Məhkəmə qərarları › İş №e-2-1(112)-11535/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11535/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11535/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin ona məxsus çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılması, ona yeni ünvanla ayrıca çıxarışın verilməsi və bunların yerinə yetirilməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, onun mülkiyyətində Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 10 ünvanında 1 otaqlı mənzil var. O, müraciət etmişdir ki, sənədi bəpra olunsun və yeni çıxarış verilsin. Onun mülkiyyətinin ünvanı qonşunun mülkiyyətinin ünvanı ilə eynidir və səhvən bir çıxarışda da səhv olaraq adları yazılıb. Halbuki arxivdə ilkin çıxarışlarda adları ayrı-ayrı çıxarışlarda ayrıca yazılıb. Onun ayrıca özünün çıxarışı var, amma DƏDKR-da görünmür. O, qonşuya aid çıxarışda adı olduğu üçün onun mülkünün satılmasına razılıq vermiş, alqı-satqıda onun çıxarışındakı payçı kimi iştirak etmiş, amma öz mülkünü satmamışdır. Arxivdə bir neçə sənəddə və hətta əlindəki qeydiyyat vəsiqəsində ata adı Həmid yazılıb. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun 31 may 1996-cı il tarixli, 3KMA-2-294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli üçotaqlı mənzilin bir otağı iddiaçının adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 31 avqust 2022-ci il tarixli, 4Ə- 617 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X9 adına özgəninkiləşdirilmişdir. Daha sonra X18 ilə X16 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil X13 mülkiyyətinə verilmişdir. Hazırda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi X14r. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman mənzilin 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə rekonstruksiya işlərinin və əlavə yenidənqurma işlərinin aparıldığı məlum olmuşdur. Bu səbəbdən də mənzilin 38.3 kv.m artırma sahəsi mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, X6 məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 23 kv.metr olan 10 saylı 3 otaqlı mənzilin 1 otağını İddiaçı Həmid qızına satmışdır. xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci ildə ölmüş X10 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 28 kv.metr olan 2 otaqlı mənzilindən ibarət miras əmlakı üzrə vərəsəsi X5. xx.xx.1998-ci il tarixli 063596 nömrəli müqavilədən görünür ki, X11 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 28 kv.metr olan 2 otaqlı mənzilini X3 mülkiyyətinə vermişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 158509 nömrəli xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən 152 nömrəli evinin 10 saylı mənzilinin ümumi sahəsi 28.0 kv.m olan 2 otaqdan ibarət hissəsi X3, 1 otaqdan ibarət hissəsi isə İddiaçı Həmid qızının mülkiyyətində olmuşdur. xx.xx.2013-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsində yerləşən 152 saylı binanın, yaşayış sahəsi 43 kv.m, ümumi sahəsi 75.2 kv.m-dən ibarət 3 otaqlı 10 saylı mənzilində özünə məxsus 2 yaşayış otağını qardaşı oğlu X2 bağışlamışdır. xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 75.2 kv.m, yaşayış sahəsi 43.0 kv.m, yardımçı sahəsi 32.2 kv.m olan mənzilin 1 otağı İddiaçı Həmid qızının, 2 otağı X1 paylı mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, ev 152, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 73.2 kv.m, yaşayış sahəsi 43 kv.m, yardımçı sahəsi 32.2 kv.m olan 3 otaqlı mənzilin ona aid olan ümumi sahəsi 37 kv.m olan 2 otağını, İddiaçı ona aid olan 38.2 kv.m 1 otağı alıcı X9 mülkiyyətinə vermişlər. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75.2 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı X16 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 75.2 kv.m, yaşayış sahəsi 43 kv.m, yardımçı sahəsi 0.1 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X8 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun 31 may 1996-cı il tarixli, 3KMA-2-294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 152 ünvanında yerləşən 10 nömrəli üçotaqlı mənzilin bir otağı onun adına qeydiyyata alınmışdır. Sonradan Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunun 31 avqust 2022-ci il tarixli, 4Ə-617 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil özgəninkiləşdirilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin ona məxsus çıxarışının bərpa olunması və mülkiyyətinə qaytarılmasını xahiş edir. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçı onun paylı mülkiyyətində olan həmin mənzili 31 avqust 2022-ci il tarixli, 4Ə-617 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X15 satmış, T.Əliyev isə həmin mənzili Şahnaz Cəfərovanın mülkiyyətinə vermişdir. İşdən həmin müqavilələrin ləğv olunması, yaxud etibarsız sayılması müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının mübahisəli mənzilin ona aid hissəsinin özgəninkiləşdirilməsinə dair 31 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində T.Əliyevin adına aparılmış qeyd qüvvədədir, iddiaçının 10 saylı mənzilin 1 otağına olan mülkiyyət hüququ yenidən qeydə alına bilməz. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar