Məhkəmə qərarları › İş №e-2-1(112)-12053/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12053/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12053/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin direktoru Kenan Sımsekin iştirakı ilə, iddiaçı Kərimova–X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə “məlumatların təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Kərimova–X6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cəmiyyətin 2016-2022-ci illər üzrə vergi orqanlarına təqdim etdiyi bəyannamələri, cəmiyyətin hansı banklarda hesabların olması barədə məlumatların, cəmiyyətin ƏDV depozit hesabından fəaliyyətdə olduğu bütün dövr üzrə çıxarış, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bügünkü tarixədək göndərilən elektron qaimə-fakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək göndərilən elektron qaimə-fakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək qəbul edilən qaimə-fakturaların siyahısı cəmiyyətin təsis olunduğu tarixdən bugünkü tarixədək idxal-ixrac əməliyyatları haqqında məlumatların iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Kənan Şimşek 22 iyul 2014-cü il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikah dövründə Kənan Şimşek "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) təsis etmiş və cəmiyyətin təkbaşına icra orqanı olan direktor vəzifəsini icra etmişdir. İddiaçı və Kənan Şimşekin rəsmi nikahı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8 fevral 2021-ci il tarixli e- 2(006)-659/2021 nömrəli Qətnaməsi ilə pozulmuş və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölüşdürülmüşdür. Həmin Qətnaməyə əsasən Cəmiyyətin Kənan Şimşekin mülkiyyətində olan tam təsis payı tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bölünmüş və iddiaçı Cəmiyyətin nizamnamə kapitalındakı payın əlli faizinin mülkiyyətçisi kimi tanınmışdır. Buna uyğun olaraq, iddiaçı xx.xx.2022-ci il tarixində Cəmiyyətin iştirakçısı olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı Cəmiyyətin iştirakçı kimi dövlət qeydiyyatına alındıqdan sonra cəmiyyətin hesablanan ödənilmiş və ödənilməmiş dividendləri barədə məlumat, cəmiyyətin xalis mənfəəti barədə məlumat və cəmiyyətin illik maliyyə hesabatlarının auditor tərəfindən yoxlanılması və bu məqsədlə həmin müddətə düşən maliyyə ili üzrə tərtib edilmiş illik mənfəət vergi bəyənnamələri haqqında məlumatlarını əldə etmək üçün cəmiyyətə müraciət etmiş, lakin 20 may 2022-ci il tarixli ümumi yığıncağın qərarı ilə onun bu tələbinə etiraz edilmişdir. İddiaçının vəkili Vəkil həmin məlumatların təqdim edilməsi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vəkil sorğusu ilə bir neçə dəfə, 16 mart 2023 cü il, 16 may 2023-cü il tarixlərində yazılı müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi isə həmin məlumatların kommersiya (vergi) sirri hesab edilməsini əsas gətirməklə onları həmin Cəmiyyətin iştirakçısı olan iddiaçıya təqdim etməkdən imtina etmişdir. Odur ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətsizliyindən İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına 1616\21-23 nömrəli 21 iyun 2023-cü il tarixli şikayət ünvanlamışdır. Şikayətə cavab olaraq tələb olunan məlumatların vergi sirri və şəxsi həyata dair məlumat hesab olunduğu və təqdim olunmayacağı bildirilmişdir. Bunların fonunda isə iddiaçı Mülki Məcəllənin 65.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəmiyyətin mühasibatlıq və maliyyə sənədləri ilə tanış olmaq hüququnu faktiki olaraq icra edə bilmir. Bu isə öz növbəsində ona gətirib çıxarır ki, iddiaçı 07 dekabr 2016-cı il tarixindən etibarən mənfəət bölgüsündəki payına mütənasib olaraq Mülki Məcəllənin 65.1.3-cü və 90-1.2-ci maddələri ilə hüququ çatdığı məbləği hesablaya bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-129/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qərarında qeyd etmişdir: “Cəmiyyətin iştirakçılarından heç biri mənfəətdən pay almaq hüququndan məhrum edilə bilməz.” İddiaçı Cəmiyyətin 50% payla təsisçisi, yəni sahibidir. Başqa sözlə, Cəmiyyətin təsisçisinə Cəmiyyətin maliyyə məlumatlarının verilməsi heç bir şəkildə Cəmiyyətin qanuni maraqlarına ziyan vurmur, İddiaçının təsisçi olaraq hüquqlarını həyaat keçirməsinə kömək edir. Buna görə də təsisçiyə münasibətdə Cəmiyyətin maliyyə məlumatları kommersiya sirri hesab edilmir. Cəmiyyətin təsisçisinə Cəmiyyət haqqında məlumatların “kommersiya sirri” olduğu əsas gətirilərək təqdim edilməməsi isə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən “kommersiya sirri” anlayışına uyğun gəlmir və Mülki Məcəllənin 65.1.2-ci maddəsinin pozulması deməkdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi məlumatlar kommersiya və vergi sirri hesab olunduğundan verilə bilməz. Odur ki, iddiaçının vəkilinin müraciətlərinə cavabdeh tərəfindən verilmiş imtinalar əsaslıdır və qanuna müvafiqdir. oxşar iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasıya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-773/2023 nömrəli Qərardadında məhkəmə göstərmişdirki, bu tipli işlər üzrə birinci instansiya məhkəməsi ilkin olaraq, iddiaçının iddianı irəli sürərkən, subyektiv hüququa malik olub-olmamasını araşdırmalıdır. Həmçinin məhkəmə əlavə edərək göstərir ki, VMnin 30.2.1-ci maddəsinin tələbləri baxımından vergi ödəyici barədə məlumatlar tələb olunarkən, həmin vergi ödəyicisinin də razılığı olmalıdır. proses zamanı iddiaçının nümayəndəsi müvafiq tələb olunan sənədlərin şirkətin təsisçisi və direktoru olduğu Kənan Şimşəkdən istənilməsinə baxmayaraq, sonuncunun imtina etdiyini bildirmişdir. Qeyd edilən halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Cəmiyyətdə sonuncu həm təsisçi həm də direktor olduğunu nəzərə alaraq, mülki qaydada məhkəmə vasitəsilə sonuncudan tələb edə bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Üçüncü şəxs iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə üçüncü şəxs arasında olan mübahisənin əsas başlanğıcı və səbəbi Ülviyyə xanımın boşanmaq istəməsi və əmlak bölgüsüdür. İddiaçı X2 qızı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə məndən boşanmış, nikah ləğv olunmuş və əmlak bölgüsü aparılmışdır. Əmlak bölgüsünə görə 2 evindən biri ona biri üçüncü şəxsə verilmiş və "xxxx" MMC-nin 50% pay hüququ iddiaçıya verilmişdir. Evlərin hər ikisinin də yeni binada müqavilə ilə faktiki olaraq nikahdan əvvəl alınmasına və hətta əlində maliyyə arayışlarının olmasına baxmayaraq, oğlan övladı olduğu üçün ev barədə heç etiraz etmədi və məhkəmə tərəfindən bərabər yaşadıqları ev iddiaçıya verildi. Hətta məhkəmə evi % nisbətində bölmüşdür. Sonradan iddiaçı X2 qızı xahiş etdi, üçüncü şəxs də öz % payını iddiaçıya verdi. Ev tam həcmdə iddiaçıya keçdi. Üçüncü şəxs bunu oğluna görə, gələcəkdə evi olsun deyə etdi. Ancaq, daha sonra ona məlum oldu ki, iddiaçı həmin evi satıb amma yerinə balaca da olsa yeni bir ev almayıb. Bunu izah etməyinin məqsədi odur ki, iddiaçı tələblərində səmimi və haqlı deyildir. Məqsədi "xxxx" MMC-nin 50%-i qarşılığında üçüncü şəxsdən pul almaqdır. İddiaçıya yazılı olaraq məlumat verməyinə baxmayaraq dəfələrlə onu məhkəməyə vermiş, haqsız tələblər irəli sürmüş və dövlətin məhkəmələrini əsassız iddialar ilə məşğul etmişdir. "xxxx" MMC ilə bağlı Ali Məhkəmə, 10 noyabr 2021-ci il tarixdə Qərar vermiş, Ali Məhkəmənin qərarına əsasən 10 iyun 2021-ci il tarixli Apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, təkrar baxılmaq üzrə Apellyasiya məhkəməsinə gəri qaytarılmışdır. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyası təkrar işə baxmış və xx.xx.2022-ci il tarixli, 2(103)-1339/2022 saylı qətnaməni qət etmişdir. Həmin qətnamə icra edilmək üzrə Bakı Şəhəri, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra şöbəsi xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında Qərar qəbul etmiş, beləliklə icraata başlanmışdır. İcra qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2022-ci il tarixli, **********871500 saylı Reyestrdən Çıxarışa əsasən iddiaçı "xxxx" MMC-yə 50% təsisçi kimi qeydə alınmışdır. Bu tarixdən sonra cəmiyyətin 50% pay hüququna malikdir. Ancaq, Dünyada və həmçinin respublikada baş vermiş pandemiya ilə əlaqədar olaraq 2 il hətta daha artıq müddətdə biznes fəaliyyəti dövlətin rəsmi bəyanatına əsasən dayanmış, dövlət tərəfindən pandemiya ilə əlaqədar məcburi qaydada iş yerləri bağlanmış və rəal işləmək imkanı mövcud olmamışdır. Cəmiyyət ayaqda qalmaq üçün bütün lazımi tədbirləri görsə də fəaliyyətini davam etdirə bilməmişdir. Bu səbəblə xx.xx.2022-ci il tarixdən xx.xx.2050-ci il tarixə kimi fəaliyyətini rəsmi olaraq dayandırmaq məcburiyyətində qalmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən göndərilmiş məktubda "xxxx" MMC-nin fəaliyyətini rəsmi olaraq dayandırdığı öz əksini tapmaqdadır. Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat OO:OO-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etdi, fəaliyyətlər məhdudlaşdı və istisnalar olmaqla ümumilikdə respublikada fəaliyyət tamamilə dayandırıldı. Üçüncü şəxs hal-hazırda başqa firmada direktor işləyir. İşlərin pis getdiyini İddiaçı görürdü və o özü də iddiaçı ilə birlikdə "xxxx" MMC-də rəsmi olaraq işləyirdi, işlərin qaydasında gətmədiyini bildiyi halda onu tərk etdi və tək qoydu. Maddi problemlər ailə problemlərinə çəvrildi. Hətta özü rəqib firmada işə girdi. Rəqib firmanın internetdə öz elan və reklamlarını paylaşdı. İddiaçının mal aldığı şirkətləri bildiyinə görə həmin şirkətlərlə əlaqəyə keçdi, "xxxx" MMC-nin bütün sirlərini, müştərilərini, hardan mal aldığını bilirdi. Bunları işləmək üçün girdiyi rəqib firma ilə paylaşdı. Daha doğrusu rəqib firma İddiaçı onun həyat yoldaşı olduğunu və MMC-də də işlədiyini bildiyi üçün onu yəqin ki, yüksək maaşla işə cəlb etdi. Rəqib firmada işlədiyi barədə DSMF qeydiyyatı mövcuddur. Bilavasitə özü MMC-ni ziyana saldı, bağlanmağında mənfi rolu və təsiri oldu. Hal-hazırda da özü "xxxx" MMC-də əldə etdiyi təcrübə, məlumat və biznes əlaqələri ilə ondan aldığı evi də satdı və hal-hazırda təsis etdiyi "xxxx" MMC-ni işlədir. Çox təəssüf ki, İddiaçı son puluna kimi alıb, hələ də olmayan yerdən almaq və üçüncü şəxsi incitmək üçün məhkəmələrə verir. "xxxx" MMC xx.xx.2022-ci il tarixdən bu günə kimi heç bir fəaliyyəti olmamışdır. Bu səbəblə də, iddiaçının pay hüququnun tanındığı xx.xx.2022-ci ildən əvvəlki "xxxx" MMC-yə məxsus olan iddaçının tələb etdiyi bütün vergi, maliyyə və digər sənədlər 3-cü şəxs qismində işə cəlb olunan mən Kenan Şimşəyə məxsusdur, kommersiya və ya vergi sirri olaraq qanunla qorunmaqdadır. İddiaçının "xxxx" MMC ilə bağlı tələbi ilə əlaqədar ayrıca Bakı Kommersiya Məhkəməsində işə baxılmış və İş № e-2- 2(113)-732/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad çıxardılmışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş və Apellyasiya məhkəməsinin 2-2(103)-446/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin qanun ilə müəyyən edilmiş nizamnamə kapitalı vardır. Təsisiçilər qanunvericiliyə əsasən MMC-nin nizamnamə kapitalındakı payları nisbətində məsuliyyət daşıyırlar. İddiaçı istənilən vaxt MMC-dəki nizamnamədə göstərilən kapitaİdakı payını götürə bilər.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və direktoru iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Kərimova-Şimşek Ömər qızı, xx.xx.1984-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. "xxxx" MMC iştirakçılarının növbədən kənar yığıncağının 20 may 2022-ci il tarixli Qərarına əsasən, xx.xx.2022- ci il tarixindən sənədlərin təqdim olunacağı tarixə kimi hesablanan ödənilmiş və ödənilməmiş dividend barədə, Cəmiyyətin xalis mənfəəti barədə məlumatlar bu Qərarın tarixindən 10 iş günü ərzində aşağıdakı ünvanlara təqdim edilməsi, xx.xx.2022ci il tarixindən sənədlərin təqdim olunacağı tarixə kimi Cəmiyyətin illik maliyyə hesabatlarının auditor tərəfindən yoxlanılması və bu məqsədlə həmən müddətə düşən maliyyə ili üzrə tərtib edilmiş illik mənfəət vergi bəyannamələrinin bütün əlavələri ilə birlikdə auditora 10 iş günü ərzində aşağıdakı ünvanlara təqdim edilməsi, cəmiyyətin təsis olunduğu 07 dekabr 2016-cı il tarixindən etibarən xx.xx.2022-ci il tarixinədək məlumatların təqdim olunmasında Simsek Kenan tərəfindən İddiaçı bu tarixədək təsisçi hüquqların olunmaması iddia olunaraq etiraz olunması, keçiriləcək auditor xərcləri X7 tərəfindən ödəniməsi, cəmiyyətin xalis mənfəətin İştirakçılar arasında onların paylarına mütənasib şəkildə divident şəklində ödənilməsi növbəti yığıncaqda müəyyən olunması, tərəflər qərara gəldilər ki Növbəti yığıncaq 09 iyun 2022-ci il tarixində, saat 11-** AZ ***8, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 21 ünvanında keçirilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatına əsasən, "xxxx" MMC-nin qanuni təmsilçisi Sımsek Kenandır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatına əsasən, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Kərimova-X8 50 % və Sımsek Kenan – 50%. 21 iyun 2023-cü il tarixli şikayət ərizəsindən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən 23 aprel 2023-cü il tarixli müraciətinə baxılması barədə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müraciəti əsasında verilmiş cavablara əsasən bildirimişdir ki, Vergi Məcəlləsinin 30.2-ci maddəsində qeyd olunan məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Cəmiyyətin gəlirləri barədə məlumat vergi sirri təşkil edən məlumat hesab olunur və məlumatların təsisçiyə verilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. "xxxx" MMC-nin Təsisçilərinin 01 nömrəli, 05 dekabr 2016-cı il tarixli Qərarında göstərilmişdir: sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq, nizamnamə kapitalı 10 (on) manat müəyyən edilməklə, hər birinin nominal dəyəri 1 (bir) manat olan 10 (on) paydan ibarət yeni "xxxx" MMC yaradılsın və nizamnaməsi təsdiq edilsin, Təsisçinin nizamnamə kapitalındakı payı aşağıdakı şəkildə müəyyənləşdirilsin: Şimşek Kenan – 10 (on) manat, 10 (on) pay, 100 faiz pul şəklində. Yeni yaradılan "xxxx" MMC-nin nizamnamə kapitalının ödənilməsi üçün bankda müvəqqəti cari hesab açılsın və müəyyən edilmiş 10 (on) manat nizamnamə kapitalı pul şəklində cəmiyyət dövlət qeydiyyatına alınanadək ödənilsin. Yeni yaradılan "xxxx" MMC-nin direktoru vəzifəsinə Şimşek Kenan təyin olunsun. Yeni yaradılan "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına ərizə ilə müraciət edilsin.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

8. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən:

30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. 30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olubolmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. 30.3. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

10. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.0.1. Kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar.

11. Kommersiya və ya vergi sirri dedikdə, vergi ödəyicisinin razılığı ilə aşkar edilən, VMnin 30.2-ci maddəsində və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində səciyyələnmiş məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat başa düşülür. Vergi orqanları və onların vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludur. Kommersiya və ya vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Qeyd olunmalıdır ki, kommersiya (vergi) sirrini təşkil edən məlumatların açılmasına görə hüququ pozuntusu subyeklətlərinin onlar üçün hüquq normaları ilə nəzərdə tutulmuş əlvərişsiz vəziyyətə düşməsi ilə nəticələnir. Adı çəkilən hüquq pozuntularının törətdiyi nəticələrə görə hüquq pozuntusuna yol vermiş şəxslər inzibati məsuliyyətinə cəlb edilə bilərlər.

12.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kommersiya və ya vergi sirrini təşkil edən məlumatların açılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür. Qeyd olunmalıdır ki, qanunvericilik kommersiya və ya vergi sirrinin açılmasına görə məsuliyyətin tətbiqini dəqiq müəyyən etmiş, həmçinin kommersiya və ya vergi sirri olmayan məlumatların əhatə dairəsini konkret olaraq təsbit etmişdir. 13.İddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətdə tələb etdiyi məlumatlar iddiaçıya münasibətdə kommersiya və ya vergi sirri hesab olunmamalıdır. Belə ki, inzibati iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin 50% hissəsində təsisçidir.

14.Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər; 65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər; -87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

15. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin 50 % payda təsisçisi olduğuna görə həmin müəssisə üzrə müvafiq məlumatların əldə edilməsi hüququna malikdir.

16. Beləliklə, öhdəliyin icrası haqqında iddia tələbi ilə bağlı iddianın təmin edilməsini istisna edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir

17.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun

- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən

- 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

19. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cəmiyyətin 2016-2022-ci illər üzrə vergi orqanlarına təqdim etdiyi bəyannamələri, cəmiyyətin hansı banklarda hesabların olması barədə məlumatların, cəmiyyətin ƏDV depozit hesabından fəaliyyətdə olduğu bütün dövr üzrə çıxarış, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bügünkü tarixədək göndərilən elektron qaimə-fakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək göndərilən elektron qaimə-fakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək qəbul edilən qaiməfakturaların siyahısı cəmiyyətin təsis olunduğu tarixdən bugünkü tarixədək idxal-ixrac əməliyyatları haqqında məlumatların iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cəmiyyətin 2016-2022-ci illər üzrə vergi orqanlarına təqdim etdiyi bəyannamələri, cəmiyyətin hansı banklarda hesabların olması barədə məlumatların, cəmiyyətin ƏDV depozit hesabından fəaliyyətdə olduğu bütün dövr üzrə çıxarış, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bügünkü tarixədək göndərilən elektron qaimə-fakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək göndərilən elektron qaiməfakturaların siyahısı, cəmiyyət tərəfindən təsis olunduğu tarixdən bugünkü tarixədək qəbul edilən qaimə-fakturaların siyahısı cəmiyyətin təsis olunduğu tarixdən bugünkü tarixədək idxal-ixrac əməliyyatları haqqında məlumatların iddiaçı X2 qızına təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar