Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11806/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********288900 saylı Qərarın ləğv edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında kameral vergi yoxlamasının nəticəsi kimi, 2024-cü il yanvar ayının ƏDV bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********288900 saylı Qərarına əsasən İddiaçı ASC-nin inzibati şikayəti təmin edilməmiş və nəticədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında kameral vergi yoxlamasının nəticəsi kimi, 2024-cü il yanvar ayının ƏDV bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması həyata keçirilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2024-cü il tarixli **********288900 saylı Qərarını bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən vergi orqanı tərəfindən 23.01,2024-cü il tarixli **********498200 nömrəli qərarla "xxxx" MMC və xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarla "xxxx" MMC riskli vergi ödəyiciləri hesab edilmişdir. Təqdim edilmiş sənədlərə və bəyannamə göstəricilərinə əsasən Vergi Məcələsinin 175.11ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş elektron qaimə fakturalar üzrə əməliyyatların riskli olduğunu və müəssisələrin riskli vergi ödəyicisi olması barədə qərarlar qəbul edildiyini nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməli, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********223300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərarda deyilənlərin hamısı həqiqəti əks etdirmir. Belə ki, mübahisəli məqam başlandığı andan İddiaçı ASC Vergi Xidmətinə bütün sənədləri təqdim etmişdir. Digər tələb olunan sənədlər isə absurd xarakter daşıyır və məsələnin həlli yolu üçün mahiyyət kəsb eləmir. Vergi Xidmətinin bildirdiyi kimi, xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərarla "xxxx" MMC, xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarla isə "xxxx" MMC riskli vergi ödəyiciləri hesab edilmişdir. "xxxx" MMC və "xxxx" MMC ilə 2023-cü ilin may və iyul aylarında müqavilə bağlamışlar. O zaman onların riskli vergi ödəyiciləri siyahısında olmayıblar. Bu səbəbdən də cavabdehin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.69, 13.2.70, 13.2.71, 13.2.82, 16.1.3, 23.1.1, 24.0.1ci və 24.0.2-ci,37.1,37.2,37.3,83.7 və ən əsas 175-ci maddəsi ilə bərabər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına istinad etməsi tamamilə absurddur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********223300 nömrəli qərarın ləğv edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında kameral vergi yoxlamasının nəticəsi kimi 2024-cü il yanvar ayının ƏDV bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş və iş üzrə iddia tələbi ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********223300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi “Azenco" ASC-nin 2024-cü ilin yanvar ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisinə dair hesabatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə əmtəəsiz əməliyyatlar aparılmış və həmin əməliyyatlar nəticəsində müvafiq vergi ödəyicilərinin riskli vergi ödəyicilər siyahısına aid edilməsinə dair xx.xx.2024-cü il tarixli, **********498200 və xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarlar qəbul edilmişdir. Müvafiq əməliyyatlar üzrə xx.xx.2023-cü il tarixində təqdim edilən 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 716209 nömrəli, xx.xx.2023- cü il tarixində təqdim edilən 2023-cü ilin iyul ayı ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDK seriyalı 344644 nömrəli elketron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ümumilikdə 24 402,60 manat ƏDV məbləği ödəyici tərəfindən əvəzləşdirilməsinə baxmayaraq cəmiyyət tərəfindən 2024-cü ilin mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********217400 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb edilmiş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, **********602600 nömrəli izahat məktubu tam və dolğun olmadığından Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üçün 24 402,60 manat vergi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********223300 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə təqdim edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC və "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə məktublar göndərilmiş, xx.xx.2024-cü il tarixdə vergi ödəyicilərinin rəhbərlərinin (və ya səlahiyyətli nümayəndələrinin) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicilərinin rəhbərləri (və ya səlahiyyətli nümayəndələri) inzibati araşdırmada iştirak etməmiş və tələb edilən müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan hal müvafiq aktla rəsmiləşdirilmişdir. Beləliklə, İddiaçı ASC tərəfindən 2023-cü il ərzində yuxanda qeyd olunan vergi ödəyiciləri ilə aparılmış əməliyyatlar nəticəsində 24402,60 manat dəyərində kənarlaşma yaranmışdır. Vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə- faktura məlumatlarına əsasən cəmi 7101232.0 manat dəyərində " lampa, alçipan, otsep və s." təqdim edildiyi və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən olunmuş, vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə olan dövr ərzində elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 8509297,67 manat dəyərində " Armatur, Dəmir kanal, Profil, Avtoşin və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən olunmuş, vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar üzrə əlavə dəyər vergisi əvəzləşmələri nəzərə alınmır. Qeyd olunanlar əsas götürülməklə ümumilikdə vergi ödəyicisinə 24 402,60 manat əlavə vergi hesablanması həyata keçirilmişdir. İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş yuxarıda qeyd olunan vergi ödəyicləri tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Belə ki, Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış vergi nəzarət tədbiri zamanı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN: **********) adına qeydiyyatda olan **********-18001 kodlu təsərrüfat subyektinə baxış keçirilmiş və anbarla əlaqədar məlumatların əldə edilməsi üçün cəmiyyətin nümayəndələri ilə əlaqə saxlamağa çalışılsa da mümkün olmamışdır. Oxşar hal "xxxx" MMC üzrə aparılmış vergi nəzarət tədbiri zamanı baş vermiş, cəmiyyətin nümayəndələri ilə əlaqə saxlanılması mümkün olmamışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. İddiaçı ASC ilə qeyd olunan vergi ödəyiciləri arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması və vergi qanunvericiliyinin tələblərinə əsasən İddiaçı ASC tərəfindən əldə edilmiş sənədlərin əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsi səbəbindən müvafiq sənədlər üzrə ƏDV əvəzləşmələri nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********288900 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********223300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223300 saylı xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsi ilə əlaqədar inzibati icraat materialları, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 06-23/19 saylı xx.xx.2023-cü il tarixli və 13/18 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri, təhvil-təslim aktları, elektron qaimələr və d. sənədlər təqdim edilmişdir. əsasən 01 saylı əlavədə göstərilən müvafiq mallar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********498200 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********487800 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixli **********635200 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-nin (VÖEN: **********) vergi orqanında qeydiyyatda olan və fəaliyyət göstərdiyi ünvanı dəqiqləşdirmək, həmçinin müşahidə aparmaq məqsədilə vergi ödəyicisinin uçot məlumat bazasında olan telefon nömrələri ilə əlaqə saxlamaq mümkün olmadı. Obyektin yerini dəqiqləşdirərək müşahidə aparmaq məqsədilə obyektin sahibi və həmin ünvanda fəaliyyət göstərən "xxxx" MMC-nin (VÖEN: **********) uçot məlumat bazasında olan telefon nömrələri ilədə əlaqə saxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2023-cü il tarixli **********635200 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-nin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən “Anbar” adlı obyektində (kodu: **********-18001) vergi ödəyicisinin nümayəndələri ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" ASC-nin (VÖEN: **********) mühasibi kimi təqdim edən xanımın iştirakı ilə müşahidə keçirilmişdir. İcarədarın nümayəndəsi ASC-nin ərazisində olan tikilinin 2-ci mərtəbəsində yerləşir DVP materialı ilə bölünmüş qapısı bağlı sahəni göstərərək, obyektin həmin hissənin icarə müqailəsinə əsasən "xxxx" MMC-yə icarəyə verildiyini bildirmişdir. Eyni zamanda təqdim etdiyi müəssisənin Sadiq əlaqəli şəxsinin (**********) nömrəsi ilə əlaqə saxlanıldıqda rəhbərin ölkə xaricində olduğu, yenidən fəaliyyətə sentyabr ayından başlayacaqları bildirilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223300 saylı xx.xx.2024-cü il tarixli qərarına (Əlavə dəyər vergisi, yanvar 2024) əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24402,60 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 716209 nömrəli elketron qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən qaimə faktura üzrə 4784,4 manat ƏDV məbləğinin ödəyici tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4784,4 manat kənarlaşma yaranmışdır. Ödəyici tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş (07.2023) EBDK seriyalı 344644 nömrəli elketron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 19618,2 manat ƏDV məbləği ödəyici tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19618,2 manat kənarlaşma yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ndan: Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:
1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2233/2023 nömrəli iş üzrə 30 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. Hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********223300 saylı xx.xx.2024-cü il tarixli qərarının (Əlavə dəyər vergisi, yanvar 2024) iddiaçı tərəfindən ƏDV bəyannaməsində (06.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDF seriyalı 716209 nömrəli elketron qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən qaimə faktura üzrə 4784,4 manat ƏDV məbləğinin ödəyici tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4784,4 manat kənarlaşma yaranmışdır. Ödəyici tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş (07.2023) EBDK seriyalı 344644 nömrəli elketron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 19618,2 manat ƏDV məbləği ödəyici tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyənnamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19618,2 manat kənarlaşma yaranmışdır. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsız əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən isə əıntəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsasən onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdlər) ilə 2023-cü il ərzində aparılmış əməliyyatların riskli (əmtəəsiz) olduğunu hesab edilməsi və nəzərə alınmaması nəticəsində 24402,60 manat vergi borcu hesablanmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi 2 adda olan müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının elketron qaimə fakturalar üzrə aparılan əvəzləşdirilmələri qəbul etməməsi əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz və ya riskli hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********223300 nömrəli xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova