Məhkəmə qərarları › İş №e-2-1(112)-1158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1158/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1158/2025 28.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 56 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış kommisiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış müharibə əlilləri, Şahid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışlar nəzərə alınaraq iddiaçının mərhum əri X5 hazırda iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən 56 saylı mənzil verilmişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 89 saylı sərəncamı ilə Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamına dəyişiklik edilərək həmin sərəncam iddiaçının adına dəyişdirilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, iddiaçıya və onun ərinə təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, analoji iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli e-2-1(112)-10564/2022 saylı qərarı mövcuddur. Həmin qərardan da müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri F.Ələkbərovun 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə Akta əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 4 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 4 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31a saylı evin, 56 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 89 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, mənzil 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 95,6 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal- məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZ-İ 937944 nömrəıli Ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli xx.xx.2020-ci il tarixli Sərənvcamına əsasən Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamına əsasən ünvan 9, 56 saylı mənzilinə dair vətəndaş X6 ilə kirayə müqaviləsinin bağlanılması müəyyən edilmişdir. X4 xx.xx.2018-ci il tarixində vəfat etməsi ilə əlaqədar mərhumun arvadı X2 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ərinin adına olan Sərəncamın onun adına dəyişdirilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 23 05.2012-ci il tarixli, 130 nömrəli Sərəncamına dəyişiklik edilmiş və ünvan 9, 56 saylı mənzilinə dair vətəndaş X8 ilə kirayə müqaviləsi bağlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1144/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Yasamal RİH-nin arxiv fondu üzrə xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. X8 barəsində heç bir məlumat yoxdur. Odur ki, Yasamal RİH-nin arxiv fondu üzrə xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamının təsdiq edilmiş ksero surətləri 7(yeddi) vərəqdən ibarət məhkəməyə göndərilmişdir. Göndərilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 5 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli. 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərın bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq: Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri. Şəhid ailələri. 20 Yanvar hadisələri əlilləri. BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılımış mənzillərə dair onlarla kirayə müqavilələri bağlansın: X6, ailə tərkibi 5 nələr. Əsəd Əhmədov küçəsi, ev 31a, mənzil 56,- 3 otaq ümumi sahəsi 99.75 kv.m. yaşayış sahəsi 53.35 kv.m... Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli 18/2- 14955/2024 nömrəli məktubla bildirmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 5-21/2-647/2024 nömrəli məktubla Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 89 saylı xx.xx.2020-ci il tarixli və 130 saylı xx.xx.2012-ci il tarixli sərəncamlarının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən görünür ki, -Nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, X1 Samirə Çingiz qızı ilə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. -X16 və X12 notarial qaydada təsdiq edilmiş ərizə verərək Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən mənzilin İddiaçı adına sənədləşdirilməsinə və sərəncamın onun adına verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2024-cü il tarixə olan məlumat əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 31A saylı binada 11 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş 5 ədəd mənzilə dair müvafiq məlumatları təqdim edirik: -Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 25 saylı mənzil xx.xx.2024-cü il tarixli 61 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə, Bakı şeheri Yasamal rayon İcra Hakimiyyəti başçtsının xx.xx.2015-ci il tarixli 191 nömrali sərəncamına, X28 tərəfindən verilmiş razılıq ərizəsinə. xx.xx.2024-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa, 19 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixti 191 nömrəli, arayışa əsasən ilkin olaraq 22 05 2024-cü il tarixdə X11 adına istifadə hüququ əsasında qeydiyyata alınmışdır. -Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 72 saylı mənzil Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-5919/2024 nömrəli qərarına, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 130 nömrəli xx.xx.2012-cü il tarixli sərəncamından çıxarışa, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışa, X20 və X21 tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. -ünvan 9, 11 saylı mənzil Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-5998/2024 nömrəli qərarına, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 231 nömrəli sərəncamına, xx.xx.2023-cü il tarixli 18 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 29 saylı mənzil Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 130 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamından çıxarışa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)- 5921/2024 nömrəli qərarına əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 81 saylı mənzil Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli sərəncamından çıxarışa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)- 5995/2024 nömrəli qararına əsasən ilkin olaraq xx.xx.2024-cü il tarixdəTəhməzova Nəsibə Qara qızının adına qeydiyyatdan keçmişdir. İddiaçının vəkili tərəfindən elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş çıxarışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 51 saylı mənzilə dair X9 adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, 53 saylı mənzilə dair X10 adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli elektron çıxarışlar hazırlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 56 saylı mənzilinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, mənzil 3 otaq y/sahəsi 50.5 kv.m, ü/sahəsi 95.6 kv.m təşkil edir. Mənzil layihəyə əsasən icra olundu. Mənzil 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdeh Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31 a saylı evin, 56 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizənizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 89 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, hazırkı işin hallarından görünür ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamına əsasən ünvan 9, 56 saylı mənzilinə dair vətəndaş X6 ilə kirayə müqaviləsinin bağlanılmış, X4 xx.xx.2018-ci il tarixində vəfat etməsi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamına dəyişiklik edilmiş və ünvan 9, 56 saylı mənzilinə dair mərhumun arvadı X8 ilə kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdeh mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. Hazırkı iddiasında Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 56 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. Məhkəmə cavabdehin imtina əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Beləliklə hüquqların dövlət qeydiyyatına alınmasınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Cavabdeh orqanın iddiaçının müraciətinə imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş əsaslardan heç biri qeyd edilmədiyindən, yalnız formal mülahizələrə istinad edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən binada iddia edilən mənzillə eyni hüquqmüəyyənedici sənədlərə malik olan digər mənzil üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi mənzil ilə eyni hüquqmüəyyənedici sənədlərə malik olan digər mənzillər artıq məhkəmə qərarları ilə qeydiyyata alınmışdır. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan məhkəmənin gəldiyi nəticəni əsas götürməmiş, inzibati praktikasını dəyişməyərək iddiaçıya münasibətdə eyni imtina əsası ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni mərtəbədə digər mənzillərin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 56 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 56 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar