Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11741/2025 24.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********950800 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Daha sonra məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən xx.xx.2023-cü il tarixli, **********950800 saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil etmişdir. Hesab edir ki, qarşı tərəfinin iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi tamamilə əsassız olmuşdur. Qeyd etmək istəyir ki, iddiaçının riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: “Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "X6, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” Göstərilənlərlə bağlı tərəfindən vergi orqanına müraciətlər edilmiş, araşdırma aparılaraq səhvlər düzəldilmiş, köhnə qaimələr ləğv edilmiş və yenidən göndərilmiş, uyğun olaraq da müvafiq bəyannamə dəqiqləşmiş olaraq təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən müsbət cavab alınmamış, iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmamışdır. İddiaçı əsas fəaliyyət istiqaməti hazır metal məmulatlarının təmiri, sair hazır metal məmulatlarının təmiri, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, şəxs xidmət göstərən şəxs kimi vergi uçotuna alınmışdır. Hazırda iddiaçının fəaliyyət göstərdiyi obyekt şəhid ailəsinə məxsusdur, belə ki, obyekt iddiaçının qardaşı şəhid X2 məxsus olmuşdur. İddiaçı isə vergi ödəyisi kimi fəaliyyətini xx.xx.2023-cü il tarixində dayandırmış, bununla bağlı arayışda şəxsin heç bir icarəyə götürülmüş daşınar vəsaitləri və aktivlərinin olmadığı qeyd edilmişdir. Vergi orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 iyul 2020"-ci il tarixli "265" nömrəli Qərarı ilə təsdiq edilmiş "X6, o cümlədən riskli əməliyyatların meyarları"nın “2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə” yarımbəndlərinə istinad edərək mübahisələndirilən qərarı qəbul etmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, hazırki “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”-nə əsasən aşağıdakılar qeyd edilmişdir: Həmin qərarın 1-ci maddəsinə əsasən, bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir. Həmin qərarın 2-ci maddəsinə əsasən, X6 meyarları haqqında yalnız aşağıdakılar qeyd edilmişdir: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş X8 və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. Yəni, Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il, 486 nömrəli qərarı ilə sözügedən meyarlar dəyişdirilmişdir. İddiaçının riskli vergi ödəyicisi kimi müəyyən edilməsi üçün cavabdehin istinad etdiyi 2.1.1-ci yarımbəndi dəyişdirilmiş, 3.1.1-ci yarımbənd isə (ümumilikdə 3-cü maddəsi) tamamilə ləğv edilmişdir.
5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə görə, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “X6, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin dövrdə qüvvədə olan Meyarların 2.1.1-ci və 3.1.1ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən vergi ödəyicisinin fəaliyyəti təhlil olunmuşdur. Aparılan təhlillər zamanı İddiaçı (VÖEN: **********) apardığı əməliyyatların riskli əməliyyatlar olmasına dair şübhə yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “X6, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********950800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əsas fəaliyyət istiqamətim hazır metal məmulatlarının təmiri, sair hazır metal məmulatlarının təmiri, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, xidmət göstərən şəxs kimi vergi uçotuna alınmışam. Həmçinin xx.xx.2023 tarixində fəaliyyətimi dayandırmış, bununla bağlı arayışa əsasən isə heç bir icarəyə götürülmüş daşınar vəsaitlərim və aktivlərim olmamışdır. Barəmdə qəbul edilmiş "Vergi ödəyicisinin riskli hesab edilməsi barədə" qərarla bağlı vergi orqanına müraciətlər edilmiş, araşdırma aparılaraq səhvlər düzəldilmiş, köhnə qaimələr ləğv edilmiş və yenidən göndərilmiş, uyğun olaraq da müvafiq bəyannamə dəqiqləşmiş olaraq təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən müsbət cavab almadan riskli vergi ödəyiciləri siyahısından çıxarılmamışam. İlk növbədə bildiririk ki, iddiaçı iddia ərizəsində səhvlərin düzəldiyini, elektron qaiməfakturaların ləğv edilib, yeni qaimələrin göndərildiyini bildirsə də, İddiaçı (VÖEN: **********) ləğv etdiyi qaimələr üzrə araşdırılma aparılmış və məlum olmuşdur ki, ödəyici tərəfindən təqdim edilmiş EBBP270854, EBBS5992, EBCE20110, EBCM185645, EBCN840057, EBCİ87214, EBBR488734 seriya və nömrəli riskli qaimələr ləğv edilməmiş, ləğv edilən digər EBBW811904, EBBW812016, EBBY308102, EBBZ691077, EBCA470038, EBCD738029, EBBT964186 seriya və nömrəli qaimələr üzrə ödənişlər İddiaçı bankından geri qaytarılmamışdır. Belə ki, uçotbaza məlumatlarında olan 10460 manat dəyərində olan riskli elektron qaiməfakturadan 6505 manat dəyərində olan hissəni ləğv etsə də, 3955 manat dəyərində olan riskli elektron qaimə-fakturalar tərəfindən ləğv edilməmişdir. Eyni zamanda iddiaçının iddia tələbində qeyd etdiklərindən də göründüyü kimi o riskli vergi ödəyicisi hesab olunmasına səbəb olan riskli elektron qaimə-fakturaları ləğv etdiyini, səhvi aradan qaldırdığını bildirməklə vergi orqanının qərarının qəbul edilməsinin əsaslı olduğunu, həmin elektron qaimə-fakturaların riskli olduğunu qəbul etmişdir. Lakin risk meyarları vergi ödəyicisi tərəfindən tam aradan qaldırılmadığından onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin təhlili zamanı vergi ödəyəcisi tərəfindən xidmətlərin göstərildiyi iddia edilsə də, göstərilmiş xidmətlərin həyata keçirilməsi üçün zəruri iqtisadi resursların olmadığı müəyyən edilmişdir. Əməliyyatın həyata keçirildiyi dövrdə qüvvədə olan əmək müqaviləsinin olmadığı müəyyən olunmuşdur.
6. İddiaçının cavabdehin etirazına dair mülahizəsində qeyd edilmişdir ki, İddiaçı Fərzalı oğlu cavabdeh Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********950800 nömrəli qərarın ləğv edilməsi və İddiaçı Fərzalı oğlunun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda aşağıdakılar bildirilmişdir: ‐ Aparılan təhlillər zamanı İddiaçı Fərzalı oğlunun (VÖEN: **********) apardığı əməliyyatların riskli əməliyyatlar olmasına dair şübhə yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçı Fərzalı oğlunun (VÖEN: **********) ləğv etdiyi qaimələr üzrə araşdırılma aparılmış və məlum olmuşdur ki, ödəyici tərəfindən təqdim edilmiş EBBP270854, EBBS5992, EBCE20110, EBCM185645, EBCN840057, EBCİ87214, EBBR488734 seriya və nömrəli riskli qaimələr ləğv edilməmiş, ləğv edilən digər EBBW811904, EBBW812016, EBBY308102, EBBZ691077, EBCA470038, EBCD738029, EBBT964186 seriya və nömrəli qaimələr üzrə ödənişlər İddiaçı Fərzalı oğlunun bankından geri qaytarılmamışdır. Belə ki, uçot-baza məlumatlarında olan 10460 manat dəyərində olan riskli elektron qaiməfakturadan 6505 manat dəyərində olan hissəni ləğv etsə də, 3955 manat dəyərində olan riskli elektron qaimə-fakturalar tərəfindən ləğv edilməmişdir. Qeyd edilənlərlə razılaşmayaraq bildiririk ki, iddiaçı hazır metal məmulatlarının təmiri, sair hazır metal məmulatlarının təmiri, digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, şəxs xidmət göstərən şəxs kimi vergi uçotuna alınmışdır. Risklilik barədə qərarda qeyd edilən hallarla bağlı araşdırılma aparılmış, səhvlər düzəldilmiş, köhnə qaimələr ləğv edilib yenidən göndərilmiş, müvafiq olaraq bəyannamə dəqiqləşmiş olaraq təqdim edilmişdir. Eyni zamanda cavabdehin qeyd etdiyi qaimələrdə satışla bağlı heç bir əməliyyat qeyd edilməmiş, həmin qaimələr ləğv edilərək yenidən göndərilmişdir, bu səbəbdən ödəniş geri qaytarılmamışdır. Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı halların aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmiş lakin müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” (əvvəlki redaksiyada: “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”) barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 265 saylı Qərarına Qərarına 21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə edilmiş dəyişikliyə əsasən Qaydaların 4-cü bəndində riskli vergi ödəyiciləri siyahısından çıxarılma qaydaları və şərtləri müəyyən edilmişdir: 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə. Bunun yanaşı iddiaçının hazırda fəaliyyət göstərdiyi obyekt şəhid ailəsinə məxsusdur, belə ki, obyekt iddiaçının qardaşı şəhid İsmayılov Loğman Fərzalı oğlunundur. Bununla bağlı təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişdir. ‐ Cavabdeh Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1462/2024 nömrəli qərarına istinadən bildirir ki, “Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur”. Qeyd edilənlərlə razılaşmayaraq nəzərinizə çatdırırıq ki, göstərilənlərlə əlaqədar Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 215/2025 saylı, xx.xx.2025-ci il saylı qərarı üzrə azlıqda qalan hakim Zakir Quliyev tərəfindən verilmiş xüsusi rəydə Ali Məhkəmənin digər mövqeyi qeyd edilir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2-1(102)-215/2025 nömrəli iş üzrə hakim Zakir Quliyevin xüsusi rəyinə əsasən Vergi Məcəlləsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na istinadən vergi ödəyicisinin haqlı olduğu müəyyən edilmişdir. Belə ki, həmin xüsusi rəyə istinadən hesab edirik ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” adlandırılmışdır) əsasən Vergi ödəyicisinin idxalında və ya alışında olmayan malların təqdim edilməsi riskli əməliyyat hesab edilmir. Nəzərə alınmalıdır ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş qərarda Ali Məhkəmənin İnzibati Kollegiyası formal mülahizələrə əsasən alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin həyata keçirdikləri əməliyyatları riskli əməliyyat olaraq qiymətləndirmişdir. Xüsusi rəydə hakim Zakir Quliyev haqlı olaraq qeyd edilənlərə münasibət bildirərək vurğulayır ki, “...vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları daha konkretdir. Yəni hazırkı 2-1(102)- 215/2025 saylı qərarın 26 və 27-ci bəndlərində qeyd edilən subyektiv fikirləri özündə ehtiva etmir. Belə ki, həmin əsaslar “maliyyə manipulyasiyalarının aşkar olunmasını”, “riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətinin izlənməsini”, “vergi sisteminin təhlükəsizliyini artırır” kimi ümumi sözlərdən ibarət deyil. Əksinə vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Eyni zamanda həmin əsaslar malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırmasına xidmət etməməli, vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməli olmadığını, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə vergilərin müəyyən edilməsinin qadağan olunması, diskriminasiya xarakteri daşıya bilməməsindən ibarətdir”. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Risk meyarları isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmişdir. Başqa sözlə ifadə etsək, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə, habelə vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə və meyarlarda əksini tapmış hallarda vergi ödəyicisi Dövlət Vergi Xidmətinin qərarı əsasında riskli vergi ödəyicilərinin siyahısına daxil edilir. Vergi Məcəlləsinin 3.2.81-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilir. Vergi qanunvericiliyinin tələbinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM maddə 109.9. və 175.11.) Nəzərə almaq lazımdır ki, qeyd olunan maddələr üzrə nəzərdə tutulan məhdudiyyət əmtəəsiz əməliyyat aparan “alıcı” vergi ödəyicinə tətbiq olunur. Həmin dövrdə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydaları müəyyən edilmədiyindən vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qəbul edilmiş qərarlar qanunsuz hesab edilməlidir. Belə ki, vergi ödəyicisi riskli vergi ödəyicisi siyahısına daxil etdikdən sonra ödəyicinin həmin dövrdə riskli vergi ödəyicisi siyahısından çıxarılması imkanlarının olmaması həmin ödəyicinin sahibkarlıq fəaliyyətinin davam etdirməsinin inzibati metodlarla məhdudlaşdırılmasıdır ki, bu da qanunvericiliyin təməl prinsip və əsaslarına ziddir. Riskli vergi ödəyicisinin siyahıdan çıxarılmasının əsasları mövcud olmadıqca ödəyicinin (bilərəkdən və ya texniki səhv nəticəsində) təqsiri səbəbindən riskli vergi ödəyicisi siyahısına daxil edilməsi həmin vergi ödəyicisinin növbəti dövrdə fəaliyyətinin davam etdirilməsini mümkünsüz edir. Bu halda riskli vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxs bir da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Hətta yeni hüquqi şəxs təsis etsə belə həmin hüquqi şəxs qeydiyyata alındığı gündən riskli vergi ödəyicisi hesab edilir (NK 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarının 2.1.6 və 2.1.7-ci bəndlərinə əsasən). Halbuki AR Konstitusiyasının 15-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan dövləti azad sahibkarlığa təminat verir. Eyni zamanda 2- 1[102]-489/2025saylı, xx.xx.2025-ci il tarixli qərarında Ali Məhkəmənin İnzibati Kollegiyası vahid məhkəmə təcrübəsi ilə əlaqədar qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının və ya mal aldığı şəxslərin alışında həmin malların rəsmi şəkildə görünməməsi əməliyyatın əmtəəsiz hesab olunması üçün yetərli əsas qismində çıxış edə bilməz. Bununla bağlı faktiki olaraq mal (iş, xidmət) təqdim olunmadan əməliyyat aparıldığını cavabdeh müvafiq nəzarət tədbirləri vasitəsi ilə sübuta yetirməlidir. Həmçinin, cavabdeh əməliyyatı əmtəəsiz hesab edirsə, onda həmin şəxsin gəlirlərini də nəzərə almamalı idi. Lakin cavabdeh əməliyyatı əmtəəsiz hesab etməsinə rəğmən, iddiaçının gəlirini qəbul etmişdir və onun bu davranışı əməliyyatın əmtəəsiz hesab olunması ilə bağlı yanaşmaya uyğun deyildir. Başqa sözlə, gəlir qəbul olunursa, onun əldə olunmasında iştirak edən xərcin mövcudluğu da qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-2208/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarları). Bununla yanaşı anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2208/2023 saylı, xx.xx.2023 tarixli qərarında Məhkəmə qeyd edir ki, “Burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir”. ‐ Vergi ödəyicisi iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətin ötürülmədiyini əsaslandırmaq üçün məhkəməyə dürüst olmayan məlumat verərək, mübahisələndirilən qərarla yalnız xx.xx.2024-cü il tarixdə “Asan imza” xidmətinə qoşulduqdan tanış olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Tərəfindən prosessual müddətin ötürülməməsi ilə bağlı açıqlama verilmişdir. Belə ki, cavabdehin mübahisələndirilən qərarı “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun deyildir. Belə ki, qeyd edilən qanunun müddəalarına əsasən, elektron üsulla elektron kabinetə göndərilmiş hər hansı sənədin elektron qaydada həqiqiliyi təsdiqlənmiş olmalıdır. Hazırkı iş materiallarına əlavə edilən qərardan, göndərilmiş sənədin elektron qaydada təsdiqləndiyi müəyyən edilmir. Odur ki, elektron qaydada təsdiqlənməmiş qərarla bağlı iddia müddəti tətbiq edilə bilməz. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 3. Elektron imza və elektron sənədin hüquqi qüvvəsi 3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir. Maddə 27. Elektron sənədin göndərilməsi və alınması 27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. 27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; Qərarın elektron qaydada oxunması ilə bağlı isə qeyd edirik ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2159/20 saylı, 04 noyabr 2020-ci il tarixli və 2-1(102)-30/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarları). Cavabdehin etiraz ərizəsində elektron kabinetə göndərilmiş qərarın elektron imza ilə təsdiq edildiyi və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Belə olan halda müddətin ötürülməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsassızdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin etirazının əsassız olduğundan nəzərə alınmaması və iddia tələbinin təmin edilməsi xahiş edilir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********950800 nömrəli qərarında qeyd edilmişdir ki, X4 (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “X6, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri X9 üzrə Baş İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli **********138900 nömrəli müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılmanız barədə xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********361400 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisimüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “X6, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1- ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən vergi ödəyicisinin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı tərəfinizdən riskli qaimələrin-qimən ləğv edildiyi, o cümlədən, təqdim edilmiş elektron qaimə fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilən riskli əməliyyatların aradan qaldırılmadığı səbəbdən riskli vergi ödəyicisi siyahısından çıxarılma mümkün olmamışdır.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin riskli əməliyyatların araşdırılması barədə məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Qeyd edək ki, “X6, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən barənizdə aparılan araşdırma nəticəsində “X6, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, bəndlərinə uyğunluğunuz müəyyən edilmişdir. Riskin məzmunu barədə: Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli-olduğunüz Sizə bildirilir. Sənədlər: "malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric tarixi, seriya və nömrələri yol vərəqələri invoys əldə edilmiş elektron bank hesabından çıxarış (ƏDV qeydiyyatı olmayan vergi ödəyiciləri üzrə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərdim üzrə mal-material sərfi barədə sənədlər X8 zamanı aşkarlanan və müvafiq qaydada aktlaşdırılaraq maliyyə sanksiyası tətbiq olunan mal qalığı riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat əməliyyatının riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar. Araşdırmada şəxsən iştirak edəcəyiniz təqdirdə şəxsiyyətinizi təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyiniz təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. İddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
16. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
17. Məhkəmə müəyyən edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********950800 nömrəli qərarına əsasən X3 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
18. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: ... 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; Hazırda olan redaksiyası: 4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir: 4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə; 4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.
20. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********950800 nömrəli Qərarda iddiaçı X3 riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6, o cümlədən riskli əməliyyatların meyarları”nın 3.1.1 yarımbəndinə (vergi ödəyicisinin alışında və idxalında mallar müəyyən edilmədikdə) istinad edilmişdir.
21. Məhkəmə nəzərə alır ki, istinad olunan Meyarların 3.1-ci bəndində (mübahisələndirilən qərar qəbul edildiyi zaman qüvvədə olan redaksiyası) riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
22. Yuxarıda qeyd olunan normaların təhlili nəticəsində müəyyən olur ki, həm vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, həm də vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq, həmin malın sayından artıq mal satması riskli əməliyyat hesab olunmalıdır. Belə ki, bu hal vergi orqanlarına vergidən yayınma hallarını və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır.
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 10.4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "klapan, Privit, qnizdo, Kondisioner kompressoru, Soyutma pər və s." malların satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir.
24. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qaimə fakturadan müəyyən edilir ki, iddiaçı 10460 manat dəyərində olan riskli elektron qaimə fakturadan 6505 manat dəyərində olan hissəni ləğv etsə də, 3955 manat dəyərində olan riskli elektron qaimə-fakturalar tərəfindən ləğv edilməmişdir. Qeyd olunan kənarlaşmalar aradan qaldırılmadığı üçün cavabdeh orqan tərəfindən iddiaçını riskli vergi ödəyiciləri siyahısından çıxartmamışdır.
25. Belə olan halda iddiaçı tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmadığından onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair müraciəti təmin edilməməsi ilə bağlı cavabdehin mövqeyi qanuni olmuşdur.
26. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
27. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
28. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
29. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva