Məhkəmə qərarları › İş №e-2-1(112)-1191/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1191/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1191/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel N0N5-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı gizir İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (05N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin tank əleyhinə raket kompleksləri tağmının 1-ci qumbara atan manqasının komandiri vəzifəsində xidmət etmiş, Müdafiə Nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 13 may N0N3-cü il tarixli əmrinə əsasən o ehtiyata buraxılmışdır. Belə ki, N nömrəli hərbi hissə komandirinin N saylı, 13 sentyabr N0NN-ci il tarixli əmri ilə Əşrəfov X3 istiqamətində döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər istiqamətində düşmənin artilleriya mərmisinin yaxınlığında partlamasından yaralanmış, yaranan zərbə dalğasından yıxılmaqla kəllə-beyin travması alaraq huşunu itirmişdir. Hərbi əməliyyatlar yekunlaşdıqdan sonra gizir İddiaçı N hərbi hissə komandirinin N nömrəli 19 sentyabr N0NN-ci il tarixli əmri ilə ezamiyyətdən geri dönərək N nömrəli hərbi hissəyə qaytarılmışdır. İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Qüsursuz Xidmətlərə görə 3-cü dərəcəli”, “Silahlı Qüvvələrin 95 illiyi”, “Silahlı Qüvvələrin 100 illiyi”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş, həmçinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. Gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 yanvar N0N3-cü il tarixli 141 nömrəli göndərişinə əsasən Müdafiə Nazirliyinin Baş XN Profilli Hospitalına müraciət etmiş və 605 nömrəli 18 aprel N0N3-cü il tarixli X1 əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hospital Hərbi Həkim Komissiyasının qərarı 14 sentyabr N0NN-ci il tarixdə partlayış travması nəticəsində baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə üzvi affektiv (depressiv) pozuntu, postkommosiyon sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə təzahür edən nəticəsi, həmçinin N016-cı ilin aprel döyüşləri zamanı aldığı barotravma nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı 14 sentyabr N0NN-ci il tarixdə aldığı partlayış travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in xx.xx.N0N4-cü il tarixli arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bundan sonra İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.N0N3-cü il tarixdə N saylı hərbi hissəyə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, AR Müdafiə N azirliyi 8/963 saylı xx.xx.N0N4-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin E tağmının 1-ci qumbaraatan manqasının komandiri” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin N0N1-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır: 1.Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Kəşfiyyat Baş İdarəsinə (444 nömrəli hərbi hissəyə) təqdim etdiyi N34 saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən 1N-xx.xx.N0NN-ci il tarixlərdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. N.Gizir İddiaçı hərbi-uçot ixtisası kəşfiyyatçı olmuşdur. 3. “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun N0.6 və N0.7-ci maddələrinə əsasən N016 və N0N0-ci illərdə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş N aylıq pul təminatı həcmində məzuniyyət və müalicə pulları ödənilmişdir. 4.Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin N0N1-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına, əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir. 5.Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN-ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilir. N №-li hərbi hissədə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı, N0N1-N0N3cü illərdə tutduğu vəzifələr üzrə, Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, sözügedən hərbi hissələrdə xidmət etmək və ya onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamısı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsir və icra edilməsi qanunauyğun deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdhein nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in N.N.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissnin 1ci qumbara atan manqasının komandiri vəzifəsində xidmət etmiş, 13 may N0N3-cü il tarixli əmrlə ehtiyata buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, iddiaçının 14 sentyabr N0NN-ci il tarixdə aldığı partlayış travması, “hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Hazırda kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.N. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. ... Maddə 15. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair əlavə tələblər 15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. ... 15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır. Maddə N0. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi ... N0.1N. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: N.N. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşının xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Əvvəlcə iddiaçının yuxarıda qeyd edilən qərarın təsiri altına düşən subyekt olubolmaması müəyyən edilməlidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin N0N1-ci il tarixli kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısı olan əmr (tam məxfi) məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə tərəfindən baxış keçirilmişdir. İddiaçı, N0N1-N0N3-cü illərdə tutduğu vəzifələr üzrə, Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Həmin vəzifənin siyahıda olmaması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının mübahisə etdiyi məsələ həmin əmrin qeyd hissəsi ilə bağlıdır. Hesab edir ki, həmin hissəyə əsasən, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinın əməkdaşıdır. Sözügedən əmrin qeyd hissəsində “Komandanlığın sərəncamına əsasən, AR Xüsusi Təyinatlı Qüvvələrin...kəşfiyyat orqanlarının (müəyyən kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsindən ötrü zəruri vasitələri olan, ştat yaxud müvəqqəti yaradılan bölmə, qurum) siyahıda göstərilməyən vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının xidmət etdiyi “tank əleyhinə raket kompleksləri tağımı” kəşfiyyat orqanı deyil və bunu təkzib edəcək hər hansı məlumat iş materiallarında mövcud deyil. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçının tutduğu vəzifə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N004-cü il tarixli Qərarı ilə qəbul edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” ona tətbiq edilməməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 5N, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar