Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11764/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili – Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 116 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində sahəsi 73,59 kv. m olan 2 saylı mənzilinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 116 ünvanında yerləşən binanın C girişi, X mərtəbəsində sahəsi 73,59 kv. m olan 2 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 114 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan B girişi, Xİİ mərtəbədə sahəsi 65,4 kv. m olan 3 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 114 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan B girişi, Xİİ mərtəbədə yerləşən sahəsi 221,5 kv. m olan 4 saylı mənzilə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi, 116 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində sahəsi 73,59 kv. m olan 2 saylı məzilini haqqını ödəyərək əldə etmişdir. MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu ilə MTKya üzv qəbul olunaraq həmin mənzilin mülkiyyətçisi kimi tanınmışdır. Mənzillə əlaqədar onunla MTK arasında müqavilə imzalanmış və borcun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Hazırda mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq üçün cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin xx.xx.2024-cü il tarixdə mənzilin texniki mərtəbədə yerləşməsini əsas gətirərək hüququn qeydiyyatından imtina etmişdir. İmtinanın qanunsuz hesab edir. Texniki mərtəbədə yerləşən mənzilin xüsusi mülkiyyətə verilməsinə qanunda heç bir maneə yoxdur. Həmin mənzil binanın ümumi istismarına və digər mənzil mülkiyyətçilərinin hüquqlarına heç bir xələl gətirmir. Bütün MTK üzvləri xx.xx.2022-ci il tarixdə onun həmin mənzil üzərində hüququna razılıq vermişlər. Digər tərəfdən DƏDRX-in vəzifəsi hüquqların qanuniliyinin yoxlanması deyil, qeydiyyatıdır, yəni faktın təsdiqidir. Ona qarşı səlahiyyətli dövlət orqanları irad irəli sürə bilər ki, əmlakı əldə etdiyi gündən bu günə qədər hər hansı dövlət qurumu və ya şəxsdən heç bir irad, pretenziya və iddia almamışdır. Cavabdehin imtinası qanunsuz və əsassız olmaqla yanaşı onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit edilən mülkiyyət hüququnu, eləcə də Konstitusiyanın 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnu kobud şəkildə pozur. Belə ki, qanunvericiliyə müvafiq şəkildə əldə etdiyi mənzilə mülkiyyət hüququ ala bilmir. Nəticədə, həmin əmlakı sata, bağışlaya, icarəyə verə, girov qoya və ya digər formada sərəncam verə bilmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində C girişinin - bina 3, 1 girişli, 9+texniki mərtəbəli olduğu qeyd olunmuş, mənzillərin ümumi sayı isə 153 ədəd göstərilmişdir, lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi və mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: "xxxx" Mənzil Tikinti Kooperativinin “Kooperativin üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan çıxarışdan müəyyən olunur ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın В giriş, Xİİ mərtəbəsində, ümumi sahəsi 65.4 kv. metr olan 2 otaqlı, 3 saylı mənzilin payçısı qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 145/1 №-li müqavilənin surətindən müəyyən olunur ki, Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra həmin binanın “B” girişi, Xİİ mərtəbəsində yerləşən, sahəsi 65.4 kv. metr təşkil edən 2 otaqlı, 3 saylı mənzili alıcı İddiaçı təhvil vermişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cÜ il tarixli “Maliyyə arayış”ında göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 65.4 kv. metr olan, 2 otaqlı, 3 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. “AB” Consulting tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Mənzilin texniki göstəricilərini və hüquqi statusunu müəyyən etmək üçün qiymətləndirmə hesabatına” dair mütəxəssis rəyində göstərilmişdir ki:
1. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 114 ünvanında, "xxxx" MTK-ya məxsus binanın- giriş “B”, 12-ci mərtəbəsində (texniki mərtəbə), ümumi sahəsi 65.4 kv. metr olan, 2 otaqlı daşınmaz əmlak faktiki olaraq mənzildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikintiyə Dair Normaları Sisteminə uyğundur.
2. Daşınmaz əmlak daxilində bütün standartlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilər mövcuddur.
3. Həmin daşınmaz əmlak yaşayışa tam uyğundur. Belə ki, otaqların daxili hündürlüyü 3.00 metr təşkil edir. İşıqlanma və havalanma çoxmərtəbəli yaşayış binalarında nəzərdə tutulan mənzil normalarına uyğundur. Elektrik, qaz, su və kanalizasiya təchizatı ilə təmin olunmuşdur. Liftin çıxışı birbaşa həmin mərtəbəyədir. Pilləkən qəfəsi alt mərtəbələrlə eynidir və sözügedən mərtəbədən sonra davam edir. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə almır.
4. Sözügedən daşınmaz əmlakda hal-hazırda yaşayış mövcuddur.
"xxxx" Mənzil Tikinti Kooperativinin “Kooperativin üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan çıxarışdan müəyyən olunur ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən kooperativ binasına məxsus olan 11+ texniki mərtəbəli binanın В giriş, Xİİ mərtəbəsində, ümumi sahəsi 221.5 kv. metr olan 4 otaqlı, 4 saylı mənzilin payçısı qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 143/1 №-li müqavilənin surətindən müəyyən olunur ki, Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra həmin binanın “B” girişi, Xİİ mərtəbəsində yerləşən, sahəsi 221.5 kv.metr təşkil edən 4 otaqlı, 4 saylı mənzili alıcı İddiaçı təhvil vermişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayış”ında göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 221.5 kv. metr olan, 4 otaqlı, 4 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. “AB” Consulting tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Mənzilin texniki göstəricilərini və hüquqi statusunu müəyyən etmək üçün qiymətləndirmə hesabatına” dair mütəxəssis rəyindən göstərilmişdir ki,
1. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 116 ünvanında, "xxxx" MTK-ya məxsus binanın- giriş “B”, 12-ci mərtəbəsində (texniki mərtəbə), ümumi sahəsi 221.5 kv.metr olan, 4 otaqlı daşınmaz əmlak faktiki olaraq mənzildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikintiyə Dair Normaları Sisteminə uyğundur.
2. Daşınmaz əmlak daxilində bütün standartlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilər mövcuddur.
3. Həmin daşınmaz əmlak yaşayışa tam uyğundur. Belə ki, otaqların daxili hündürlüyü 3.00 metr təşkil edir. İşıqlanma və havalanma çoxmərtəbəli yaşayış binalarmda nəzərdə tutulan mənzil normalarına uyğundur. Elektrik, qaz, su və kanalizasiya təchizatı ilə təmin olunmuşdur. Liftin çıxışı birbaşa həmin mərtəbəyədir. Pilləkən qəfəsi alt mərtəbələrlə eynidir və sözügedən mərtəbədən sonra davam edir. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə almır.
4. Sözügedən daşınmaz əmlakda hal-hazırda yaşayış mövcuddur.
"xxxx" Mənzil Tikinti Kooperativinin “Kooperativin üzvülüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan çıxarışdan müəyyən olunur ki, İddiaçı müəssisənin üzvü qəbul olunmaqla "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “116” ünvanında yerləşən kooperativ binasına məxsus olan 9 + texniki mərtəbəli binanın C giriş, X mərtəbəsində, ümumi sahəsi 73.59 kv. m olan 2 otaqlı, 2 saylı mənzilin payçısı qəbul edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 144/1 №-li müqavilənin surətindən müəyyən olunur ki, Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra həmin binanın “C” girişi, X mərtəbəsində yerləşən, sahəsi 73,59 kv.metr təşkil edən 2 otaqlı, 2 saylı mənzili alıcı İddiaçı təhvil vermişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayış”ında göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində ümumi sahəsi 73.59 kv. metr olan, 2 otaqlı, 2 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. “AB” Consulting tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Mənzilin texniki göstəricilərini və hüquqi statusunu müəyyən etmək üçün qiymətləndirmə hesabatına” dair mütəxəssis rəyindən göstərilmişdir ki:
1. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 116 ünvanında, "xxxx" MTK-ya məxsus binanın- giriş “C”, 10-cu mərtəbəsində (texniki mərtəbə), ümumi sahəsi 73.59 kv. metr olan, 2 otaqlı daşınmaz əmlak faktiki olaraq mənzildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikintiyə Dair Normaları Sisteminə uyğundur.
2. Daşınmaz əmlak daxilində bütün standartlara uyğun yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışları, açıq eyvan və digər zəruri texniki göstəricilər mövcuddur.
3. Həmin daşınmaz əmlak yaşayışa tam uyğundur. Belə ki, otaqların daxili hündürlüyü 3.00 metr təşkil edir. İşıqlanma və havalanma çoxmərtəbəli yaşayış binalarında nəzərdə tutulan mənzil normalarına uyğundur. Elektrik, qaz, su və kanalizasiya təchizatı ilə təmin olunmuşdur. Liftin çıxışı birbaşa həmin mərtəbəyədir. Pilləkən qəfəsi alt mərtəbələrlə eynidir və sözügedən mərtəbədən sonra davam edir. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə almır.
4. Sözügedən daşınmaz əmlakda hal-hazırda yaşayış mövcuddur.
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 15 №-li “Tikinti obyektinin istismara icazə”sinin surətindən müəyyən olunur ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bır hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı uzrə istifadənin mümkünlüyü nəzərə alaraq, xx.xx.2021-cı il Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK tərəfindən tikilmiş bina 2 (1 girişli, 1-ci mərtəbə 2 səviyyəli, 2 səviyyə zirzəmili, 11+texniki mərtəbəli), bina 3 (1 girişli, 1-ci mərtəbə 2 səviyyəli, 2 səviyyə zirzəmili, 9+texniki mərtəbəli), bina 4 (1 girişli, 1-cı mərtəbə 2 səviyyəli, 1 səviyyəli zirzəmili, 1 səviyyə kürsülü 14+texniki mərtəbəli), yaşayış binalarına (Blok 2, 3, 4) istismarına icazə verilmişdir.
Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********17 №-li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 116 ünvanında yerləşən C girişi, X mərtəbəsində və ünvan 7 ünvanında yerləşən B girişi, Xİİ mərtəbəsində yerləşən mənzillərin digər fiziki şəxslərin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 8 ünvanında yerləşən B-4, B-3, C-2 ünvanında yerləşən məzillər texniki mərtəbədə yerləşir. İstismara icazə aktında “C” girişi 9+texniki, “B” girişi 11+texniki mərtəbəli göstərilsə də, texniki mərtəbə mənzil kimi nəzərdə tutulmamışdır. Sözügedən mənzillər istismara icazə aktında göstərilən mənzillərin ümumi sayı tərkibinə daxil deyildir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********23 №-li cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə, Qarabağ və Ə.Dəmirçizadə küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair Nərimanov rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş 15 saylı, xx.xx.2021-ci i! tarixli tikinti obyektinin istismarına icazə sənədində binanın В girişinin - bina 2, 1 girişli, 11+texniki mərtəbəli, C girişinin - bina 3, 1 girişli, 9+texniki mərtəbəli olduğu qeyd olunmuş, mənzillərin ümumi sayı isə 153 ədəd göstərilmişdir, lakin texniki mərtəbənin yaşayış təyinatlı olması barədə hər hansı qeyd yoxdur. İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman müvafiq mənzillərin binanın texniki mərtəbəsində yerləşdiyi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Tətbiq edilən hüquq. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə. ...
3. Xidmətin vəzifələri. ... 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış müqavilələrə əsasən: Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 65.4 kv.metr olan, 2 otaqlı, 3 saylı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 221.5 kv.metr olan, 4 otaqlı, 4 saylı mənzili və Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “116” ünvanında yerləşən "xxxx" MTK-ya məxsus olan binanın C girişi, X mərtəbəsində ümumi sahəsi 73.59 kv.metr olan, 2 otaqlı, 2 saylı mənzili iddiaçıya təhvil verilməsini, iddiaçı isə mənzilləri qəbul edib haqqının "xxxx" MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən iddiaçı həmin mənzillərə görə mənzilin dəyərini ödəmiş, onun həmin müqavilələr üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzillər üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün bir əsas gətirir: - mənzillərin texniki mərtəbədə yerləşməsi və mənzillərin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmamasını. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzillər üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzillərin mənzillərin ümumi say tərkibinə daxil olub-olmadığı araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MTK isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzillərin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlanmış müqavilələrə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzillərin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahələrinə (mənzillərə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının "xxxx" MTK ilə imzaladığı müqavilələr ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsası odur ki, iddia olunan mənzillər texniki mərtəbədə yerləşir və mənzillərin ümumi say tərkibinə daxil deyil. Məhkəmə bununla bağlı ilk növbədə bildirir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahələrinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Məhkəmə bildirir ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin istinad etdiyi hal üzrə araşdırmanın aparılması məqsədi ilə müvafiq olaraq mütəxəssis rəyləri alınmış, həmçinin mənzillərə yerində baxış keçirilmişdir. Aparılmış araşdırma zamanı da məlum olmuşdur ki, iddia olunan sahələr texniki mərtəbə kimi istismara qəbul aktında qeyd edilsə də, faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olmaqla, ayrıca 10-cu mərtəbədə yerləşməklə yaşayış sahəsinə yararlıdır. Belə ki, texniki mərtəbədə olduğu qeyd edilən mənzillərin yerləşdiyi mərtəbəyə lift birbaşa açılmaqda, mənzillər digər mərtəbələrdə olan mənzillərin yerləşmə ardıcıllığına uyğun inşa edilmişdir. Əmlak daxilində yaşayış otaqları, sanitar qovşaq üçün nəzərdə tutulan su və kanalizasiya çıxışlar, eyvan və s sahələr yaşayış üçün yararlılıq xüsusiyyətlərinə malik ölçü və hündürlükdə olduğu müəyyən edildi. Otaqların daxili hündürlüyü texniki mərtəbə üçün yox, yaşayışa yararlıq mənzil üçün xarakterikdir və mənzillərdən birində faktiki yaşayış olduğu aşkar edilmişdir. Bundan əlavə, texniki mərtəbə kimi göstərilən faktiki iddiaçının istifadəsində olan mənzillərin yerləşdiyi mərtəbədən yuxarıda isə liftlərin birbaşa çıxışı olmayan daha çox texniki mərtəbə xüsusiyyətinə malik mərtəbənin olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddia olunan mənzillər texniki mərtəbə kimi istismara qəbui aktında qeyd edilsə də, həmin mənzillər Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə dair normaları sisteminə uyğun olduğundan, həmçinin faktiki olaraq mənzil xüsusiyyətlərinə malik olduğundan, eyni zamanda yararlıq xüsusiyyətlərinədə cavab verdiyindən, cavabdehin irəli sürdüyü dəlilin formal xarakter daşıdığı görünür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilələrdə nəzərdə tutulmuş məbləğdə mənzillərin dəyəri ödənildiyindən, həmçinin həmin mənzillər istismara icazə sənədində nəzərdə tutulduğundan iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin mənzillərə münasibətdə texniki pasportun verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 65.4 kv. metr olan, 2 otaqlı, 3 saylı mənzilinə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “114” ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın В girişi, Xİİ mərtəbəsində ümumi sahəsi 221.5 kv. metr olan, 4 otaqlı, 4 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi. “116” ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunan binanın C girişi, X mərtəbəsində ümumi sahəsi 73.59 kv. metr olan, 2 otaqlı, 2 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev