Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1159/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri - X2 və X4 iştirakları ilə, İddiaçı mənzil tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı mənzil tikinti kooperativi (bundan sonra mətndə İddiaçı MTK) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********162852 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********170502 nömrəli qərarın ləğv edilməklə, əsassız hesablanmış vergi borcu və maliyyə sanksiyasının İddiaçı MTK-nın şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cacabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK xx.xx.2016-cı il tarixindən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********). Kooperativ tikinti işləri ilə məşğul olur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixində başa çatmış və müəssisənin xx.xx.2019-xx.xx.2022-ci dövrlərini əhatə edən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” yoxlama aparılmış və nəticə olaraq xx.xx.2023-cü il tarixli **********162852 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********170502 saylı qərarı ilə müəssisəyə qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 23-cü, 49-cu maddələrinə əsasən və 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 443512.74 manat azaldılmasına görə 50% miqdarında, yəni 284139.99 manat, VM-nin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək 400 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Kooperativ bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisidir. Müəssisəyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 152 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Müəssisə tərəfindən 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv. metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyri-yaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə ("A, B, C, D, E" blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv. m., qeyri-yaşayış sahəsi 11240.00 kv. m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir. Lakin, yoxlama ilə müəssisə tərəfindən "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" üzrə təqdim edilmiş bəyannamələrdə hesablanmış 2219268.38 manat vergi məbləği nəzərə alınmaqla 433963.92 manat (26532xx.xx-2219268.38) verginin azaldıldığı müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963.92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Vergi orqanı tərəfindən tikintinin layihələndirilməsi və tikintisinə dair zəruri olan sənədlər olduğu halda və tikintinin hazır olması nəzərə alınmaqla aparılmalı idi və mütəxəssisin cəlb edilməsinə zərurət yox idi. Bundan əlavə mütəxəssis tərəfindən aparılan hesablamalar düzgün həyata keçirilməmişdir belə ki, hesablama zamanı pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları və texniki mərtəbələrdə vergi obyekti olaraq hesablanmışdır. Halbuki bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergiyə cəlb olunur. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respulikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər - o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s. ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə bu Məcəllə ilə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçiləri olan şəxslərə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu hissələr sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 10 may 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanlarının iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022 tarixli **********162819 saylı qərarına əsasən "xxxx" MTK (VÖEN **********) üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: sentyabr 2019- avqust 2022) və nəticəsi xx.xx.2023-cü il tarixli **********162852 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar ("xxxx" ASC (VÖEN **********), "xxxx" ASC (VÖEN **********), “Azəriqaz” İB (VÖEN **********), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (VÖEN **********)) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin aktda qeyd olunan bank hesablarından başqa digər bank və kredit təşkilatlarında hesabları olmamışdır. Müəssisənin məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırılmışdır və kənarlaşma aşkar olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 152 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yoxlama zamanı binaların ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə "xxxx" MMC-yə (VÖEN **********) mütəxəssis ayrılması üçün müraciət olunmuş və oradan mütəxəssis ayrılmışdır. Mütəxəssisin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən müəssisənin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda faktiki inşa etdiyi (A,B,C,D,E,F blokları və Layihədə olmayan hissə (faktiki mövcud olan)) yaşayış binalarının ümumi sahəsi 32490.20 kv.m (o, cümlədən yaşayış sahəsi 9407.40 kv. m., qeyri-yaşayış sahəsi 10843,80 kv.m., zirzəminin yararlı sahəsi 2790,00 kv.m., pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları 8627,90 kv. m., texniki mərtəbə sahəsi 821.10 kv.m.) olduğu müəyyən edilmişdir. Müəssisə tikilən binalar üzrə BTFSV ödəyicisi olmuşdur. Yoxlama ilə tikilən binalar üzrə sahə tam əhatə olunmuşdur. Səyyar vergi yoxlaması zamanı müəsissəyə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********162869 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə həmin gün vergi ödəyicisinə təqdim edilmişdir. Sənədlər yoxlamaya qismən təqdim edilmiş və bununla bağlı müvafiq olaraq VM-nin 42.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli iki nüsxədən ibarət akt tərtib olunmuş və bir nüsxəsi həmin gün vergi ödəyicisinə təqdim edilmişdir. Həmin sənədlərlə vergi qanunvericilyinin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163796 nömrəli Qərar çıxarılmış və Qərarla müəssisənin rəhbəri həmin gün tanış edilmişdir. Müəssisə tərəfindən qismən təqdim olunan sənədlər siyahılaşdırılaraq VM-nin 43.8-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli Protokolla götürülmüşdür. VM-nin 43.10-cu maddəsinə əsasən sənədlərin qismən təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli iki nüsxədən ibarət akt tərtib olunmuş və həmin gün bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Müəssisəyə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda 4 ədəd hər biri 2 girişli olmaqla (2 mərtəbə yaşayış, 1 mərtəbə texniki, 1 mərtəbə qeyri-yaşayış, 1 mərtəbə kürsü (qeyri-yaşayışın bir tərəfi bağlı), 1 mərtəbə zirzəmi (qaraj sahəsi) olmaqla yaşayış binaları inşa edilmişdir. Binalarda tikinti işləri tam başa çatmışdır. İşıq, qaz, su sayğacları quraşdırılmışdır. Qismən yaşayış olduğu müşahidə edilmişdir. Həmin ərazidə müəssisəyə məxsus digər 2 binanın yerdən 2-ci mərtəbəsinin beton işlərinin görüldüyü müşahidə olunmuşdur. "xxxx" MTK (VÖEN 100423 1851) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, o cümlədən satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış binalan üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********164138 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə inşa edilmiş binaların yaşayış və qeyri yaşayış sahələri və eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcmi (əmək tutumu) müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəy müəssisənin səlahiyyətli nümayəndəsinə tanış olması üçün xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Mütəxəssis rəyindən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: Müəssisə tərəfindən təqdim edilmiş 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyri-yaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə (“A,B,C,D,E” blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv.m, qeyri-yaşayış sahəsi 11240.00 kv.m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir. Müəssisə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, o cümlədən satışa yararlı sahələrinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən sahə müəyyən edilmiş və vergi orqanına müvafiq olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmiş sahələr aşağıdakı kimi olmuşdur: A bloku üzrə: Ümumi sahə 3416.90 kv. m. (o cümlədən: yaşayış sahəsi-1037.00 kv. m., qeyriyaşayış sahəsi 1468.10 kv. m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 911.80 kv. m.) B bloku üzrə: Ümumi sahə 5477.84 kv. m. (o cümlədən: yaşayış sahəsi-1956.80 kv.m., qeyriyaşayış sahəsi 2363.90 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 1157.17 kv.m) C bloku üzrə: Ümumi sahə 5683.12 kv. m. (o cümlədən: yaşayış sahəsi-1605.80 kv.m., qeyriyaşayış sahəsi 2351.00 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1726.32 kv.m) D bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1613.80 kv.m., qeyriyaşayış sahəsi 2354.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1715.02 kv.m) E bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2328.80 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1757.32 kv.m) F bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2368.41 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1717.71 kv.m) Layihədə olmayan hissə (faktiki mövcud olan) Ümumi sahə 863.04 kv.m (o cümlədən: qeyri-yaşayış sahəsi 399.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 463.74 kv.m) Binalar 9-cu zonada yerləşir və zona əmsalı 1,5 təşkil etmişdir. Vergi Məcəlləsinin 220.8- 1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəlləmin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə təqdim edilmiş bəyannamələrdə hesablanmış 2219268,38 manat vergi məbləği nəzərə alınmaqla 433963,92 manat (2653232,29-2219268,38) verginin azaldıldığı müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963,92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Yoxlamaya "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən inşa edilmiş binalarada görülmüş işlərin tərkibində əmək tutumunun (əmək haqqı xərcinin) xərclərinin məbləği 234506,80 manat müəyyən edilmişdir. Vergi ödəyisicisi tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə əsasən hesablanmış əmək haqqı məbləği ilə müqayisədə kənarlaşma aşkar edilməmişdir. Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 587385,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. VM-nin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 95488,33 manat faiz məbləğinə 9548,82 manat ödəmə mənbəyindən vergi hesablandı. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 9548,82 manat məbləğə 50 % miqdarında 4774,42 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamsı xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandirma hissəsi İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İşin faktiki halları (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir): İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti (hazırkı İddiaçı MTK) xx.xx.2016-cı il tarixdə VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə hüquqi şəxs (Kooperativ) kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin (hazırkı) qanuni təmsilçisi X1 (əvvəlki X6), hüquqi ünvanı isə ünvan 2 Bakı şəhər İcra Hakimiyyətinin Başçısının İddiaçı MMC-yə qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 372 №-li, xx.xx.2017-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 16 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsinə dair sərəncam verilmişdir (Sərəncamın 1-ci bəndi). Bakı şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 252 №-li, xx.xx.2019-cu il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, “Abşeron MMC-nin xx.xx.2019-cu il tarixli 74 saylı müraciətini, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamını nəzərə alaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən aşağıda qeyd olunanlar qərara alınmışdır: İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilərək, “qeyri-yaşayış obyektlərinin” ifadəsi “yaşayış və qeyri-yaşayış binalarının” ifadəsi kimi oxunsun. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 41 №-li Obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, Abbas Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektinin (1-ci mərhələ) tikintisinə icazə verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında "xxxx" tərəfindən İddiaçı MTK (VÖEN **********) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarına dair verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının sahəsi aşağıdakı kimi hesablanmışdır.
Blok A Blok C Blok D BBlok F Layihədə (inşa Blok B Blok olmayan olunm (inşa E hissə ayıb) olunmayıb) (faktiki mövcud)
Zirzəmi 324.0 504 468.0 522.0 504.0 468.0 0.0 yararlı sahəsi Qeyri- 1144.1 1859.9 1883.0 1832.3 1 1900.4 399.3 yaşayış 824.8 1 (yararlı) Yaşayış 1037.0 1956.8 1605.8 1613.8 1 1597.0 sahəsi 597.0 Pilləkən, lift, 911.78 1157.14 1521.04 1509.74 1 1512.4 463.74 havalandırm 552.0 3 , dəhliz, 4 divar altı sahə, avtomobil yolları Texniki 205.3 205.3 2 205.3 mərtəbə 05.3 Mənzil sayı 20 20 26 26 26 Mərtəbə 2 2 2 22 sayı Blok sayı 1 2 1 11
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş **********162852 №li, xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162819 saylı qərarına əsasən İddiaçı MTK üzrə siyahısı verilmiş tədiyyə və dövrlərdə - MDSS- Muzdla işləyənləri işə götürən sığortaedənlər-3-cü rüb 2019-4-cü rüb 2019 (0112); Torpaq vergisi- 2020-ci il- 2022-ci il; Mədən vergisi –Sentyabr 2019-Avqust 2022; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat) 1-ci rüb 2020-2-ci rüb 2022; Mənfəət vergisi 2019cu il-2021-ci il; Əlavə dəyər vergisi Sentyabr 2019-Avqust 2022; Aksiz vergisi-Sentyabr 2019-Avqust 2022; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2019-cu il; Sadələşdirilmiş vergi 3-cü rüb 2019-2-ci rüb 2022; Ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2019-2-ci rüb 2022; Yol vergisi-2019-cu il-2021-ci il; Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi -3-cü rüb 2019-4-cü rüb 2019; Əmlak vergisi 2019-cu il-2021-ci il; Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4cü rüb 2019-cu il üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyiə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsdəi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış xx.xx.2023-cü il tarixdə başa çatdırlmışdır. Yoxlamanın nəticəsi üzrə aşağıdakılar təklif olunmuşdur: - VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963.92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216.981,96 manat maliyyə sanksiyası tətbiq edilməsi; - VM-nin 58.1.maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 9548.82 manat məbləğə 50% miqdarında 4774.42 manat maliyyə sanksiyası tətbiq edilməsi; - VM-nin 58.7-1 va Nağdsız hesablaşmalar haqqında qanunun 3.4.4-cü maddəsi: - Əmək haqqlarının hesablanması və ödənilməsi vəziyyəti yoxlanılarkən müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində əmək haqqı fondu 836.597,30 manat, çıxılmalardan sonra işçi heyətinə ödənilməli əmək haqqı məbləği isə 619.836,05 manat təşkil etmişdir. Lakin yoxlanılan dövr ərzində müəssisənin bank hesablarından əmək haqqı məbləği ödənilməmişdir. Yoxlama ilə nağd qaydada ödənilmiş əmək haqqı məbləği 2019-cu il üçün 1210.94 manat, 2020-ci il üçün 366598.39 manat, 2021-ci il üçün 188053.18 manat, 2022-ci il üçün 63973.55 manat olmaqla ümumilikdə 619.836,05 manat müəyyən edilmişdir. Müəssisənin direktorunun yoxlamaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışında işçilərlə hesablaşmalar üzrə cari yoxlama dövrünün sonuna vergi öhdəliyi qalmamışdır. Beləliklə də vergi ödəyicisinin VM-nin 58.7-1-ci maddəsinin va 16 dekabr 2016-cı il tarixli 461- VQ nömrəli "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.4-cü maddəsinin tələblərini pozmaqla 619.836,05 manat əmək haqqının nağd qaydada ödənilməsinə görə 61983.61 manat maliyyə sanksiyası tətbiq olunması; - VM-nin 57.1-ci maddəsinə əsasən bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməsinə görə cəmi 400.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; - Vergi və digər hüquq pozuntularıma dair müəyyən edilmiş digər faktlar haqqında ümumiləşdirilmiş məlumatlar (3.2-ci bənd); Növbədənkənar səyyar vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə" xx.xx.2022-ci il tarixli **********181800 nömrəli xidməti məlumatına əsasən təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221795754 nömrəli Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindan çıxarış alınmışdır. Yoxlama ilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (BTFSV), Sadələşdirilmiş vergi, ödəmə mənbəyində tutulan vergilər üzrə kənarlaşma aşkar edilmiş, digər tədiyyələr üzrə kənarlaşma aşkar edilməmişdir. - Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir ( 3.3-cü bənd); Səyyar vergi yoxlamasının nəticəsinə uyğun olaraq mühasibat uçotunda müvafiq düzəlişlər aparılmalıdır. - Yoxlama zamanı aşkar olunmuş vergi pozuntularına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində məsuliyyət nəzərdə tutulduğu üçün inzibati xəta haqqında protokol tartib olunmadı (3.4-cü bənd). - Aşkar edilmiş vergi va digar hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklifləri (3.5-ci bənd). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********170502 №-li, xx.xx.2023cü il tarixli qərarı ilə İddiaçı MTK-ya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (vergi məbləğinin 443512,74 manat azaldılmasına görə 443512,74 əlavə vergi hesablanması və həmin məbləğə 50% məbləğində, yəni 284139,99 manat maliyyə sanksiyası tətbiq edilməsi) məsuliyyətə cəlb edilməsi; 1.1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və VM-nin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinin- (Sadələşdirilmiş vergi-4-cü rüb 2019- 40; Ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2021- 40 manat; 4-cü Rüb 2020-ci il üzrə 40 manat; 2-ci rüb 2020-ci il üzrə 40 manat, 2-ci rüb 2021-ci il üzrə 40 manat; 3-cü rüb 2021ci il üzrə 40 manat; 3-cü rüb 2020-ci il üzrə 40 manat; 4-cü rüb 2021-ci il üzrə 40 manat; 1ci rüb 2022-ci il üzrə 40 manat- cəmi 400 manat maliyyə sanksiyası) vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 9/87xx-xx/8412 №li 12 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: İddiaçı MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsisinin qərb hissəsi ünvanında inşa edilən A, B, C, D, E, F saylı yaşayış binalarının ümumi sahəsi 29088,4 kv. metr, o cümlədən yaşayış sahəsi 9926,2 kv. metr, avtomobil dayanacağı (qaraj) 3411,6 kv. metr, ticarət sahəsi 11084,7 kv. metr və ümumi istifadədə olan sahə (kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün), pilləkən və digər şaxtalar) 4666,34 kv. m. təşkil etdiyi müəyyən olunur. Rəyin təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2156905,13 manat məbləğində təşkil etdiyi, həmin vergi üzrə iş materiallarında olan şəxsi hesab vərəqəsi məlumatlarından göründüyü kimi MTK-nın 171956,60 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində İddiaçı MTK tərəfindən hal-hazırda 984948,53 manat məbləğində (2156905,13 – 1171956,60) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi borcu mövcuddur. Tətbiq edilən hüquq.
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). Qeyd: 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.
Maddə 219. Vergitutma obyekti 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Qeyd: 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanı
4. Müəyyən edilsin ki: 4.6. həmin Məcəllənin ... 59.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları” 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir.
İPM:
Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilkin olaraq növbədənkənar səyyar vergi yoxlaması ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarətetmə üsullarından biridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilə bilər. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə o mənaya gəlir ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilməklə yeni akt qəbul edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıbhesablanmadığını yoxlayır. Bundan əlavə, Vergi Məcəlləsinin 85.4-cü maddəsindəki 3 illik müddətin ötürülməməsi ilə bağlı təkrarlanan dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, həmin maddənin məzmununa əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd edilməlidir ki, Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Qərardadı, bənd 48). Hazırkı mübahisənin predmetini bina tikintisi fəaliyyətinə görə hesablanmış sadələşdirilmiş vergi üzrə binanın vergitutma obyekti olan sahəsi təşkil edir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin predmeti - bina tikintisi fəaliyyətinə görə hesablanmış sadələşdirilmiş vergi üzrə binanın vergitutma obyekti olan sahənin nədən ibarət olması və hansı meyarlar üzrə müəyyən edilməsindən ibarətdir. Bu mübahisənin həlli üçün mərkəzi maddi hüququ norması kimi Vergi Məcəlləsinin yoxlama ilə əhatə olunduğu dövrdə qüvvədə olmuş VM-nin 219.3-cü maddəsi çıxış edir. Həmin normaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Cavabdehin mövqeyinə görə 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyekti sayılır. Göründüyü kimi hazırki mübahisənin əsas mahiyyəti verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin vergi hesablanması üçün nəzərə alınmasıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, VM-nin 219.3-cü maddəsində vergitutma obyekti kimi bəhs olunan “binanın hər mərtəbəsinin ümumi sahəsi” anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Halbuki, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından biri ondan ibarətdir ki, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (Vergi Məcəlləsinin 3.9-cu maddəsi). Nəzərə alınmalıdır ki, vergi orqanın mübahisələndirilən qərarı qəbul edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyektinin həcmi Vergi Məcəlləsinin 219-cu maddəsi ilə tənzim olunurdu. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın məzmunundan görünür ki, Vergi Məcəlləsinin həmin tarixə qüvvədə olan mətninə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Məhkəmə qeyd edir ki, əslində hazırkı mübahisə verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, binanın sahəsi anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyində binanın sahəsi anlayışının müəyyən olunmaması baxımından, bununla bağlı tikinti sahəsinə aid və əlaqəli normativ-hüquqi akt qismində şəhərsalma və tikinti qanunvericiliyinə istinad edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, istinad oluan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarının tələblərinə görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyən olunmuş və izahı verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 2012-ci il 04 dekabr tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.1-ci bəndinə görə yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. ... Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Göründüyü kimi bina tikintisində vergitutma obyektinin müəyyən olunmasında iqtisadi əsaslandırmanın meyarı – binanın ümumi sahəsindən təqdim olunmaqla gəlir əldə edilən hissəsi üzrə vergi hesablanmasına yönəlmişdir. VM-nin 219.3-cü maddəsi ləğv edilməklə 20 oktyabr 2015-ci il tarixli 1384-İVQD nömrəli Qanunla gətirlimiş yeni tənzimləmələr də məhz bu məzmundadır və vergitutma obyekti kimi mərtəbənin ümumi sahəsini deyil, konkret olaraq satın alınmış yaşayış və qeyri-yaşayış sahələrini müəyyən etmişdir. Belə ki, mübahisənin yarandığı vaxt qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Məhkəmə, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170502 saylı qərarın mahiyyəti ilə bağlı bildirir ki, cavabdeh sözügedən səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, müəssisə tərəfindən təqdim edilmiş 2019cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyriyaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə (“A,B,C,D,E” blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv.m, qeyri-yaşayış sahəsi 11240.00 kv.m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı "xxxx" MMC tərəfindən dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş rəyin əsasında isə müəyyən edilmişdir ki; A bloku üzrə: Ümumi sahə 3416.90 kv. m. (o cümlədən: yaşayış sahəsi-1037.00 kv. m., qeyriyaşayış sahəsi 1468.10 kv. m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 911.80 kv. m.) B bloku üzrə: Ümumi sahə 5477.84 kv. m. (o cümlədən: yaşayış sahəsi-1956.80 kv.m., qeyriyaşayış sahəsi 2363.90 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 1157.17 kv.m) C bloku üzrə: Ümumi sahə 5683.12 kv. m. (o cümlədən: yaşayış sahəsi-1605.80 kv.m., qeyriyaşayış sahəsi 2351.00 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1726.32 kv.m) D bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1613.80 kv.m., qeyriyaşayış sahəsi 2354.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1715.02 kv.m) E bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2328.80 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1757.32 kv.m) F bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2368.41 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1717.71 kv.m) Layihədə olmayan hissə (faktiki mövcud olan) Ümumi sahə 863.04 kv.m (o cümlədən: qeyri-yaşayış sahəsi 399.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 463.74 kv.m) Belə ki, müəssisə tərəfindən təqdim edilmiş 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə “F” bloku üzrə inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr qeyd olunduğu halda mütəxəssi rəyində F bloku üzrə ümumi sahə 5683.12 kv.m və “A,B,C,D,E” blokları üzrə inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. Metr qeyd olunduğu halda mütəxəssi rəyində isə A bloku üzrə ümumi sahə 3416.90 kv. metr, B bloku üzrə ümumi sahə 5477.84 kv. m, C bloku üzrə ümumi sahə 5683.12 kv. m, D bloku üzrə ümumi sahə 5683.12 kv.m, E bloku üzrə ümumi sahə 5683.12 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Göründüyü kimi bina tikintisində vergitutma obyektinin müəyyən olunmasında iqtisadi əsaslandırmanın meyarı – binanın ümumi sahəsindən asılı olduğundan hazırki iş üzrə iddiaçı olan vergi ödəyici tərəfindən isə binanın ümumi sahələrinin mövcud vəziyyətdən az göstərilmişdir. Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir. Tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların iyerarxiyası təsbit edilmişdir və bu iyerarxiyaya uyğun olaraq Vergi Məcəlləsi ekspert rəyində istinad edilən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarından üstün hüquqi qüvvəyə malikdir. Hesab edilsə ki, həmin dövrdə həm Vergi Məcəlləsinin 219.3-cü maddəsi, həm də rəydə istinad edilən Kollegiya qərarı qüvvədə idi, bu zaman onlar arasında ziddiyyət yarandığı halda qeyd-şərtsiz üstün hüquqi qüvvəyə malik olan Vergi Məcəlləsi tətbiq edilməli idi. Qeyd edilməlidir ki, verginin hesablanması ilə bağlı müddəalar, vergi azadolmaları yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi və qəbul etdiyi qərar qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı MTK-dan 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏ HİSSƏSİ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı mənzil tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı mənzil tikinti kooperativindən 200 (iki yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev