Məhkəmə qərarları › İş №e-2-1(112)-11677/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11677/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11677/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər qismində X14 qızı, X7 və X8 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclası katibi X15 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X14 qızı, X7 və X8 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşıxx.xx.1973cü il təvəllüdlü X14 qızının, eləcə də, uşaqları xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəsinə əlavə etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 30 №-li Sərəncamına, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 010415 №-li 15 fevral 2006-cı il tarixli Orderə əsasən, ünvan 3 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir.O, X14 qızı ilə xx.xx.2001-ci ildə rəsmi nikaha girib, 11.10. 2002-ci ildə ayında Sona Osmanovanın təşəbbüsü ilə 241 №-li Aktla rəsmi nikahları pozulmuşdur. Rəsmi nikahın pozulmasına baxmayaraq birgə yaşamışlar. Hətta 2006-cı ildə qeyd edilən mənzili alandan sonra təmir elətdirmiş və 2007-ci ildə birgə yaşamaq üçün həmin mənzilə köçürmüşdür. Birgə yaşadıqlraı dövrdə dəfələrlə aralarında mübaisələr olmuş, sonunda 2015-ci ilin noyabr ayında ayrı yaşamaq qərarı vermişlər. Sona Osmanovanın adına rəsmiləşmiş digər mənzilin təmir edilməsi və əşyaların oraya daşınması üçün zaman tələb edildiyindən, Sonanın xahişini nəzərə alaraq, müvəqqəti olaraq Sona Osmanovaya eləcədə,uşaqlar Leyli Qurbanova və Fidan Ourbanovava həmin mənzildən istifadə etməyə müvəqqəti olaraq icazə vermişdir. Növbəti 2016-2018-ci illər ərzində dəfələrlə mənzili boşaltmaq tələbinə, ayrı-ayrı bəhanə və hiylələrlə mənzildən çıxmamışdır.2018-ci ildə xəbəri olmadan və rəsmi razılığı olmadan X14 qızı özünü, eləcədə, azyaşlı uşaqları X7 və X4 qeyd etdiyi ona məxsus mənzilə qeydiyyata salmağa nail olmuşdur. Qeydiyyatı “ASAN xidmət” Mərkəzi vasitəsilə elətdirə bilməyəcəyini anlayaraq, Yasamal RPİ X10 vasitəsi ilə, ona məlum olmayan vasitələrdən istifadə edərək nail olmuşdur.Sona Osmanova qeyriqanuni yolla, özü və uşaqları ilə birlikdə mənzilə qeydiyyata düşməyə nail olaraq, növbəti hiylə addımını ataraq, “mənzildən istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi verərək Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin hakimi birtərəfli mövqe tutaraq, 2(004)-702/2019 iş üzrə xx.xx.2019-cu il tarixli Qətnamə ilə qət etmişdir ki, X14 qızının və uşaqları-xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqları tanınsın. Məhkəmə araşdırması zamanı bütün hallar nəzərə alınmadığından, qətnamənin qanunazidd olmasını nəzərə alaraq tərəfindən apellasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarilması xahiş edilmişdir. Pandemiya dövrünə düşdüyündən baxış uzanmış, lakin nəticə etibarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixdə 2(103)-12354/2019 iş üzrə qətnaməsi ilə,şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul etmiş, iddiaçının “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilmişdir. Qarşı tərəf kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4332/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır(qərardadlar və qərarı ərizəsinə əlavə edir). Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə razılaşmayaraq, Sona Osmanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, rədd cavabı almışdır (cavab məktubunun sürətini ərizəsinə əlavə edir).2020-ci ildə Ali Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra, 3 ay müddətində Sona Osmanovanın uşaqlarla birlikdə yuxarıda qeyd edilən mənzilin boşaltmasını və digər mənzilə yerləşmələrini tələb etsə də, mənzildən çıxmasından boyun qaçırmışdır, evə gedəndə, qapısını belə üzünə açmamışdır. Məcbur olub, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-58/2021 iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət etmişdir ki, cavabdeh X14 qızı, X7 və X8 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın.Qarşı tərəf apellyasiya şikayəti vermiş, Bakı şəhər Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6971/2021 iş üzrə xx.xx.2021ci il tarixli qətnaməsi ilə qət etmişdir ki,apellyasiya şikayəti təmin edilməsin, hazırki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qarşı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası “mənzildən çıxarılma” barədə 2(102)- 3213/2021 iş üzrə 13 iyun 2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6971/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (qərardadlar və qərarı ərizəsinə əlavə edir). Həmin dövrdən bir ildən artıq vaxt keçsədə, mənzilin boşaldılmasına nail ola bilməmiş, “mənzildən çıxarılma” işi Yasamal rayon İcra Şöbəsindədir. Qeydiyyat məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə, müraciət etmiş, Yasamal rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciətlərinə əsasən təhqiqat başlanmış, Sona Osmanova tərəfindən qeydiyyat üçün 2018-ci ildə təqdim etdiyi orderin sürətinin Bakı Səhəri İcra Hakimiyyəti Aparatı tərəfindən verilmiş orderlə eynilik təşkil etmədiyi aşkar edilmişdir. Təqdim etdiyi order kserosurət olduğundan ekspertizası mümkün sayılmamış, iki ildən artıq vaxt keçdiyindən və “törədilmiş qanunazidd hərəkət ictimai təhlükəli olmadığından”, cinayət işinin qaldırılmasına ehtiyac duyulmamışdır. Yasamal rayon Polis İdarəsi təhqiqatçının qərarını rəsmi məktubla göndərmiş, həmin məktubla məhkəməyə müraciət etdilməsi barədə tövsiyəsini bildirmişdir (sənədləri hazırki ərizəsinə əlavə edir). Bütün bu kimi qanunazidd hərəkətlərə son qoymaq və Azərbaycan Respublikası adından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarının vaxtında icra olunması məqsədi ilə və eləcədə mənzildən istifadə etmək hüquqları mövcud olmadığını, mənzildə qeydiyyatları qanunazidd və formal olmasını nəzərə alaraq hesab edir ki, adları qeyd edilənlər ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdırlar.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin vasavıs sahəsindən çıxarılması və ya şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.Onu da, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin vasavıs veri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qova bilər. Həmin qərarda o da qeyd olunur ki, vasavıs sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada vasavan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ücün əsas kimi çıxış edir.

3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11677/2023 saylı 04 iyul 2023-cü il tarixli qərardadı ilə X14 qızı, X7 və X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanından qızları X7 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadırlar.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4332/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq, iddiaçı X14 qızının və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı X14 qızının cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X14 qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qərarına əsasən iddiaçı X14 qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, baxılan işdə Sona Osmanova, mübahisəli mənzilə köçdüyü məqamda İddiaçı ailə üzvü olmamışdır. Belə ki, S.Osmanova ilə İddiaçı ilə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamağa başlamışdır. Hüquqi baxımdan cavabdehin arvadı sayılmayan iddiaçının (mülkiyyətçinin ailə üzvü sayılmayan şəxsin) mənzildən istifadə hüququ yaranmır. Digər tərəfdən, iddiaçının mənzildən istifadə hüququ əldə etməsi üçün tərəflər arasında notarial qaydada bağlanmış və şəxsi servitut kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə də mövcud deyil. Qeyd olunanlar ona dəlalət edir ki, S.Osmanovanın mübahisəli mənzilə istifadə hüququ əmələ gəlməmişdir. Cavabdehin sözügedən mənzildə yaşaması isə oradan əvəzsiz istifadə etməsinə dair iddiaçının razılığına əsaslanır. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və 262.2-ci maddəsinin tələbləri baxımından hesab etmişdir ki, baxılan işdə daşınmaz əmlakın dövlət reyestrində Sona Osmanovanın adına xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5028 ünvanında yerləşən bağ evi, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Sabunçu raonu, Ləhiş bağ sahəsi, 5009 ünvanında yerləşən 0.24 ha yaşayış məntəqəsi torpaqları, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 158B, mənzil 82, habelə Bakı şəhəri, Ələkbərov küçəsi, ev 8, mənzil 29 xüsusi mülkiyyət kimi qeydə alındığı təsdiq olunur. Bu hallar ona dəlalət edir ki, iddiaçının mülkiyyətində mənzillər və başqa daşınmaz əşyalar olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcuddur. Belə olan halda, mübahisəli mənzilə cavabdehin istifadə hüququ tanınmaqla iddiaçının mülkiyyət hüququ əsassız məhdudlaşdırıla bilməz.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3213/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı X9 cavabdehlər X14 qızı, X7 və X5 qarşı mənzildən çıxarılma barədə iddia ərizəsi ilə birlikdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 16 mart 2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərin Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi ilə S.Osmanovanın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən S.Osmanova tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki qərarına əsasən S.Osmanovanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(103)-6971/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə cavabdeh S.Osmanovanın etibarlı ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahı pozulması ilə xitam verilmişdir. Nikahın pozulmasından bir müddət sonra onlar birlikdə yaşamaqda davam etsələr də, münasibətlərini rəsmiləşdirməmişlər. Mübahisəli mənzil iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamağa başlamışdır. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi də ilə müəyyən edilmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdehin hazırda çıxarılmasını tələb etdiyi mənzili sonuncu ilə nikahı pozandan sonra əldə etmiş, sonradan birgə yaşasalar da, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmamışdır. Nəzərə alınsa ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququnun yaranmaması qanuni qüvvəyə minmiş və hazırki işə münasibətdə preyudisial əhəmiyyət daşıyan məhkəmə qətnaməsi ilə də, müəyyən edilib, belə olan halda, məhkəmələrin Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadən iddianın təmin edilməsi barədə gəldikləri nəticə yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmuşdur.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-467/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X14 qızı cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizə ilə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsinə əsasən X14 qızının iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə İddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və S.Osmanova 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2974/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X14 qızı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-467/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2023-cü il tarixli qərarına əsasən Yasamal RPİ TİQ-nin inspektoru polis kapitanı Raziyyəxanım Abbasova raportla müraciət edərək bildirmişdir ki, vətəndaş İddiaçı müraciət edərək, mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına onun razılığı olmadan Sona Osmanovanın, Leyli Qubanovanın və Fidan Qurbanovanın qeydiyyata alınmasından narazılığını bildirirək 2018-ci ildə qanunsuz olaraq qeydiyyata salmış QMB-nin əməkdaşlarının cəzalandırılmasını xahiş etmişdir. Araşdırma zamanı vətəndaş İddiaçı izahat verərək bildirmişdir ki, şəxsi mülkiyyətində olan Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, mənzil 96 ünvanına 2018-ci ilin noyabr ayında onun ölkə hüdudlarından kənarda olduğundan istifadə edərək keçmiş həyat yoldaşı olmuş Sona Osmanova və iki azyaşlı qızları Leyli və Fidan Qurbanovalar heç bir əsas olmadan Yasamal RPİ-nin qeydiyyat məsələləri bölməsinin əməkdaşları tərəfindən mənzilə qeydiyyata götürülmüşdür. Araşdırma zamanı Yasamal RPİ-nin rəisi polis mayoru Günay Qurbanova izahat verərək bildirmişdir ki, qeyd olunan ünvana vətəndaşlar Sona Osmanova və iki azyaşlı qızları Leyli və Fidan Qurbanovaların 2018-ci ildə qanunvericiliyin tələblərinə uyğyun olaraq toplanmış sənədlər ŞVŞ-nə yaxınlaşıb özünün və azyaşlı övladlarının qeydiyyata salınmasını həyata keçirilmişdir. Bununla da toplanmış təhqiqat materialından və Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatından 3-52/2-Q-6/2-112/2/2023 saylı məktubla daxil olmuş xx.xx.2006-cı il tarixli 010415 nömrəli orderin təsdiqlənmiş kserosurətindən görünür ki, X14 qızının xx.xx.2018-ci ildə Yasamal RPİ-nin QMB-nə təqdim etdiyi 010415 nömrəli orderlə eynilik təşkil etmir. Belə ki, İcra Hakimiyyətindən alınmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının sənədlərlə və vətəndaşların müraciətlərinə dair iş şöbəsinin möhürü ilə təsdiqlənmiş sənəddə X14 qızının adı qeyd olunmamışdır. Bundan başqa, 010415 nömrəli orderin əsli təhqiqata təqdim olunmadığından material üzrə müvafiq ekspertizalar təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinin 2-ci bəndinə əsasən toplanmış materialda Azərbaycan Respublikası CM-nin maddələrinə dair hər hansı cinayət tərkibli xüsusatlar öz təsdiqini tapmamışdır. Həmçinin Cinayət Məcəlləsinin 320.1-ci və 15.2-ci maddələrinə əsasən təhqiqat materiallarına görə sənədlər 2018-ci ildə saxtalaşdırmaqla həmin sənədlər üzərində hüquq əldə edilmiş, lakin, qeyd olunan əməlin cəlb etmə müddəti bitmişdir. Belə olan halda toplanmış material üzrə cinayət tərkibli xüsusatlar müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət .etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib,iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxslər iddiaçının övladlarıdır. Onların həmin mənzilə dair hər hansı bir (mülkiyyət, istifadə, icarə) hüquqları mövcud deyildir. Onların həmin mənzilə dair heç bir hüquqlarının olmamasına dair, eləcə də, mənzildən çıxarılmalarına dair qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. 3-cü şəxsin qanuni nümayəndəsi X14 qızı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə müraciət edərək sözügedən mənzilə dair adına orderin olmasını əsas gətirərək, həmçinin mənzilin dəyərinin onun tərəfindən ödənilməsini bildirərək yeni açılmış hallarla bağlı müvafiq instansiya məhkəməsinə müraciət etdiyini bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarlarından və “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin qərarından müəyyən edilmişdir ki, S.Osmanovanın mənzilin dəyərinin ödənilməsi ilə bağlı və mənzilə dair orderdə adının olması ilə bağlı dəlillərinə artıq hüquqi qiymət verilərək əsassız hesab edilmiş, əlavə olaraq “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin qərarı ilə S.Osmanova tərəfindən istinad edilən order ilə həmin orderin Bakı Şəhər İcra Hakimiyyətinin arxivindəki nüsxəsi ilə eynilik təşkil etməməsi, həmin sənədin 2018-ci ildə saxtalaşdırılmaqla sənədlər üzərində hüquq əldə edilməsi müəyyən edilmişdir. Belə olan təqdirdə, 3-cü şəxsin qanuni nümayəndəsi S.Osmanovanın dəlilləri əsaslı hesab edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxslərin mübahisəli mənzilə dair hər-hansı bir subyektiv hüquqlarının olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmalarının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

25. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

28. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən - 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

30. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 yaşayış yeri üzrə ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar