Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11600/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə Ştq, İlham Hacıyev (Rəsulzadə Qəs.), Ev 3 olan vergi ödəyicisidir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində 21 may 2025-ci il tarixli, 3-21-2-3/2- 610034/2025 nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 365392.21 manat əlavə vergi məbləği hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 21 may 2025-ci il tarixli, 3-21-2-3/2-610034/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçıya göndərmiş olduğu qərarda bəyannamənin (hesabatın) dövrünün 2025-ci ilin mart ayı olduğunu qeyd etmişdir. Lakin kənarlaşma olduğu istinad olunan əməliyyatlar 2025-ci il yox, daha əvvəlki dövlərin əməliyyatlarıdır və hazırkı qərarla həmin dövlər üzrə hesablamaların aparılması qanunvericiliyə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparılan bəyannamələr ƏDV bəyannamələridir və təqdim edildiyi tarixdən 30 iş günü ərzində kameral yoxlama aparıla bilərdi. Hazırda cavabdeh orqan qanunsuz olaraq iddiaçı üçün əlverişsiz inzibati akt tərtib etmişdir. Qərarda qeyd olunur ki, "xxxx" MMC (Vöen: **********), “X9” MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: **********), "X8" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "X6 Consulting" MMC (Vöen: **********), "X7" MMC (VÖEN: **********), "xxxx" MMM (VÖEN: **********), X3 (VÖEN: **********) adında vergi ödəyicilərinin hesablarına ödənişlər olsa da əvəzləşdirmələr düzgün aparılmamışdır. Qərarda qeyd edilən tarixdən, yəni 2023-cü ilin avqust ayından başlayaraq aşağıdakı qaydada ƏDV bəyannamələri təqdim edilmişdir: - 2023-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində - 2023-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində -2023cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində - 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində - 2023-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin yanvar ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin fevral ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024 –cü ilin aprel ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində -2024cü ilin may ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində -2024-cü ilin iyul ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin avqust ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 2025-ci il mart ayı üzrə təqdim olunan qərarda uyğunsuzluq kimi göstərilən əməliyyatlar 2025-ci il mart ayı ərzində yox, daha əvvəlki tarixlərdə aparılmış əməliyyatlardır. Əgər vergi xidməti tərəfindən həmin əməliyyatlarda uyğunsuzluq müəyyən edilsə idi bu uyğunsuzluq 2025-ci il may ayında yox hər bir uyğunsuzluq üzrə müvafiq müddətlər ərzində təqdim edilməli idi. Vergi orqanı hər ay üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə 30 iş günü ərzində yoxlama aparmalı idi. Kameral yoxlamanın keçirildiyi zaman bəyannamələrin təqdimindən 30 iş günündən çox müddət keçmişdir. Bu isə vergi orqanın tərtib etdiyi inzibati aktın imperativ normalara uyğun olmadığını və onun qanunsuzluğunu sübut edir. Oxşar məhkəmə işlərində də Ali Məhkəmənin (2-1(102)-2845/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərar) vahid yanaşması aşağıdakı kimidir: “Vergi Məcəlləsinin 37.2-ci maddəsi imperativ xarakterli normadır və həmin norma ilə müəyyən olunmuş müddətlərdən sonra kameral vergi yoxlamasının həyata keçirilməsi istisna olunur. Həmin müddətlər ötürüldükdən sonra keçirilən kameral yoxlamanın nəticələrinə dair qərar isə, qanunsuz sayılmalı və ləğv olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.” Ali Məhkəmənin 2- 1(102)-453/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında isə qeyd edilir: “qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq kameral vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti qurtardıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.” HəmçininVergi Məcəlləsinin 15-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ vardır. vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Buna baxmayaraq, hazırda cavabdeh orqan bu hüququndan sui-istifadə etmiş və bununla da, Məcəllənin 24-cü maddəsinə əsasən vəzifələrindən birini - vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vəzifəsini kobud şəkildə pozmuşdur. Həmin Məcəllənin 36.2ci maddəsi qeyd edir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin vergi orqanı iddiaçı üçün əlverişli hal olan - yoxlamalar üçün müddətin keçməsini bilərəkdən görməzdən gəlmiş, hətta qərarında bu halı aşkara çıxarmamaq üçün hesabat dövründə yanlış tarixi qeyd etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2023 - xx.xx.2025 ci il Ərzində "xxxx" MMC (Vöen: **********), X9 MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: **********), "X8" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "X6 Consulting" MMC (Vöen: **********), "X7" MMC (Vöen: **********), "xxxx" MMM (Vöen: **********), X2 (VÖEN: **********) əldə olunan EQF-lərə görə ödənilən ƏDV məbləğlərinin (300498.05 manat) əvəzləşdirilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə bank hesablarının araşdırılması zamanı əsas məbləğlərin (1 669 433,59 manat) ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ƏDV depozit hesabına ödəniş edilmiş 300498.05 manat ƏDV məbləğinin əsas məbləğləri bank hesabından ödənilmədiyi halda təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eləcə də, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025- ci il tarixədək olan dövr üzrə bank hesablarınıza 13.011.639,96 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində cəmi daxilolma məbləği 12 564 916.84 manat qeyd olunmuş, nəticədə əlavə dəyər vergisi üzrə 80 410.16 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-575717/2025 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2025-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 365392.21 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-610034/2025 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır.. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi " Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" 21 may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2025-ci il mart ayı üçün 365392.21 manat əlavə dəyər vergisi hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iddianın növü mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);
2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İPM-in 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh mübahisələndirilən qərarın qəbulu kimi o hala istinad edir ki, iddiaçı tərəfindən xx.xx.2023 - xx.xx.2025 -ci il ərzində "xxxx" MMC (Vöen: **********), X9 MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: **********), "X8" MMC (Vöen: **********), "xxxx" MMC (Vöen: **********), "X6 Consulting" MMC (Vöen: **********), "X7" MMC (Vöen: **********), "xxxx" MMM (Vöen: **********), X2 (VÖEN: **********) əldə olunan EQF-lərə görə ödənilən ƏDV məbləğlərinin (300498.05 manat) əvəzləşdirilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə bank hesablarının araşdırılması zamanı əsas məbləğlərin (1 669 433,59 manat) ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ƏDV depozit hesabına ödəniş edilmiş 300498.05 manat ƏDV məbləğinin əsas məbləğləri bank hesabından ödənilmədiyi halda təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eləcə də, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025- ci il tarixədək olan dövr üzrə bank hesablarınıza 13.011.639,96 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində cəmi daxilolma məbləği 12 564 916.84 manat qeyd olunmuş, nəticədə əlavə dəyər vergisi üzrə 80 410.16 manat məbləğində kənarlaşma yaranmışdır. Göründüyü kimi cavabdeh tərəfindən 2025-ci il mart ayı üzrə təqdim olunan bəyannamədə uyğunsuzluq kimi göstərilən əməliyyatlar xx.xx.2023 - xx.xx.2025 tarixlərdə aparılmış əməliyyatlardır. İş materiallarında müəyyən edilir ki, iddiaçı 2023-cü ilin avqust ayından başlayaraq aşağıdakı qaydada ƏDV bəyannamələri təqdim edilmişdir: - 2023-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində - 2023-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2023cü il tarixində - 2023-cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2023cü il tarixində - 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2023-cü il tarixində - 2023-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin yanvar ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin fevral ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024 – cü ilin aprel ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024cü il tarixində - 2024-cü ilin may ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin iyul ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin avqust ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024cü il tarixində - 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024cü il tarixində - 2024-cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2024cü il tarixində - 2024-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi xx.xx.2024-cü il tarixində - 2024-cü ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Cavabdeh tərəfindən 2025-ci il mart ayı üzrə təqdim olunan qərarda uyğunsuzluq kimi göstərilən əməliyyatlar 2025-ci il mart ayı ərzində yox, daha əvvəlki tarixlərdə aparılmış əməliyyatlardır. Əgər vergi xidməti tərəfindən həmin əməliyyatlarda uyğunsuzluq müəyyən edilsə idi bu uyğunsuzluq 2025-ci il may ayında yox hər bir uyğunsuzluq üzrə müvafiq müddətlər ərzində təqdim edilməli idi. Vergi orqanı hər ay üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə 30 iş günü ərzində yoxlama aparmalı idi. Kameral yoxlamanın keçirildiyi zaman bəyannamələrin təqdimindən 30 iş günündən çox müddət keçmişdir. Bu isə vergi orqanın tərtib etdiyi inzibati aktın imperativ normalara uyğun olmadığını və onun qanunsuzluğunu sübut edir. Belə ki, Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə iş materiallarına müəyyən edir ki, cavabdeh tərəfindən xx.xx.2023 xx.xx.2025 -ci illəri əhatə edən dövr üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın həyata keçirildiyi zaman ƏDV bəyannamələrinin təqdimindən 30 iş günündən çox müddət keçmişdir. Halbuki, qanunvericiliyinə tələbinə əsasən kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilməsi imperativ norma kimi müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqelərə uyğundur. Ali Məhkəmənin 2-1(102)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki:
37. Nəzərə almaq lazımdır ki, bu qərarın 18-ci bəndində istinad olunan normaların tələbinə görə, kameral yoxlama vergi bəyannaməsinin vergi orqanına təqdim olunduğu tarixdən 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qəran göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
38. Lakin hazırkı mübahisəyə münasibətdə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli qərar istinad olunan normalara və "inzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Belə ki, İstinad olunan maddəyə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
39. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********786300 saylı qərarın ləğv olunması barədə apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı sayılmalıdır. Ali Məhkəmənin 2-1(102)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki:
27. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, həmin vaxt qüvvədə olan 37.2-ci maddənin tələbinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
31. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq kameral vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti qurtardıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Ali Məhkəmənin 2-1(102)-2845/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki:
30. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə, cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə bağlı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmuş müddət (30 iş günü) tələbinin pozulduğuna əhəmiyyət verməmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.2-ci maddəsi imperativ xarakterli normadır və həmin norma ilə müəyyən olunmuş müddətlərdən sonra kameral vergi yoxlamasının həyata keçirilməsi istisna olunur. Həmin müddətlər ötürüldükdən sonra keçirilən kameral yoxlamanın nəticələrinə dair qərar isə, qanunsuz sayılmalı və ləğv olunmalıdır.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21-2-3/2-610034/2025 saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov