Məhkəmə qərarları › İş №e-2-1(112)-1143/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1143/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1143/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “müsahibə nəticələrinin ona münasibətdə ləğv edilməsi və onun növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “müsahibə nəticələrinin ona münasibətdə ləğv edilməsi və onun növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı işlə təmin olunmasından imtina edilməsi barədə inzibati aktın qanunsuz olduğuna görə ləğv edilməsi (dəyişdirilməsi) və işlə təmin olunması barədə inzibati aktın qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, işə qəbulla bağlı müvafiq sənədləri Bakı Baş Səhiyyə Mərkəzinə təqdim etmişdir. 14 fevral 2023-cü il tarixdə Mərkəzin binasında işə qəbul komissiyanın icrasında iştirak etmişdir. İşə qəbulla bağlı Mərkəz tərəfindən onunla heç bir əlaqə yaratmadığından o, mart ayının əvvəllərində Mərkəzlə əlaqə yaratmış və iş praktikası olmamasını görə onu işlə təmin etmədiklərini bildirmişlər. Mərkəzə şifahi müraciət edərək ona rəsmi qaydada işlə təmin olunmamasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavab olaraq bildirmişlər ki, onlara bu barədə rəsmi məktubla müraciət etsin. Bakı Baş Səhiyyə Mərkəzinə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə müraciət edərək işlə təmin olunmamasına səbəbi barədə rəsmi cavab verilməsini xahiş etmişdir. Məktubu Mərkəzə xx.xx.2023-cü il tarixdə çatmışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasənən geci 15 iş günü müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. Nəzərə alaraq ki, Mərkəzə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktub son gün, xx.xx.2023-cü il tərixədək cavabsız qalmış, bu tarixdən 30 gün müddət hesablanır. O, işlə təmin olunmasına imtina edilməsi barədə Bakı Baş Səhiyyə Mərkəzinin inzibati aktını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. O, komissiyanın iclasında bildirmişdir ki, orta məktəbdə həkim vəzifəsində işləmək istəyir və hal-hazıradək bir neçə məktəblərdə (onun yaşadığı ərazidə) həkim vəzifəsi vakantdır və o, ixtisas imtahanı verərək praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququ almışdır (Sertifikasiya Şəhadətnaməsi). Bu da, o deməkdir ki, onu bu əsasla işlə təmin etməmək tam əsassızdır. Bu səbəbdən hesab edir ki, onun işə qəbulla bağlı barəsində qəbul edilmiş inzibati akt ləğv olunmalı (dəyişdirilməli) və onun işlə təmin olunması barədə qərar (inzibati akt) qəbul edilməlidir.

3. Sonuncu dəfə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin işə qəbul komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş müsahibənin nəticələrinin (protokol) İddiaçı münasibətdə ləğv edilməsi və onun növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində hər-hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsindən başqa “TƏBİB”-də işə qəbulu həyata keçirə bilər. İddiaçı yenidən imtahan keçirilmə ilə bağlı müraciət edə bilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçıya məxsus AB-İ seriyalı 081764 nömrəli 16 iyun 2004-cü il tarixdə verilmiş 3269 qeydiyyat nömrəli diplom, “Praktik tibb və ya əczaçılıq faəliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” sertifikasiya şəhadətnaməsi (qüvvədə olma müddəti xx.xx.2020 – xx.xx.2025), internatura kursu keçmə barədə vəsiqə, əmək kitabçası və iddiaçının müraciətləri əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən 29 noyabr 2023-cü il tarixli 18-1-1/2-8234/2023 nömrəli məktubla Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 43 nömrəli 10 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın həyata keçirilməsi məqsədilə qəbul edilmş 06 fevral 2023-cü il tarixli PHŞ-6-1/3-1-63/2023 nömrəli əmri və işə qəbul proseduru qaydaları məhkəməyə təqdim edilmişdir.

10. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 02 nömrli xx.xx.2023-cü il tarixli protokolundan çıxarışa əsasən Mehdiyeva X1 qiymətləndirmə meyarlarına uyğun gəlmədiyi üçün işə qəbul olunması məqsədəmüvafiq hesab edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Belə ki, hazırki işin faktiki və hüquqi hallarından müəyyən edilir ki, 18-1-1/2- 8234/2023 nömrəli məktubla Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 43 nömrəli 10 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ın həyata keçirilməsi məqsədilə Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən 06 fevral 2023-cü il tarixli PHŞ-6-1/3-1-63/2023 nömrəli əmr qəbul edilmiş və həmin əmrə əsasən qeyd edilən proqramın icrasının təmin edilməsi ilə bağlı müsahibənin keçirilməsi məqsədilə 5 nəfərdən ibarət komissiya yaradılmışdır. İşə qəbul proseduru ilə bağlı ümumi qaydalar müəyyən edilmiş və həmin qaydaların 5-ci bəndində işə qəbul prosedurunun müsahibə mərhələsi öz əksini tapmışdır. Müsahibə mərhələsi ilə bağlı Prosedur Qaydalarının 5.2-ci bəndində qeyd edilmişdir ki, işə qəbul Komissiyası tərəfindən vakant vəzifə üzrə müraciət etmiş namizədlərdən iş təcrübəsi, qanunvericiliyə dair bilikləri, peşəkarlığı daha çox olanlara, müharibə veteranları və onlara bərabər tutulan şəxs, əlil, şəhid aləsinin üzvü və digər imtiyazlı şəxs olanlara, həmçinn periferiyada işləməyə razılıq verənlərə üstünlük verilir. X2 5.3-cü bəndində qeyd edilmişdir ki, müsahibələr əsasında “Müsahibənin qiymətləndirilməsi forması”nda (2 nömrəli Əlavə) müvafiq qeydlər aparılır və uyğun olan namizədlərin növbəti mərhələyə keçirilməsi təmin edilir. Hazırki iş üzrə mübahisə predmeti təşkil edən cavabdehin 02 nömrəli xx.xx.2023-cü il tarixli İşə qəbul komissiyasının protokolundan çıxarışda da, iddiaçının Komissiyanın qiymətləndirmə meyarlarına uyğun gəlməməsi əsas göstərilərək onun işə qəbul olunması məqəsədəmüvafiq hesab edilməmişdir.

18. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

21. Məhkəmə hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunubolunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisəyə qanunvericiliyə uyğun qaydada baxılması, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyinin nəzərə alınması, qəbul edilmiş müvafiq qərarın iddiaçının hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilməməsi müəyyən edildiyindən iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

24. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

25. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

27. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 31.Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar