Məhkəmə qərarları › İş №e-2-1(112)-12054/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12054/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12054/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X22 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı “mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X35 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 9, mənzil 4, blok 1, mərtəbə 2, 3 otağlı, yaşayış sahəsi 46,73 kv.m olan mənzilə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyesteri xidmətindən verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Kabinetinin xx.xx.1993-cü il tarixli 850 nömrəli sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhərində xx.xx.1960-cı ildən xx.xx.1974-cü ilə qədər rayon icra hakimiyyətlərində qeydiyyatda olan vətəndaşların mənzil ilə təmin olunması barədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 850 nömrəli sərəncamı ilə xx.xx.1993-cü il tarixli ******* nömrəli orderlə Bakı şəhəri Yasamal rayonu, Yeni yasamal 1 ev 9, mənzil 4, blok 1, mərtəbə 2, 3 otağlı, yaşayış sahəsi 46,73 kv.m olan mənzil İddiaçı1 və onun ailə üzvləri olaraq İddiaçı3, X35, İddiaçı2 verilmişdir. Mənzil verdildikdən sonra verilən 2 hissədən ibarət olan orderin (kopya order) hissəsini mənzilin yerləşdiyi ərazi üzrə Mənzil İstismar Sahəsi olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Yasamal rayon Mənzil Kommunal Təsərüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar sahəsinə təqdim etmişdirlər. Mənzil onlara verildikdən sonra Şuşa rayonundan məcburi köçkün düşmüş X11 ailə üzləri X19(yəni X4 bacısı) qızı X20, qızı X18, oğlu X31, nəvəsi X36 və X14 ilə birlikdə qeyd olunan onlara məxsus evə girərək yaşamağa başlamışlar. İddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikası Qaçqın və X33 Üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli 02/973 nömrəli məktubuna əsasən onlara məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni yasamal 1, 9 saylı evin 4 nörməli mənzilində xx.xx.1995-ci il tarixdən Şuşa rayonundan məcburi köçkün X11 ailə üzləri X19 (yəni X4 bacısı) qızı X20, qızı X18, oğlu X31, nəvəsi X36 ilə birlikdə məcburi köçkün kimi qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdən etibarən isə həmin ünvanda qeydiyyatdan çıxarılaraq, Bakı şəhəri, Binəqədi rayonuna qeydiyyata alınmış və hazırda aşağıda qeyd olunan ailə üzvlərilə birlikdə həyat yoldaşı X19 qızı X20, qızı X18, oğlu X31, nəvəsi X3 rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində məcburi köçkün kimi qeydiyyatdadır. Qeyd edilən şəxslər mənzildən çıxıb Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində məcburi köçkün kimi məskunlaşdıqdan sonra, X19, həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. 1995-ci ilin sentyabr ayında onlar mənzilə getdikdə mənzildə başqa adamların yaşadığını gördülər və dərhal onlardan evi tərk etmələrini tələb etdilər, lakin bu heç bir nəticəsi olmadı, buna səbəb kimi həmin şəxslərin Şuşa şəhərindən məcburi köçkün düşmüş X11 ailə üzləri X19 və onların ailə üzvlərinin hal-hazırda yaşmaq üçün evlərinin olmadığını səbəbindən və ən əsası həmin dövrdə ölkə başçısı olmuş Azərbaycan Respublikasının Ümumimilli X41 məcburi köçkün düşmüş şəxslərin harada yaşmasından aslı olmayaraq yaşadığı yerlərdən çıxarılmaması ilə bağlı müvafiq göstərişinə əsasən onlar onları çıxarmadıq və bununla bağlıda heç bir hüquq mühafizə orqanlarınada müraciət etmədik, lakin məcburi köçkün kimi evdə yaşayan şəxslər X15 və onun ailə üzvləri hazırki iş üzrə cavabdeh X4 bacısı, X16 və onların övladları X17, X12, X23, X26 yaşamaqları üçün bir müddət vaxt verdik, lakin bizim vaxt verməyimizə baxmayaraq məcburi köçkün kimi evdə yaşayan şəxslər X5 həyat yoldaşı X19 onun bacısı X14 evin sahibi olan şəxs İddiaçı1 üzərinə hücum çəkərək “evdən yalnız dövlət tərəfindən onlara ev verildiyi halda çıxacaqlarını” bildirdilər. 2020-ci il noyabrın 10-da Vətən Müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad olunduqdan sonra X37 və İddiaçı1 mənzilidə yaşayan məcburi köçkünlərin çıxarılması üçün mənzilin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Yasamal rayon Mənzil Kommunal Təsərüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinə yaxınlaşıb forma 2 arayış tələb edərkən orada çalışan mütəxəssislər mənzilin onlara məxsus olmadığını, mənzildə məcburi köçkün kimi məskunlaşan şəxs X14 tərəfindən 2008-ci ildə Yasamal rayon İcra Hakimiyyətindən yeni order alındığını və yeni order əsasında mənzili özəlləşdirdiyini və xx.xx.2008-ci il tarixində mənzili Cəbrayıl rayonundan məcburi köçkün düşən və o dövrdən bu günədək Yasamal rayonu, Yeni Yasamal 1, 10 nömrəli evin 98 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan X8 alqı-satqı etdiyini və mənzilin xx.xx.02008-ci ildən X6 adına daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyatdan keçdiyini onlara bildirdilər. Biz dərhal mənzilin X9 adına hansı sənədlər əsasında qeydiyyatdan keçməsini və onun adına qeydiyyatdan keçən sənədlər əsasında mənzilin X6 adına hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirlməsini öyrəndilər. Belə ki, vəkil sorğusu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövət Reyesteri Xidmmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 228/656 saylı arayışına əsasən müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayonu, Yeni yasamal 1 ev 9, mənzil 4, xx.xx.2008-ci il tarixli 000134 nörməli orderə, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 154 nömrəli sərəncamından çıxarışa, Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-333/2006 saylı qətnaməsinə və 19 nömrəli MİS-nin 310 nömrəli forma 2 arayışına əsasən xx.xx.2008-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. 19 saylı DNK-nın 4Ə-578 reyester nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.20008-ci il tarixdə X2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Vəkil sorğusu əsasında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1515/01 nömrəli məktubuna və məktuba əlavə edilmiş 000134 nömrəli orderə əsasən Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2008-ci il tarixli 154 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, 9 saylı evin, 4 nömrəli mənzili 000134 nömrəli orderlə X7 verilmiş və onun özü oğlu Nağızadə N.K, Nağızadə A.N-dən ibarət olmuşdur. Biz qeyd olunan orderi və sərəncamı müvafiq qurumlardan aldıqdan sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 333/2006 saylı qətnaməsi maraqlarına toxunduğundan həmin qətnamənin rəsmi olaraq onlara təqdim edilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnaməni təqdim etdilər. Qətnamənin iddiaçı X7 aid hissədə ləğv edilməsi və qeyd olunan qətnamə əsasında X13 verilmiş sərəncamın, orderin etibarsız hesab edilməsi və sərəncam order əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti verdilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4756/2022 saylı qəradadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-333/2006 saylı qətnaməsin mübahisələndirilən hissədə - iddiaçı (hazırki iş üzrə cavabdeh) X7 münasibətdə ləğv edilməsi, iddiaçı X4 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə hüququn tanınması” barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilməsi, iddiaçı X14 əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Yasamal Rayon icra Hakimiyyətinə müraciət etmək, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilmək hüququ izah edilməsi qərara alınmışdır. Göründüyü kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsininxx.xx.2006-cı il tarixli 2-333/2006 saylı qətnaməsi icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-333/2006 saylı qətnaməsi ləğv edildiyindən iş üzrə X7 münasibətdə icraata xitam verildiyindən həmin qətnamənin icrasında X7 münasibətdə icrada dönüş edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-333/2006 saylı qətnaməsi ləğv edildiyindən və iş üzrə X7 münasibətdə icraata xitam verildiyindən həmin qətnamənin icrasında X7 münasibətdə icrasında dönüş edilməsi Bakı şəhəri Yasamal rayonu, Yeni yasamal 1, 9 nömrəli evin, 4 nömrəli mənzilin əvvəlki vəziyyətə qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Yasamal RİHB-nın xx.xx.2023cü il tarixli 94 nömrəli sərəncamı ilə icra edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilmiş məhkəmə qətnaməsi və qətnamənin X7 münasibətdə icrasında dönüş edilməsi və Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, 9 nömrəli evin, 4 nömrəli mənzilin əvvəlki vəziyyətə qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Yasamal RİHB-nın xx.xx.2023-cü il tarixli 94 nömrəli sərəncamı ilə icra edilsədə lakin X14 qeyd olunan qətnamə əsasında Yasamal RİHB-nın vermiş olduğuxx.xx.2008-ci il tarixli 000134 nörməli orderə əsasən mənzili xx.xx.2008-ci il tarixdə, **********9 qeydiyyat nömrə ilə qeydiyyata alınmış çıxarış əsasında özəlləşdirərək həmin mənzilə dair mülkiyyət hüququ əldə etdiyi üçün tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə yazaraq X7 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdirlər. Cavabdeh qurum xx.xx.2023-cü il tarixdə imtina cavabı verilərək qeyd olunan çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmə tərəfindən onların üzərinə hər hansı öhdəlik qoyulmadığından məhkəməyə müraciət etməyimiz bildirilmişdir. Hesab edirlər ki, X7 onlara məxsus olan mənzilə mülkiyyət hüquqlarına əsas verən hüquqmüəyyənedici sənədlər (Yasamal rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-333/2006 saylı qətnaməsi və qətnamə əsasında Yasamal rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə verilmiş xx.xx.2008-ci il tarixli 000134 nörməli order) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilərək və Yasamal rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 94 nömrəli sərəncamı ilə icra edilərək Bakı şəhəri Yasamal rayonu, Yeni yasamal 1, 9 nömrəli evin, 4 nömrəli mənzilin əvvəlki vəziyyətə qaytarıldığından həmin sənədlər əsasında X4 adına xx.xx.2008-ci il tarixdə, **********9 qeydiyyat nömrə ilə daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmış çıxarışda ləğv edilməlidir. Qeyd olunanlara baxmayaraq cavabdeh qurum qeyd olunan çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmə qərarı olmadığından bunun mümkünsüz olduğunu və məhkəməyə müraciət etməyimizi bizə bildirmişdir.

3. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzilə dair yaşayış hüquqlarının tanınması və həmin mənzil üzrə müvafiq olaraq mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı,xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırıq ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı,13.01 2006-cı il tarixli qətnaməsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, sözügedən mənzilə dair mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsi vəzifəsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmiş və müvafiq sənədlər idarəyə təqdim edildikdən sonra onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən X4 mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış tərtib olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.4cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur.

4. Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 850 nömrəli sərəncamına əsasən xx.xx.1993-cü il tarixli ******* nömrəli orderlə Bakı şəhəri Yasamal rayonu, Yeni yasamal 1, ev 9, mənzil 4, blok 1, mərtəbə 2, 3 otağlı, yaşayış sahəsi 46,73 kv.m olan mənzil İddiaçı1 və onun ailə üzvləri olaraq İddiaçı3, X35, İddiaçı2 verilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzilə dair yaşayış hüquqlarının tanınması və həmin mənzil üzrə müvafiq olaraq mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi qərara alınmışdır.

7. Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixlli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı və xx.xx.2022-ci il tarixli məktubu ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2- 333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzilin əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixlli, 94 saylı sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı icra edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsnin xx.xx.2023-cü il tarixli məktubu ilə mübahisə predmedti olan mənzilin üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş sənədlər (sərəncamdan çıxarış, order, qərar), mənzilin daha sonra alqı-satqı yolu ilə üçüncü şəxsdən X6 mülkiyyətinə keçməsi əsasında verilən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarış, sonuncudan alqı-satqı yolu ilə X21 mülkiyyətinə keçməsi əsasında verilən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətləri məhkəməyə təqdim olunmuşdur.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X22 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə X14 üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilmişdir.

10. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı,xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X4 Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzilə dair yaşayış hüquqlarının tanınması və həmin mənzil üzrə müvafiq olaraq mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə İdarə üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, sözügedən mənzilə dair mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsi vəzifəsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmiş və müvafiq sənədlər İdarəyə təqdim edildikdən sonra onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən X4 mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış tərtib olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzil üzərinə Yasamal Rayon Məhkəməsinin 16(004)- 2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qadağa qoyulmuşdur. Yekun məhkəmə aktı haqqında məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzil Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-333/2006 saylı qətnaməsi, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008ci il tarixli 154 nömrəli sərəncamından çıxarış və xx.xx.2008-ci il tarixli order əsasında xx.xx.2008-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Daha sonra sözügedən mənzil 4Ə/578 saylı, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, 4Ə-2176 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X21 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, X4 iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 9, 4 saylı mənzilə dair yaşayış hüquqlarının tanınması və həmin mənzil üzrə müvafiq olaraq mənzil icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı,xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi qərara alınmışdır. Yasamal Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixlli, 94 saylı sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadını icra etmişdir.

18. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı X4 mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyesteri xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə nail olmaqdır.

19. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir.

20. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

21. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4756/2022 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı,xx.xx.2006-cı il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, Yasamal Rayon İcra Hakimiyyəti Bakı Apellyasiya Məhkəməsinin qərardadını icra etmiş, xx.xx.2008-ci il tarixli orderi ləğv etmişdir.

22. Qeydin aparılmasına əsas olmuş Yasamal Rayon Məhkəməsinin 2-333/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi və Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli orderi öz hüquqi qüvvəsini itirdiyinə görə, həmin qeyd də ləğv edilməlidir.

23. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarında cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmasına zərurət yoxdur.

24. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir.

25. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

26. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.

27. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.

28. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar).

29. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi).

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

31. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların xitam verilməsi əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

32. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iş üzrə qəbul edilmiş məhkəmə qərarında cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qərarda cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmiş hüququ qeydə almalıdır.

33. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. X7 Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, ev 9, mənzil 4, blok 1, mərtəbə 2, 3 otağlı, yaşayış sahəsi 46,73 kv.m olan mənzilə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın Dövlət reyesteri xidmətinin xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar