Məhkəmə qərarları › İş №e-2-1(112)-11414/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11414/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11414/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sözügedən əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ildə Bakı şəhəri Qaradağ rayonu ərazisində torpaq sahəsi almaq qərarına gəlmiş və X5 ona Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti Başçısının sərəncamı əsasında verilmiş Lökbatan qəsəbəsi ərazisində yerləşən 300,0 kv. metr torpaq sahəsinin ona sata biləcəyini dedikdə, onunla razılaşmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində yalnız İcra Hakimiyyətinin sərəncamı mövcud olduğuna görə alqı-satqı edə bilməmiş, bununla bağlı həmin sərəcamın dəyişdirilməsi və iddiaçının adına sərəncamın verilməsi üçün Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bundan sonra Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamı ilə X2 adına verilmiş 01 sentyabr 2000-ci il tarixli 839 saylı sərəncamına dəyişiklik edilmişdir. 15 noyabr 2000-ci il tarixli 839 saylı sərəncamın 1.2-ci bəndinə əsasən X3 fərdi yaşayış evinin tikintisi üçün Qaradağ rayonu Lökbatan qəsəbəsində ayrılmış 300,0 kv. metr torpaq sahəsi verilməsinin etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilməsi qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, ailə üzvləri ilə həmin evdə yaşamış, yaşadığı müddətdə tikdiyi evlə bağlı bütün kommunal xərcləri, o cümlədən qaz, su, işıq və sair xərcləri ödəmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona verilmiş sərəncamın kötüyü Dövlət arxivində yoxdur. Evin sənədlərinin həll edilməsi və evə qeydiyyata düşməyi üçün Qaradağ rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Qaradağ rayon İcra hakimiyyətindən iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər. Bundan sonra iddiaçı tərəfindən Qaradağ rayon İcra Hakimiyyəti cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması haqqında ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Qaradağ rayon Məhkəməsinin 11 fevral 2013-cü il tarixli 2(002)-368/2012 saylı qətnaməsi ilə ərizə təmin olunaraq fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300,0 kv.metr torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamı ilə İddiaçı verilməsi faktının müəyyən edilməsi qət edilmiş və həmin qətnamə xx.xx.2013- cü il tarixdə qanuni qüvvəsini almışdır. Qeyd edilən torpaq sahəsi ilə bağlı iddiaçıya verilmiş Qaradağ rayon İcra Hakimiyyıti aparatının Memarı N.Səmədov tərəfindən imzalanmış xx.xx.2005-ci il tarixli 5/139 nömrəli arayışa əsasən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000- ci il tarixli 1053 saylı sərəncamı ilə İddiaçı verilmiş torpaq sahəsinin ünvanı Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid ev 3A kimi qeyd olunmuşdur. ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində hüququların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sözügedən əmlaka dair Çıxarışın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblük hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəyə cavab olaraq sözügedən Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-30/2-İ-1713-8/2024 nömrəli məktubda iddiaçıya təqdim olunan sənədlərin surət olduğu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubuna əsasən Qaradağ rayon İcra Hakimiyyətininarxiv fondu üzrə xx.xx.2000-ci il tarixli ,1053 saylı sərəncamın Dövlət Arxivinin Bakı filialında mövcud olduğu və həmin sərəncamda İddiaçı barəsində heç bir məlumatın olmadığı, həmçinin təqdim olunmuş sərəncam aydın oxunmadığından məzmunun anlamaq mümkün olmadığı bildirilmişdir. Həmin məktubda əlavə olaraq Qaradağ rayon Məhkəməsinin 11 fevral 2013cü il tarixli 2(002)-368/2012 saylı qətnaməsi ilə idarənin tərəf qismində cəlb edilmədiyi, həmçinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığı vurğulanmışdır. Sözügedən məktubda tərəfimdən təqdim olunmuş sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.2.-ci maddəsinin tələblərinə uyğun təqdim edilmədiyi bildirilmişdir. Həmin maddəyə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı,hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmunu birmənalı başa düşmək imkanı verməyəcək dərəcədə zədələnmiş sənədlər hüquqların qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanları və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə əsas tutaraq 1 saylı Bakı ərazi idarəsimənim ərizəmi təmin etməyərək, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, təqdim olunan sənədlər surətdir. Təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Bakı filialının 27 may 2024-cü il tarixli məktubuna əsasən Qaradağ Rayon icra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1053 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı bərəsidə heç bir məlumat yoxdur. Həmçinin, təqdim olunmuş sərəncam aydın oxunmadığından məzmununu anlamaq mümkün olmamışdır. Əlavə olaraq təqdim edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə idarə tərəf qismində cəlb edilməmiş, həmçinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərində mülkiyyət Ərizəni imzalayan şəxs haqqında məlumat: hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sözügedən əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı qeyd edilənlərlə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********81 nömrəli cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialının 27 may 2024-cü il tarixli məktubuna əsasən, Qaradağ Rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 1053 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda İddiaçı barəsində heç bir məlumat yoxdur. Həmçinin, idarəyə təqdim olunmuş sərəncam aydın oxunmadığından məzmununu anlamaq mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilir.

5. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı Sərəncamına əsasən X2 adına verilmiş 01 sentyabr 2000-ci il tarixli 839 saylı sərəncam etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilməsi barədə sərəncam verilmişdir.

6. İş materiallarında olan 23 fevral 2005-ci il tarixli Arayışa əsasən İddiaçı qızma Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ei il tarixli 1053 saylı sərəncamı ilə verilmiş torpaq sahəsinə "Lökbatan qəsəbəsi, 2-ei massiv. 5-ci keçid, ev 3A" kimi ünvan verilmişdir.

7. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-368/12 nömrəli Qətnaməsi ilə ərizə təmin edilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300,0 kv.m torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamı ilə İddiaçı verilməsi faktı müəyyən edilmişdir.

8. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamına (Əsas: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-368/12 nömrəli Qətnaməsi) əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 300,0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur (Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir).

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

20. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı Sərəncamına əsasən X2 adına verilmiş 01 sentyabr 2000-ci il tarixli 839 saylı sərəncam etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilməsi barədə sərəncam verilmişdir. - İş materiallarında olan 23 fevral 2005-ci il tarixli Arayışa əsasən İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ei il tarixli 1053 saylı sərəncamı ilə verilmiş torpaq sahəsinə “Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 3A” kimi ünvan verilmişdir. - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-368/12 nömrəli Qətnaməsi ilə ərizə təmin edilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300,0 kv.m torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamı ilə İddiaçı verilməsi faktı müəyyən edilmişdir. - Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamına (Əsas: Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-368/12 nömrəli Qətnaməsi) əsasən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 300,0 kv.m torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur (Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir). - Odur ki, torpaq sahəsinin ayrılması prosesi tamamlanmışdır.

27. Məhkəmə hesab edir, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı Sərəncamı vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılmış 300,0 kv.m torpaq sahəsinin Yerləşmə Cizgisi ilə tamamlanmaqla X7 torpaq sahəsinə icarə hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188).

28. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, idarəyə təqdim olunmuş sərəncam aydın oxunmadığından məzmununu anlamaq mümkün olmamışdır və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə idarə tərəf qismində cəlb edilməmiş, həmçinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.

29. Məhkəmə ilk növbədə müəyyən edir ki, “fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300,0 kv.m torpaq sahəsinin Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1053 saylı sərəncamı ilə İddiaçı verilməsi faktı” Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-368/12 nömrəli Qətnaməsi ilə təsdiq edilmişdir. Belə olan təqdirdə cavabdeh orqanın “sərəncamın məzmununun aydın oxunmaması” ilə bağlı etirazı ağlabatan hesab edilə bilməz.

30. Məhkəmə cavabdehin müvafiq məhkəmə qətnaməsi ilə üzərinə hər hansı vəzifə qoyulmamasına dair etirazına münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydə alınması üçün əsas hesab edilir. Belə ki, məhkəmə hesab edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olan hüquq müəyyənedici sənədin fiziki şəxsə məxsusluğu yekun məhkəmə aktı ilə müəyyən edildiyi təqdirdə qeydiyyat orqanının üzərinə hər hansı vəzifənin qoyulması zərurəti yoxdur. Bu halda hazırkı iş üzrə cavabdeh müvafiq funksiyanı həyata keçirən qurum kimi qanunun tələbinə uyğun olaraq (8.0.4-cü maddə) qüvvəyə minmiş məhkəmə qərarı əsasında hüququn əmələ gəlməsinin qeydiyyatını aparmalıdır.

31. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə icarə hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar