Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1197/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyun ayınadək Azərbaycan Mühəndis İnşaat İnstitunun “sənaye və mülki tikintisi” fakültəsində əyani təhsil aldığı və xx.xx.1982-ci ildən xx.xx.1984cü il tarixədək hərbi xidmətdə olduğu, habelə xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X5 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, 64 yaşının tamam olduğu xx.xx.2019-cu idən yaşa görə əmək pensiyasını təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Yevlax şəhərində anadan olmaqla, hazırda Bakı şəhəri. Xətai rayonu, G.Mehmandarov küçəsi, 6 saylı evin 70-ci mənzilində qeydiyyatdadır. xx.xx.2019-cu ildə 64 yaşının tamam olması ilə əlaqədar yaşa görə elektron qaydada əmək pensiyası təyin olunması barədə “SMS" gəlmədiyinə görə, pensiya təyin olunması üçün tələb olunan bütün sənədləri, yəni şəxsiyyət vəsiqəsini, diplomun, hərbi biletin və əmək kitabçasının təsdiq edilmiş surətini ərizəyə əlavə edərək 2019-cu ilin əvvəllərində DSMF-nin Xətai rayon şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin həmin Şöbə tərəfindən iddiaçının ərizəsi təmin edilməmişdir. Sonradan maddi vəziyyətimlə bağlı ailənin dolanışığını təmin elmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş və həyat yoldaşı ona verdiyi etibarnamə əsasında sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yenidən DSMF-nin Xətai rayon şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 saylı cavab məktubunda ərizəsinin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 17 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olmasına, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasına istinad etdi. Əlavə olaraq bildirilmişdir ki, AR X6 Filialının 25 yanvar 2021-ci il tarixli aktına əsasən xx.xx.1992-xx.xx.2000-ci illərdə işləmiş olduğu Yevlax "Avtoyor Dövlət Şirkəti 2 saylı Yol Təmir Tikinti trestinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X7 təhvil verilmədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir və onun konstitusion hüquqlarını pozur. Belə ki, 1971-ci ilin sentyabr ayında Azərbaycan Mühəndis İnşaat İnstitunun “sənaye və mülki tikinti” fakültəsinə daxil olmuş, 1976-cı ilin iyun ayında müvəffəqiyətlə bitirmiş, bu barədə xx.xx.1976-cı ildə A-İ seriyalı 017692 saylı diplom verilmişdir. xx.xx.1976-cı ildən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci il tarixədək olan müddətdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1984-cü il tarixədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Bu hal həm hərbi bileti, həm də əmək kitabçasında öz təsdiqini tapmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra, yenidən xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Ümumiyyətlə isə yuxarıda sadaladığı hallar ona məxsus şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bilet və diplomla təsdiq edilur ki, onun 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 28 ildən artıq sığorta stajı mövcuddur. İnzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçası, arayış və diplom ilə iddiaçının 28 ildən artıq sığorta stajının olması, habelə xx.xx.2019-cu ildə 64 yaşının tamam olması isə iddiaçıya Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Ona görə də hesab edirəm ki, əmək kitabçasındakı tədqiq olunan qeydlərin işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkilatların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 18 fevral 1997-ci il tarixdə qəbul olunmuş "Sosial sığorta haqqında“ Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi - bütün bunlar onunm əmək kitabçasındakı və diplomdakı qeydlərə əsasən 28 ildən çox olan iş stajı, məhz sığorta stajı kimi qiymətləndirilməlidir. İmtina məktubunda göstərildiyi kimi DSMF-nin əməkdaşlarının hansısa işlədiyi müəsissənin arxiv sənədlərinin yerləşdiyi ünvanı tapa bilməməsi, iddiaçının işlədyi həmin dövrü sığorta stajı kimi nəzərə almaması üçün əsas ola bilməz. İddiaçının işləməsilə bağlı qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmışdır ki, iddiaçı işlədiyi müəssisələrdə arxiv sənədlərini saxlamaq vəzifəsini öhdəsinə götürməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbuk edilməsini xahiş etmişdir Cavabdeh iddiaya dair verilmiş yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixində pensiya hüququ yaranmış, 14 iyun 2021-ci il tarixində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 6 ay sosial sığorta stajına malik olduğundan, eyni zamanda tələb olunan 28800 manat məbləğindən pensiya kapitalına qarşı 14860,17 manat məbləğində pensiya kapitalı olduğundan imtina məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinin X6 filialına verilmiş sorğuya xx.xx.2021-ci il tarixli, 17/10 nömrəli cavab məktubunda Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib- işləmədiyini, əməkhaqqı alıbalmadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki,vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş 2019-cu il üçün yaş tələbi olan 64 yaşa xx.xx.2019-cu il tarixdə çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənilmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə(xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək qeydlər istisna), AT-İ № ******* nömrəli diplomdakı qeydlərə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 98 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən 19 il 6 ay sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci il təvəllüdlü olmaqla Yevlax şəhərində anadan olmuşdur. -AT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə 6 №li İnşaat İdarəsinə usta qəbul edilmiş, xx.xx.1977ci ildə prorab vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək “Qarabağ meliorasiya su tikinti” İdarəsində usta vəzifəsində işləmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş,xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azərpromstroy” SMP-23 Trestində usta vəzifəsində işləmiş, xx.xx.1985-ci il tarixdə Yevlax Zavoduna beton ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci il tarixdəhəmin zavodda baş əmtəəşünas vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Yevlax 2703 №li Avtokolonunda avtokolona nəzarət agenti vəzifəsində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X5 zavodununtəchizat şöbəsinə aparıcı mühəndis vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis işləmişdir. -A.İldırım adına Azərbaycan Mühəndis İnşaat İnstitutu tərəfindən 23 sentyabr 1976-cı il tarixdə verilmiş 548 saylı diplomun surətindən görünür ki, İddiaçı Dövlət İmtahan Komissiyasının 23 iyun 1976-cı il tarixli Qərarı ilə inşaat mühəndisi peşəsi üzrə təhsil almış və ona inşaat mühəndisi ixtisası verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 09 fevral 2021-ci il tarixli, **********2 saylı məktubdan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış vətəndaş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olduğu, 2020-ci ilin 1 iyul tarixindən kişilərin yaş həddinin 65 yaş müəyyən edildiyi, həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzrə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu olduğu bildirilərək, iddiaçının təqdim etdiyi AT-İ №,.9691611 saylı, xx.xx.1976-cl il tarixli əmək kitabçasın əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 17 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, əlavə olaraq Azərbaycan Respublikası X6 filalının 25 yanvar 2021-ci il tarixli aktna əsasən xx.xx.1992xx.xx.2000-ci illərdə işləmiş olduğu Yevlax "xxxx" Dövlət şirkəti 2 №li Yol Təmir Tikinti Trestinin əmr kitabları və əmək haqqı sənədlərinin mühafizə olunmaq üçün X7 təhvil vermədiyindən həmin illərin sığorta stajına qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Göründüyü kimi iddiaçının həqiqi hərbi xidmətdə olduğu, Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil aldığı və ona məxsus əmək kitabçasında qeyd olunan dövrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X5 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmirtikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində çalışdığı illərin ümumi iş stajına hesablanmasından imtina edilərək, onun 64 yaşı tamam olan tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi əsası ilə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 210 saylı məktubdan görünür ki, Yevlax "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol Təmir-Tikinti Tresti tərəfindən 1992-2000-ci illərə aid heç bir sənəd İnstitutun arxivinə təhvil verilmədiyindən iddiaçı barədə əmək fəaliyyətinin olmasını təsdiq edən sənədlərin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktuba əsasən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Yevlax "xxxx" Dövlət Şirkəti 2№-li Yol Təmir Tikinti Trestinin 21 avqust 1996-cı il tarixindən 27 mart 2000-ci il tarixinədək qeydiyyatda olduğu müəyyən edilmişdir.. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və iddiaçının həqiqi hərbi xidmətdə olduğu, texniki peşə məktəbində təhsil aldığı və əmək kitabçasında qeyd edilmiş bütün dövrlər sosial sığorta stajına hesablanmaqla, pensiya təyin edilməsi üçün əsas götürülməlidir. Belə ki, məhkəmə araşdırması dövründə göndərilən sorğular əsasında həqiqətən də idarəsinin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi və vergi uçotunda olması barədə məlumatın olmadığı müəyyən edilsə də, lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası əsasında onun həmin dövr üzrə işləməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X8 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə həmçinin cavabdeh tərəfindən əlavə olaraq zəruri pensiya kapitalının mövcud olmasının tələb edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının 2017ci il iyulun 1-dək 25 ildən artıq sığorta stajına malik olduğunu nəzərə alaraq, hesab edir ki, lazımi pensiya kapitalının olması şərti iddiaçıya münasibətdə tətbiq edilməsinə lüzum yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X5 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində işlədiyi dövrlər onun sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsassız olmuşdur və həmin dövr ümumi iş stajına hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2020-cu ilin iyul ayının 1-dən 2021-ci ilin iyul ayının 1-dək kişilərin yaş həddi 65 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiya yaşı (64 yaşı) xx.xx.2019-cu ildə tamam olmuşdur. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Körpü-Tikinti Kombinatının Yevlax X5 zavodunda təchizatçı və xx.xx.1993-cü ildən xx.xx.2000-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin 2 saylı Yol təmir-tikinti trestinin təchizat şöbəsində aparıcı mühəndis peşəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun institutda təhsil aldığı və həqiqi hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla ümumi sosial sığorta stajı 25 ildən artıq müddəti təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum 25 il sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Həmçinin qeyd olunmalıdr ki, cavabdeh iddiaçının yuxarıda qeyd olunan illər üzrə əmək fəaliyyətini mübahisələndirsə də, bu barədə əmək kitbçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Əlavə olaraq məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 64 yaşı tamam olduğu xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(112)-1197/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1197/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver