Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11942/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1yən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 24 may 2023-cü il tarixli 3-213-30/2-V-0052/2023 **********595 saylı cavab məktubu ilə faktiki imtinasının əsassız sayılması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisəyə dair qüvvədə olan məhkəmə qərarı ilə bağlı icra icraatı qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evi 28 sentyabr 2018-ci il tarixli seriya RX № ******* çıxarışa əsasən İddiaçı məxsus olmuşdur. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 765/2021 saylı qərarı ilə ünvan 4 ünvana dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni ümumi sahəsi 190,8 kvm. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının cavabdehə müvafiq qaydada yeni çıxarışın verilməsi barədə müraciətinə 24 may 2023-cü il tarixli 3-213-30/2-V- 0052/2023 **********595 saylı cavab məktubu ilə müvafiq qətnamənin olması səbəbindən mümkünsüz hesab edilmişdir. Halbuki, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2-1(112)-765/2021 saylı qərarı üzrə əsaslar yeni çıxarışın verilməsini istisna etmir. Dövlət tərəfindən həmin fərdi yaşayış evinin iddiaçının mülkiyyəti kimi faktiki olaraq tanınmışdır. Bu səbəbdən də, hesab edir ki, ünvan 3 ünvanında inşa edilmiş kürsülü fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Odur ki, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən “B” tikilisinin 75 kv.m hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (Hakim - Şəlalə Həsənova) iddia tələbinin qismən təmin edilməsi, ünvan 4 ünvana dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 39673 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni ümumi sahəsi 190,8 kv.m olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-772/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı İdarə tərəfindən icra edilmiş, ümumi sahəsi 190.8 kv.m olan “B” tiklisinə İddiaçı mülkiyyət hüquqları ləğv edilərək ********** nömrəli, xx.xx.2023-cü il tarixli yeni elektron çıxarış hazırlanmışdır. Hal-hazırda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 51.5 kv.m təşkil etməklə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə ********** nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Göründüyü kimi iddiaçının müraciətində qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********95 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, “A” tikilisində rekonstruksiya işləri aparılaraq ümumi sahə 90.3 kv.m artırılmışdır. Həmçinin, “B” tikilisinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş. iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və nümayəndəsi (vəkilinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçıya məhkəmə tərəfindən icra icraatı qaydasında müvafiq məhkəməyə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilməsinə baxmayaraq münasibət bildirilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə ünvan 7 ünvana dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 423 nömrəli reyestr kitabının 3967 nömrəli vərəqində aparılmış qeydiyyat və xx.xx.2018-ci il tarixli, Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən, yəni ümumi sahəsi 190,8 kv.m. olan “B” tikilisi ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin etirazında qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı İdarə tərəfindən icra edilmiş, ümumi sahəsi 190.8 kv.m olan “B” tiklisinə İddiaçı mülkiyyət hüquqları ləğv edilərək ********** nömrəli, xx.xx.2023-cü il tarixli yeni elektron çıxarış hazırlanmışdır. Hal-hazırda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 51.5 kv.m təşkil etməklə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilmiş məhkəmə qərarlarından göründüyü kimi müvafiq məhkəmə araşdırması iddiaçının hazırda mübahisə açdığı tələblə baglı aparılmışdır. Hazırki iddiasında iddiaçı həmin qərarın icrası ilə baglı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin -1(112)-765/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı qərar və hərəkətlərdən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün də iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-11942/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11942/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver