Məhkəmə qərarları › İş №e-2-1(112)-11669/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11669/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11669/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri X2 və “X5 Pearl” MMC-nin rəhbəri X3) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X8 Əmir oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinə qarşı (üçüncü şəxslər: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri X2 və “X5 Pearl” MMC-nin rəhbəri X3) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "X5 Pearl" MMC arasında xx.xx.2023-cü il tarixli 001 saylı xidmət müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə "X5 Pearl" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 73.262,24 manat əlavə vergi hesablanmışdır. İddia tələbi, iddianın əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsinin kameral hesablama barədə **********519700 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 may 2023-cü il tarixdə İddiaçı QSC (Sifarişçi) ilə “X5 Pearl” (İcraçı) MMC arasında 001 saylı ximət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” təmir-tikinti işlərini “İcraçı”-ya tapşırır, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada, keyfiyyətdə, vaxtda, sifarişləri yerinə yetirməyi öhdəsinə götürür. 2024-cü ilin mayında Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İddiaçı QSC-yə xəbərdarlıq məktubu ünvanlayaraq bildirmişdir ki, “X5 Pearl” MMC xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə etdiyiniz (xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaimə-fakturalar əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün Verginin əvəzləşdirilməsinə əsas vermir.” Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubuna cavab olaraq, 2023-cü ilin iyun ayından dekabr ayinədək “X5 Pearl” MMC ilə qarşılıqlı əməkdaşlıq edən zaman həmin şirkətin riskli vergi ödəyicisi olmadığı barədə məlumat verilmiş və aparılan əməliyyatların etibarsız hesab edilməsinin yanlış olduğunu bildirmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə Vergi orqanı 2023-2024-cü illərdə “X5 Pearl” MMC-yə köçürülən və əvəzləşməyə salınan 73262.25 manat ƏDV məbləğini həmin şirkətin riskli vergi ödəyicisi hesab edilməsi və riskli əməliyyatlar çərçivəsində əldə edilən gəlir olması ilə əlaqədar əvəzləşdirməmişdir. X6 Xidməti tərəfindən vergi, sığorta və ya cari vergi ödəmələri üzrə borcların Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə ödəməməsi ilə əlaqədar, vergi ödəyicisindən əsassız olaraq faizlər tutulmuşdur. Aşağıdakı faktlara görə hesab edirlir ki, Dövlət Vergi Xidmətinin gəldiyi nəticə əsassızdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Əməliyyat riskli vergi ödəyicisi qrupunda olmadığı zaman aparılmışdır. Halbuki, əməliyyatın əmtəəsiz hesab olunması şəxsin riskli vergi ödəyicisi qrupunda olubolmamasından asılı deyildir. Belə ki, riskli vergi ödəyicisi qrupunda olan şəxslə də alğısatqı əməliyyatı aparıla bilər və bu zaman həmin əməliyyatın da real olması istisna edilə bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən əməliyyatın əmtəəsiz və ya riskli hesab olunması üçün şəxsin yalnız həmin qrupda olması yetərli deyil, bunun üçün həm də əməliyyatın faktiki olaraq əmtəəsiz və ya riskli olduğu sübuta yetirilməlidir. Riskli vergi ödəyicisi hesab olunması barədə qərarı mübahisələndirməməsi iddiaçının ziyanına qiymətləndirilə bilməz. Yəni, başqasının öz hüququndan istifadə etməməsi qarşı tərəf üçün vergi öhdəliyinin yaranmasının əsası qismində çıxış edə bilməz Cəmiyyətin həqiqətən “X9”-nin və “Dövlət Sosial Müdafiə Fondu”-nun təmir-bərpa işlərinə cəlb edilməsi layihələrə baxış zamanıda müəyyən edilə bilər. Mülki Məcəllədə alğı-satqı əməliyyatlarının həyata keçirilməsi, xidmətlərin göstərilməsi tələbləri mövcuddur. Bu tələblərdən biri də tərəflər arasında münasibətlərin tərəflərin iradə ifadəsinə əsaslanaraq müqavilə əsasında qurulmasıdır. Göründüyü kimi “X5 Pearl” MMC ilə qarşılıqlı münasibətlər müqavilə əsasında qurulmuşdur və görülmüş təmir-tikinti işləri hal hazırda binaya baxış zaman müəyyən edilə bilər. Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs, mallar, işlər və xidmətlər tərəflər arasındakı təhvil-təslim aktına uyğun olaraq elektron qaimə-fakturanı təqdim (tərtib) edir. Ödəniş müqavilədə müyyən olunan qaydada tərəflər arasında razılaşdırılmış şərtlərlə həyata keçirilir. 2023-cü ilin 1 iyundan - 2023-cü ilin dekabrın 26-dək “X5 Pearl” (İcraçı) MMC tərəfindən İddiaçı QSC-yə (Sifarişçi) göstərilən xidmətlərə görə sifarişçi tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Maddə 175.1-ə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1-ə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Lakin Vergi orqanı tərəfindən əvəzləşdirilmiş vergi məbləği əsassız olaraq riskli hesab edilərək, qəbul edilməmişdir. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.1.10-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması üçün tədbirlər görməyə borcludur. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

İddia tələbinə etirazın əsasları:

Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı QSC (VÖEN:**********) uçot-baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “qeyriyaşayış binalarının o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı QSC tərəfindən xx.xx.2024cü il tarixdə 2024-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar “Tərəfinizdən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar (EBDW seriyalı 005235 nömrəli, EBDV seriyalı 516336 nömrəli, EBDU seriyalı 787231 nömrəli, EBDU seriyalı 000428 nömrəli, EBDT seriyalı 674612 nömrəli, EBDİ seriyalı 516956 nömrəli, EBDK seriyalı 010493 nömrəli, EBDR seriyalı 874333 nömrəli, EBDJ seriyalı 892930 nömrəli , EBDP seriyalı 234985 nömrəli, EBDM seriyalı 285094 nömrəli , EBDQ seriyalı 862876 nömrəli və EBDN seriyalı 830195 nömrəli) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir.” məzmunlu uyğunsuzluqdan ibarət olmuşdur.

e-QF alan vergi e-QF təqdim edən vergi ödəyicisinin ödəyicisinin e-Qaimə-fakturanın Malın Adı VÖEN Adı VÖEN Tarixi Növü Seriyas Nömrəsi Dəyəri ƏDV məbləği ı X5 PEARL MMC ********** CONGO ********** xx.xx.2023 516956 41920,26 7545,65 QSC cari SDİ X5 PEARL MMC CONGO ********** QSC ********** xx.xx.2023 cari BDJ 892930 26264 4727,52 X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDK 10493 31893,36 5740,8 X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDM 235094 40101,53 7218,23 X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDN 830195 78368,34 14196,3 X5 PEARL MMC CONGO cari ********** QSC ********** xx.xx.2023 BDP 234985 24125,42 4342,53 X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDQ 862876 20769,39 3738,58 X5 PEARL MMC CONGO cari ********** QSC ********** xx.xx.2023 874333 30000 5400 BDR X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDT 674612 23618,45 4251,32 X5 PEARL MMC CONGO cari ********** QSC ********** xx.xx.2023 EDU 423 9771,53 1758,88 X5 PEARL MMC CONGO cari ********** QSC ********** xx.xx.2023 BDU 787231 50000 9000 X5 PEARL MMC CONGO cari QSC ********** ********** xx.xx.2023 BDV 516336 12559,73 2260,75 X5 PEARL MMC CONGO cari ********** QSC ********** xx.xx.2023 5235 17119,96 3031,59 BDW

Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********242900 nömrəli “********** - Əlavə dəyər vergisi - Aprel 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********519700 nömrəli ƏDV Aprel 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir, 37.3-cü maddəsinə əsasən isə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə göstərilmişdir ki, iş üzrə təqdim edilmiş etirazda öz əksini tapan cədvəldə iddiaçının “X5 Pearl" MMC ilə apardığı əməliyyatların əmtəəsiz olduğu qeyd edilmişdir. “X5 Pearl" MMC-də aparılmış araşdırma ilə bağlı sənədlərin də məhkəməyə təqdim edilməsi zəruridir. Belə ki, “X5 Pearl" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ev Lökbatan-Qobu yolu, sağ istiqaməti (obyekt kodu: **********-11001) ünvanında yerləşən obyektdə müşahidə aparılmışdır. Vergi ödəyicisinın nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmadığından MMC-yə məxsus anbarın ərazisini dəqiqləşdirmək məqsədi ilə icarədar X1 ilə əlaqə (Tel:*** *** ** **) saxlanılmışdır. Danışıq zamanı faktiki icarədə olub-olmamasının və hansı hissəsinin MMC-yə icarəyə verildiyini dəqiqləşdirib əlaqə saxlayacağını bildirsədə bu barədə heç bir məlumat verilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixli arayış tərtib edilmiş, arayışa müşahidə zamanı çəkilmiş fotoşəkillər əlavə edilmişdir.

Tərəflərin iştirakı və izahatları:

Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 bildirmişdir ki, bu işlərlə bağlı tam məlumatlıdır. “X5 Pearl" MMC ilə rəsmi qaydada müqavilə bağlanmışdır. İcraçı sifariş əsasında təmir-bərpa işlərini icra etmiş, 2023-cü ildə işlər yekunlaşmışdır. Bütün maliyyə əməliyyatları 2023-cü ildə həyata keçirilmiş, 2024-cü ildə əməliyyat olmamışdır. Müqavilədəki, təhvil-təslim aktlarındakı imzalar ona, möhür isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətə aiddir. Bəzi təhviltəslim aktlarındakı imza onun icazəsi əsasında Cəmiyyətin baş mühasibi tərəfindən imzalanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2024-cü ilin aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 73.262,24 manat əlavə vergi hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "X5 Pearl" MMC arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı görülmüş xidmətlərin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İş materiallarında olan sənədlərdən (müqavilələrdən, təhvil-təslim aktlarından və s.) görünür ki, iyun 2023 - dekabr 2023-cü il üzrə “X5 Pearl” (İcraçı) MMC tərəfindən İddiaçı QSC-yə (Sifarişçi) göstərilən xidmətlərə görə aparılmış əməliyyatlar ilə bağlı elektron qaimələr verilmiş, sonradan xx.xx.2024-cü il tarixdə “X5 Pearl" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı QSC ilə “X5 Pearl” MMC arasında aparılmış qarşılıqlı əməliyyat Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV ... 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İlk öncə qeyd edilməlidir ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən “X5 Pearl" MMC ilə apardığı əməliyyatlara görə xx.xx.2023 tarixli EBDV seriyalı 516336 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 787231 nömrəli, xx.xx.2023 tarixli EBDU seriyalı 516956 nömrəli, xx.xx.2023 tarixli EBDK seriyalı 010493 nömrəli, xx.xx.2023-cü il tarixli EBDR seriyalı 874333 nömrəli, xx.xx.2023 tarixli EBDJ seriyalı 892930 nömrəli, xx.xx.2023 tarixli EBDP seriyalı 234985 nömrəli, xx.xx.2023 tarixli EBDM seriyalı 285094 nömrəli, xx.xx.2023 tarixli EBDQ seriyalı 862876 nömrəli, xx.xx.2023 tarixli EBDN seriyalı 830195 nömrəli, xx.xx.2023 tarixli EBDW seriyalı 005235 nömrəli elektron qaimə-fakturalar verilmişdir. Lakin vergi ödəyicisi "X5 Pearl" MMC barəsində xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar həmin əməliyyatlar apardıqdan ən azı 4- 5 ay sonra riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, iddiaçının qarşılıqlı əlaqədə olduğu vergi ödəyicisinə məxsus ərazinin (anbarın), onun görülmüş işlər ilə bağlı zəruri əşyalara malik olubolmamasını dəqiqləşdirməyin mümkün olmaması və ya onların olmaması özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə xidmətin sifarişçisinə münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın xidmətin sifarişçisinə münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı işlərin faktiki olaraq görülüb-görülməməsi, kimin tərəfindən görülməsi və sair bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********519700 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar