Məhkəmə qərarları › İş №e-2-1(112)-11761/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11761/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11761/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı X1 və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın 1-ci blokunun 4-cü mərtəbəsində 7 saylı mənzilə onun adına 1993-cü ildə və sonra order rəsmiləşdirilmişsə, həmin orderin ona verilməsi, 1993-cü ildə və sonra order rəsmiləşdirilməyibsə,onunla mənzil kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərineft” Neft və qazçıxarma üzrə Baş İdarəsi 1993-cü ildə “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinə M.Ə.Rəsulzadə qəsəbəsində, Z.Qəmbərov küçəsi, 3184/87-ci məhəllə ünvanında tikilən doqquzmərtəbəli binadan 51 ədəd mənzil ayırmışdır. Həmin binanın 1-ci blokunun 4-cü mərtəbəsində 7 saylı mənzil ona ayrılmışdır. Lakin həmin mənzil o dövrdə qaçqınlar tərəfindən tutulduğundan, o həmin mənzilə köçə bilməmişdir. Hal-hazırda, torpaqların işgaldan azad olunduqdan sonra göstərilən mənzil boşaldılmışdır. Göstərilənlərlə əlaqədar, mənzilə onun adına order verilməlidir və o həmin mənzilə köçməlidir. Göstərilən mənzil qaçqınlar tərəfindən boşaldıldıqdan sonra mənzilin açarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə təhvil verilmişdir və hal-hazırda Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi İƏD üzrə Nümayəndəliyində saxlanılır. Bununla əlaqədar, o xx.xx.2025-ci ildə bütün müvafiq sənədləri əlavə etməklə, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, göstərilən - ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın 1-ci blokunun 4-cü mərtəbəsində 7 saylı mənzilə onun adına 1993-cü ildə və sonra order rəsmiləşdirilmişsə, həmin orderin təsdiq olunmuş surətinin verilməsini, 1993-cü ildə və sonra order rəsmiləşdirilməyibsə, onun adına mənzil kirayəsi müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-10/2-A-64- 091/2025 saylı məktubla cavab verərək, ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli binanın Binəqədi rayon İcra Hakimiyyətinin balansında olmadığını və həmin binada yerləşən mənzillərə dair rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanmasının qanunazidd olduğunu bildirmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin imtinası əsassızdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, göstərilən mənzil qaçqınlar tərəfindən boşaldıldıqdan sonra mənzilin açarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə təhvil verilmişdir və hal-hazırda Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi İƏD üzrə Nümayəndəliyində saxlanılır. O, İcra Hakimiyyətinə mənzil onların balansında deyilsə, mənzilin açarlarının ona təhvil verilməli olmasını bildirsə də, İcra Hakimiyyəti açarları da ona vermir və İcra Hakimiyyətində ona mənzilə daxil olmağı qadağan etmişlər və mənzilin qapısını möhürləyiblər. Belə olduğunda ortaya haqlı sual çıxır. Əgər bina İcra Hakimiyyətinin balansında deyilsə, Binəqədi rayon İcra Hakimiyyəti binadakı mənzillərə nə əsasla sahiblik edir? Əgər doğrudan da, bina Binəqədi rayon İcra Hakimiyyətinin balansında deyilsə, deməli, İcra Hakimiyyəti heç bir əsas olmadan ona ayrılmış mənzili qanunsuz olaraq zəbt edib. Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli, 5-10/2-A-64-091/2025 saylı məktubla onun adından etibarnamə əsasında İcra Hakimiyyətinə müraciət etmiş nümayəndəsi Nümayəndə cavab verərək, bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən doqquzmərtəbəli bina Binəqədi rayon İcra Hakimiyyətinin balansında olmadığından həmin binada yerləşən mənzillərə dair rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanması qanunaziddir. Lakin bildirir ki, bundan əvvəl iki dəfə ərizə ilə özü eyni xahişlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş və hər iki müraciətinə İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-10/2-A-7-091/2025 saylı və xx.xx.2025-ci il tarixli, 5-10/2-A- 7/2-091/2-t/1/2025 saylı məktubları ilə tam eyni məzmunlu cavablar verilərək bildirilmişdir ki, evə dair order barəsində müvafiq məlumatlar Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə yenidən baxılacaqdır. Həmçinin bildirir ki, o şifahi formada da, dəfələrlə, saysız-hesabsız dəfələrlə Rayon İcra Hakimiyyətində müxtəlif səlahiyyətli şəxslərin - Hüquq Şöbəsinin müdirindən tutmuş müavinlərə qədər qəbullarda olmuş, həmçinin İcra Hakimiyyəti Başçısının qəbuluna yazılmağa dəfələrlə cəhd etmişdir. Onu müxtəlif bəhanələrlə qəbula yazmayıblar və qəbula buraxmayıblar, həmçinin dəfələrlə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi İƏD üzrə Nümayəndəliyində nümayəndənin və onun müavininin qəbulunda olmuş, ona bir dəfə də olsun bildirilməyib ki, bina İcra Hakimiyyətinin balansında deyil, əksinə, hər dəfəsində bildirilib ki, müvafiq sənədləri təqdim etdikdən sonra müraciəti həll olunacaq. İcra Hakimiyyətinin mövqeyi maraqlıdır, elə deyilmi? O, iki dəfə İcra Hakimiyyətinə müraciət edir, ona bildirilir ki, müvafiq sənədləri təqdim etsin, məsələyə yenidən baxılsın. O, bu ərizələrlə İcra Hakimiyyətinə müraciət etdyində, İcra Hakimiyyəti binanın onun balansında olmadığını bildirmir, elə ki, onun nümayəndəsi müvafiq sənədləri İcra Hakimiyyətinə təqdim edir, İcra Hakimiyyəti bildirir ki, bina onun balansında deyil. Məhkəmədən göstərilən məsələyə diqqət yetirilməsini və Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati orqan kimi hərəkətlərinə qanunamüvafiq qiymət verilməsini xahiş edir. Həmçinin bildirir ki, mənzil ilə əlaqədar o Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, “Azneft” İstehsalat Birliyinə, "xxxx" Neft Şirkətinə müraciət etmişdir. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti bildirir ki, göstərilən bina tikintisi başa çatdırılmış bina kimi istismara qəbul edilmədiyindən hər hansı qurumun balansında deyildir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bildirir ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlər arasında göstərilən mənzillə bağlı hər hansı bir sənəd aşkar olunmadı. “Azneft” İstehsalat Birliyi bildirir ki, sözügedən mənzilə dair orderin və ya mənzil kirayə müqaviləsinin rəsmiləşdirilməsinə dair təsdiqedici sənədlər “Azneft” İB-nin arxivində mövcud deyil, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011ci il tarixli, 435a saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan binalar, onlara aid sənədlərlə birlikdə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. “X4” Şirkəti bildirir ki, Şirkər Binəqədi NQÇİ-nin hüquqi varisi deyildir, Binəqədi NQÇİ-nə aid bütün sənədlər “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vətəndaş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən doqquz mərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbə, 7 saylı mənzilinə dair onun adına sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2025-ci il tarixli 5-10/1-A-64-091/2025 saylı ərizə ilə Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli 5-10/2-A-64- 091/2025 nömrəli cavab məktubunda, sözügedən binanın Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin balansında olmadığı və həmin binada yerləşən mənzillərə dair Rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanmasının qanunazidd olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məhkəmənin sorğusuna əsasən təqdim olunmuş xx.xx.2025-ci il tarixli 3-21-3/2-10472/2025 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bununla da, müəyyən edilir ki, vətəndaş İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olaraq iddia tələbi ilə müraciət etmişdir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə əsasən müvafiq cavab məktubu göndərilmişdir. Beləliklə də, hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3- 48-2F/2-A-00401/2023 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Kirov rayonu XDS İKnin(indiki Binəqədi RİH) arxiv fondu üzrə 1991-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli 3-52-13/2-B-381-25-317/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87ci məhəllədə yerləşən məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 9 mərtəbəli yaşayış evi tikintisi başa çatdırılmış bina kimi istismara qəbul edilmədiyindən hər hansı qurumun balansında deyildir. SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2-1/2-B-2xx-xx/2025 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən mənzilə dair orderin və ya mənzil kirayəsi müqaviləsinin rəsmiləşdirilməsinə dair təsdiqedici sənədlər "Azneft" İB-nin arxivində mövcud deyil, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin balansında olan binalar, onlara aid sənədlərlə birlikdə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. X4 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2025-ci il tarixli 03/358 nömrəli məktubunda göstərilmişdir ki, “X4" əməliyyat şirkəti özü ayrıca müstəqil Şirkət olmaqla Azərbaycan Respublikasında filial kimi fəaliyyət göstərir və Binəqədi NQÇİ-nin hüquqi varisi deyildir. Binəqədi NQÇİ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinə tabe olan bir idarə olmuşdur və həmin idarə ləğv edildikdən sonra "X4" şirkəti Saziş üzrə onun istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində fəaliyyətə başlayaraq neft-qaz əməliyyatlarını həyata keçirir. Bundan başqa, Binəqədi NQÇİ-nə aid bütün sənədlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinə təhvil verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq ünvan 6munal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-1/2-417/2025 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 6munal Təsərrüfatı Birliyinin xidməti ərazisində M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/87 ünvanı mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-10472/2025 nömrəli məktubu ilə təqdim edilən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli ***-*******7 registr nömrəli yataqxana binası 1985-ci il tarixdə istismara verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli 3-52-13/2-505/2025 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 9 mərtəbəli yaşayış evi tikintisi başa çatdırılmış bina kimi istismara qəbul edilmədiyindən, eləcə də Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti və onun struktur təşkilatlarının balansında olmadığından tələb olunan məlumatların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti ünvan 6munal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52- 13-1/2-479/2025 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, məhəllə 3184/87, 9 mərtəbəli yaşayış evi, mənzil 7 ünvanı ünvan 6munal Təsərrüfatı Birliyinin balansında və xidməti ərazisində mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-23974 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 7 ünvanında hər hansı bir şəxsin yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-10/2-2296/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 9 mərtəbəli bina Rayon İcra Hakimiyyətinin balansında deyil. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-18799/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlak sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Bu baxımdan, qeyd olunan yaşayış binası ilə bağlı heç bir dövlət qurumu tərəfindən məlumat və təsdiqedici sənəd təqdim edilmədiyi üçün həmin əmlak dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 4896/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011 ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən sorğunuzda qeyd edilən mənzil bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 383 nömrəli məktubunda göstərilmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3184/87 Z.Qəmbərov küçəsi, ev 3, mənzil 7 ünvanı 72 saylı MKİS-in balansında deyil. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli 3-52-13-1/2-642/2025 nömrəli məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllə, ev 3, 9 mərtəbəli bina ünvan 6munal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. Qeyd edilən ünvan "Azneft" sifarişi əsasında tikintisi başlanmış və yarımçıq qalmış binadır. Bina yarımçıq qaldığı üçün Dövlət Komissiyasının qəbul aktı (forma 7) yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-29175 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1, ev 3, mənzil 7 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq X4 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2025-ci il tarixli 03/988 nömrəli məktubunda göstərilmişdir ki, X4" əməliyyat şirkəti özü ayrıca müstəqil Şurkət olmaqla Azərbaycan Respublikasında filial kimi fəaliyyət göstərir və Binəqədi NQÇİ-nin hüquqi varisi deyildir. Binəqədi Azərbaycan NQÇİ Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinə tabe olan bir idarə olmuşdur və həmin idarə ləğv edildikdən sonra "X4" şirkəti Saziş üzrə onun istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində fəaliyyətə başlayaraq neft-qaz əməliyyatlarını həyata keçirir. Bundan başqa, Binəqədi NQÇİ-nə aid bütün sənədlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinə təhvil verilmişdir. Müraciətdə qeyd edilən məsələlər “X4” Şirkətinin Azərbaycan Respublikasındakı filialına uyğun deyildir. SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2-5801/2025 nömrəli məktubunda göstərilmişdir ki, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təhvil vermiş olduğu binalar arasında, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 deyil, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 3184/3187 saylı bina olmuşdur. Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 3184/3187 saylı binanın təhvil verildiyini təsdiq edən aktı sizə təqdim edirik (Siyahı üzrə 101). Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 saylı bina SOCAR-ın balansında deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən sorğunuzda qeyd edilən mənzil bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Həmin məktubla təqdim edilmiş yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin texniki göstəriciləri barədə siyahının 101-ci bəndində Zahid Qəmbərov küçəsi, məh. 3184/3187 ünvanında yerləşən bina yataqxana, tikildiyi 1985-ci il, mərtəbəliliyi 5. Cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-10/2-A-7-091/2025 nömrəli və 1103.2025-ci il tarixli 5-10/2-A-7/2- 091/2-t/1/2025 nöməli eyni məzmunlu məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar Sizinlə aparılan söhbət zamanı mənzilinizə 1990-1993-cü illər aralığında order verildiyini, lakin tərəfinizdən götürülmədiyini qeyd etdiniz. Nəzərinizə çatdırılır ki, yaşadığınız evə dair order barəsində müvafiq məlumatlar (sayı və tarixi) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə yenidən baxılacaqdır. Cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-10/2-A-64-091/2025 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87ci məhəllədə yerləşən doqquzmərtəbəli binanın 1-ci blok, 4-cü mərtəbə, 7 saylı mənzilinə dair order verilməsinə və ya sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2025-ci il tarixli 5-10/1-A-64-091/2025 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizə baxılmasının nəticəsi barədə bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən doqquzmərtəbəli bina Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin balansında deyil və həmin binada yerləşən mənzillərə dair Rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanması qanunaziddir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 7 nömrəli mənzilin Binəqədineft NQÇİ tərəfindən ona verildiyini əsas gətirərək həmin mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını mübahisələndirir. Halbuki, iş üzrə əldə edilmiş sübutlardan görünür ki, iddiaçının iddia etdiyi mənzilin yerləşdiyi bina Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən 9 mərtəbəli bina olmaqla dövlət mənzil fonduna aid deyildir və hər hansı dövlət orqanının, o cümlədən cavabdeh qismində qoyulmuş Binəqədi rayon İcra Hakimiyyətinin balansıda deyildir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğularına cavablarında da qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 9 mərtəbəli yaşayış binası "Azneft" sifarişi əsasında tikintisi başlanmış, yarımçıq qalmış bina olmaqla tikintisi başa çatdırılmış bina kimi istismara qəbul edilməsinə dair Dövlət Komissiyasının aktı (forma 7) qəbul edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabında da qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 3184/87-ci məhəllədə yerləşən 9 mərtəbəli bina dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması ilə bağlı heç bir dövlət qurumu tərəfindən məlumat və təsdiqedici sənəd təqdim edilmədiyi üçün həmin əmlak dövlət əmlakının Registrində qeydiyyata alınmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, digər bina- Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi dövlət əmlakının registrində ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli ***-*******7 registr nömrəli yataqxana binası 1985-ci il tarixdə istismara verilmiş və 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında dövlət mənzil fondu kimi qeydə alınmışdır. Bununla bağlı SOCAR-ın məhkəmə sorğusuna cavabda da qeyd edilmişdir ki, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamenti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə təhvil vermiş olduğu binalar arasında, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 deyil, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, 3184/3187 saylı bina olmuş, bina 5 mərtəbəli olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 3184/87 üvanında 9 mərtəbəli bina yerli icra hakimiyyətinin balansında olmadığından həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam vermək hüququ da Binəqədi rayon icra hakimiyyətinə məxsus deyildir. Bu halda cavabdehin imtinası ilə iddiaçının hüquqlarını pozan hərəkət və ya hərəkətsizliyin olduğu müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar