Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11763/2024 06.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 114 ünvanında yerləşən binanın B girişi, 12-ci mərtəbəsində sahəsi 120,3 kv.m olan 1 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “ünvan 1 ünvanında yerləşən binanın B girişi, 12-ci mərtəbəsində sahəsi 120,3 kv.m olan 1 saylı mənzilinə, ünvan 2 ünvanında yerləşən 'Baku City" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 65,81 kv.m olan 3 saylı mənzilinə, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 137,59 kv.m olan 4 saylı mənzilinə və ünvan 3 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 73,17 kv.m olan 5 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 114 ünvanında yerləşən "xxxx" MTK tərə5indən inşa olunan binanın B girişi, 12-ci mərtəbəsində sahəsi 120,3 kv.m olan 1 saylı məzilini haqqını ödəyərək əldə etmişdir. MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu ilə MTK-ya üzv qəbul olunaraq həmin mənzilin mülkiyyətçisi kimi tanınmışdır. Həmin vaxt iddiaçı ilə MTK arasında müqavilə imzalanmış və borcun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Hazırda mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı İdarəsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin sonuncu müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab olunur ki, həmin imtina əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Həmin mənzil binanın ümumi istismarına və digər mənzil mülkiyyətçilərinin hüquqlarına heç bir xələl gətirmir. Bütün MTK üzvləri xx.xx.2022-ci il tarixdə iddiaçının həmin mənzil üzərində hüququna razılıq veriblər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində binanın B girişinin - bina 2, 1 girişli, 11+texniki mərtəbəli C girişinin - bina 3, 1 girişli, 9+texniki mərtəbəli olduğu qeyd olunmuş, mənzillərin ümumi sayı isə 153 ədəd göstərilmişdir, lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 21 iyul 2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ünvan 4 ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın B giriş, Xİİ mərtəbəsində, ümumi sahəsi 120,3 kv.m olan 3 otaqlı, 1 saylı mənzilin payçısı qəbul edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 4 ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın B giriş, Xİİ mərtəbəsində, ümumi sahəsi 120,3 kv.m olan 3 otaqlı, 1 saylı mənzili İddiaçı təhvil verilməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə ünvan 4 ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın B giriş, Xİİ mərtəbəsində, ümumi sahəsi 120,3 kv.m olan 3 otaqlı, 1 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 22 iyul 2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 65,81 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin payçısı qəbul edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 65,81 kv.m olan 2 otaqlı, 3 saylı mənzili İddiaçı təhvil verilməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 65,81 kv.m olan 2 otaqlı, 3 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 22 iyul 2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 137,59 kv.m olan 3 otaqlı, 4 saylı mənzilin payçısı qəbul edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 137,59 kv.m olan 3 otaqlı, 4 saylı mənzili İddiaçı təhvil verilməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 73,17 kv.m olan 1 otaqlı, 5 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 22 iyul 2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və məbləğdə ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 73,17 kv.m olan 1 otaqlı, 5 saylı mənzilin payçısı qəbul edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK məbləğdə ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 73,17 kv.m olan 1 otaqlı, 5 saylı mənzili İddiaçı təhvil verilməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə məbləğdə ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 73,17 kv.m olan 1 otaqlı, 5 saylı mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. İmtina məktubunun surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində binanın B girişinin - bina 2, 1 girişli, 11+texniki mərtəbəli C girişinin - bina 3, 1 girişli, 9+texniki mərtəbəli olduğu qeyd olunmuş, mənzillərin ümumi sayı isə 153 ədəd göstərilmişdir, lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində "xxxx" MTK-ya məxsus yaşayış binasının istismarına xx.xx.2021ci il tarixdə 15 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Hər dörd mənzil ilə bağlı tərtib olunmuş mütəxəssis rəylərindən görünür ki: -Sözügedən daşınmaz əmlaklar faktiki olaraq mənzildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normaları sisteminə uyğundur. -Daşınmaz əmlak daxilində bütün standarlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilər mövcuddur. -Həmin daşınmaz əmlaklar yaşayışa tam uyğundur. Belə ki, otaqların daxili hündürlüyü 3.00 metr təşkil edir. İşıqlanma və havalanma çoxmərtəbəli yaşayış binalarında nəzərdə tutulan mənzil normalarına uyğundur. Elektrik, qaz, su və kanalizasiya təchizatı ilə təmin olunmuşdur. Liftin çıxışı birbaşa həmin mərtəbəyədir. Pilləkən qəfəsi alt mərtəbələrlə eynidir və sözügedən mərtəbədən sonra davam edir. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstu mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındaki fərq 2 metrdən az olmadıqda) nəzərə alınır. Sözügedən daşınmaz əmlaklarda hal-hazırda yaşayış mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış müqavilələrə əsasən, "xxxx" MTK ünvan 5 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, olan 3, 4 və 5 mənzillərini, eyni zamanda Əliəşrəf Əlizadə küçəsi 114 ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın B giriş, Xİİ mərtəbəsində yerləşən 1 saylı mənzili iddiaçıya təhvil verilməsini, iddiaçı isə mənzilləri qəbul edib haqqının "xxxx" MTK-ya ödənilməsi öhdəsini götürmüşdür. Maliyyə arayışına əsasən iddiaçı həmin mənzillərə görə mənzilin dəyərini ödəmiş, onun həmin müqavilələr üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün bir əsas gətirir: - mənzillərin texniki mərtəbədə yerləşməsi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmamasını. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzillər üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzillərin mənzillərin ümumi say tərkibinə daxil olub-olmadığı araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzillərin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahələrinə (mənzillərə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının "xxxx" MTK ilə imzaladığı müqavilələr ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsası odur ki, iddia olunan mənzillər texniki mərtəbədə yerləşir və mənzillərin ümumi say tərkibinə daxil deyil. Məhkəmə bununla bağlı ilk növbədə bildirir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahələrinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə bildirir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq mütəxəssis rəyləri alınmış, həmçinin mənzillərə yerində baxış keçirilmişdir. Aparılmış araşdırma zamanıda məlum olmuşdur ki, iddia olunan sahələr texniki mərtəbə kimi istismara qəbul aktında qeyd edilsə də, faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olmaqla, ayrıca 10-cu mərtəbədə yerləşməklə yaşayış sahəsinə yararlıdır. Belə ki, texniki mərtəbədə olduğu qeyd edilən mənzillərin yerləşdiyi mərtəbəyə lift birbaşa açılmaqda, mənzillər digər mərtəbələrdə olan mənzillərin yerləşmə ardıcıllığına uyğun inşa edilmişdir. Əmlak daxilində yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışlar, eyvan və s sahələr yaşayış üçün yararlılıq xüsusiyyətlərinə malik ölçü və hündürlükdə olduğu müəyyən edildi. Otaqların daxili hündürlüyü texniki mərtəbə üçün yox, yaşayışa yararlıq mənzil üçün xarakterikdir və mənzillərdən birində faktiki yaşayış olduğu aşkar edilmişdir. Bundan əlavə, texniki mərtəbə kimi göstərilən faktiki iddiaçının istifadəsində olan mənzillərin yerləşdiyi mərtəbədən yuxarıda isə liftlərin birbaşa çıxışı olmayan daha çox texniki mərtəbə xüsusiyyətinə malik mərtəbənin olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddia olunan mənzillər texniki mərtəbə kimi istismara qəbul aktında qeyd edilsə də, həmin mənzillər Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normaları sisteminə uyğun olduğundan, həmçinin faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olduğundan, eyni zamanda yararlıq xüsusiyyətlərinədə cavab verdiyindən, cavabdehin irəli sürdüyü dəlilin formal xarakter daşıdığı görünür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilələrdə nəzərdə tutulmuş məbləğdə mənzillərin dəyəri ödənildiyindən, həmçinin həmin mənzillər istismara icazə sənədində nəzərdə tutulduğundan iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin mənzillərə münasibətdə texniki pasportun verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın B girişi, 12-ci mərtəbəsində sahəsi 120,3 kv.m olan 1 saylı mənzilinə, ünvan 2 ünvanında yerləşən 'Baku City" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 65,81 kv.m olan 3 saylı mənzilinə, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 137,59 kv.m olan 4 saylı mənzilinə və ünvan 3 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 73,17 kv.m olan 5 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-11763/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11763/2024
06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver