Məhkəmə qərarları › İş №e-2-1(112)-1207/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1207/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1207/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 0Nəç nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin “nizami hissənin kargüzar operatoru” vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, 1996-2000-ci illərdə “bakalavr” təhsilini Azərbaycan Texniki Universitetində almış, həmin Universiteti “Telekommunikasiya” istiqamətinin “Çoxkanallı telekommunikasiya sistemləri” ixtisası üzrə bitirmişdir. xx.xx.2010-cu ildə fərqlənmə ilə magistr təhsilini Azərbaycan Texniki Universitetinin “Telekommunikasiya” istiqamətinin “Elektron və poçt rabitəsi” ixtisası üzrə bitirmişdir. Azərbaycan Texniki Universitetində ona hərbi hazırlıq fənnindən N2 saat dərs keçilmişdir. Bildirmişdir ki, o və ailəsi Zəngilan rayonu İçəri Müşlan kəndindən məcburi köçkündürlər, müvəqqəti olaraq ünvan 1 ünvanından məskunlaşmışdırlar. Həyat yoldaşı X2 “miokard infarktı”ndan 14 mart N0-ci ildə vəfat etmiş, onunla nikahdan olan övladı 1998-ci il təvəllüdlü X3 hal-hazırda iqtisadiyyat üzrə magistr təhsilini ABŞ-da alır, digər oğlu X1 hazırda 4-cü kursda ali təhsli almaqdadır. Onun ümumi mülki stajı 14 ildir. 14 fevral 2001ci ildən 24 dekabr 2013-cü il tarixədək Zəngilan rayonunun Uşaq-Gənclər Şahmat məktəbində məşqçi müəllim vəzifəsində, 07 yanvar 2013-cü ildən 15 avqust 2014-cü il tarixədək "xxxx" MMC-də ofis meneceri vəzifəsində işləmişdir. Hərbi peşəsinə xüsusi istəyi gənc yaşlarından olduğundan öz arzusu ilə Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində 2011-2012-ci illərdə “snayper” və “kəşfiyyatçı” kurslarına qəbul olunmuş və onları müvəffəqiyyyətlə bitirmişdir. Bundan başqa AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlıq Məktəbinin “Həvəskar paraşütçünün hazırlıq” kursunu 2013-cü ildə bitirmişdir. 07 avqust 2014-cü il tarixdə öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə N nömrəli hərbi hissənin X9 “radioteleqrafçı” vəzifəsinə qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmətə qəbul edilmiş, ona “əsgər” hərbi rütəbəsi verilmişdir. O, hərbi hissə komandanlığına zabit olmaq arzusunu bildirmiş, buna görə də döyüş bölgəsində xidmət etməyi üstün tutmuşdur. 08 oktyabr 2015-ci il tarixdə öz arzusu ilə o, döyüş bölgəsində xidmət aparan N nömrəli hərbi hissənin (Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusun) komandirinin sərəncamına göndərilmişdir. 13 oktyabr 2015-ci ildən 01 noyabr 2016-cı il tarixədək N nömrəli hərbi hissənin taktiki komanda məntqəsində rabitə qovşağı bölüyünün baş radiotelefonçusu vəzifəsində xidmət aparmış, sonda isə 2-ci X7 Kəşfiyyat bölməsinə xidmətə göndərilmişdir. Daha sonra N nömrəli hərbi hissənin tibb məntəqəsində sanitar-radiotelefonçu vəzifəsində xidmətini davam etdirmişdir. 44 günlük Vətən Müharibəsi dövründə (26 sentyabr N0-ci ildən) N nömrəli hərbi hissə komandirinin müvafiq N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin nəznində tapşırıqları yerinə yetirmək üçün göndərilmişdir. Vətən Müharibəsi dövründə müvafiq tapşırıqları yerinə yetirmiş, 09 oktyabr N0-ci ildə Azərbaycan Respublikası ərazisi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən bədən xəsarətləri almış, partlayış nəticəsində “barotravma” xəsarəti almışdır. Vətən Müharibəsində iştirak etdiyinə görə o, “Vətən Müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Xidmət etdiyi dövrdə heç zaman intizam məsuliyyətinə cəlb edilməmişdir. Xidmət müddətində hərbi hissə komandanlığı, Ordu korpus komandanlığı, Silahlı Qüvvələrin Baş qərargah rəisi və Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən çoxsaylı “Diplom”lara, “Fəxri Fərman”lara və “Təşəkkürnamə”lərə layiq görülmüşdür. O, 26 iyun 20N-ci il tarixdə “Azərbaycan Respublikasının 100 illiyi medalı”, 30 dekabr N0-ci il tarixdə “Hərbi xidmətdə Fərqləndiyinə görə 3-cü dərəcəli” medalı ilə təltif edilmişdir. O, hərbi hissəni (AR Müdafiə Nazirliyini) ölkədaxili və beynəlxalq yarışlarda təmsil etmiş, yüksək yerlər qazanmışdır. Belə ki, xx.xx.N1-ci ildə Azərbaycan Ordusunun “Hərbiləşmiş kross” birinciliyində yüksək səviyyədə hakimlik etdiyinə görə AR Müdafiə Naziri tərəfindən “Diplom”la təltif edilmişdir. AR Silahlı Qüvvələrin “Hərbi səmti müəyyənetmə” üzrə birinciliyində 2016-cı ildə 2-ci yer, 2017-ci ildə 3-cü yer, 20N-ci ildə 2-ci yer qazandığı üçün Silahlı Qüvvələrin Baş qərargah rəisi tərəfindən “Fəxri fərman”lara layiq görülmüşdür. Əlavə olaraq, o, dəfələrlə “Yüngül atletika” idman üzrə yarışlarda iştirak etmiş, 2019-cu ildə Yüngül atletika birinciliyində 3-cü yer qazandığına görə Silahlı Qüvvələrin Baş qərargah rəisi tərəfindən “Fəxri fərman”la təltif edilmişdir. Bildirmişdir ki, müsbət xasiyyətləndirilməsi, yüksək dövlət təltiflərinə layiq görülməsi, Vətən Müharibəsi iştirakçısı olması nəzərə alınmamış, ona qarşı qərəzli münasibət göstərilmiş, nəticədə barəsində qanunsuz və əsassız inzibati akt (əmr) qəbul edilmişdir. Belə ki, o, hərbi xidmətə daxil olarkən bağlaşmanı (müqaviləni) imzalamışdır. N2-ci ilin avqust ayında onun əvvəl imzaladığı bağlaşmanın (müqavilənin) müddəti bitdiyi üçün ona N nömrəli hərbi hissənin kadrlar bölməsinin rəisi tərəfindən yeni müddətə raport yazılması təklif edilmiş, lakin ona qanunamüvafiq olaraq 3 və yaxud 5 il müddətinə deyil, N3-cü ilin fevral ayınadək müddətdə xidmət etməsinə razılıq verməsi haqqında raport yazması barədə göstəriş verilmişdir. O, raportu məcbur qalıb o tarixədək imzalamışdır. Bundan sonra, yəni 30 dekabr N2-ci il tarixdə ona tabelikdə olduğu N nömrəli hərbi hissənin nizami hissə rəisinə yazılı raportla müraciət edərək hərbi xidmət vaxtının uzadılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. N3-cü ilin fevral ayın N-də o, hərbi hissənin şəxsi heyətin uçotu bölməsinə çağırılmışdır. O, 14 il mülki staja malik olması haqqında müvafiq sənədləri (əmək kitabçası) təqdim edərək güzəştli şərtlərlə pensiya hüququnu əldə edənədək xidmət etməsi üçün 1 il müddətinə müqavilənin artırılmasına (xidmətimin uzadılmasına) razılıq verilməsinə dair hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisinə yazılı müraciət (raport) vermişdir. Lakin hərbi hissənin şəxsi heyətin uçotu bölməsi rəisi tərəfindən AR Müdafiə nazirinin 11 nömrəli, 08 avqust N2-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda kargüxzarlığın aparılmasına dair təlimat”ın tələblərinə zidd olaraq raportda göstərdiyi vəsatət əvəzinə onun “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandirinə vəsatət imzalayaraq təqdim edilmişdir. Bundan başqa, onunla həmin gün Fərdi söhbət aparılmış, həmin “Fərdi söhbət” vərəqəsində o, xidmət etmək istəyində olduğumn, 14 il mülki stajının olmasını, 8 il 6 ay hərbi stajının olmasının nəzərə alıb pensiya hüququ qazanması üçün xidmət müddətinin 1 (bir) il müddətinə uzadılmasına razılıq verilməsini xahiş etmişdir. O həmin fərdi söhbət vərəqəsində bildirmişdir ki, hazırda Vətən Müharibəsi zamanı aldığı xəsarətlə əlaqədar ambulator müalicədədir, Hərbi-həkim komissiyasına göndərilməsinə ehtiyac var. O, hərbi həkim komissiyasına göndərilsə də tərxis olunarkən Hərbi həkim komissiyasının rəyi nəzərə alınmamışdır. Eyni zamanda onunla qanunamüvafiq qaydada 2-ci dəfə söhbət aparılmamışdır. Bütün bunlara baxmayaraq, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olaraq N nömrəli hərbi hissə komandiri tərəfindən N mart N3-cü il tarixdə “0Nəç” nömrəli əmri ilə o, istefaya butraxılmışdır. Bildirmişdir ki, həmin əmr barədə onun məlumatı olmayıb. N aprel N3-cü il tarixdə ona tabelikdə olduğu nizami hissə rəisi məlumat vermişdir ki, artıq o, N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli əmrinə əsasən tərxis edilmiş və N aprel N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılır. Barəsində tərtib edilmiş Hərbi həkim komisisyanın rəyi N nömrəli hərbi hissəyə N aprel N3-cü il tarixdə göndərilmiş, yəni hərbi həkim komissiyanın rəyindən, onun məzmunundan məlumat olmadığı halda N nömrəli hərbi hissə komandiri tərəfindən o, tərxis edilmişdir. Eyni zamanda onunla sadəcə 1 dəfə fərdi söhbət aparılmış, həmin söhbət zamanı o, xidmət müddətinin 1 il müddətinə artıtrılmasını xahiş etmişdir. Onun müraciətinə heç bir reaksiya verilməmiş, qanunamüvafiq qaydada cavablandırılmamış, tərəfindən N fevral N3-cü il tarixdə yazılan raport təhrif edilmiş, xidmət müddətinin uzadılmasına dair vəsatət qaldırmaq əvəzinə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Bu da onu göstərir ki, qeyd etdiyi N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 0Nç nömrəli əmri qəbul edilərkən qanunla nəzərdə tutulmuş prosedur, yəni “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin Xİ fəslində göstərilmiş tələblər kobud şəkildə pozulmuşdur. Ona heç bir məlumat verilməmişdir, bu haqda yalnız hərbi hissənin siyahısından çıxarıldığı gün, yəni N aprel N3-cü il tarixdə məlumat almışdır. Bu da onu göstərir ki, ona qarşı hərbi hissə komandanlığı tərəfində qərəzli münasibət göstərilmişdir. Cavabdeh xx.xx.N3-cü il tarixdə məhkəməyə daxil olmuş 2320 nömrəli xx.xx.N3-cü il tarixli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, hərbi qulluqçunun ordu sıralarından istefaya buraxılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-İVQ nömrəli Qanunun və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiqlənmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun həyata keçirilib. Belə ki, iddiaçı iddia ərizəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1, 39.2, 39.3, 39.4-cü maddəsinin tələblərinə istinad edərkən nəzərə almamışdır ki, həmin Qanunun 39.5-ci maddəsinin tələblərinə görə hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3-cü maddəsində qeyd olunub ki, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Qanunun 42-ci maddəsində həqiqi hərbi xidmətdən istefaya buraxılma üçün əsas olan səbəblərdən bəhs olunur, 42.0.1-ci maddədə həmin əsaslardan biri kimi “ehtiyatda olmağın son yaş həddinə çatdıqca” müddəası yer almışdır. Göründüyü kimi hərbi qulluqçu hərbi xidmətdə müəyyən olunmuş əsaslarla yalnız ehtiyatda olmağın son yaş həddinə çatana qədər saxlanıla bilər. Ehtiyatda olmanın yaş həddi Qanunun 44-cü maddəsinin müddəalarından irəli gələn tələblərlə nizamlanır. 44.2-ci maddədə ehtiyatda olmanın son yaş həddi qadır zabitlər üçün - 50 yaş, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları sırasından olan qadınlar üçün 45 yaş nəzərdə tutulmuşdur. Belə ki, 45 yaşına çatmış, zabit kateqoriyasından olmayan digər qadın hərbi qulluqçular istefaya buraxılmalıdır. Qarunverici Qanunun 39.4-cü maddəsində əmək pensiyası almaq hüququ əldə etmək məqsədilə xidməti davam etdirmə dedikdə ehtiyat olma müddətini nəzərə almışdır. Bu müddəa özündə ehtiyatda olma müddəti bitdikdən sonra pensiya hüququ əldə etmək üçün xidməti davam etdirməni ehtiva etmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə əsasən zabitlər gizirlər miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyatda olmağın deyil, məhz həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, bu hüququ əldə edənə qədər xidmətlərini davam etdirə bilərlər. Belə ki, istefaya buraxılma yaş həddinə çatmış hərbi qulluqçunun pensiya hüququ əldə edənədək xidmətdə qalması mümkünsüzdür. Bundan əlavə, hərbi qulluqçu söhbət aparılarkən onun 8 il 6 aydan çox müddətdə hərbi xidmətdə olmasının nəzərə alınmasını və pensiya hüququ əldə etmək üçün xidmət müddətinin 1 il müddətə artırılmasını xahiş etmişdir. Lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.2-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası almaq hüququna hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər malikdirlər. Odur ki, iddiaçının pensiya hüququ əldə etməsi xidmətdə 1 il deyil, 4 il xidmətini davam etdirməsi lazım gəlir ki, bu da istefaya buraxılma üçün müəyyən olunmuş yaş həddinə çatması səbəbindən mümkün sayılmır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9950-N3 nömrəli, xx.xx.N3-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən əmr iddiaçıya münasibətdə verildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı tərəfindən əmrin mübahisələndirilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddətin ötürülmədiyi müəyyən edilmişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş sənədlərdən görünür ki: İddiaçı N fevral N3-cü il tarixdə şəxsi heyətin uçotu bölməsinin rəisinə raportla müraciət edərək xidmət müddətinin başa çatmasını və Azərbaycan Ordusunun sıralarında xidmət etmək arzusunu nəzərə alaraq, xidmət müddətinin 1 il müddətinə uzadılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi N fevral N3-cü il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavininə raportla müraciət edərək QHQ əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini N fevral N3-cü il tarixdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisinin raportuna əsasən qarşısında vəsatət qaldırmışdır. N nömrəli hərbi hissə komandiri həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin nizami hissəsinin kargüzar-operatoru, xx.xx.N2-ci il tarixdən çavuş, qadın hərbi qulluqçu əsgər İddiaçı yaşa görə həqiqi hərbi xidmətdən istefaya buraxılması üçün təqdimatla müraciət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin a bəndinə (yaşa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin (Q1) nizami hissənin kargüzar-operatoru əsgər İddiaçı həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli nizami hissə üzrə 99 nömrəli əmrinə əsasən qadın hərbi qulluqçu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin a bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq istefaya buraxıldığına görə xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata durmaq üçün SHXÇDX Xətai rayon idarəsinə göndərilməsi qərara alınmışdır. Əmrdə onun tərtib olunmasına əsas olaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 0Nəç nömrəli əmri göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanununa əsasən: 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Maddə 26. Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür. 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;... 42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: 42.0.1. yaşa görə – ehtiyatda olmağın son yaş həddinə çatdıqda;... 44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar: Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar – ikinci dərəcə - 45 yaş. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən:

14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirinin, ona bərabər və ondan yuxarı komandirin qərarı ilə; gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə: zabitlər: kiçik zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə; ... Onlardan hər hansı birinin həqiqi hərbi xidmətdə saxlanılması həmin ixtisaslı hərbi qulluqçulara ehtiyac olduqda həll edilir. Ayrı-ayrı hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması haqqında vəsatət adbaad siyahıları (1, 2 və 3 saylı əlavələr) təqdim etməklə hərbi qulluqçunun şəxsi raportu əsasında alay (briqada) komandiri, ona bərabər və ondan yuxarı olan birbaşa rəis tərəfindən ildə bir dəfə oktyabr ayının 1-nə kimi komanda üzrə qaldırılır və hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlamağa hüququ olan rəislərin təsdiqinə verilir. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlə rəsmiləşdirilir. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə qeyd edilir (yazılır). Həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılan hərbi qulluqçular həmin müddət qurtaranadək tərxis oluna bilərlər.

157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar: a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda;... Məhkəmə işin hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, cavabdeh qanunvericiliyin aşkar imperativ tələblərini gözləməklə, həmçinin özünün dispozitiv imkan olaraq müəyyənləşdirilmiş səlahiyyətlərinə istinadən iddiaçıya münasibətdlə mübahisələndirilən əmri qəbul edərək, onun hüquqlarının hərhansı şəkildə pozulmasına səbəb olmamışdır. Qanunvericilik normaları imperativ şəkildə cavabdeh inzibati orqanın üzərinə iddiaçının hüquqi statusuna nəzərən onun xidmət müddətinin uzadılması kimi bir vəzfiə qoymamışdır. İddiaçının ehtiyatda olmanın son yaş həddinə çatması ilə əlaqədar istifaya buraxılması zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməklə mübahisələndirilən əmr qəbul edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosedur qaydalarının formal tələblərinin pozuntusu mahiyyəti üzrə düzgün inzibati aktın ləğv edilməsi üçün əsas qismində çıxış edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübut olunur. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 0Nəç nömrəli əmrinin ləğv edilməsi, onun N nömrəli hərbi hissənin nizami hissə üzrə kargüzar operatoru vəzifəsinə bərpa olunması və işburaxma dövrü üçün əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X11.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar