Məhkəmə qərarları › İş №e-2-1(112)-11370/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11370/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11370/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi X1 kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Quba rayonu İİ Nügədi kəndi ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Bu illər ərzində müxtəlif vətəndaşlardan onlara məxsus torpaq sahələrini alqı-satqı vasitəsi ilə alaraq 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirərək “Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları almışdır”. Həmin torpaq sahələrində müxtəlif meyvə ağacları əkmişdir. 2006-cı ildən həmin torpaq sahələrinə görə dövlət tərəfindən verilən subsidiyalara görə Quba rayonu İİ Nügədi Bələdiyyəsinə müraciət edərək, subsidiya almışdır. 2018-ci ildən təsdiq edilmiş yeni subsidiya qaydalarına əsasən sistem tərəfindən təsdiq edilərək X2 İnformasiya Sistemində qeydiyyatdan keçirilərək, monitorinq aparılaraq 2018-2021-ciəkin illəri üçün subsidiya almışdır. Həmin illər ərzində həmin torpaq sahələrinə subsidiyaların verilməsini təsdiq edən X2 İnformasiya Sistemindən çıxarış iddia ərizəsinə əlavə edilmişdir. 2024-2025-ci əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 23 may 2025-ci il tarixli 3-3-22-2/2-Z-2008-16-677/2025 nömrəli məktubu ilə iddiaçıya mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİŞ-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. Lakin Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli sərəncamının 2.1-ci bəndində qeyd edilmişdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli 1455 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə 28 fevral 2025-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild İ); 2024, № 6 (İ kitab), maddə 654, № 12 (İİ kitab), maddə 1356) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndində “2025-ci” sözləri “2027-ci” sözləri ilə əvəzedilmişdir. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 2023-cü il tarixli 3-22/2- Z-46xx-xx-4779/2023 nömrəli məktubu ilə iddiaçıya mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİŞ-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. İddiaçı həmin vaxt da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2- 1(112)-5598/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, 2022-2023, 2023- 2024-cü əkin ili üçün JN-2715(18.87 ha) və JN-2717 (23.16 ha) nömrəli dövlət aktlarına əsasən mülkiyyətimdə olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq, həmin əkin illəri üçün subsidiyanın verilməsinin AKİA-nə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(103)-2611/2024-cü il tarxli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixlie-2-1(112)-5598/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli 2-1(102)-2595/2024-cü il tarxli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(103)-2611/2024-cü il tarxli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarlarında mübahisəli torpaq sahələrinin iddiaçının mülkiyyətində olması bir daha öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarının 40-cı bəndində qeyd edilmişdir ki, iddiaçı (İddiaçı) torpaq sahələrini alqı-satqı ilə əldə edərək, 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində dövlət qeydiyyatından keçirərək, Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları almışdır. Hansı ki, həmin akt hüquqmüəyyənedicisənəd kimi EKTİS-ə əlavə edilmişdir. X4 torpaq sahəsindən istifadə (mülkiyyət) hüququnun olduğunu təsdiq edən sənəd olmaqla yanaşı, Daşınmazəmlakın dövlət reyestri haqqında Qanununun 4.1-cimaddəsinə əsasən mülkiuyyət hüququnun qeydə alınmasıəsası kimiçıxış edir. Həmin qərarın 41-ci bəndində göstərilmişdir ki, “Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ” Göründüyü kimi Kənd Təsərrüfatı Nazirliyi əsassız yerə subsidiyanın verilməsindən imtina etmiş, məktubda mülkiyyətində olan torpaq sahələrini istifadəsində olan kimi qeyd etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, 2024-2025-ci əkin ili üzrə 18,87 hektar və 23,16 hektar torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həmin torpaq sahələrində becərilən meyvə bağlarına görə subsidiya hesablanması mümkün olmamışdır. Eyni zamanda iddiaçının cari əkin ili üzrə əkin subsidiyasından yararlanmağı üçün 18,87 hektar və 23,16 hektar torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədlərini əldə edərək qanunvericiliklə müəyyən olunmuş müddətdə EKTİS-ə daxil edilməsi tövsiyə edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin və cavabdehin olduğu yerin ünvanlarını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 23 may 2025-ci il tarixli 3-22-2/2-Z-2008-16- 677/2025 nömrəli məktubu və “Torpağa mülkiyyət hüququna dair” JN 2715 kod 30320018 nömrəli Dövlət aktı və “Torpağa mülkiyyət hüququna dair” JN 2717 kod 30320018 nömrəli Dövlət aktı təqdim edilmişdir.

Məhkəmənin mövqeyi

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; .... 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; ... 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİSdə qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; ... 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; … 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. ... 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. ... 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. ... 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. … 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

Məhkəmənin mövqeyi

İşin hallarına görə, Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq səhələri iddiaçının sahiblik və istifadəsində olmaqla, iddiaçı həmin torpaq sahələrində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. İddiaçı həmin torpaq sahələrinə görə subsidiyanın verilməsi ilə bağlı EKTİS vasitəsi ilə müraciət etmiş, ona subsidiyanın verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi cavabdeh o hala istinad edir ki, iddiaçı torpaq sahələrinə mülkiyyət və istifadə hüququna dair Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış çıxarışı EKTİS-ə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Cavabdeh “Qayda”nın 3.8. və 3.8.2-ci bəndinin tələblərinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Belə ki, həmin normaya görə, Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) SİS-ə daxil edirlər. Məhkəmə hesab edir ki, cavabdeh həmin normanı səhv tətbiq edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, işin mübahisələndirilməyən halıdır ki, həmin torpaq sahələri iddiaçının sahiblik və istifadəsindədir. Digər tərəfdən hər iki torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin sənəd isə, həmin dövrdə səlahiyyətli qurum tərəfindən verilmiş mülkiyyət hüququna dair sənəddir. Qeyd edilən sənədlərin hazırda ƏMDX-nin Ərazi İdarəsi tərəfindən yeni çıxarışla əvəz edilməməsi, torpaq sahələrinin iddiaçının mülkiyyətində olmaması anlamına gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Digər tərəfdən istinad edilən normadan (3.8.2) göründüyü kimi, iddiaçı SİS-ə torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və istifadə hüququnu təsdiq edən sənədi əlavə etmək vəzifəsi daşıyır. İddiaçı isə qeyd edilən məlumatları özündə ehtiva edən torpağa mülkiyyət hüququna dair sənədi sistemə daxil etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sistemə əlavə edilməsi tələbi isə Qaydaların tələbinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən qüvvədə olacaqdır. Hazırda isə belə bir tələb, yəni dövlət reyestrindən çıxarışın SİS-də daxil edilməsi tələbi yoxdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən Qaydaların tələblərini səhv tətbiq etmişdir. Ona görə də, iddia tələbin təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 2024-2025-ci əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərə görə subsidiyanın verilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar