Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11369/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeyriyaşayış sahəsinin boşaldılması barədə xəbərdarlığın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edən Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xəbərdarlığı formasında inzibati aktın etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM 45.4) maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 54 nömrəli “Yeni istirahət parkının salınması haqqında” Sərəncamına əsasən Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 30 ünvanında Alternativ radio-televiziya yayım stansiyasının yerləşdiyi ərazi və ətrafında yeni istirahət parkının salınması qərara alınmışdır. Həmin Sərəncamda qeyd edilən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının ½ hissəsi hazırda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixi, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, İddiaçı mülkiyyətindədir. Bundan əlavə, həmin qeyri-yaşayış binasının ½ hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixi, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, hazırda X1 mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyətinin "xxxx" MMC ilə İddiaçı və X2 arasında həmin qeyri-yaşayış binasına kompensasiya verilməklə dövlət ehtiyacları üçün alınmasına dair müqavilələr bağlanmış, razılaşdırılmış kompensasiya məbləğləri ona ödənilmişdir. Yuxarıda qeyd edilənlərə və İPM 55.1, 55.5-ci maddələrinə əsasən, iddiadan imtina edilməsi ilə bağlı məhkəmənin icraatında olan e-2-1(112)-11369/2023 saylı inzibati iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddiadan imtina etmə barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-nin 55.1, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeyriyaşayış sahəsinin boşaldılması barədə xəbərdarlığın ləğv edilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-11369/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11369/2023
28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver