Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11601/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, 50 yaş, əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, 50 yaş, əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşından pensiya təyin edilməklə, əvvəllər təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və 50 yaşdan, yəni 15 mart 1997-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək yaranmış pensiya fərqi məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1947-ci il təvəllüdlüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək kitabçasına əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1963-cü il tarixdə “Kalinin” adına Teleavadanlıq və avtomatika qurğular” zavodunun mexanika-yığma sexinə çilingər köməkçisi kimi qəbul edilmiş, xx.xx.1963-cü il tarixdə iddiaçıya 1-ci dərəcəli çilingər peşəsi verilib, xx.xx.1964-cü il tarixdə ştat ixtisarına görə işdən azad edilmişdir (10 ay, 17 gün); xx.xx.1964-cü il tarixdə həmin zavodda mexanika-yığma sexinə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1965-ci ildə iddiaçıya 2-ci dərəcəli çilingər dərəcəsi verilib, xx.xx.1965- ci ildə öz arzum ilə işdən azad edilmişdir (1 il, 2 ay, 15 gün); xx.xx.1968-ci ildə “Artemneft” QPM dəniz qazma kontorunda müvəqqəti olaraq qazmaçı təyin edilmiş, xx.xx.1968-ci ildə müddətin bitməsi ilə əlaqədar işdən azad edilmişdir (2 ay, 10 gün); xx.xx.1970-ci ildə “Nəriman Nərimanov” adına neft sənayesi idarəsinə 4-cü dərəcəli operator işinə qəbul edilmiş, xx.xx.1970-ci ildə “Abşeronburneft” trestinə köçürülmə qaydasında işdən azad edilmişdir (1 ay, 29 gün); xx.xx.1970-ci ildə 2 tərəfli razılıq əsasında Nəriman Nərimanov adına neft sənaye İdarəsindən köçürülmə yolu ilə Neft və qaz çıxarılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə mühəndis dispetçer işinə keçirilmiş, (xx.xx.1971-ci ildə “Abşeronburneft” 2 və 3 trest kontorları bazasında Kaspmorneft birgə qazma işləri üzrə Sənqaçal dəniz idarəsi yaradılıb) xx.xx.1971-ci ildə istehsalat-texniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1973-cü ildə qazma ustası köçürülmüş, xx.xx.1980-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə neft emalı işi şöbəsinin referant vəzifəsinə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir (11 il, 11 ay, 27 gün); xx.xx.1982-ci ildə Azərbaycan SSR Nazirlər İttifaqı işlər idarəsinin neft emalı, neftkimya və kimya sənayesi şöbəsinin referent vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə baş Referent vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə digər işə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir (3 il, 10 ay, 9 gün); xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək Bakı SQO zavodunda işləmişdir (4 il, 1 ay, 1 gün); xx.xx.1990-cı ildə Neftqazprom Nazirliyin Bakı Dərin Özüllər zavodundan köçürmə ilə baş mühəndis vakant vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyinə köçürülmə ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (4 ay, 27 gün); xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyi, İstehsalat şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz arzusu ilə) (3 il, 5 ay, 2 gün); xx.xx.1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti, "xxxx" MMC Birgə Müəssisəsi, "xxxx" Azərbaycan Marin Konstrakşn MMC, BM “Makşelf MMC-nin İnsan Resursları menecerinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə əmək müqaviləmin başa çatması ilə əlaqədar Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 36-cı maddəsi ilə işdən azad edilmişdir (4 il, 1 ay, 19 gün); xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixədək Azərbayca Respublikasının Dövlət X2 Komitəsinin Texniki Şöbənin rəisi və müdiri işləmiş (7 il, 1 ay, 19 gün); xx.xx.2006-cı ildən xx.xx.2014-cu ilədək "xxxx" ASC "xxxx" MMC (sonradan "xxxx" ASC adlandırılıb) işləmişdir (7 il, 1 ay, 7 gün). Yəni iddiaçının yaşa görə pensiya almaq hüququnun yarandığı 50 yaşının tamam olduğu 1997-ci ilin mart ayının 15-dək ümumi iş stajı 38 ildən çox olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9141/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023cü il tarixli, 3-17/1/3-3-9138/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmişdi. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9141/2023 nömrəli qərarının və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9138/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixdən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 9141/2023 nömrəli qərarı və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-39138/2023 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.R.Səlimova (sədrlik edən), İ.S.Şirinov və K.H.Əkbərov) 5 iyun 2024-cü il tarixli, 2-1(103)-2323/2024 nömrəli qərarı ilə Mərkəzi Filialın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Mərkəzi Filial həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2598/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2024-cü il tarixli, 2- 1(103)-2323/2024 nömrəli qərarından Mərkəzi Filial tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçının 50 yaşı 1997-ci ilin mart ayının 15-də tamam olmuş, yəni pensiya yaşa görə pensiya almaq hüququ da həmin tarixdən yaranmışdır. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində təyin olunan pensiyanın hesablanması isə qanunsuz olaraq xx.xx.2006-cı il tarixindən aparılmışdır. İddiaçı ona 50 yaşından pensiya təyin edilməklə, təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını və həmin yaşdan xx.xx.2006-cı il tarixinədək yaranmış pensiya fərqi məbləğinin ona birdəfəlik ödənilməsi barədə elektron ərizə ilə xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtnina edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya ona görə imtina cavabı vermişdir ki, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Lakin, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladığını və 50 yaş həddinə dəyişiklikdən əvvəl, yəni xx.xx.1997-ci ildə çatdığını qərəzli olaraq nəzərə almamışdır. Ona görə də hesab edirik ki, cavabdehin imtinası əsassız hesab edilməklə, İddiaçı 50 yaşından pensiya təyin edilməklə, əvvəllər təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və 50 yaşdan, yəni 15 mart 1997-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək yaranmış pensiya fərqi məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq 1997-ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaşı həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixindən 1 №-li Siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixindək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixindək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Halbuki nəzərə alınmalıdır ki, işlər “Vətəndaşların pensiya təyinatı” Qanunun, istərsə də, “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki normaların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi ilə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajı toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kim başa düşülməlidir. Məhkəmənin cavabdehin əleyhinə olan mövqeyini o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nmrəli Qanun ilə dəyişiklik edilərək yaş hdləri artırılarkən həmin Qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun .İddiaçının keçmiş dövr məbləğinin birdəfəlik ödənilməsinə münasibətdə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə əmək pensiyasının keçmiş dövrə görə birdəfəlik ödənilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamış və ödəniş qaydası yuxarıda gsötərilən qaydaa müəyyən edilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
8. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 4 sentyabr 2025-ci il tarixli, 3-17- 1/2-210004/2025 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
15. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1947-ci il təvəllüdlü olmaqla, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı hesab edir ki, onun 50 yaşının tamam olduğu xx.xx.1997-ci il tarixində onun 20 ildən çox ümumi (həmin tarixdə 38 ildən çox ümumi iş stajı olmuşdur), 10 ildən çox isə güzəştli iş stajı olduğundan ona hüququnun yarandığı xx.xx.1997ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin, cavabdeh tərəfindən qanunsuz olaraq ona xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
16. İddiaçı hazırki tələbi ilə bağlı ilk öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşının kişilər üçün 52 yaş müəyyən edilməsinə, buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajı toplandıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
17. Məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü hissəsində əsassızdır.
18. Belə ki, məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa ... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
21. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
24. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə görə 1 avqust 1997-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iddiaçının 50 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmış olacaqdır.
25. İş materiallarından (əmək kitabçası, güzəştli arayışlar, məhkəmə qərarları və digər sənədlər əsasında) müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə “Kalinin” adına Teleavadanlıq və avtomatika qurğular” zavodunun mexanika-yığma sexinə çilingər köməkçisi kimi qəbul edilmiş, xx.xx.1963-cü il tarixdə iddiaçıya 1-ci dərəcəli çilingər peşəsi verilib, xx.xx.1964-cü il tarixdə ştat ixtisarına görə işdən azad edilmişdir (10 ay, 17 gün); xx.xx.1964-cü il tarixdə həmin zavodda mexanika-yığma sexinə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1965-ci ildə iddiaçıya 2-ci dərəcəli çilingər dərəcəsi verilib, xx.xx.1965- ci ildə öz arzum ilə işdən azad edilmişdir (1 il, 2 ay, 15 gün); xx.xx.1968-ci ildə “Artemneft” QPM dəniz qazma kontorunda müvəqqəti olaraq qazmaçı təyin edilmiş, xx.xx.1968-ci ildə müddətin bitməsi ilə əlaqədar işdən azad edilmişdir (2 ay, 10 gün); xx.xx.1970-ci ildə “Nəriman Nərimanov” adına neft sənayesi idarəsinə 4-cü dərəcəli operator işinə qəbul edilmiş, xx.xx.1970-ci ildə “Abşeronburneft” trestinə köçürülmə qaydasında işdən azad edilmişdir (1 ay, 29 gün); xx.xx.1970-ci ildə 2 tərəfli razılıq əsasında Nəriman Nərimanov adına neft sənaye İdarəsindən köçürülmə yolu ilə Neft və qaz çıxarılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə mühəndis dispetçer işinə keçirilmiş, (xx.xx.1971-ci ildə “Abşeronburneft” 2 və 3 trest kontorları bazasında Kaspmorneft birgə qazma işləri üzrə Sənqaçal dəniz idarəsi yaradılıb) xx.xx.1971-ci ildə istehsalattexniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1973-cü ildə qazma ustası köçürülmüş, xx.xx.1980-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə neft emalı işi şöbəsinin referant vəzifəsinə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir (11 il, 11 ay, 27 gün); xx.xx.1982-ci ildə Azərbaycan SSR Nazirlər İttifaqı işlər idarəsinin neft emalı, neftkimya və kimya sənayesi şöbəsinin referent vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə baş Referent vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə digər işə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir (3 il, 10 ay, 9 gün); xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək Bakı SQO zavodunda işləmişdir (4 il, 1 ay, 1 gün); xx.xx.1990-cı ildə Neftqazprom Nazirliyin Bakı Dərin Özüllər zavodundan köçürmə ilə baş mühəndis vakant vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyinə köçürülmə ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (4 ay, 27 gün); xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyi, İstehsalat şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz arzusu ilə) (3 il, 5 ay, 2 gün); xx.xx.1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti, "xxxx" MMC Birgə Müəssisəsi, "xxxx" Azərbaycan Marin Konstrakşn MMC, BM “Makşelf MMC-nin İnsan Resursları menecerinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə əmək müqaviləmin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsi ilə işdən azad edilmişdir (4 il, 1 ay, 19 gün). Onun xx.xx.1997-ci il tarixədək 20 ildən çox ümumi, 10 ildən çox xüsusi iş stajı vardır.
26. Cavabdeh imtinasında və etirazında iddiaçının 1 avqust 1997-ci ilə qədər azı 20 il iş stajının olmaması, bu müddətin azı 10 ilini güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə sayılmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.
27. İddiaçının 1 avqust 1997-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə azı 20 il iş stajı və azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajı olduğundan, 50 yaşının tamam olduğu xx.xx.1997-ci il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmışdır.
28. 15 mart 1997-ci il tarixdən təyin edilən pensiyanın həmin vaxtdan ödənilməli olması barədə iddiaçının dəlillərini əsaslı saymayaraq məhkəmə aşağıdakıları qeyd edir.
29. İşdə olan sənədlərdən görünür ki, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə 2008ci ildə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2008-ci il tarixli qərarla iddiaçıya pensiya təyin etmiş pensiyanın ödənilməsinin əvvəlini iddiaçının 2006-cı ilin yanvar ayından hesablamış, iddiaçı həmin pensiyanı almağa başlamış, bundan sonra pensiyanın 52 yaşdan deyil, 50 yaşdan təyin edilib ödənilməsi ilə bağlı iddiaçı 2017-ci ilin iyul ayının 1-dək cavabdehə müraciət etməmişdir. Cavabdehə belə müraciət yalnız sentyabr xx.xx.2025-ci il tarixdə olmuşdur.
30. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017- ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.
32. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
33. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
35. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
36. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.
37. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarının işığında işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmış, iddiaçı həmin vaxta qədər bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyasını 2006-cı ilin yanvar ayından təyin edib ödəməyə başlamış, lakin iddiaçı pensiyanın 2006-cı ilin yanvar ayından deyil, 50 yaşının tamam olduğu vaxtdan, yəni 1997-ci ilin mart ayından ödənilməli olması barədə 1 iyul 2017-ci il tarixədək cavabdehə müraciət etməmişdir.
38. Odur ki, iddiaçının tələbi həmin hissədə qismən, yəni keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ən çoxu iddiaçının müraciət etdiyi xx.xx.2025-ci il tarixdən əvvəlki 3 il üzrə ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
39. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-404/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuşdur.
40. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
41. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
42. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
43. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
44. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
46. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
49. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 50 yaşından, yəni xx.xx.1997-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləği fərqinin xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva