Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11944/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş 8260,54.00 manat X1 vətəndaş İddiaçı geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin həvalə edilməsi, vəkilə hüquqi yardım üçün ödənilmiş 200 manat xidmət haqqının cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağladığı xx.xx.2022-ci il tarixli, 0627 nömrəli payçı müqaviləsi əsasında pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan "Avant Park" Yaşayış kompleksinin 8-ci binasında, 8-ci blok, 7-ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzili qəbul etməyi öhdəsinə götürmüş, 54208 manat məbləğində həmin MTK-ya avans ödənişi etmiş, müqavilənin ümumi dəyərindən qalıq 126300 manat məbləğində pul vəsaitini isə "xxxx" MTK və "xxxx" ABB ASC arasında bağlanan birgə fəaliyyət haqqında müqaviləyə əsasən aldığı kredit vəsaiti hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin qalıq dəyəri olan 126.300,00 manat məbləğində pul vəsaiti Azərbaycan Beynalxalq BankıASC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinə tam şəkildə ödənilmişdir. Bundan sonra nağdsız qaydada alınmış yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılmasından məlumatı olmuş və xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinə bu barədə müraciət etmişdir. Həmin müraciətə Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabda X1 hansı qaydada qaytarıldığı və hansı sənədlərin müraciətə əlavə edilməli olduğu barədə məlumat qeyd olunmuşdur. Müraciətə əlavə edilməli olan elektron qaimə-faktura "xxxx" MTK tərəfindən xx.xx.2023-cü il tarixdəreal vaxt rejimində tərtib edilərək vahid elektron məlumat bazasına ötürmüş və çap edərək alıcı İddiaçı təqdim etmişdir. Bundan sonra alıcı İddiaçı xx.xx.2023-cü il tarixdə təkrarən Dövlət Vergi Xidmətinə ödənilmiş X1 qaytarılması ilə bağlı elektron ərizə ilə müraciət etmiş, aparılan araşdırma nəticəsində isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar Azərbaycan Respublikası Prezidentinin25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılması Şərtləri və Qaydası"nın 5.1.2-ci bəndinə, yəni alıcının yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğuna və 5.3-cü bəndinə əsasən satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmədiyinə əsaslanaraq qəbul edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mövqeyi qanunamüvafiq deyil, vətəndaşın hüquqları və qanuni gözləntisini pozduğundan onun üzərinə 8260,54.00 manat ödənilmiş X1 vətəndaş İddiaçı geri qaytarılması öhdəliyi qoyulmalıdır. İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək ölkə hüdudlarından kənarda olduğundan nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılması sistemindən aparılmış təbliğat nəticəsində yalnız ölkəyə qayıtdıqdan sonra məlumatı olmuş və müvafiq müraciət etmişdir. Satıcı "xxxx" MTK İnternet Vergi İdarəsində yaradılmış portala, alıcı İddiaçı tələb etdikdən sonra xx.xx.2023-cü il tarixdə daxil olaraq ona qaydaların tələblərinə uyğun e-qaimə faktura tərtib etmiş, alıcı isə öz növbəsində aldığı e-qaimə fakturanın məlumatlarının doğruluğunu yoxlayaraq təsdiq etmişdir. Hesab edirəm ki, ödənilmiş X1 qaytarılması ilə bağlı müraciətə əlavə edilməli əsas sənədlərdən biri elektron qaimə faktura olduğundan və e-qaimə fakturanın tərtib edilməsi satıcı "xxxx" MTK-nın təqsiri ucbatından gecikdirildiyindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılması Şərtləri və Qaydası”nda nəzərdə tutulmuş 90 (doxsan) günlük müddət ötürülməmiş hesab edilməli və qaimənin tərtib olunduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Çünki Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturanı mallar verilən vaxt təqdim etməlidir. Həmin Məcəllənin 177-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü, yəni hər təqvim ayı üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən ƏDV-nin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsi üçün, həmçinin bəyannamələrin vergi orqanlarına müəyyən edilmiş müddətlərdə verilməsi üçün vergi ödəyiciləri və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Vergitutmanın idarə edilməsi Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bundan əlavə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli imtina qərarında alıcının yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğuna istinad etməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadığına dəlalət edir. ÇünkiBakı şəhəri Lokal Gəlirlər Baş İdarəsiimtina qərarı qəbul edərkən mənzilin qalıq dəyəri olan 126.300,00 manat məbləğində pul vəsaitinin alıcı İddiaçı tərəfindən yox, Azərbaycan Beynalxalq Bankı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativinin bank hesabına tam şəkildə ödənildiyi nəzərə alınmamışdır. Sözügedən xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri isə İddiaçı yalnız özünüzşəxsən müraciətindən sonra Azərbaycan Beynalxalq Bankı ASC tərəfindən 2023-cü ilin may ayında təqdim edimişdir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddia tələbinə münasibətdə təqdim olunmuş vəsatəti onunla əsaslandırır ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılmasından imtina edilməsi haqqında 13 iyun 2023-cü il tarixli **********905800 nömrəli qərar (inzibati akt) olmasına baxmayaraq iddia ərizəsinin növünü öhdəliyin icrası haqqında iddia növü kimi qeyd edərək, məhkəmədən "xxxx" MTK-dan mənzil alışı ilə əlaqədar olaraq ödədiyi 8.260,54 manatın iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, 8.260,54 manat ƏDV-nin ödənilməsi üçün müvəkkil banka məlumatın ötürülməsi, eləcə də hüquqi yardım üçün ödənilmiş və etibarnamənin alınması üçün ödənilmiş, ümumilikdə 217,25 manat məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən mənzilin alınmasına görə "xxxx" MTK-ya xx.xx.2022-ci il tarixdə 54.208 manat və xx.xx.2022-ci il tarixdə 126.300 manat, ümumilikdə 180.508 manat ödəniş edilmişdir. İş materiallarında olan YT**********76 nömrəli E-qaimədən görünür ki, 180.508 manat ödəniş edildiyi, 27.535,12 manat ƏDV məbləği, qaytarılacaq ƏDV məbləğinin isə 8.260,54 manat olduğu qeyd edilmişdir. İş materiallarına olan iddiaçının"xxxx" ASC-yə ünvanladığı müraciətindən görünür ki, o, tərəfindən "xxxx" MTK-nın hesabına ödənilən vəsaitin mədaxil qəbzinin ona xx.xx.2023-cü il tarixdə təqdim olunmasını təsdiq edən sənədin təqdim olunmasını xahiş etmişdir. Müraciətdən imtina barədə qərarda qeyd olunmuşdur ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahəsinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Eyni zamanda qərarda qeyd olunmuşdur ki, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, AR VM-nin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X1 (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından da göründüyü kimi istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı mənzilin ödənişini 16 və xx.xx.2022-ci il tarixlərdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Adıçəkilən Qaydaların tələbindən də müəyyən edildiyi kimi qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, müraciət edilməsi ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmişdir ki, bu səbəbdən də 90 günlük müraciət müddəti də portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin müraciət iddiaçı tərəfindən 15 may 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir ki, məhkəmə hesab edir ki, konkret qanunvericiliyin tələblərinə uyğun olaraq da müddətin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı müraciətin gec edilməsini onunla əsaslandırmağa çalışır ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ölkə hüdudlarının kənarında olmuş, bu səbəbdən də ödəniş qəbzlərini xx.xx.2023-cü il tarixdə almışdır ki, bunun nəticəsində də cavabdeh inzibati orqana gec müraciət etmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən portalın istifadəyə verilməsi ilə bağlı rəsmi internet hesabında məlumatlandırma həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, vergi orqanı məlumatlandırma ilə bağlı öz vəzifəsini səlahiyyətinə uyğun olaraq təqdim etmiş hesab edilməlidir. İddiaçının qeyd etdiyi hallar, yəni onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ölkə hüdudlarının kənarda olmasa, bu səbəbdən də ödəniş qəbzlərini xx.xx.2023-cü il tarixdə alması cavabdehin deyil, məhz iddiaçının məsuliyyət sferasına aiddir. İddiaçı ödənişi həyata keçirdiyi tarixdə Azərbaycan Respublikasının hüdudları daxilində olmuşdur ki, həmin dövrdə artıq ƏDV-nin geri alınması ilə bağlı portal artıq istifadəyə verilmişdir. Yəni iddiaçının ödəniş qəbzlərinin məhz Azərbaycan Respublikasının ərazisinə qayıtdıqdan sonra alması üzürlü səbəb kimi qəbul edilə bilməz. Çünki iddiaçı son ödənişi 20 dekabr 2022-ci il tarixdə həyata keçirmişdir ki, onun həmin tarixdən 15 yanvar 2023-cü il tarixədək ödəniş qəbzlərini bankdan almaq imkanı olmuşdur ki, o bunu etməmiş, yalnız xx.xx.2023cü il tarixdə qəbzlərin təqdim edilməsi ilə bağlı müraciət etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi əsaslar üzürlü səbəb hesab olunmadığından, iddiaçının ƏDV-nin geri alınması ilə bağlı cavabdeh inzibati orqana 90 gündən gec müraciət etməsi, hazırki vəziyyəti iddianın təmin edilməsini istisna edən haldır. Digər imtina əsasına münasibətdə də məhkəmə hesab edir ki, cavabdeh həmin hissədə də haqlıdır. Belə ki, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədi və yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini təqdim etməlidir. Burada xüsusi ilə qeyd olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Lakin hazırki iş üzrə təqdim olunmuş bank ödəniş sənədindən də göründüyü kimi alıcı tərəfindən yaşayış sahəsinin tam dəyəri (ƏDV daxil olmaqla) satıcının bank hesabına ödənilmişdir. Halbuki, həmin yaşayış sahəsinin yalnız ƏDV-siz dəyəri satıcının bank hesabına ödənilməli, ƏDV məbləği isə depozit hesabına köçürülməli idi. İddiaçi tərəfindən ödənişlərin düzgün həyata keçirilməməsi, yəni ƏDV-siz məbləği bank hesabına, ƏDV məbləğini isə depozit hesabına ödənilməsi ilə bağlı hərətəkəti cavabdeh vergi orqanının təqsiri ilə bağlı hərəkətlərindən meydana gəlməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi həmin əsas qanunamüvafiq olaraq imtina əsası kimi qiymətləndirilir. İddiaçının tələbinin digər hissələri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının əsas tələbi təmin olunmadığından, ondan irəli gələn tələblərin təmin edilməsindən də söhbət gedə bilməz. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov