Məhkəmə qərarları › İş №e-2-1(112)-11850/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11850/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11850/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik sayğacının adına rəsmiləşdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik sayğacının adına rəsmiləşdirilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən **********8 saylı abonent kodu üzrə "xxxx" ASC-nin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ACS tərəfindən Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən "xxxx" ASC-yə göndərilmiş borc barədə bildirişlərdə cari ayın borcu ilə yanaşı göstərilmişdir ki, Cəmiyyətin "xxxx" ACS-yə 23.579,19 manat qalıq borcu mövcuddur, lakin həmin borcun hansı dövrü əhatə etdiyi, yaranma mənbəyi və hesablanma qaydası barədə heç bir məlumat əks olunmamışdır. Bununla yanaşı "xxxx" ASC tərəfindən "xxxx" ACS-yə müraciət olunaraq Cəmiyyətin ərazisində mövcüd olan sayğacın sərfiyyatına görə hesablanan və borcu əks etdirən hesab ödəniş vərqəsində abunəçi olaraq göstərilmiş X4 əvəzində həqiqi abunəçi "xxxx" ASC adının göstərilməsi üçün müvafiq sənədləşməni aparılması xahiş edilmiş, lakin müraciətə bu günə qədər heç bir cavab verilməmişdir. Halbuki abunəçi kimi göstərilmiş X6 vaxtilə X3 sədri olmuşdur. Bundan sonra "xxxx" ASC tərəfindən "xxxx" ACS-yə xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına rəsmiləşdirilməsi və hesablanmış borcların hansı dövrü əhatə etdiyi, yaranma mənbəyi və hesablanma qaydası barədə yazılı məlumat verməklə 23.579,19 manat borcun silinməsi barədə pretenziya məktubu göndərilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən **********8 saylı abonent kodu üzrə hesablanmış 23.579,19 manat borcun silinməsi və "xxxx" ASC-nin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-590/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbləri rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-590/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia tələbi "xxxx" ASCnin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) bir daha hüquqi yardım edilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Hazırki iddia tələbi ilə mahkəmə aşağıdakları qeyd edir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırki iş üzrə hüquqi marağı cavabdeh "xxxx" ASC tərəfindən **********8 saylı abonent kodu üzrə "xxxx" ASC-nin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına dəyişdirilməsi barədədir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 110/2022 nömrəli xx.xx.2022-ci il tarixli qəraında ərazi aiddiyyətinin müəyyən edilməsi məsələsi ilə bağlı olaraq oxşar mübahisəyə dair mövqeyini kassasiya instansiyasi məhkəməsi aşağıdakı kimi əsaslandırmışdır.

1. Aşağıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

2. Belə ki, yuxarıda sadalanan hüquq normalarının tələbindən də göründüyü kimi, qanunverici inzibati iddialar üzrə müstəsna aidiyyət qaydalarını müəyyən etməklə yanaşı, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsində baxılmalı olmasını müəyyən etmişdir.

3. Məhkəmə tərkibi qeyd edir ki, mübahisə daşınmaz əmlak və yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyil, 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğackartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbi (mübahisə predmeti) 11 qeyri-yaşayış obyektinə quraşdırılmış sayğacların kodlaşdırılması, sayğacların hesabat üçün qəbul edilməsi, sayğackartlarının istehlakçıya təhvil verilməsi və obyektlərin istehlakçı kimi qeydiyyata alınması ilə bağlıdır. Yəni, mübahisə daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar yaranmamışdır.

4. Hazırki iddia öhdəliyinin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığına və cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə həmçinin qeyd edir ki, oxşar mübahisələr dair işlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1041/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarının 37-ci bəndində qeyd edilmişdir:”......elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İş materiallarından (iddia ərizəsindən və Azəişıq AS tərəfindən göndərilmiş hesab ödəniş vərəqələrindən) də görünür ki, **********8 saylı abonent kodu üzrə ASC-yə hesab açılmış və abunəçi kimi X4 adı göstərilmişdir. X1 İdarə Heyətinin sədri olmuşdur. Cəmiyyətin "xxxx" ACS-yə 23.579,19 manat qalıq borcu mövcud olmuşdur. Bununla bağlı olaraq "xxxx" ASC tərəfindən "xxxx" ACS-yə müraciət olunaraq Cəmiyyətin ərazisində mövcud olan sayğacın sərfiyyatına görə hesablanan və borcu əks etdirən hesab ödəniş vərqəsində abunəçi olaraq göstərilmiş X4 əvəzində həqiqi abunəçi "xxxx" ASC adının göstərilməsi üçün müvafiq sənədləşmənin aparılması və hesablanmış borcların hansı dövrü əhatə etdiyi, yaranma mənbəyi və hesablanma qaydası barədə yazılı məlumat verməklə 23.579,19 manat borcun silinməsi barədə pretenziya məktubu göndərilmişdir. İddiaçı heç bir nəticə əldə etmədiyi halda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən **********8 saylı abonent kodu üzrə hesablanmış 23.579,19 manat borcun silinməsi və "xxxx" ASC-nin ərazisində olan elektrik sayğacının Cəmiyyətin adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin faktki hallarından da görünür ki, sözügedən ünvana qazın təchizatı ilə bağlı cavabdeh inhisar subyekti olaraq əvvəllər abunə kodu açmış, ASC elektrik enerjisi ilə təhciz olunmuş və qazın təchizatı ilə bağlı müvafiq müqavilə olmuşdur. Belə ki, iddiaçının tələbi artıq eyni predmetlə bağlı müqavilə münasibətinin davam etdirilməsi məqsədini güdür. Odur ki, iddiaçı ilkin olaraq həmin müqaviləni mübahisələndirməlidir. Dolayısı yolla desək, iddiaçının tələbinə münasibətdə cavabdeh inzibati orqanla onun arasında publik hüquq münasibəti yaranmadığından, artıq yaranmış münasibətin hüquq əsası mülki qanunvericilik ilə tənzimləndiyindən hazırki iddia mümkünsüz olmalıdır. Cavabdeh həmin fəaliyyəti istehlakçılar ilə bağladığı müqavilələr əsasında və əvəzi ödənilməklə həyata keçirir. Nəzərə almaq lazımdır ki, müqavilə münasibətlərindən yaranan mübahisələr inzibati məhkəmələrin predmet aidiyyəti ilə əhatə olunmur. Həmçinin qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən müqavilə inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Bununla yanaşı məhkəmə vurğulayır ki, həmin qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, işə baxılan zaman “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında qeyd edilən mövqeyi və Mülki Prosessual Məcəllənin 24-26-cı maddələrinin tələbləri nəzərə alınmaqla işin məhkəmə aidiyyəti müzakirə edilməli, bundan asılı olaraq mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmə qeyd olunan tövsiyələri nəzərə alaraq hazırki iş üzrə də eyni yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Belə ki, Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6-cı bəndində əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı bir istehlakçı olaraq adına abunə kodunun açılmasını və onunla qazın alqı-satqısı müqaviləsinin bağlanmasını tələb etdiyi ünvanla bağlı olaraq qazpaylayıcı arasında artıq belə münasibət əvvəllər mövcud olduğundan və hazırda qoyulan tələb müqavilə münasibətlərindən irəli gələn mübahisəyə aid olduğundan həmin tələbə ümumi (rayon) məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya müqavilə münasibəti ilə bağlı mübahisə üzrə müvafiq ümumi (rayon, şəhər) məhkəməyə müraciət olunması izah olunur. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş iddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar