Məhkəmə qərarları › İş №e-2-1(112)-11360/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11360/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11360/2022 11.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X6rşı «əmrin qismən ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X6rşı «əmrin qismən ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 19 fevral 2014-cü il tarixli 195/1 nömrəli əmək müqaviləsi əsasında 20 fevral 2014-cü il tarixdən etibarən AR X8 Təhlükəsizlik Departamentinin direktor müavini vəzifəsində işləyir. X8 icraçı direktorunun 29 iyun 2022-ci il tarixli 19 nömrəli (HR02-2022-0019) əmri ilə onun tutuduğu Təhlükəsizlik departamentinin “direktor müavini” ştatının ləğv edilməsi qərara alınmışdır. Bu barədə ona 29 iyun 2022-ci il tarixli DNF/1-423 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmiş və Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən X8 Təlükəsizlik Departamentinin “direktor müavini” vəzifəsi üzrə ştatın ləğv edildiyi, bununla əlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ştatının ixtisara düşməsi ilə bağlı xəbərdar edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən 12 avqust 2022-ci il tarixdə orta aylıq əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilməklə xitam veriləcəyi bildirilmişdir. Əmrdə zəruri səbəbləri açıqlanmayan bəzi formal struktur dəyişikliklərinin edilməsi, bununla bağlı isə yalnız onun (iddiaçının) tutduğu vəzifə ştatının və boş olan ikinci, başqa struktur bölümünün direktor müavini ştatının ləğv edilməsi nəzərdə tutulub. İddiaçı hüquqlarını pozan bu əmri qanunsuz, ona qarşı qərəzli hesab edir. Belə ki, cavabdeh onunla olan əmək müqaviləsinə xitam verməyə Əmək Məcəlləsi ilə müəyyən edilmiş başqa əsas tapa bilmədiyindən, tutduğu ştat vahidinin ixtisara salınması məqsədilə bu aktı qəbul edib. Halbuki, heç bir normativ hüquqi aktda, o cümlədən X8 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmala təsdiq edilmiş Əsasnaməsində icraçı direktora Fondun strukturunda, eləcə də aparat strukturunda dəyişiklik etmək səlahiyyəti verilməyibdir. Bu aktın qəbul edilməsinin səbəbi də odur ki, iddiaçı 2021-ci ilin sentyabr ayında əmək vəzifələrinin icrası zamanı Fondda təhlükəsizlik üzrə bəzi əməkdaşların yol verdikləri xətalar barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Onun bu hərəkəti və işindəki prinsipallıq Fondun İcraçı direktoru tərəfindən müsbət qiymətləndirilməmişdir. Çünki belə xətalara yol verən şəxslər rəhbərlik tərəfindən himayə olunur. Bundan sonra, icraçı direktor öncə dolayı yollarla, sonra isə birbşa ondan işdən çıxmağı barədə ərizə yazmağını tələb etdi. İddiaçı öz xahişi ilə işdən çıxmaqdan imtina etdikdən sonra isə, onu barəsində ciddi tədbir görəcəyi ilə hədələdi. Beləliklə, X4 işdən qanunsuz çıxarılmağı üçün müxtəlif bəhanələr və yollar axtarılmağa başlandı. Lakin onun hər hansı bir hüquq pozuntusuna yol vermədiyini gördükdən sonra, belə hüquq pozuntusu olmadan işdən çıxarılmağına plan quruldu. Belə ki, icraçı direktorun 6 aprel 2022-ci il tarixli 7 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikası X8 işçilərinin etik davranış qaydaları” təsdiqlənmiş, “Etik davranış qaydaları üzrə komissiya” yaradılmış və icraçı direktor öz köməkçisini etik davranış qaydaları üzrə məsul şəxs, müşavirini isə, bu komissiyanın rəhbəri təyin etmişdir. İcraçı direktor iddiaçının qəbul edilməsi barədə yazılı müraciətini etik davranış qaydalarının pozulması kimi qiymətləndirərək, baxılması üçün köməkçisinə (etik davranış qaydaları üzrə məsul şəxsə) göndərmiş, o isə öz növbəsində iddiaçının etik davranış qaydalarını pozmağı barədə əsassız və böhtan dolu material uydurmuş, komissiya 6 iyun 2002-ci il tarixli 1 nömrəli protokolla bunu rəsmiləşdirmiş və icraçı direktor 9 iyun 2022-ci il tarixli 169/1 nömrəli əmrlə iddiaçıya “töhmət” elan etmişdir. İddiaçı başa düşmüşdür ki, barəsində qanunsuz intizam tənbehi tətbiq etməklə irəlidə Əmək Məcəlləsinin 72.(ə)-ci maddəsinin əsasında (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) işdən çıxarılmağına hazırlıq gedir. Habelə, haqsız yerə tənbeh olunmağı onu dərindən sarsıtdı, şərəf və ləyaqətimi alçaltdı, mənəvi olaraq ciddi ziyan vurdu. Ona. görə də barəsində olan intizam tənbehi əmrini mübahisələndirmiş və 29 iyun 2022-ci il tarixdə icraçı direktora müraciət etmişdir. Bu müraciətdən sonra mübahisəli inzibati akt qəbul olundu. Əslində, həmin akt əmək vəzifəsini vicdanla yerinə yetirdiyinə, qanunvericiliyin, ədalətin və əmək intizamının qorunmasında prinsipial mövqe tutduğuna, rəhbərliyin himayə etdiyi işçilərin neqativ davranışlarına göz yummadığına görə Fondun icraçı direktorunun ona qarşı qərəzli mövqe tutduğu, onu işdən çıxarmaq üçün bütün vasitələrə əl atdığı, habelə Fondun strukturunda formal dəyişikliklər etmək adı ilə tutduğu vəzifə ştatını ixtisara salmaq istədiyi üçün qəbul olunub. Bu da, iddiaçının əmək hüquqlarının kobud şəkilə pozulmasına səbəb olur. Əmrdə Azərbaycan Respublikası Prezidentinin 30 mart 2007-ci il tarixli 2071 nömrəli Sərəncamına istinad edilib. Guya ki, məhz həmin sərəncam icraçı direktora mübahisələndirilən aktı qəbul etmək səlahiyyəti verir. Sərəncamda qərara alınmışdır ki, 1) ARDNF-nin aparatının işçilərinin sayı 160 ştat vahidi müəyyən edilsin, 4) ARDNF-nin icraçı direktoru: bu Sərəncamın 1-ci bəndində müəyyən edilmiş ştat sayı daxilində Fondun aparatının strukturunu, vəzifələr üzrə ştat vahidlərinin sayını, habelə vəzifənin adını, əmək funksiyasını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən işçilərin vəzifə təlimatlarını təsdiq etsin; 4.2. Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində Fondun aparatının işçilərinin vəzifələrin təsnifat və dərəcələri üzrə vəzifə maaşlarının məbləğlərini təsdiq etmək üçün X5 təqdim etsin və müvafiq təsnifat və dərəcələr üzrə vəzifələrin bölgüsünü təsdiq etsin; 4.3. Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasında nəzərdə tutulmuş əməyin ödənişi fondu daxilində işçilərin aylıq vəzifə maaşlarına əlavələrin və mükafatların növləri, məbləğləri və verilmə qaydalarını müəyyən etsin...” Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti Fondun aparatının işçilərinin sayını 160 ştat vahidi olaraq müəyyən etmişdir və icraçı direktora bu ştat sayı daxilində birdəfəlik icra üçün ştatların ixtisarına və ya artırılmasına aid olmayan məhdud səlahiyyətlər vermişdir. Digər tərəfdən, 30 mart 2007-ci il tarixli 2071 nömrəli X1 həmin səlahiyyətlərin icraçı direktora və ya başqasına verilməsi nəzərdə tutulmadığı üçün konkret tədbirlərin həyata keçirilməsi üçün qəbul edilmişdir. Məhz bu Sərəncam qəbul edildikdən sonra Fondun icraçı direktoru tərəfindən Sərəncamda göstərilən tədbirlər yerinə yetirilmiş, o cümlədən hazırkı struktur və ştat vahidləri yaradılmışdır. İcraçı direktor isə artıq təsdiq olunmuş strukturu dəyişməklə və ştat vahidini ixtisara salmaqla Əsasnamədə ona verilmiş səlahiyyət həddini aşmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 71, 148-ci maddələrinə, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 2, 3 və 18.3-cü maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 2.0.2, 2.0.9-cu maddələrinə əsaslanaraq, cavabdehin 29 iyun 2022-ci il tarixli 19 nömrəli əmrinin (əmr № HR02-2022- 0019) Təhlükəsizlik departamentinin “direktor müavini ştatının ləğv edilməsi” hissəsində ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası X8 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası mümkünsüz və əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası X10 inzibati orqan deyil. İddiaçı tərəfindən Fonda qarşı inzibati məhkəmədə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia (mübahisələndirmə haqqında iddia) qaldırılmışdır. İPM-in 1.2-ci maddəsinin tələbi baxımından inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranmasıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericilikdə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsinə asasən həmin Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bu Qanunun 2.0.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati orqan qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Azərbaycan Respublikasının X8 yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 haqqında Əsasnamə”nin 2-ci bəndində ölkəmizin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə yaradılmış AR X8 əsas vəzifəsinin Azərbaycan Respublikası vətəndaşlarının bu günkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılması və səmərəli idarə olunmasını təmin etməkdən ibarət olması göstərilmişdir. Qeyd edilən qanunvericilik aktlarında Fonda hər hansı inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. AR X8 fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlara əsasən Fondda yığılan vəsaitin yerləşdirilməsi və idarə olunması ölkədən kənarda xarici ölkələrin yurisdiksiyasına uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar Fondun ölkə daxilində hər hansı inzibati akt qəbul etməsi mümkün deyil. Bununla yanaşı, Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər. Bu istiqamətdə də Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ona hər hansı inzibati akt qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda X10 inzibati orqan qismində göstərilməmişdir. Beləliklə, X10 «İnzibati orqanların Təsnifatı»na inzibati orqan kimi daxil edilmədiyindən və ona hər hansı bir qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmədiyindən, inzibati orqan deyildir. Məhkəmə təcrübəsinin vahidliyini və preyudisiallığı təmin etmək məqsədilə bildirilir i, Bakı İnzibati Məhkəməsi X8 inzibati orqan olmadığını müəyyən edərək ona qarşı qaldırılmış iddianın mümkün sayılmaması barədə 13 oktyabr 2020-ci il tarixli 2-1(112)-2890/2020 saylı qərardad qəbul etmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Bakı Apellasiya Məhkəməsinin İnzibati Kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh inzibati orqan olmadığından, İPMin 35-ci maddəsinin tələblərinə əsasən iddiaçının tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz və 29 mart 2021 -ci il tarixli 2-1(103)-686/2021 saylı qərardadı ilə apellyasiya şikayətini təmin etməmiş və Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(112)-2890/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əsasnamə ilə müəyyən edilmişdir ki, X10 Azərbaycan Respublikası Prezidenti qarşısında hesabat verir və məsuliyyət daşıyır. Əsasnamənin 5.1, 5.2 və 5.3-cü bəndlərinə uyğun olaraq Fondun fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən icraçı direktor həyata keçirir, icraçı direktor Fondun cari işini təşkil edir və ona rəhbərlik edir, Fondun aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edir, Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir. İddiaçının iddiasının əsasını «Azərbaycan Respublikası X8 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamının birdəfəlik xarakter daşıması və həmin aktın Fondun icraçı direktoruna aid hissələrində verilmiş səlahiyyətlərdən bir dəfə istifadənin mümkünlüyü təşkil edir. Lakin, İddiaçı əsassız olaraq birdəfəlik hesab etdiyi həmin akta Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif illərdə müvafiq dəyişiklik və əlavələr edildiyini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2008-ci il tarixli 797 nömrəli 27 iyul 2010-cu il tarixli 1047 nömrəli, 11 iyun 2013-cü il tarixli 2950 nömrəli, xüsusilə 11 ildən sonra 7 may 2018-ci il tarixli 53 nömrəli sərəncamları ilə bu akta müəyyən əlavələr, o cümlədən icraçı direktorun səlahiyyətlərinə aid hissələrdə də dəyişikliklər edilmişdir. Fondda 2007-ci ildən bu günədək, 15 il ərzində, dəfələrlə aparatın strukturuna, vəzifələr üzrə ştat vahidlərinin sayına, vəzifə adına, müvafiq təsnifat və dərəcələr üzrə vəzifələrin bölgüsünə dair dəyişikliklər barədə əmrlər verilmişdir. Fondda insan resurslarının idarəedilməsi sistemi üzrə 2021-ci ildən başlayan layihə çərçivəsində aparat strukturunun təkmilləşdirilməsi ilə bağlı təqdim edilmiş təkliflər nəzərə alınaraq, Fondun aparatının struktur bölmələrindən olan Təhlükəsizlik və İnzibati departamentlərdə struktur dəyişiklikləri barədə 2022-ci il 29 iyun tarixli 19 nömrəli əmr verilmişdir. Yeni struktura əsasən hər iki departamentin tərkibində şöbələr olmadığına və fəaliyyət istiqamətlərində şaxələnmə ləğv edildiyinə görə həmin departamentlərdə olan “direktor müavini” vəzifələrinə ehtiyac qalmamışdır. Bu əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsi ilə işəgötürənə verilmiş əsas hüquqlara əsasən və «Azərbaycan Respublikası X8 idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2071 nömrəli Sərəncamı ilə verilmiş səlahiyyətlər çərşivəsində verilmişdir. Beləliklə, Fondun icraçı direktoru qanunvericiliyə müvafiq olan səlahiyyət çərçivəsində struktur dəyişikliyinə dair imzaladığı əmrlə iki struktur bölmədə “direktor müavini ” vəzifələrini ləğv etmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının mümkünsüz və əsassız hesab edərək, onun təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümlünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və ona inzibati məhkəmə icraatı qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və bildirdi ki, tərəflər arasında yaranmış mübahisə publik deyil, əmək münasibətləri ilə əlaqədardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası X10 arasında əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə mübahisələri üzrə cavabdeh qurumun müvafiq təsnifatda inzibati orqan kimi müəyyən edilibedilməməsindən asılı olmayaraq, iddiaçı dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutmadığı halda, “əmrin mübahisələndirilməsi” tələbi üzrə hazırkı mübahisə publik deyil, mülki xarakteli qiymətləndirilir. Məhkəmənin qənaətinə görə hazırkı halda da tərəflər arasında inzibati münasibətlər olmamış və bu səbəbdən də yaranmış mübahisə inzibati xarakterli deyil. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar