Məhkəmə qərarları › İş №e-2-1(112)-1178/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1178/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1178/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin ləğv edilməsinə və dayandırılmasına dair qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişinin ləğv edilməsinə və dayandırılmasına dair qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 4 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1947-ci il təvəllüdlüdür. İddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1963-cü il tarixdə “Kalinin” adına Teleavadanlıq və avtomatika qurğular” zavodunun mexanika-yığma sexinə çilingər köməkçisi kimi qəbul edilib, xx.xx.1963-cü il tarixdə 1-ci dərəcəli çilingər peşəsi verilib, xx.xx.1964-cü il tarixdə ştat ixtisarına görə işdən azad edilib (10 ay, 17 gün); xx.xx.1964-cü il tarixdə həmin zavodda mexanika-yığma sexinə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1965-ci ildə 2-ci dərəcəli çilingər dərəcəsi verilib, xx.xx.1965-ci ildə öz arzusu ilə işdən azad edilib (1 il, 2 ay, 15 gün); xx.xx.1968-ci ildə “Artemneft” QPM X22 müvəqqəti olaraq qazmaçı təyin edilmiş, xx.xx.1968-ci ildə müddətin bitməsi ilə əlaqədar işdən azad edilib (2 ay, 10 gün); xx.xx.1970-ci ildə “Nəriman Nərimanov” adına neft sənayesi idarəsinə 4-cü dərəcəli operator işinə qəbul edilib, xx.xx.1970-ci ildə “Abşeronburneft” trestinə köçürülmə qaydasında işdən azad edilmişdir (1 ay, 29 gün); xx.xx.1970-ci ildə 2 tərəfli razılıq əsasında Nəriman Nərimanov adına neft sənaye İdarəsindən köçürülmə yolu ilə Neft və qaz çıxarılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə mühəndis dispetçer işinə keçirilib, (xx.xx.1971-ci ildə “Abşeronburneft” 2 və 3 trest kontorları bazasında Kaspmorneft birgə qazma işləri üzrə Sənqaçal dəniz idarəsi yaradılıb) xx.xx.1971-ci ildə istehsalat-texniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilib, xx.xx.1973-cü ildə qazma ustası köçürülüb, xx.xx.1980-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəis müavini vəzifəsinə keçirilib, xx.xx.1982-ci ildə 3 saylı İstehsalat-texniki şöbənin rəisi vəzifəsinə keçirilib, xx.xx.1982-ci ildə neft emalı işi şöbəsinin referant vəzifəsinə köçürülməsi ilə əlaqədar işdən azad edilib (11 il, 11 ay, 27 gün); xx.xx.1982-ci ildə Azərbaycan SSR Nazirlər İttifaqı işlər idarəsinin neft emalı, neftkimya və kimya sənayesi şöbəsinin referent vəzifəsinə qəbul edilib, xx.xx.1985-ci ildə ba. Referent vəzifəsinə keçirilib, xx.xx.1986-cı ildə digər işə köçürülməsi ilə əlaqədar işdən azad edilib (3 il, 10 ay, 9 gün); xx.xx.1986-cı ildən xx.xx.1990-cı il tarixədək Bakı SQO zavodunda işləmişdir (4 il, 1 ay, 1 gün); xx.xx.1990-cı ildə Neftqazprom Nazirliyin Bakı Dərin Özüllər zavodundan köçürmə ilə baş mühəndis vakant vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyinə köçürülməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (4 ay, 27 gün); xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Farmokologiya və ənənəvi tibb” Elmi-İstehsalat Birliyi, İstehsalat şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir (öz arzusu ilə) (3 il, 5 ay, 2 gün); xx.xx.1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti, "xxxx" MMC Birgə Müəssisəsi, "xxxx" Azərbaycan Marin Konstrakşn MMC, BM “Makşelf MMC-nin İnsan Resursları menecerinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə əmək müqaviləsinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsi ilə işdən azad edilmişdir (4 il, 1 ay, 19 gün); xx.xx.1998-ci ildən xx.xx.2006-cı il tarixədək Azərbayca Respublikasının Dövlət X28 Komitəsinin Texniki Şöbənin rəisi və müdiri işləmişdir (7 il, 1 ay, 19 gün); xx.xx.2006-cı ildən xx.xx.2014-cu ilədək "xxxx" ASC "xxxx" MMC (sonradan "xxxx" ASC adlandılırb) işləmişdir (7 il, 1 ay, 7 gün). İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) qazma bəndinin (1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (11000005-22247) və buruq qurğularının rəisləri və onların müavinləri (11000005-24094) vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin edilərkən təqdim olunmuş X24 X20 İşləri İdarəsinin 31 yanvar 2008-ci il tarixli 04/227 nömrəli arayışında X26 İşləri İdarəsinin X10 xx.xx.1971-xx.xx.1973-cü il tarixləri arasındakı dövr ərzində mühəndis, 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətində xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində rəis müavini və növbə rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan dövrlər üzrə əmək stajınızın dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq işlədiyiniz X9 yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid olmadığı, işlədiyiniz rəis müavini və növbə rəisi vəzifəsinin isə buruq qurğularının rəisləri və onların müavinləri vəzifəsinə uyğun olmadığı bildirilib. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (8 il 28 gün (xx.xx.1970-xx.xx.1971-ci il və xx.xx.1973-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2006-cı il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 21 aprel 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur”. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9141/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9138/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı (nümayəndəsi və vəkili vasitəsi ilə) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-3-9141/2023 nömrəli qərarının və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9138/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmasında mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-80188/2023 nömrəli dəvət məktubu göndərdiyini iddia etsə də, iddiaçıya həmin məktub rəsmi qaydada təqdim edilməmişdir. Telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlanılaraq sonuncu xx.xx.2023-cü il tarixdə Mərkəzi filiala dəvət edildiyindən onun nümayəndəsi qismində həmin filiala gedib. Orada İddiaçı təyin olunmuş güzəştli şərtlərlə pensiya ödənişinin qanunauyğun olduğunu, sonuncunun əmək kitabçasına əsasən tələb olunan 10 illik pensiya stajına malik olduğunu, hətta İddiaçı güzəştli şərtlərlə pensiyaya tələb olunan 10 il güzəştli və 50 yaşınadək 20 il ümumi iş stajı olduğuna görə 1997-ci ildən pensiya ödənilməli olduğunu, İddiaçı ödənilməmiş illərə görə də birdəfəlik pensiya ödənişinin ödənilməli olduğunu, SOCAR-ın "X24” Trestinin təqdim etdiyi arayışda yanlışlıqlara verildiyini, yəni F.X21 Qazma işləri idarəsində xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X10 “mühəndis” və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətində növbə rəisi vəzifələrində işlədiyi illərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə" yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifə göstəricilərinin siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun 320 saylı qərarına əsasən güzəştli iş stajı olduğunu, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə pensiya ilə bağlı açılmış inzibati icraat üzrə materiala F.X21 Qazma işləri idarəsində işlədiyi müddətə dair arayışların və digər zəruri sənədlərin yenidən tələb edilərək əlavə edilməli olduğunu və pensiya ödənişinin dayandırılmasının qanunsuz olduğunu bildirib. Bu səbəbdən cavabdehin 01 may 2023-cü il tarixli “İddiaçı güzəştli pensiya ödənişinin dayandırılması” barədə Aktına öz qeydlərini etməklə həmin Aktın qanunvericiliyin tələblərinə əməl edilmədən aparılmış araşdırma nəticəsində qəbul edildiyini yazıb. Həmin inzibati akt qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahıda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. Göstərilən hüquqi mövqeyə uyğun olaraq cavabdeh orqan iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Vəkil sorğusuna əsasən ona təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X24” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-496/2023 saylı məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 14- 2-15/2-475/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 11 il, 11 ay, 25 gün, güzəştli iş stajı isə 8 il 28 gün deyil, 09 il, 05 ay. 08 gün təşkil edir. Həmin arxiv arayışında İddiaçı güzəştli is stajının 09 il, 05 ay, 08 gün təşkil etdiyi qeyd edilsə də, bununla qətiyyən razılaşmır. Belə ki, vəkil sorğusuna əsasən ona təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X24” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-496/2023 saylı məktubuna əlavə edilmiş İddiaçı X10 “mühəndis” vəzifəsi və 3 saylı Rayon Mühəndis Texnoloji xidmətində “növbə rəisi” vəzifəsi üzrə əmək funksiyaları və gördüyü işlər haqqında arayışın məzmunundan da görünür ki, İddiaçı “mühəndis” vəzifə təlimatına əsasən trest üzrə neft və qaz quyularının qazılması, problemlərin həlli üçün elmi-texniki tədbirlərin işlənib hazırlanmasında və tətbiqində iştirak etmiş, müasir texnikadan istifadə etməklə qazma işlərinin keyfiyyətini yüksəltmək, rəqabətə davamlı qazma xidmətlərini təqdim etmiş, “növbə rəisi” vəzifə təlimatına əsasən qəzaların aradan qaldırılması üçün görülən tədbirlərdə iştirak etmiş və digər ağır sahəli əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni iddiaçının tutduğu həmin vəzifələrə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqamətini nəzərə alsaq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) açıq-açkar görmüş olarıq. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, inzibati aktı qəbul edərkən formal olaraq yalnız arayışa istinad etməklə iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir. Vəzifə funksiyalarını əsas götürüb nəzərə alsaq ki, İddiaçı “X10” “mühəndis” vəzifəsində güzəştli iş stajı xx.xx.1971ci ildən xx.xx.1973-cü ilədək olmaqla, 2 (iki) il, “Rayon Mühəndis Texnoloji xidmətin “növbə rəisi” vəzifəsində güzəştli iş stajı xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək olmaqla, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil etmişdir. Yəni iddiaçının güzəştli iş stajı üçün tələb olunan 10 illik iş stajından çox güzəştli iş stajı hər bir halda vardır (arayışla güzəştli iş stajı hesab edilən 09 il, 05 ay, 08 gün+əmək funksiyası nəzərə alınmaqla “X10” “mühəndis” vəzifəsi və “Rayon Mühəndis Texnoloji xidmətin “növbə rəisi” vəzifəsi üzrə ümumi iş stajı 2 (iki) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün=11 il 11 ay 33 gün). Bundan başqa, məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasından da göründüyü kimi, İddiaçı xx.xx.1968-ci ildən xx.xx.1968-ci ilədək Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi Neft Mədənləri İdarəsi X22 “qazmaçının köməkçisi” vəzifəsində işlədiyi güzəştli iş stajı 2 (iki) ay, 9 (doqquz) gün təşkil edir. Bundan başqa, həmin əmək kitabçasından göründüyü kimi, İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1970-ci ilədək Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma idarəsində neft və qaz yatağında “operator” vəzifəsində işlədiyi güzəştli iş stajı 1 (bir) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Lakin inzibati aktdan da göründüyü kimi İddiaçı Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi Neft Mədənləri İdarəsi X16maçının köməkçisi vəzifəsində və Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma idarəsində neft və qaz yatağında “operator” vəzifəsində işlədiyi ümumilikdə 4 (dörd) ay 6 (altı) gün güzəştli iş stajı ümumiyyətlə iş stajı kimi nəzərə alınmamış, həmin iş yerlərindən iş stajının güzəştli staj olmasını təsdiq edən müvafiq arayışlar və sənədlər əldə edilməmişdir. Beləliklə, iddiaçının ümumi güzəştli iş stajı 11 (on bir) il 11 (on bir) ay 33 (otuz üç) gün+4 (dörd) ay 6 (altı) gün=12 (on iki) il, 13 (on üç) ay, 39 (otuz doqquz) gün təşkil edir ki, inzibati aktın qanunsuz olması bir daha təsdiqini tapır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilənlərlə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarlarınıın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş pensiyanın ləğv edilməsi ilə nəticələndiyindən onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən) 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; .... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

67. - maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin hallarına görə iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixində (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla iddiaçı mülahizələrinin dinlənilməsi üçün Filiala dəvət edilmiş və vaxtı ilə ona pensiya təyin edilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini, iddiaçının güzəştli stajının olmaması bildirilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17/1/3-3-9141/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmış və həmin tarixli 3-17/1/3-3-9138/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. İddiaç hazırkı tələbində bu qərarları mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, pensiyanın təyin edilməsinə dair qərarın ləğvinin nəticəsi, özü-özlüyündə ləğv edilmiş pensiyanın bərpa edilməsini də ehtiva edir. İşdən göründüyü kimi, cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı ləğv edərkən onun güzəştli stajının kifayət etməməsinə istinad edir. İddiaçının ümumi stajı cavabdeh tərəfindən də mübahisələndirilmir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı ləğv edərkən onun güzəştli iş stajı barədə işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən iddiaçıya pensiya təyin edilməsinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ona pensiya təyinatının aparıldığı xx.xx.2006-cı il tarixədək; 1) 50 yaşının tamam olması; 2) 20 il ümumi stajının olması 3) 10 il güzəştli stajının olması müəyyən edilməlidir. 1-ci və 2-ci bənd cavabdeh tərəfindən mübahisələndirilmir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İşdə olan “iş stajı haqqında” arxiv arayışında qeyd edilmişdir ki, “...verilir xx xxxx 1947-ci il təvəllüdlü İddiaçı İsax oğluna ondan ötrü ki, o həqiqətən X26 işləri İdarəsində işləmişdir. Dənizdə Neft və X23 Birliyinin xx.xx.1996-cı il tarixli 58 saylı əmri ilə X26 işləri İdarəsi ləğv edilib, onun bazasında X14 Təmir İdarəsi yaradılıb. Dənizdə Neft və X23 Birliyinin xx.xx.1998-ci il tarixli 11 saylı əmri ilə X14 Təmir idarəsi ləğv edilib onun bazasında X25 işləri İdarəsi yaradılıb. “Azneft” İstehsalat Birliyinin xx.xx.2004-cü il tarixli 244 saylı əmri ilə X25 İşləri idarəsi qazma sexi kimi "Abşeronneft" X29 idarəsinin tərkibinə verilmişdir. "Azneft" istehsalat Birliyinin xx.xx.2006-cı il tarixli 349 saylı əmrə əsasən X25 İşləri İdarəsi qazma sexi kimi X27 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X24” tresti yaradılmışdır, X27 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən “X24” X20 işləri idarəsi ləğv olunaraq Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “X24" trestinin "Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, 'Qaradağ-Qalmaz, "Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı: 11 il, 11 ay, 25 gün Güzəştli iş stajı: 08 il, 28 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297 kodu ilə, 1100000b-23196 buruqların ustaları və onların köməkçiləri, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə, 08 il, 28 gün güzəştli iş stajı təşkil edir. Qeyd: Mühəndis texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq vəzifə funksiyaları eyni olduğu üçün məqsədə uyğun hesab edilmişdir”. Məhkəməyə təqdim edilmiş, “SOCAR” Azneft İB tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, Abşeronneft Neft və qazçıxarma idarəsinin (NQÇİ) arxivində saxlanılan sənədlərə əsasən, İddiaçı, “Abşeronneft” NQÇİ-nin (əvvəlki “Artyomneft” Neft İstehsal idarəsi) X22 xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci i! tarixədək qazmaçı köməkçisi peşəsində işləmişdir. İddiaçı “Abşeronneft” NQÇİ-nin (əvvəlki “Artyomneft” NQÇİ)) X22 xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il tarixədək (02 ay 10 gün) işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 1100000a-11292 kodu ilə qeyd edilmiş “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” Azneft İB tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində xx.xx.1970-cı il tarixdən xx.xx.1970-ci il tarixədək neft və qaz hasilatı üzrə operator peşəsində işləmişdir. İddiaçı “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində xx.xx.1970-ci il tarixdən xx.xx.1970-ci il tarixədək (01 ay 26 gün) işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi yerinə yetirilən işin xüsusiyyətlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şəstin emalı” bölməsinin 10.2.a “Neft-qaz və qaz kondensatının hasılatı” yarımbölməsində 11000002-15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operator” peşəsi ilə eynilik təşki edir (1 №-li siyahının 10.2.8 yarımbölməsində nəzərdə tutulan peşələr üzrə - 01 ay 26 gün). Məhkəmə sorğusuna cavab olaraq “SOCAR” Azneft İB tərəfindən məhkəməyə təqdim edilmiş “iş stajı haqqında” Arxiv arayışına əsasən iddiaçı: xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək X26 İşləri İdarəsinə neft və qaz quyularının qazılması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə qəbul edilib (3 ay, 16 gün): xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilədək Qazma üzrə mühəndis texnoloq vəzifəsinə keçirilib. (5 ay, 20 gün); xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X15 mühəndis vəzifəsinə keçirilib (1 il, 11 ay, 29 gün); xx.xx.1973-cü ildən xx.xx.1980-ci ilədək 1 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə 197 saylı buruğa qazma ustası vəzifəsinə keçirilib (7 il, 3 ay, 27 gün). xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloii Xidmətinin rəis müavini vəzifəsinə keçirilib (1 il, 4 ay, 11 gün) xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 3 saylı Rayon Mühəndis Texnoloji Xidmətinə növbə rəisi vəzifəsinə keçirilib (6 ay, 20 gün). Arayış əsasən ümumi iş stajı: 11 il, 11 ay, 25 gün Güzəştli iş staiı: 09 il, 05 ay, 08 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qazmaçı köməkçisi 1100000a-11297 kodu ilə, 1100000b-23196 buruqların ustaları və onların köməkçiləri, bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər 1100000b-22247 kodu ilə, 09 il, 05 ay, 08 gün güzəştli iş stafı təşkil edir Qeyd: Mühəndis texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq vəzifə funksyaları eyni olduğu üçün məqsədə uyğun hesab edilmişdir. Arayışdan göründüyü kimi, iddiaçının arayış hazırlanarkən iddiaçının xx.xx.1970-ci il tarixdə X26 İşləri İdarəsindən etibarən iş stajı nəzərə alınmış və 9 il 5 ay 08 gün güzəştli staj müəyyən edilmişdir. Lakin işdə olan SOCAR tərəfindən məhkəməyə və iddiaçının vəkilinə təqdim edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçının həmçinin xx.xx.1968-ci il tarixdən xx.xx.1968-ci il (2 ay 10 gün) tarixədək qazmaçı köməkçisi peşəsində və xx.xx.1970-cı il tarixdən xx.xx.1970-ci il tarixədək (01 ay 26 gün) İddiaçı “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və qazçıxarma mədənində neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi dövrlər də güzəştli püşələr hesab edilmişdir. Lakin həm cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan güzəştli arayışda, həm də SOCAR tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda həmin dövlər nəzərə alınmamışdır. Bundan başqa işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilədək X15 mühəndis vəzifəsində işlədiyi müddət (1 il, 11 ay, 29 gün) Şöbənin adının Texniki Şöbə adlandırılması ilə əlaqədar güzəştli stajına daxil edilməmişdir. Lakin məhkəmə hesab edir ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin vəzifə təlimatları sorğu edilmiş və eyni fəaliyyətlər məşğul olan müəssisəyə uyğunluğun müəyyən edilməsi üçün sorğu edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “BP” Exploration (Caspian SEA) limited tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...məktubda qeyd olunan X10 “’mühəndis” vəzifəsi şirkətimizdə mövcud deyil. Lakin məktubunuzun qoşmasında qeyd olunan vəzifə funksiyaları şirkətimizdə mövcud olan 3 müxtəlif vəzifənin funksiyalarına daxildir. Bu vəzifələr mühəndis-texnoloq, sahə mühəndisi və quyu mühəndisi vəzifələridir və onlardan yalnız sahə mühəndisi güzəştli pensiya hüququna əsas verən vəzifələr sırasındadır. Sahə mühəndisinin vəzifə öhdəliklərinə aşağıdakılar daxildir: Sahədə yaranan texniki məsələlər üçün ilk əlaqə saxlanmalı şəxs qismində fəaliyyət göstərir və məsələləri həll etmək üçün dərhal prioritetləri müəyyənləşdirir və müvafiq qərar qəbul edir (Qeyd: Sahə mühəndisi özünün texniki bilik və təcrübəsindən kənar məsələlər üçün Əməliyyatlara Dəstək (ƏD) və Texniki qruplardan məsləhət və resurslar almağa çalışır) Sahədə nəzərəçarpan şəkildə olmaqla və əməkdaşlara təlim keçməklə, hamilik və rəhbərlik etməklə obyektdə həssaslıqların və texniki/texnoloji təhlükəsizlik məsələlərinin sahə tərəfindən başa düşülməsi səviyyəsini artırır. Risklərin idarə olunması prosesinə, o cümlədən risk ilə bağlı fəaliyyət planlarının işlənib hazırlanması və həyata keçirilməsinə və baryerlərin texniki vəziyyətinin monitorinqinin aparılmasına/müvafiq məlumatların diqqətə çatdırılmasına dəstək verir. X4 (SƏP) təkmilləşdirilməsinə texniki kömək göstərir və sahə riskinin qiymətləndirilməsi işlərini yoxlayır (Qeyd: müvafiq işlərə X2 (ƏRQ), HİTRA səviyyə 2, anormal əməliyyatlar, ciddi X11 (SƏP) qiymətləndirmələri, X4 (SƏP) korrektələri, tələblərə uyğun olmayan izolyasiyalar, sızmalar və dağılmalar, siqnalizasiya sisteminin idarə olunması, Dəyişikliklərin İdarə olunması (DİO) üçün risklərin qiymətləndirilməsi və texniki suallar (TS) daxildir). Sahədə kənara çıxma halları və ləngimələrin texniki qiymətini verir və siqnal sisteminin idarə olunması prosesinin sahədə düşüncə ilə həyata keçirilməsini təmin edir. Əməliyyatlara Dəstək (ƏD) qrupuna X3 (TƏL) kənaraçıxmaların təhqiq olunmasında və proqnoz analizlərində dəstək verir (Qeyd: siqnal səviyyələrinin Əməliyyatlar qrupu tərəfindən idarə oluna bilməsinin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir). Dəyişikliklərin İdarə olunması (DİO) və texniki suallar (TS) proseslərinə dəstək verir. Sözügedən proseslərin qaldırdığı texniki məsələləri həll etmək və imkanları nəzərə almaq üçün sahənin ən effektli yol ilə bağlı fikrini təmin edir (Qeyd: Sahə mühəndisi yoxlanılmamış texniki suallara (TS) və Dəyişikliklərin İdarə olunmasına (DİO) başlaya bilər. Bunların yoxlanılması və prioritetləşdirilməsi baş mühəndis tərəfindən icra olunur və ona texniki qrup və Əməliyyatlara Dəstək üzrə Qrup Rəhbəri (ƏDQR) tərəfindən dəstək verilir). X5 (ƏİS) 6.1 X1 və X6 prosesinə dəstək verilməsinə görə məsuliyyət daşıyır (Qeyd: müvafiq işlərə məhsulun keyfiyyətinin qeyd olunmasının və defekt/həssaslıq təhqiqatlarına və xüsusən də dəlillərin qorunub saxlanması və təhqiqat tövsiyələrindən irəli gələn tədbirlərin sahədə təyin olunmasının təmin edilməsi daxildir). Hasilatı yaxşılaşdırmaq imkanlarını müəyyənləşdirir və baza rəhbərliyinə və Əməliyyatlara Dəstək (ƏD) qrupuna məlumat verir. Əməliyyatlara Dəstək (ƏD) qrupu tərəfindən icra olunan optimallaşdırma işləri ilə bağlı tövsiyələri həyata keçirir. Sahə işlərinin təsdiq olunmasına dair görüşdə risk və həssaslıq ilə bağlı texniki rəy təqdim edir və Sinxron əməliyyatlarla bağlı işlərin və riskin azaldılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsinə dəstək verir. Sahədə özünü yoxlama üçün orada olan mühəndis kimi fəaliyyət göstərir (Qeyd: Açıq/X12, X2 (ƏRQ), Siqnalizasiya sisteminin idarə olunması, X18 (SİP), X7 (TƏL) kənaraçıxmalar, söndürülmələr və ləngimələr, İşin yerinə yetirilməsinə icazə çərçivəsində texniki nəzarət vasitələri, baryerlərin texniki vəziyyəti, Dəyişikliklərin idarə olunmasının (DİO) başa çatdırılması daxildir). Əldə olunmuş təcrübələr və əlaqədar hadisələrin sahənin diqqətinə çatdırılmasında rəhbər rolu öz üzərinə götürür (Qeyd: Əməliyyatlara Dəstək və Texniki qruplar tərəfindən təmin edilən təcrübələrin mübadilə olunmasına/paylaşılmasına xüsusi diqqət yetirilməlidir. X10 “mühəndis” vəzifəsi əmək funksiyaları və gördüyü işlər haqqında arayışın məzmunundan da görünür ki, İddiaçı “mühəndis” vəzifə təlimatına əsasən trest üzrə neft və qaz quyularının qazılması, problemlərin həlli üçün elmi-texniki tədbirlərin işlənib hazırlanmasında və tətbiqində iştirak etmiş, müasir texnikadan istifadə etməklə qazma işlərinin keyfiyyətini yüksəltmək, rəqabətə davamlı qazma xidmətlərini təqdim etmiş və digər ağır sahəli əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni iddiaçının tutduğu həmin vəzifələrə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisələrin fəaliyyət istiqamətini nəzərə alındığı halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etmək mümkündür. Ona görə də, cavabdehin imtinası əsassızdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X17 Faiq İsak oğluna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən təyin edilmiş xx.xx.2008-ci il tarixli (xx.xx.2006-cı il tarixindən hesablanmaqla) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi”nə dair qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9141/2023 nömrəli qərarı və “əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9138/2023 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar