Məhkəmə qərarları › İş №e-2-1(112)-1202/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1202/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1202/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən “323a” saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vişnyovka bağ massivində İddiaçı istifadəsində olan 323a bağ sahəsi hələ ötən əsrin 70-80-ci illərindən onun ailəsinə (babası, atası və s.) məxsus olan sahənin bir hissəsi olub. Həmin sahənin (12 sot) Ərizəçinin istifadəsində olmasına dair sonuncu sənəd onunla Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X3 və istismarı Birliyi arasında bağlanmış 26408 №-li 20 iyun 2006-cı il tarixli müqavilə olub. Cavabdeh inzibati orqanda Ərizəçiyə bildiriblər ki, onun bağ sahəsinin özəlləşdirilməsi üçün sahəni hasarlanmalıdır. Ərizəçi qısa müddətdə sahəni hasarlayıb. İddiaçı 2024-cü ildə həmin sahə (Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən “323a” saylı torpaq sahəsi) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət edib. Sonuncu İddiaçı bununla bağlı 02 aprel 2024-cü il tarixli, 3-21-3- 30/2-A01xx-xx/2024 **********0 №-li cavab məktubu verib. Məktubda göstərilib: “... qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********37 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında”Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. Cavabdeh inzibati orqanın istinad etdiyi xx.xx.2024-cü il tarixli məktubda göstərilib: “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr baza məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsi “324” saylı bağ sahəsi və bölünənlərin ərazisi ilə, bir hissəsi isə mülkiyyət hüququ ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha qeyd edilsə də, faktiki sahə 0,1139 ha təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixdə, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2024-cü il tarixli, **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi “324” saylı bağ sahəsi və bölünənlərinin ərazisi ilə, bir hissəsi isə mülkiyyət hüququ ilə X7 (FİN: 0XGZEPQ) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə ilə üstüstə düşür. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, sahənin 430 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha qeyd edilsə də, faktiki sahə 0.1139 ha təşkil edir. Məlumat üçün məhkəmin nəzərinə çatdırırıq ki, arxiv qovluğunda saxlanılan məlumatlara əsasən bağ massivi Vişnyovka-2 kimi qeyd edilib. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1202/2025 nömrəli Qərardadına əsasən X12 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İddiaçının nümayəndəsi(vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ masivində yerləşən ümumi sahəsi 1200 kv.m olan 323a saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi(vəkili) iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 26408 saylı “Vişnyovka ərazisindəki 323a nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X2 və X10 rayonunun Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 323a nömrəli bağı İddiaçı istifadəsinə verir, istifadəçi həmin bağı istifadəsinə götürür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-33735/2025 nömrəli məktubunda göstərilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən əvvəlki müraciət zamanı **********21 reyestrli sahə ilə üst-üstə düşmə yaranmışdır. Lakin son göstərilən torpaq sahəsi özəl sahə ilə üst-üstə düşməsə də, cizgiyə əsasən Vişnyovka-2 bağ massivi 324 saylı bağ sahəsinin ərazisinə düşür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********88 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 323a saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli yerli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.1139 ha təşkil edir. Vətəndaş tərəfindən göstərilən bağ sahəsinin sərhədləri şimal və qərb tərəfdən hasarlanmışdır, şərq tərəfdən bir hissəsi qonşu hasarla ayrılmışdır, digər hissəsi isə 1 sıra mişar daşı düzülərək ayrılmışdır, cənub tərəfdən isə 1 sıra mişar daşı düzülərək ayrılmışdır. Torpaq sahəsində icazəsiz tikili yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Bağ sahəsində mübahisə predmeti var. Bağ sahəsinin şimal və qərb hissəsindən yüksək gərginlikli elektrik xətti keçir-6kV. Məhkəmə sorğusuna cavab olaraq X15 Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13- 13/2-1/16-2-9394/2024 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********46 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.2465 ha olan **********20-113301 reyestr nömrəli torpaq sahəsi və üzərində inşa olunmuş ümumi sahəsi 25.8 kv.m olan bağ evi və 49.33 kv.m olan həyətyanı tikililər xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 5028 nömrəli vərəqində qeydiyyata alınmışdır. -A№148573 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən torpaq sahəsinin planı və ölçüsü mərhum X4 adına Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1997-ci il tarixli 28 saylı protokolu ilə ümumi sahəsi 2500 kv.m olan 324/856 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X14 kitabında xx.xx.2009-cu il tarixdə 14526 nömrəsi ilə uçota alınıb. -Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(008)-2002/09 nömrəli Qətnaməsinə əsasən iddianın təmin edilməsi, X1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 324/856 saylı bağ sahəsinin icarəçisi hesab edilməsi qət edilmişdir. -xx.xx.1997-ci il tarixli 573 nömrəli “324 saylı bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən X3 və X5 qəsəbəsində 0.25 ha bağ sahəsini, sahəsi8 16.3 kv.m olan 1 otaqdan ibarət binanı yardımçı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müqavil olaraq icarə üçün icarədara verir və icarədar X8 həmin bağ sahəsini təhvil alır. -xx.xx.2006-cı il tarixli 26408 saylı “Vişnyovka ərazisindəki 323a nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X3 və X10 rayonunda Vişnyovka ərazisində 0.12 ha torpaq sahəsi olan 323a nömrəli bağı icarə üçün icarədara verir və icarədar İddiaçı həmin bağ sahəsini təhvil alır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********33 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər sahələr ilə üst-üstə düşmə halı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-38828/2025 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ümumi 0.1544 ha ərazidə 323 A bağ sahəsi kimi iddia edilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1267 ha (0.0067 ha artıqdır) təşkil edir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Ümumi ərazinin qərb hissəsindən yüksək gərginlikli (6 kVt-lıq) elektirik hava xətti keçir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-40506/2025 nömrəli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən ünvana təkrar yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı torpaq(bağ) sahəsinin yerini dəqiqləşdirib. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Qərb tərəfdən isə bir hissəsi 1 metr enində şərtidir. Faktiki sahəsi 0.1267 ha təşkil edir. Həmçinin bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmin məktubla təqdim edilmiş koordinatlardan və müqayisəli ortofotodan müəyyən olunur ki, iddia olunan torpaq sahəsi və X9 məxsus torpaq sahəsi bir-birinə münasibətdə üst-üstə düşmə halı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-41590/2025 məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ümumi 0.1544 ha ərazidə 323 A bağ sahəsi kimi iddia edilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1267 ha (0.0067 ha artıqdır) təşkil edir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Ümumi ərazinin qərb hissəsindən yüksək gərginlikli (6 kVt-lıq) elektirik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 324 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə düşür. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-46874/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahələrinin ətrafında 323, 321, 325 saylı bağ sahələri yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********10 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********37 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 115-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatınqa alınmasından imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********37 nömrəli məktubunda bildirilmişdir ki, tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsi "324" saylı bağ sahəsi və bölünənlərinin ərazisi ilə, bir hissəsi isə mülkiyyət hüququ ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha qeyd edilsə də, faktiki sahə 0.1139 ha təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddesinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, İddiaçı X3 və İstismarı Birliyi tərəfindən xx.xx.2006-cı il tarixli 26408 nömrəli icarə müqaviləsi əsasında Sabunçu rayonu, Vişnyovka ərazisində 0.12 ha sahəsi olan 323a saylı bağ sahəsi ayrılmışdır. İddiaçı sözügedən bu müqaviləni və torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu əsas gətirərək, torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana mürqaciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. İmtina əsasları qismində torpaq sahəsinin bir hissəsinin 324 saylı bağ sahəsi, bir hissəsinin mülkiyyət hüququ ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşdüyü, torpaq sahəsinin nömrəsinin bağların bölgüsnə dair sxematik xəritədə əks olunmadığından yerləşməsini müəyyənləşdirməyin mümkün olmadığı, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafiə zonsında yerləşdiyi, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.1139 ha təşkil etdiyini qeyd etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ilkin torpaqayırma sənədi, hüquqmüəyyənedici sənəd qismində xx.xx.2006-cı il tarixli 26408 nömrəli “323a saylı bağın istifadəyə verilməsi haqqında” Müqavilə çıxış edir. Bu müqavilə ilə sözügedən bağ sahəsi X3 və İstismarı Birliyi tərəfindən İddiaçı ayrılmışdır və hal-hazırda da onun faktiki sahibliyində və istifadəsindədir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin müqavilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən iddia olunan və naturada göstərilən bağ sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq, cavabdeh orqan tərəfindən təqdim edilmiş ortofoto görüntüyə əsasən iddia olunan bağ sahəsinin qonşuluğunda 321, 323, 325 nömrəli bağ sahələrinin yerləşməsi, mübahisə predmeti olan bağ sahəsinin bağların nömrə ardıcıllığına uyğun yerləşdiyini deməyə əsas verir. Sonuncu dəfə cavbadehin mütəxəssisləri tərəfindən keçirilmiş yeri müayinə zamanı iddiaçı tərəfindən göstəriləm torpaq sahəsinin faktiki olaraq 0.1267 ha (0.0067 ha artıqdır) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı hazırkı iddiada hüquqüəyyənedici sənəd üzrə olan ölçüdə-0.12 ha olmaqla bağ torpaq sahəsinə mülkiyyət hüququnu mübahisələndirir. İddia olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (110.0 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur. Məhkəmə imtina əsası kimi torpaq sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ortofoto görüntülərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin digər hər hansı qeydiyyata alınmış bağ torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Belə olduğu təqdirdə, qeyd edilmiş bu əsasın həqiqiliyi sübut olunmadığından, iddia tələbinin təmin edilməsinə mane olan hal qismində çıxış edə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ masivində yerləşən ümumi sahəsi 1200 kv.m olan 323a saylı bağtorpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ masivində yerləşən ümumi sahəsi 1200 kv.m olan 323a saylı bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməs öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar