Məhkəmə qərarları › İş №e-2-1(112)-11473/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11473/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11473/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya məbləğinin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı onlarla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli və xx.xx.2025-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, İddiaçı2 mülkiyyətində olan 115.5 kv.m evin sökülməsinə görə 462.000 (dörd yüz altmış iki min) manat maddi və 15.000 (on beş min) manat mənəvi ziyanın, İddiaçı1 mülkiyyətində olan 20 kv.m evin sökülməsinə görə 80.000 (səksən min) manat maddi və 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakı – 2 yana küçəsi, 2 nömrəli, iki mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 3 nömrəli mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 15 mart 1995-ci il tarixli, 4161 nömrəli qeydiyyat vərəqəsi ilə həmin ünvanda (2-ci Dərə) yerləşən 2 saylı evin 18 saylı mənzili 16 fevral 2001-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vərəqəsinə əsasən onların mülkiyyətindədir. Habelə, həmin ünvanda yerləşən evin 1-ci mərtəbəsində yerləşən 1 otaqlı, 3 saylı mənzil Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 15 mart 1998-ci il tarixli, 4162 nömrəli qeydiyyat vərəqəsi ilə İddiaçı1 mülkiyyətindədir. Onun mülkiyyətində olan evlərin sahəsi ümumilikdə 115.5 kv.m, anası İddiaçı1 mükiyyətində olan evin sahəsi isə 20 kv.m təşkil edir. O, sözügedən evdə dörd övladı ilə birlikdə, həmçinin anası İddiaçı1 da, oğlu X2 ilə birlikdə öz evlərində yaşayırlar. Uzun müddət onlara məxsus evlərin söküləcəyi ilə hədə-qorxu, təzyiq edilmiş, nəticədə hələ onlarla razılaşma əldə olunmadan onlara məxsus evlər sökülmüşdür. Bununla da, cavabdeh İcra Hakimiyyətinin tələb etdiyi qaydada, ağır şəraitə düşərək, evsiz qalaraq çox cüzi kompensasiya məbləği ilə xx.xx.2025-ci il tarixli, ******* nömrəli və xx.xx.2025-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin bağlanmasına məcbur buraxılmışlar. Halbuki, onlara məxsus evlərin yerləşdiyi yaşayı binasının (Bakı 2 Yama – hazırda Qərib Babayev) sökülməsinə dair sərəncam mövcud olmamış, çoxsaylı müraciətlərinə baxmayaraq belə sərəncam təqdim edə bilməmişlər. Cavabdeh başqa ünvanlara dair pul vəsaitinin ayrılması barədə sərəncamları təqdim etməklə heç bir sərəncam olmadan mənzillərin sökülməsi faktını ört-basdır etməyə çalışmışdır. Ona görə də, alqı-satqı müqavilələri onlarla təhdid və təzyiq altında, onları ağır vəziyyətə salaraq bağlandığından, iradə ifadələrinə qanunsuz göstərildiyindən etibarsız əqddir. 19 may 2025-ci ildə Cavabdehnə müraciət edərək xx.xx.2025-ci il tarixli, ******* nömrəli və xx.xx.2025-ci il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və İddiaçı2 mülkiyyətində olan 115.5 kv.m evin sökülməsinə görə 462.000 (dörd yüz altmış iki min) manat maddi və 15.000 (on beş min) manat mənəvi, İddiaçı1 mülkiyyətində olan 20 kv.m evin sökülməsinə görə 80.000 (səksən min) manat maddi və 15.000 (on beş min) manat mənəvi ziyanın 3 (üç) gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin, bu günədək müraciətlərinə heç bir cavab verilməmişdir. Ona görə də, birgə iddiaçılar pozulmuş mülkiyyət hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verimləsinə baxmaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçılar isə məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını, etiraza əlavənin dəlillərini nəzərə alıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərin (daşınmaz əmlakların alğısatqısına dair müqavilə, qeydiyyat vəsiqələri və s.) məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar onlara məxsus mübahisə predmeti olan əmlakların cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alğı-satqı müqaviləsi bağlamışlar. İddiaçılar həmin alğı-satqı müqavilələrini mülki məhkəmə icraat qaydasında mübahisələndirməmiş və müqavilələr qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Lakin, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alqısatqı müqavilələrinin inzibati məhkəmə icraatı qaydasında ləğv edilməsi və onlara kompensasiya məbləğinin ödənilməsi tələblərini irəli sürmüşlər, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəlləsininin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, bu qəbildən olan işlər üzrə eyni əsaslarla iddianın mümkün sayılmaması barədə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji qərarları mövcuddur və həmin qərarlar iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə, iddia mümkünlük tələblərinə cavab vermədiyindən, məhkəmə, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçıların, hazırkı tələbində artıq özgəninkiləşirdikləri əmlaklarına görə, yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq iddianın dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiaları mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar