Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1177/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Səbail r-nu, Z.Tağıyev küçəsi ev 14 mənzil 19-da yaşayan),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin rəisi işləyir) iştirakı ilə, İddiaçı “X5” Şirkətinin Azərbaycandakı filialının cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qаrşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X5” Şirkətinin Azərbaycandakı filialı cavabdeh Аzərbаycаn Rеspubliкаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qаrşı 07 fevral 2020-ci il tarixli **********171574 saylı səyyar vergi yoxlaması aktının və onun əsasında qəbul olunmuş 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbini azaldıb, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 noyabr 2018-ci il tarixli **********170108 saylı qərarına əsasən iddiaçı müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində 07 fevral 2020-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərar qəbul edilmişdir. Akta əsasən 2017-ci il üzrə mənfəət vergisinin 145623,99 manat məbləğində azaldılmasına görə 72812 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə 13970,03 manat faizin tutulması, 2018-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 190085,07 manat azaldılmasına görə 33600,51 manat faizin tutulması, 2017-ci ildə ƏDV məbləğinin ödənilməməsinə görə 8075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması səbəblərinə görə İddiaçının məsuliyyətə cəlb olunması qərara alınmış və cəmi məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi tələb edilmişdir. İddiaçı həmin qərarı qanunsuz və əsassız hesab edərək ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə iddiaçıya xidmət müqaviləsi əsasında xidmət göstərən 7 nəfər fiziki şəxs, fərdi sahibkar kimi vergi uçotuna durmuş, VÖEN almış və 2017-ci ilin noyabr ayından öz iradələri ilə könüllü şəkildə iddiaçı ilə xidmət müqaviləsi bağlamışdır. Cavabdeh isə qeyd edilən xidmət müqavilələrinə, mövcud əmək münasibətlərini pərdələmək məqsədilə bağlanılan əqdlər kimi qiymət vermiş hal bu ki, qeyd edilən xidmət müqavilələrinin yalan olmasına dair heç bir əsas yoxdur, bu sadəcə vergi orqanın ehtimalıdır. Aktdan göründüyü kimi, xidmət müqavilələrinin yalan (pərdələnmiş) olması faktını təsdiq edən heç bir sübut və ya dəlil yoxdur, cavabdehin yeganə əsası odur ki, xidmət müqaviləsinə əsasən görülən işlərin xarakterinə və digər şərtlərə görə həmin münasibətlər əmək münasibətlərinin xarakterini daşıyır. Aktın muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində cavabdehin əsaslandırması ondan ibarətdir ki, görülən işlərin xarakteri, iş qrafiki, ödənilmə qaydası və digər şərtləri faktiki olaraq əmək hüquq münasibətləri xarakteri daşıyır. Cavabdeh hesab edir ki, fərdi sahibkarın yerinə yetirdiyi işin xarakteri, iş qrafiki və ödənilmə qaydası əmək münasibərtləri üzrə yerinə yetirilən işdən fərqli olmalıdır. Lakin həmin fərqin nədən ibarət olmasını aktda göstərmir. Mənfəət vergisinin azalması üzrə iddiaçı qeyd edir ki, filial tərəfindən digər hüquqi şəxsə həqiqətən faizsiz borc verilmişdir və aktla vergi orqanı tərəfindən, borcun verilmə tarixinə Mərkəzi bank tərəfindən 01.01.2017- 31.12.2017-ci il tarixləri üzrə oxşar müddətə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınmaqla, bu borca faiz hesablanmış və həmin faizdən 145623.99 manat mənfəət vergisinin hesablanması qərara alınmışdır. Cavabdeh həmin qərarını onunla əsaslandırmışdır ki, filial borc müqaviləsini qarşılıqlı surətdə asılı olduğu "xxxx" MMC ilə bağlamış, həmin müqavilələrə əsasən 2016-cı il üzrə 2 986 335,99 manat və 2017-ci il üzrə 1 077 437,60 manat, cəmi 4 063 773,59 manat məbləğində pul vəsaitini faizsiz maliyyə yardımı və borç verilməsi şəklində ödəmişdir və buna görə belə nəticəyə gəlmişdir ki, qeyd olunan dövr ərzində filiala, Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 104.1-ci maddələrinə müvafiq olaraq, həmin fəaliyyətdən 2017-ci il üzrə əlavə olaraq faiz gəliri və müvafiq olaraq, 145623.99 manat əlavə mənfəət vergisi hesablanmalıdır. Cavabdeh aktda bununla bağlı vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan maddə göstərməmişdir. Cavabdehin istinad etdiyi 18.1-ci, 14.9-cu və 104.1-ci maddələri vergi ödəyicisi üçün vəzifə müəyyən etmir, başqa sözlə həmin maddələr faizsiz borc verilməsini qadağan etmir. Həmçinin iddiaçı bununla bağlı qeyd edir ki, iddiaçı peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmur və həmin fəaliyyətdən mənfəət əldə etmir ki, həmin mənfəətdən vergi ödəsin. İddiaçı təsadüfdən maliyyə yardımı kimi digər şəxsə qısamüddətli pul borc vermiş və bu yeganə haldır. Həmçinin cavabdeh, yoxlamanın uzadılması və dayandırması barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə çıxarışları, iddiaçıya təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 28 noyabr 2018-ci il tarixli **********170108 nömrəli qərarı ilə “X5” Şirkətinin Azərbaycandakı filialında növbəti səyyar vergi yoxlaması təyin edilmiş (yoxlanılan dövr yanvar 2017- sentyabr 2018) təyin edilmiş, yoxlamanın nəticəsi 07.02.2020-ci il tarixli **********171574 nömrəli aktla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisinini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.03.2020-ci il tarixli **********198585 nömrəli qərar ilə vergi ödəyicisinə 2017-ci il üzrə 145623,99 manat mənfəət vergisi 2017-2018-ci illər üzrə 266 829,69 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi hesablanmış, mənfəət vergisinin azaldılmasına görə 72812 manat maliyyə sanksiyası, ƏDV məbləğinin gec ödənilməsinə görə 8075,44maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə cəmi 47 570,54 manat faiz hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə “Hasilatın pay bölgüsü haqqında” Sazişlər çərçivəsində həmçinin Vergi Məcəlləsi çərçivəsində elektrik quraşdırma işlərinin görülməsi ilə məşgul olmuşdur. Yoxlama ilə 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda müəyyən edilmişdir. ki, filial tərəfindən Vergi Məcəlləsinin 18.1-ci və 14.9-cu, 104.1ci və 108-ci maddələrinin tələbləri pozulmuş və Vergi Məcəlləsi ilə tənzimlənən qanunvericilik çərçivəsində fəaliyyət üzrə gəlir məbləğinin 724435.67 manat azaldılması, bu fəaliyyət çərçivəsində ümumi gəlirdən çıxılan xərclərin 3684,26 manat artıq hesablanması nəticəsində vergitutma məqsədləri üçün mənfəət məbləği 7281119.93 manat və müvafiq olaraq mənfəət vergisi 145623.99 manat azaldılmışdır.Mənfəət vergisinin azaldılmsının səbəbləri aşagıdakılar olmuşdur. Filialın qarşılıqlı surətdə asılı olduğu "xxxx" MMC-yə borc müqavilələrinə əsasən 2016-cı il üzrə 2 986 335,99 manat və 2017-ci il üzrə 1 077 437,60 manat, cəmi 4 063 773,59 manat məbləğində pul vəsaitini maliyyə yardımı və borc verilməsi şəklində ödəmişdir və bununla da Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 104.1-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlamaya təqdim edilmiş balans hesabı çıxarışlarına və bank məlumatlarına əsasən flial qarşılıqlı surətdə asılı olduğu "xxxx" MMCyə (VÖEN **********) iki tərəf rasında bağlanmış borc müqavilələrinə əsasən 2016-cı il üzrə 2 986 335,99 manat və 2017- i İİ üzrə 1 077 437,60 manat, cəmi 4 063 773,59 manat məbləğində pul vəsaitini faizsiz maliyyə yardımı və borç verilməsi şəklində ödəmişdir.Yoxlama zamanı qeyd olunan dövr ərzində filiala Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 04.1-ci maddələrinin müddəalarına müvafiq olaraq, həmin fəaliyyətdən borcun verilmə arixinə Mərkəzi Bank tərəfindən 01.01.2017- 31.12.2017-ci il tarixləri üzrə oxşar müddətə erilmiş kreditlər üzrə orta faiz dərəcəsi nəzərə alınmaqla 2017-ci il üzrə əlavə olaraq 551935,38 manat faiz gəliri və müvafiq olaraq 110387,08 manat əlavə mənfəət vergisi hesablanmışdır. Həmçinin yoxlama zamanı, yoxlama ilə əhatə olunmuş 2017-ci il üzrə Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət ilə Hasilatın pay bölgüsü haqqında Sazişləri çərçivəsində fəaliyyət arasında gəlir və xərclərin bölgüsü düzgün aparılmadığı müəyyən edilmiş, gəlirlər üzrə məzənnə fərqinin hesablanması zamanı, Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzrə yaranmış debitor borclarına görə 2017-ci il üzrə hesablanmış 172 500.29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxılmalara aid edilmiş, habelə 2017-ci il üzrə hesablanmış 4 190.47 manat əmlak vergisinin 3 684.26 manatı Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzrə xərclərə aid edilməli olduğu halda Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə xərclərə aid edilmişdir və yekunda bu fəaliyyyət üzrə mənfəətin 2017-ci il üzrə 176 184,55 manat,nəticədəmənfəət vergisinin 35 236,91 manat azaldıldığı müəyyən etmişdir.Ümumilikdə yoxlamanın yekunu üzrə əlavə olaraq 145623.99 manat mənfəət vergisi hesablanmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi ilə bağlı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci maddələrinin tələbləri pozulmuş və bir sıra xarici vətəndaşların gəlirinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiyə cəlb edilməməsi nəticəsində MÖMV məbləği 2017-2018-ci illər üzrə 266 829,69 manat azaldılmışdır. MÖMV-nin azaldılmasının səbəbləri aşağıdakılar olmuşdur: yoxlama ilə əhatə olunan 2017-ci ilin noyabrdekabr və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Hindistan Respublikasının vətəndaşları olan xarici fiziki şəxlər ilə filial arasında bağlanmış xidmətlərin təqdim olunmasına və işlərin göstərilməsinə aid müqavilələr üzrə bu xarici fiziki şəxlər tərəfindən mühəndis xidmətləri göstərilmişdir. Həmin xarici fiziki şəxlər 2017-ci ilin noyabr ayına kimi bağlanmış əmək müqavilələrinə əsasən filialın işçiləri olmuş və onlann gəlirlərindən Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci maddələrinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilmişdir. Lakin sonradan bu xarici əməkdaşlar Azərbaycan Respublikasında qeydiyyatda olan vergi ödəyicisi kimi xidmət müqaviləsi əsasında fəaliyyət göstərmişlər. Bu zaman, görülən işlərin xarakteri, iş qrafiki, ödənilmə qaydası və digər şərtlər faktiki olaraq əmək hüquq münasibətləri xarakterini daşısa da, tərəflər arasında əmək müqaviləsi deyil, xidmət müqavilələri bağlanmışdır. Halbuki, xidmətlərin göstərilməsinə, işlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə (vergi orqanında qeydiyyatda olmasından asılı olmayaraq) rezident müəssisələr arasında yaranan münasibətlərdə əmək münasibətlərini şərtləndirən hallar olduğu halda qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 23.1.6-1-ci maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqaqnının hüququna aid edilmişdir. mülki-hüquqi müqavilə əsasında əmək müqaviləsindən irəli gələn eyni işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi tərəflər arasında mövcud əmək münasibətlərini pərdələmək məqsədi ilə bağlanan əqd kimi qiymətləndirilir və vergi öhdəlikləri bağlanmış əqdin faktiki mahiyyəti nəzərə alınmaqla hesablanır. Bundan başqa, filial tərəfindən təqdim edilmiş bank məlumatlarına və baza məlumatlarına görə "Haydratayt Opereyşns Limited" şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) 05.06.2017-ci il tarixində təqdim etdiyi H0219182, H0219183, H0219184, H0219185 nömrəli vergi hesab-fakturalan üzrə ümumilikdə 89 727,05 manat məbləğ 14.06.2017-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə ödənmişdir. Bu zaman, filialın ƏDV Depozit Hesabı üzrə çıxarış məlumatlarına görə qeyd olunan fakturalar üzrə 16 150,87 manat ƏDV məbləği isə 16.06.2017-ci il tarixində, yəni 2 gün gec olaraq filialın sub-hesabından vergi ödəyicisinin sub-hesabına ödənilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən mallann (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında, yəni 8 075,44 (16150,87*50%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göstərilənlərlə bağlı cavabdehn nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbininə dair cavabdehin etirazına uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: -28.11.2018-ci il tarixli **********170108 nömrəli qərardan görünür ki, Milli Gəlirlər Departamenti tərəfindən“X5” Şirkətinin Azərbaycandakı filialında 2017-ci ilin yanvar ayından 2018cu ilin sentyabr ayınadək olan dövrün yoxlanılması üçün növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. - 07.02.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, “X5” Şirkətinin Azərbaycandakı filialında 2017-ci ilin yanvar ayından 2018-cu ilin sentyabr ayı üzrə növbəti səyyar vergi yoxlaması aparılmış və nəticədə, 2017-ci il mənfəət vergisinin 145623,99 manat məbləğində azaldılmasına görə 72812 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə 13970,03 manat faizin tutulması, 2018-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 190085,07 manat azaldılmasına görə 33600,51 manat faizin tutulması, 2017-ci ildə ƏDV məbləğinin ödənilməməsinə görə 8075,44 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir. -29.03.2020-ci il tarixli **********198585 saylı qərardan görünür ki, “X5” Şirkətinin Azərbaycandakı filialı üzrə aparılan səyyar vergi yoxlaması nəticəsi olaraq 2017-ci il mənfəət vergisinin 145623,99 manat məbləğində azaldılmasına görə 72812 manat məbləğində maliyyə sanksiyası, 2017-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 76744,62 manat azaldılmasına görə 13970,03 manat faizin tutulması, 2018-ci ildə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin 190085,07 manat azaldılmasına görə 33600,51 manat faizin tutulması, 2017-ci ildə ƏDV məbləğinin ödənilməməsinə görə 8075,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Cavabdehin qərarlarından görünür ki, 13 dekabr 2018-ci il tarixində səyyar vergi yoxlaması başlanılmış və 27 dekabr 2019-cu il tarixində başa çatmışdır, 28.01.2019-cu il tarixində uzadılmış, 18.02.2019-cu il tarixində dayandırılmışdır, 03.05.2019-cu il tarixində təkrarən uzadılmış, 14.06.2019-cu, 16.07.2019-cu, 19.08.2019-cu, 12.09.2019-cu, 11.10.2019-cu, 04.11.2019-cu, 18.11.2019-cu, 16.12.2019-cu il tarixlərində dayandırlıb bərpa olunmuş, 27.12.2019-cu il tarixində isə aktın tərtib müddəti uzadılmışdır. - iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif tarixli, xarici vətəndaşlar olan Hithesh Kumar, P.G. Sreehari, X3, Sahayaraj Joseph, Ashwin Shetty, X7 Satya Ganapath və X6 ilə xidmət müqavilələrindən və ezamiyyə məktublarından müəyyən olunur ki, həmin şəxslər müxtəlif tarixlərdən 2017-ci ilin noyabr ayınadək Cersinin “X5” Şirkətinə xidmət göstərmiş və “X5” Şirkətinin Azərbaycandakı filialına ezam olunmuşlar. - 01 noyabr 2017-ci il tarixli podrat müqavilələrindən görünür ki, xarici vətəndaşlar olan Hithesh Kumar, P.G. Sreehari, X3, Sahayaraj Joseph, Ashwin Shetty, X7 Satya Ganapath və X6 həmin tarixdən “X5” Şirkətinin Azərbaycandakı filialında mühəndislik işlərini görmüşlər. - xarici vətəndaşlar olan Hithesh Kumar, P.G. Sreehari, X3, Sahayaraj Joseph, Ashwin Shetty, X7 Satya Ganapath və X2 şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamələrindən müəyyən olunur ki, həmin şəxslər vergi uçotuna alınmış və onlara Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. - 11 yanvar 2016-cı il tarixli BM-2016-001 saylı və 09 yanvar 2017-ci il tarixli BM-2017-001 saylı borc müqavilələrindən görünür ki, iddiaçı "xxxx" MMC-yə 2016-cı il üzrə 2 986 335,99 manat və 2017-ci il üzrə 1 077 437,60 manat, cəmi 4 063 773,59 manat məbləğində pul vəsaitini faizsiz olaraq borc vermişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vəkil sorğusuna cavab məktubundan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən, yoxlamanın başlanması; 18.02.2019, 14.06.2019, 16.07.2019, 19.08.2019, 12.09.2019, 11.10.2019, 04.11.2019, 18.11.2019 və 16.12.2019-cu il tarixli dayandırmalar; 28.01.2019-cu il tarixli uzadılma reyestrə daxil edilmiş, 03.05.2019-cu il tarixli uzadılma isə reyestrə daxil edilməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Mənfəət vergisinin azalması ilə bağlı cavabdeh Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 104.1-ci maddələrinin pozulduğunu iddia edir və həmin maddələrin pozulmasına görə iddiaçını məsuluyyətə cəlb edir. Belə ki, Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 18.1-ci, 14.9-cu və 104.1-ci maddələrinin heç biri iddiaçıya tətbiq edilən vergi qanunvericiliyinin pozulması halı və həmin pozuntuya görə məsuliyyət nəzərdə tutan konkret maddə hesab oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Borc müqaviləsi) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci (Borc üzrə faizlər) maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3-cü (Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması) maddəsinə əsasən, bankların aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır. Göründüyü kimi qüvvədə olan qanunvericilik aktları faizsiz kredit verilməsini mümkün etməklə bir vaxtda aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlər verilməsini müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərə aid edir. İddiaçı, həmin şəxslər sırasına aid deyil. İş materiallarından müəyyən olunur ki, iddiaçı peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olmur və həmin fəaliyyətdən mənfəət əldə etmir ki, həmin mənfəətdən vergi ödəsin. İddiaçı təsadüfdən maliyyə yardımı kimi digər şəxsə qısamüddətli pul borc vermişdir, qanunvericilik isə yalnız peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslərə peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəalarını gözləmək vəzifəsini öhdələrinə qoyur. Cavabdeh tərəfindən həmçinin yoxlama ilə əhatə olunmuş 2017-ci il üzrə Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət ilə Hasilatın pay bölgüsü haqqında Sazişləri çərçivəsində fəaliyyət arasında gəlir və xərclərin bölgüsü düzgün aparılmadığı müəyyən edilmiş, gəlirlər üzrə məzənnə fərqinin hesablanması zamanı, Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzrə yaranmış debitor borclarına görə 2017-ci il üzrə hesablanmış 172 500.29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxılmalara aid edilmiş, habelə 2017-ci il üzrə hesablanmış 4 190.47 manat əmlak vergisinin 3 684.26 manatı Hasilatın pay bölgüsü haqqında Sazişləri fəaliyyət üzrə xərclərə aid edilməli olduğu halda Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə xərclərə aid edilmişdir və yekunda bu fəaliyyyət üzrə mənfəətin 2017-ci il üzrə 176 184,55 manat, nəticədə mənfəət vergisinin 35 236,91 manat azaldıldığı qeyd edilmişdir. Lakin cavabdeh həmin halı təsdiq edən və belə qərarın qəbulu üçün əsas olmuş hər hası bir sübuta nə yoxlama aktında, nə qərarında istinad etməmiş, məhkəmə araşdırması zamanı da təqdim etməmişdir. Yəni iddiaçı tərəfindən 172 500.29 manat mənfi məzənnə fərqinin düzgün olmayaraq Vergi Məcəlləsi ilə vergiyə cəlb edilən fəaliyyət üzrə gəlirdən çıxılmalara aid edilməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin yoxlama dövründə 266 829,69 manat azalması ilə bağlı məhkəmə qeyd edir ki, 2017-ci ilin noyabr ayından 7 nəfər xarici vətəndaşların Azərbaycan Respublikasında qeydiyyatda olan vergi ödəyicisi kimi iddiaçı ilə bağlanılan xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsi cavabdehin iddia etdiyi kimi Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci maddələrinə zidd deyil. Həmin maddələr fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirin nə olduğunu, hansı dərəcədə, qaydada və necə tutulduğunu müəyyən edir və vergi ödəyicisi üçün hər hansı qadağa müəyyən etmir. Vergi ödəyicisi vergi orqanlarında uçotda olan fiziki şəxslə mülki-hüquqi müqavilə bağlayarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Vergi ödəyicisinin qeyd edilən şəxslərlə xidmət müqaviləsi bağlanması hər iki tərəfin iradə ifadəsi ilə bağlı olmuş və hər hansı tərəfin hüquqlarını pozmağa yönəlməmişdir. Yoxlama zamanı qanunvericiliklə mülki hüquq müqavilələrin bağlanmasına yol verilməyən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Əmək Məcəlləsinin 7-ci maddəsinə edilmiş dəyişikliklər, bir daha onu dəlalət edir ki, yoxlanılan dövrdə iddiaçı ilə həmin 7 nəfər xarici vətəndaş arasında yaranan münasibətlərin əmək münasibətlərinin hesab edilməsi üçün qanuni əsaslar olmamış və həmin şəxslərdən mülki hüquq müqavilələrin rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, vergi orqanının iddiaçı müəssisənin ayrı-ayrı şəxslərlə bağladığı xidmət müqaviləsini əmək müqaviləsi kimi qiymətləndirməsi və bu əsasla ona əlavə vergi borcu hesablaması əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çoxtərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, cavabdeh əlavə mənfəət vergisinin və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesablanmasını, qanunvericiliyin tələblərinə zidd olaraq əsaslandıra bilməmişdir. İddiaçının 16 150,87 manat ƏDV məbləğinin vergi ödəyicisinin sub hesabına 14.06.2017-ci il tarixində ödənilməli olduğu təqdirdə 16.06.2017-ci il tarixində, yəni 2 gün gec ödənilməsi və bununla da 8 075,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin faktın təkzib etməməsinə baxmayaraq, qərar aşağıda qeyd edilən səbəblərə görə həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh səyyar vergi yoxlamasını apararkən qanunvericiliyinin bir sıra normalarını pozmuşdur. Səyyar vergi yoxlaması 13.12.2018-ci il tarixində başlanılmış, 27.12.2019-cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının müddəti 2 dəfə uzadılmış, 9 dəfə isə yoxlama müvəqqəti dayandırılmışdır. Yoxlamanın müddəti 2 dəfə uzadılsa da (28.01.2019 və 03.05.2019-cu il tarixlərdə) 03.05.2019-cu il tarixli yoxlama müddətinin uzadılması barədə qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən reyestrə yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilir. Göründüyü kimi, vergi orqanı yoxlamanın müddətin uzatsa da, bu barədə məlumatı reyestrə daxil etməməklə qanunvericiliyin tələblərini pozmuşdur, halbuki, həmin qeydiyyata alınmamış müddəti uzatmadan sonra yoxlamanın müddəti 8 dəfə dayandırılmışdır və belə olan halda yoxlamanın hüquqi nəticəsi yoxdur. Həmin yoxlama əsassız olaraq 1 ildən çox müddətdə aparılmış, yoxlamanın uzadılması üçün səbəb isə, keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı öyrənilməsinə və araşdırılmasına əlavə vaxtın tələb olunduğu qeyd edilmişdir, lakin iddiaçının təqdim etdiyi arayışdan məlumdur ki, yoxlamaya faktiki həmin il ərzində cəmi 121 saat sərf edilmiş və cavabdeh həmin faktı təkzib etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayətverildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,32, 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 mart 2020-ci il tarixli **********198585 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1177/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1177/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver