Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11839/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, son-haqq-hesabın yenidən hesablanması tələbinə dair” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə edilməmiş məzuniyyət günlərinə görə son-haqq hesab aparılarkən vəzifə maaşı, rütbə və xidmət illərinə görə əlavələrlə yanaşı, digər mənbə - “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na uyğun olaraq işçilərə ödənilən daimi xarakter daşıyan əlavə əmək haqqı, aylıq və rüblük mükafat məbləğləri də nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsinə dair öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi və hər gecikdirilmiş gün üçün ödənişin 1 (bir) faizi məbləğində ödənicin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Məhkəmənin qərardadı ilə iddia tələbi İddiaçı işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi və hər gecikdirilmiş gün üçün ödənişin 1 (bir) faizi məbləğində ödənicin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması kimi qəbul edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********673400 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə onunla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə tapşırılmış və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli **********07200 nömrəli əmr verilərək onunla təhvil-təslim işləri və son haqq-hesab aparılmışdır. Lakin ödənilmiş son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla hesablanmışdır. Belə ki, son-haqq hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı, rütbə və xidmət illərinə görə əlavələr nəzərə alınmış, digər mənbə hesabına daimi xarakter daşıyan əlavə əmək haqqı, həvəsləndirici xarakter daşıyan aylıq və rüblük mükafat məbləğləri nəzərə alınmamışdır. Son haqq-hesab aparılarkən pozulmuş hüququnun bərpa edilməsinə dair xx.xx.2023- cü il tarixli ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və xx.xx.2023-cü il tarixli pretenziya məktub ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yazılı müraciətlər edilsə də cavabdeh vergi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə müraciətlərinə baxılaraq mübahisəyə dair hər hansı mövqe bildirilməmişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydasının 2.7-ci bəndinə əsasən bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Qaydanın 2.9-cu bəndinə əsasən hesabat ayında işdən azad olunmuş işçiyə həmin ay üçün vəzifə maaşına əlavə verilmir. Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ( son haqq hesab) ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə qərara əsasən birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) nəzərə alınmır.”
6. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Həsənov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində çalışmış və öz ərizəsi əsasında qəbul edilmiş “İşdən azad edilmə haqqında” xx.xx.2023-ci il tarixli **********673400 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’’nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin icrası məqsədilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və əmək qanunvericiliyinin tələblərinə əsasən sabiq əməkdaş İddiaçı istifadə etmədiyi 98 (doxsan səkkiz) əmək məzuniyyəti günlərinin ödənilməsi barədə xx.xx.2023-cü il tarixli **********072000 nömrəli əmr qəbul edilmiş və icrası təmin edilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, ona ödənilmiş son haqq- hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı nəzərə alınmış, hər ay əmək haqqına ödənilmiş əlavələr isə nəzərə alınmamış və bununla da son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla aparılmışdır. Pozulmuş hüququnun bərpa edilməsinə dair xx.xx.2023-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və xx.xx.2023-ci il tarixdə Dövlət Vergi Xidmətinə pretenziya məktubu ilə yazılı müraciətlər etdiyini, lakin həmin müraciətlərinə baxılaraq məsələyə dair hər hansı mövqe bildirilmədiyini iddiaçı qeyd etmişdir. İddiaçının bu dəlili tamamilə əsassızdır və onun xx.xx.2023-cü il tarixli (daxil olma tarixi) **********475400 nömrəli müraciəti cavabdeh Dövlət Vergi Xidməti tərəfindən baxılaraq xx.xx.2023-cü il tarixli **********773700 nömrəli məktubla cavablandırılmışdır. Həmin cavab məktubuna əsasən sabiq əməkdaşa işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ( son haqq hesab) ödənilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Qərar”a əsasən, birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərin (mükafatlar da daxil olmaqla) nəzərə alınmadığı bildirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 141-İİQ Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə son haqq-hesabın yaxud istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması ilə bağlı hər hansı norma nəzərdə tutulmadığı üçün bu məsələnin həllində Əmək Məcəlləsinin normalarının əsas götürülməli olduğunu iddiaçı bildirmişdir. Daha sonra iddia ərizəsində Əmək Məcəlləsinin 157-ci maddəsinə istinad olunaraq Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc olduğu qeyd olunmuşdur. Həmçinin iddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarına əsasən nəzərə alınan ödənişlər siyahısına Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir. Qeyd olunan normalara istinad edən iddiaçı hesab etmişdir ki, vəzifə maaşına ödənilən əlavələr kollektiv mükafatlandırma şəklində həvəsləndirici xarakter daşıdığından orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməlidir. İddiaçının gəldiyi bu nəticənin qanunvericiliyin yanlış şərhi olduğunu bildirir və qeyd etmək istəyirik ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. İddiaçı istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Həmin Qanunun 24.1-ci maddəsində dövlət qulluqçusunun mükafatlandırılması qaydası nəzərdə tutulmuşdur ki, bu da dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında görülən tədbirlərdən biridir. Beləliklə vergi işçilərinin fəaliyyətinin qiymətləndirilməsi, onlara verilən əmək haqqına əlavələr və mükafatların verilməsi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə” ilə deyil, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”si və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1-ci maddəsinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi, işçilərə maddi yardımın göstərilməsi və s. istiqamətlərə xərclənir. Bu istiqamətlərdən biri Qaydaların 3.1.1-ci yarımbəndinə görə işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması, digəri isə 3.1.2-ci yarımbəndinə görə işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi kimi müəyyən edilmişdir. Buradan aydın olur ki, vergi orqanlarının işçilərinə verilən kollektiv və fərdi mükafatlar və vəzifə maaşlarına əlavələr fərqli anlayışlardır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə’’də göstərilən kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid olmalarına dair müddəalar fərqli hüquqi təbiətə malik olan vergi orqanı işçilərinə verilən vəzifə maaşlarına əlavələrə aid edilə bilməz. İddiaçı isə ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edərkən həmin anlayışları eyniləşdirmiş və “vəzifə maaşına əlavələr kollektiv mükafatlandırma şəklində verildiyindən və daimi xarakter daşıdığından orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid olduğunu” bildirməklə yanlış nəticəyə gəlmişdir. Vergi orqanları işçilərinin vəzifə maaşlarına verilən əlavələrin orta əmək haqqının və son haqq-hesabın hesablanması zamanı nəzərə alınıb-alınmaması məsələsinə gəldikdə isə qeyd etməliyik ki, Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasında imperativ qaydada qeyd edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Bundan əlavə, iddiaçının mövqeyinə görə vəzifə maaşına əlavələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarında nəzərə alınan ödənişlərin siyahısında göstərilən “kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.)” anlayışı ilə əhatə olunur. Bununla bağlı qeyd edir ki, vergi orqanı əməkdaşlarına verilən əmək haqqına əlavələr kompensasiya xarakteri daşımır, daimi hesab olunmur, zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə nəzərdə tutulmur. Bu əlavələr vergi orqanları tərəfindən dövlət büdcəsində nəzərdə tutulan proqnoz göstəricilərinin icrası ilə bilavasitə bağlıdır. Başqa sözlə, proqnoz gəstəricilərinin icrası mümkün olmadıqda belə əlavələrin verilməsi dayandırıla da bilər. Oxşar hüquqi mövqeyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydasında rast gəlmək mümkündür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi Nazirlər Kabinetinin hüquqi aktlarında əks olunan mövqe vahid təcrübəyə əsaslanır və vəzifə maaşına əlavələri birmənalı olaraq məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Həmçinin artıq bundan əvvəl vergi orqanı əməkdaşı olmuş Mustafayev Hacıbala analoji iddia tələbi məhkəmə müraciət etmiş və iş bütün instanisyaları keçməklə yekunlaşmışdır. Belə ki, məhkəmələr tərəfindən iddiaçının dəlilləri əsassız hesab edilərək iddia tələbi rədd edilmişdir. Sözügedən işə baxmış Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nda əmək haqqında əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. İstinad edilən qaydaların tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Dəqiqləşdirilmiş tələbin ikinci hissəsinə gəldikdə isə, iddiaçı bu tələbini ümumiyyətlə əsaslandırmamışdır. Tələbini bu hissədə iddiaçı Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə və həmin hissənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun
11. 04.2023-cü il tarixli qərarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Belə ki, Əmək Məcəlləsini 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən isə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində Ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Göründüyü kimi, istinad olunan norma və onun şərhinə dair hüquqi mövqe işəgötürən tərəfindən işçilərinə hesablanan aylıq əmək haqqının verilməsi müddətləri ilə bağlı olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi, o cümlədən işçi ilə son haqq-hesab işlərinin aparılması fərqli bir hüquqi hərəkət olduğundan qanunvericiliyin digər normaları ilə tənzimlənir. Həmin normalar barədə ətraflı izahlar artıq yuxarıda gətirilmişdir. Bundan əlavə, cavabdehin təqsiri olduğunu qeyd edən iddiaçı bu təqsirin cavabdehin məhz hansı hərəkətlərində və ya hərkətsizliyində əks olunduğunu, qanunda nəzərdə tutulan hansı hüquqlarının və qanuni maraqlarının pozulmasına gətirib çıxardığını qeyd etməmişdir. Əksinə olaraq, hazırkı halda cavabdehin hər hansı bir təqsirinin olmasından söhbət belə gedə bilməz. Belə ki, cavabdehin müvafiq hərəkətləri yuxarıdakı əsaslandırma zamanı istinad olunan qanunvericilik normalarının tələblərinə və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında təsdiqlənən hüquqi mövqəyə uyğun olmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan normalara əsasən vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına verilən əlavələr orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmədiyindən İddiaçı son haqq-hesabın ödənilməsi zamanı da həmin əlavələrin nəzərə alınmaması qanunamüvafiq olmuş və cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilməmişdir.
7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi V.Cabbarova iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
İİ. İddianın növü və mümkünlüyü
9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
11. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
12. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
13. İddiaçının tələbi iki hissədən ibarətdir: işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi və hər gecikdirilmiş gün üçün ödənişin 1 (bir) faizi məbləğində ödənicin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması.
14. İddiaçının tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir:
15. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin
2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu:
1. X3 istifadə olunan əsas anlayışlar 1.0. X3 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
78. Hüquqi aktların Azərbaycan Respublikasının X6 Reyestrinə daxil edilməsi qaydası 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X6 Reyestrinə (bundan sonra – X6 Reyestri) daxil edilməlidir. 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X6 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 78.3. X6 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 78.4. X6 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 78.5. X6 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur.
85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X4 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X6 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
17. 27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 2. Qanunun tətbiq dairəsi 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı” Nəzərə alınan ödənişlər: faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri
1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.
2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Cavabdeh hesab edir ki, iddiaçının aldığı əlavələr büdcədənkənar vəsaitlər hesabına ödənildiyindən və bunu tənzimləyən xüsusi norma – Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” mövcud olduğundan iddiaçının tələbi əsassızdır. Qeyd edilən Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir, başqa sözlə, həmin qaydalar vergi orqanlarında daxili-təşkilati məsələlərin tənzimlənməsinə yönəldiyindən və onların tətbiqi üçüncü şəxslər üçün hər hansı hüquqi nəticə yaratmadığından X6 reyestrində qeydiyyata alınmasına zərurət yaranmamışdır.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı vergi orqanının keçmiş əməkdaşı olmaqla dövlət qulluğunun xüsusi növündə çalışmışdır. Vergi orqanında işlədiyi müddət ərzində iddiaçının fəaliyyəti “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” və “Dövlət qulluğu haqqında” Qanunun müddəaları ilə tənzimlənmişdir.
24. Azərbaycan Respublikası Vergilər nazirinin 4 dekabr 2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” X6 reyestrində qeydiyyata alınmadığından normativ hüquqi akt statusuna malik olmamışdır. Bu səbəbdən də “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbi baxımından “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın hazırkı işə tətbiqinə dair cavabdehin dəlilləri əsassızdır.
25. Bundan başqa, nəzərə alınmalıdır ki, dövlət vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun ümumi prinsipləri həmin xidmətdə (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədə) də tətbiq olunmalıdır.
26. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
27. Həmçinin müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir.
28. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir:
29. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir bu hal əmək mühahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
30. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
1. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, münasibətlərin davam edilməsi müəyyən edilmədiyindən, yəni iddiaçının əmək müqaviləsinə xitam verilməsi və onunla son haqqhesab işlərinin aparılması halı mövcud olduğundan, qeyd edilən hall iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Sözügedən hal işəgötürən tərəfindən işçilərinə hesablanan aylıq əmək haqqının verilməsi müddətləri ilə bağlıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla, yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməli, qalan hissə rədd edilməlidir.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. İddiaçı işdən azad olunması ilə əlaqədar ödənilən son haqq-hesabının vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq yaranmış fərqin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva