nin müvafiq qurumlarında işlədiyi neft və qazçıxarma üzrə operator, usta peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bölməsi olan “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin 10.2 bəndinin “a” və “b” yarımbəndində nəzərdə tutulan “Neft, qaz və qaz kondensatının hasilatı” peşəlrə uyğun olsa da, lakin (06 il, 06 ay, 15 gün), lakin həmin işlədiyi peşələr üzrə güzəştli iş stajı 12 il 06 aydan az müddəti təşkil edir. Beləliklə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 57 yaşı tamam olan 15 dekabr 2019-cu il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 12 il 6 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-11346/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11346/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver