Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11740/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi və iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində DVX seriyalı 000149 nömrəli akt tərtib olunmuş, aktın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Cəmiyyətə 330960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin Qərar tamamilə qanunsuz olduğundan ləğv edilməlidir. İlk növbədə, hazırda mübahisələndirilən qərar iddiaçıya nə Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbləri çərçivəsində, nə də “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq asan imza (elektron imza) ilə təsdiqlənərək təqdim olunmamışdır. Bu baxımdan da qeyd olunan qərar rəsmi çatdırılmış hesab olunmadığı üçün müddət buraxılmış hesab oluna bilməz. İşin mahiyyətinə gəldikdə isə, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin mahiyyətinə zidd olaraq vergi ödəyicisinin cari fəaliyyət dövründə baş verən əməliyyatlar deyil, tədbirdən öncəki dövrün satış əməliyyatları əsas götürülməklə əsassız hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Məcəllənin 83.3-cü maddəsi də Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən sonra iddiaçıya kameral qaydada əlavə vergi məbləği hesablamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə **********339000 nömrəli uyğunsuzluq məktubu göndərilərək aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük zəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1- 7171139,71 )*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.” Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə **********303300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmaqla 947952,48 manat məbləğində ƏDV məbləği hesablanmışdır. Cavabdeh bu hesablamadan sonra xx.xx.2023-cü il tarixdə **********128400 nömrəli digər uyğunsuzluq məktubunu göndərməklə xx.xx.2023-cü il tarixdə **********303300 nömrəli Qərarı ləğv etmiş, hazırda mübahisələndirilən xx.xx.2023cü il tarixli **********576800 nömrəli Qərarı qəbul etmişdir. Bu zaman cavabdeh əlavə hesabladığı 947952,48 manat ƏDV məbləğini azaltmış və 949941,5 manat məbləğində yenidən hesablama aparmışdır. Aşağıda qeyd olunanlara əsasən bildirir ki, mübahisələndirilən inzibati aktın tamamilə əsassız və qanunsuzdur. İlk növbədə, cavabdeh Vergi Məcəlləsinin 12-ci, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün satış əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda iddiaçının idxal etdiyi mal alışını invoys dəyəri ilə deyil, statistik dəyərlə (10359425,41) əks etdirmiş, aparılan hesablamanı da həmin dəyərdən nəzərə almışdır. Halbuki, iddiaçının qeyd olunan həcmdə mal alışı mövcud olmamışdır. Bundan başqa, heç bir əsası almayan 10 faiz ticarət əlavəsini alış dəyərinin üzərinə gəlmiş, dövriyyə məbləğini reallıqdan artıq səkildə olmaqla şişirtmişdir. Cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışlarını təmin dəyərə uyğunlaşdırmağa çalışmışdır. Halbuki satış dəyərinin müəyyən olunması zamanı gömrük orqanları tərəfindən malların alışı zamanı müəyyən olunan statistik dəyər heç bir halda zəzərə alına bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Gömrük orqanlarının müəyyən etdiyi statistik dəyər yalnız gömrük məqsədləri üçün keçərlidir. Qeyd olunanlar vergi orqanına verilmiş sorğu nəticəsində də təsdiqini tapmışdır. Malın satış qiyməti isə tərəflərin qarşılıqlı razılaşması əsasında təşəkkül tapan qiymətdir. Belə olan halda ödənilməyən məbləğə görə vergi orqanı tərəfindən vergilərin hesablanması tam əsassızdır. Bundan əlavə, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Aparılmış hesablama üzrə isə həmin ödəmə mövcud olmadığından qeyd olunan ödəmənin vaxtının da müəyyən edilməsi mümkünsüzdür. Göstərilən məzmunda hesablamalarla bağlı vahid məhkəmə təcrübəsi mövcuddur ki, mallara gömrük orqanları tərəfindən qoyulan statistik dəyər satış dəyəri kimi tətbiq oluna bilməz (nümunə: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2025/2022 saylı Qərarı). Göründüyü kimi, iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur.
3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4607 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ0119, ünvan 1i ünvanında “Anbar və satış məntəqəsi" adlı (**********-31001) obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 3,309,601.65 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000149 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. Vergi ödəyicisinin etibanamə üzrə səlahiyyətli nümayəndəsi aktı imzalamışdır. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6553 nömrəli Qərarı ilə iddiaçı barəsində 330960.17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin fəaliyyət növlərinin tikinti materiallarının topdan satışı (əsas fəaliyyət növü), hazır metal konstruksiyalarının quraşdırılması və tikilməsi, binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər, ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət olduğunu nəzərə alaraq vergi ödəyicisinin malların təqdim edilməsi ilə bağlı fəaliyyətinin yalnız topdansatış qaydasında həyata keçirildiyi aydın görünür. Eyni zamanda vergi ödəyicisinin kassanın qeydiyyatı ilə bağlı vergi orqanına müraciəti olmamışdır. Qeyd edilənlərə əsasən sözügedən obyektdən vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi yalnız elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixli **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı bildirir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021 xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavəsinin 10 faiz olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 - xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65- 1188489,37)*1,1- 7171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır. Həmçinin, "X3" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olsa da, həmin elektron qaimə-faktura üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********339000 nömrəli və xx.xx.2023-cü il tarixli **********128400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 949941,5 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********303300 nömrəli və xx.xx.2023-cü il tarixli **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir.
4. Vergi orqanının xx.xx.2022-ci il tarixli **********4607 nömrəli qərarı ilə İddiaçı (Ünvanı: AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, İlham Hacıyev (Rəsulzadə qəs.), ev.3, VÖEN: **********) ünvanında “Anbar və Satış Məntəqəsi” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir.
5. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000149 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 3309601,65 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6553 qərarına əsasən İddiaçı (Ünvanı: AZ1054, Bakı Şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, İlham Hacıyev (Rəsulzadə qəs.), ev.3, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960.17 manat məbləğində manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
7. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli №**********303300 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 947.952,48 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə ********.41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1- 7171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.
8. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli №**********576800 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.989,02 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “X3” MMC ( VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura(e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür.
9. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2023-cü il tarixində elektron qaydada iddiaçıya göndərilmiş, xx.xx.2023-cü il tarixdə onun tərəfindən oxunmuşdur. İddiaçı isə xeyli müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla qanunvericiliyə uyğun olaraq prosessual müddəti ötürmüşdür. Vergi Məcəlləsinin 70.2-1.3cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımı qaydada çatdırılmış sayılır. “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair” müqavilənin 1.7.1-ci maddəsinə əsasən sənədlər vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra tərəflərə çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
16. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. Cavabdeh iddianın mümkün sayılmaması barədə təqdim etdiyi xx.xx.2023-cü il tarixli vəsatətə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********6553 nömrəli inzibati akt iddiaçıya Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada çatdırılmamışdır.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 49.4 Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.
19. Lakin iş materiallarında xx.xx.2022-ci il tarixli inzibati aktın göstərilən qaydada çatdırılmasına dair hər hansı sübut yoxdur.
20. İş materiallarından göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixli **********4607 nömrəli qərarı ilə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən “Anbar və Satış Məntəqəsi” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir.
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi, yəni “vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda” göstərilsə də, iş materialında iddiaçı tərəfindən qanunvericiliyin pozulmasına dair kifayət qədər əsasın nədən ibarət olmasına dair hər hansı sübut yoxdur.
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
25. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə başlasa da, iddiaçının obyektində sayım xx.xx.2022-ci il tarixdə aparılmışdır. Bunun səbəbi iş materialında olan izahatda iddiaçı müəssisənin Qarabağ bölgəsində işlər görməsi ilə əlaqədar direktorun tədbir vaxtı Bakı şəhərində olmaması göstərilmiş və xx.xx.2022-ci il tarixədək obyektlər plomblanmış vəziyyətdə olmuşdur. Yəni, operativ vergi nəzarətinin başlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı satış həyata keçirilməmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş DVX № 000149 nömrəli akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330.960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
26. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi;50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.
27. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən edilən pozuntu halında tərtib olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür.
28. Cavabdeh isə operativ vergi nəzarəti tədbiri müddətində iddiaçının elektron qaimə-faktura təqdim olunmadan hər hansı satış həyata keçirdiyini müəyyən etməmiş, tədbirdən əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarına münasibətdə maliyyə sanksiyası tətbiq etmişdir.
29. Bundan başqa, maliyyə sanksiyasının tətbiq olunduğu 330960,17 manat məbləğin hansı qaydada müəyyən olunmasına dair cavabdehin etirazında hər hansı izah mövcud deyil. Cavabdeh tərəfindən tərtib olunan DVX seriyalı 000119 №li aktda 9 çeşid mal göstərilmiş, həmin malların satış qiymətinin hansı formada müəyyən edilməsinə dair hər hansı əsas qeyd olunmamışdır.
30. Məhkəmə həmçinin bildirir ki, iş materialında iddiaçının tədbirdən öncə satdığı malları həqiqətən digər vergi ödəyicilərinə satması barədə hər hansı sübut (digər vergi ödəyicilərinin izahatı, əvvəlki dövrün nəzarət tədbiri, nəzarət qaydasında mal alqısı və s.) mövcud deyil.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul olunan xx.xx.2022-ci il tarixli qərar əsassız olduğundan ləğv olunmalıdır.
32. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı iki hissədən ibarədir. İlk olaraq cavabdehin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub əsasında iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla 2022-ci ilin dekabr ayı üzrə 947952,48 manat məbləğində ƏDV hesablanmışıdır.
33. Təqdim edilmiş həmin məktubda göstərilmişdir: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1- 7171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.”
34. Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda yenidən iddiaçıya məktub göndərilmişdir: “X3” MMC ( VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura(e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür.
35. Qeyd olunan məktubdan sonra cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ləğv etmiş və hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı qəbul etməklə iddiaçıya 949941,5 manat məbləğində ƏDV hesablamışdır.
36. İddiaçı qeyd olunan qərardan ilk olaraq yuxarı vergi orqanına, daha sonra İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına müraciət etmiş, lakin həmin qurumlar aparılan araşdırmalar zaman bəzi halları düzgün qiymətləndirməmişdir.
37. Məhkəmə həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı aşağıdakıları bildirir: Təqdim olunan sənədlərdən göründüyü kimi, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda əlavə vergi hesablaması məbləği 1989,0 manat görünsə də, şəxsi hesab vərəqəsində həmin məbləğ 949941,5 manat kimi əks olunmuşdur. İddiaçının izahatı ilə və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh daha əvvəl xx.xx.2023cü il tarixli qərarla 947952,48 manat məbləğində vergi hesablamış, sonradan həmin qərarı ləğv etmişdir. Bu səbəbdən hazırki mübahisələndirilən qərarın əsaslandırılması yalnız 1989,0 manat hissədə mövcuddur. İddiaçı qeyd olunan halın qərarın tam ləğvi üçün əsas hesab etsə də, məhkəmə qeyd olunanları cavabdehin proqram təminatının texniki uyğunsuzuluğu olaraq qiymətləndirir və qərarın tam ləğvi üçün əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin əməliyyatları şəxsi hesab vərəqəsində əks olunur və orada xx.xx.2023-cü il tarixli qərarla hesablanmış vergi məbləği 949941,5 manat göstərilmişdir.
38. Hesablamanın mahiyyətinə gəldikdə isə bildirilir ki, iddiaçı fəaliyyətə başladığı dövrdən bütün idxal yük-gömrük bəyannamələrini məhkəməyə təqdim etmişdir. Aparılan araşdırma zamanı iddiaçının mal alışının invoys dəyəri 7397351.72 manat olduğu halda, cavabdehin həmin dəyəri statistik dəyərlə 10359425,41 manat kimi götürdüyü müəyyən edilmişdir. Həmçinin, cavabdeh operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının nümayəndəsinin izahatını əsas götürməklə müəyyən olunan əskikgəlməyə 10 faiz ticarət əlavəsi tətbiq etmiş və yekunda 947952,48 manat məbləğində ƏDV üzrə hesablama aparmışdır.
39. Məhkəmə bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni, vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır.
40. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 10 faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir.
41. Vergi Məcəlləsinin: 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 161.3. Bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir.
42. Göründüyü kimi, qanunverici əskik gəlmiş malların dəyərini təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən ibarət olduğunu qeyd etmişdir.
43. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, xx.xx.2022ci il tarixdə "X3" MMC-dən (VÖEN: **********) əldə etdiyi ümumi dəyəri 11 050,00 manat (ƏDV-si 1 989,00 manat) təşkil edən EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində tam qaydada əvəzləşdirilmiş, lakin 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsində həmin elektron qaimə-faktura təkrar əvəzləşdirilmişdir. Bu səbəbdən qərar həmin hissədə də əsaslıdır.
44. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının aldığı mallar invoys dəyəri ilə nəzərə alınmalı, tətbiq edilmiş 10 % ticarət əlavəsi əsassız olduğundan hesablamadan xaric edilməlidir. Belə olduğu halda, məhkəmə araşdırması ilə iddiaçı barəsində aparılmış hesablamanın 738685,71 manat məbləğdə əsassız olması müəyyən olunur: 7397351.72 (invoys) + 2135920.65 (e-qaimə-alış) - 1188489.37 (mal qalığı) - 7171139.71 (e-qaimə-satış) = 1 173643.29 x 18% = 211255,79 manat. 949941,5 - 211255,79 = 738685,71 manat.
45. Beləliklə, xx.xx.2023-cü il tarixli qərar 213244,79 manat (211255,79+1989,0) hissədə əsaslıdır, qalan hissədə ləğv edilməlidir.
46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərarı 213244,79 manat məbləğində istisna olmaqla qalan hissədə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6553 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva