Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12138/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotunun Təşkili Baş İdarəsinə (əvəlki adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahikbarlıqla iş üzrə Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi (mühasib) X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotunun Təşkili Baş İdarəsinə (əvəlki adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahikbarlıqla iş üzrə Baş İdarəsi) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 23 sentyabr 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) **********1 saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hüquqi ünvanı: ünvan 1in növü restoranlar tərəfindən xidmətlərin götərilməsidir. X11 ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hüquqi ünvanı: ünvan 1in növü restoranlar tərəfindən xidmətlərin götərilməsidir. “X18nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2670 nömrəli qərarı ilə, ünvan 2 ünvanda yerləşən “50 Qəpik” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X18 keçirilməsi qərara alınmışdır; Yoxlamanın keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY242111999 nömrəli Çıxarışla qeydə alınmışdır. DVX seriyalı 001059 nömrəli, xx.xx.2024-cü il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X18nin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********1) məxsus ünvan 2 ünvanda yerləşən “50 Qəpik” restoranında operativ vergi yoxlaması zamanı 15 nəfər fiziki şəxsdən 10 nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir, həmin aktın əlavəsinə əsasən X5, X8, X20, X9, X10, X17, X12, X13, X2 və X14 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********3604 nömrəli qərara əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2024-cü tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır; İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərarının ləğv edilməsi haqqında” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli 001059 saylı aktı əsassız olaraq tərtib olunmuşdur və onun əsasında qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya “X18nin həyata keçirilməsi haqqında” qərar qanunauyğun şəkildə təqdim edilməmişdir. İddiaçı öz xx.xx.2024-cü il tarixli izahatında da bildirdiyi kimi, “50 qəpik" kafesini özü işlədir, obyektin yeni qeydiyyatı ilə əlaqədar olaraq X11 vergi orqanına müraciət etsə də, ona hələ obyekt kodu gəlmədiyindən obyekti ona təhvil verməmişdir, əgər X11 vergi orqanından obyekt kodu ala bilməsə, onda iddiaçı obyekti ya özünün işlədəcəyini, ya da başqa bir şəxsə təhvil verəcəyini qeyd etmişdir. Vergi Məcəlləsinə əsasən X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Lakin burada qərar İddiaçı vaxtında təqdim olunmamışdır. O öz etirazını cavabdehin nümayəndələrinə bildirmişdir. Vergi orqanının əməkdaşları ona X7 məxsus VÖEN-ə operativ yoxlama açıldığını bildirmişlər. Bundan sonra, iddiaçı onların “X18nin həyata keçirilməsi haqqında” qərarının olmadığını və onlardan obyekti tərk etmələrini tələb etsə də, onun bu tələbinə əməl olunmamışdır. Həmçinin sözügedən şəxslər qəsdən obyektdə yubanaraq İddiaçı da adına qərar çıxarılmasını gözləmişlər. Tərtib olunan “X18nin nəticəsi haqqında” olan 001059 sayılı aktda da görünür ki, X18 xx.xx.2024-cü il saat 14:02-də keçirilsə də, həmin X18nin həyata keçirilməsi haqqında **********2670 nömrəli qərar İddiaçı xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir. Bu isə cavabdehin nümayəndələri tərəfindən Vergi Məcəlləsinin maddələrinin açıq-aşkar pozulduğunu göstərir. Həmçinin, Dövlət Vergi Xidmətinin nümayəndələrinin yubanaraq iddiaçının da adına qərar çıxarılmasını gözləmələri və qəbul etdikləri qanunsuz qərar əsasında 10 nəfər işçinin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada xidmətlərə cəlb edilməsini iddia etmələrinə görə, bu, obyektin fəaliyyətinin dayanmasına və iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsinə mane olmuşdur. Nəzarət zamanı Dövlət Vergi Xidmətinin nümayəndələri kamera ilə çəkilişlər aparıblar, işçilərin normal iş gedişatına mane olublar, bu da iaşə obyektində vətəndaşların narazılıq etməsinə səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, “Dövlət vergi orqanları tərəfindən X18 tədbirlərinin həyata keçirilməsi” qaydalarına əsasən (1.14) nəzarət tədbirləri zamanı zərurət yarandıqda, foto və video çəkilişdən istifadə olunmalıdır, lakin bu zaman vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən iltizam alınmalıdır. X32 Xidmətinin əməkdaşları iltizam almadan və iddiaçının etirazlarına məhəl qoymadan çəkiliş aparmış, beləliklə obyektin fəaliyyətinə mane olmuşlar. Baxmayaraq ki, xx.xx.2024cü il tarixli aktda vergi orqanı nümayəndələri onun etirazından sonra çəkilişi dayandırdıqlarını qeyd edirlər, əslində onlar gizli çəkilişə davam ediblər və tərəflərindən buna hər dəfə yenidən etiraz bildirilib. Həmçinin X18nin həyata keçirilməsi haqqında **********2670 nömrəli qərar iddiaçıya xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir, həmin saatdan əvvəl vergi orqanı nümayəndələri tərəfindən edilən bütün hərəkətlər nəzarət dövrünə aid edilə bilməz. İddiaçı tərəfindən xx.xx.2024-cü il saat 18:11-dək işçilərlə bağlanılan əmək müqaviləsi barədə bildirişlər ƏMAS sisteminə əlavə edilmişdir. Bu hal da cavabdehin xx.xx.2024-cü il tarixli **********3604 nömrəli qərarının qanunsuz olduğunu göstərir. Belə ki, Vergi Məcəlləsinin 55-ci maddəsi ilə vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar nəzərdə tutulmuşdur. Məcəllənin 55.1.6cı maddəsinə əsasən vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. İddiaçı tərəfindən X18nin keçirilməsi dövrünədək vergi qanunvericiliyinin pozulması halları aradan qaldırılmışdır, bu da şəxsin təqsirini istisna edən hallardan biridir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində X18 tədbiri Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində göstərilmiş əsaslara görə (vergi orqanları tərəfindən mənbəyi bəlli məlumatlar) təyin edilmişdir. Baş İdarənin xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X18nin həyata keçirilməsi haqqında” Qərarına əsasən sahibkarın fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən "50 QƏPİK” adlı obyektində xx.xx.2024-cü il tarixdə saat 14:02-də keçirilmiş X18 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması (Vergi Məcəlləsinin 16.1.8-cİ maddəsinin tələbləri pozularaq, yəni obyektdə nəzarət kassa aparatı quraşdırılmaması) və obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 (on) nəfər fiziki şəxslərlə əmək müqaviləsi bağlanılmaması faktları aşkar edilərək, nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 038199 nömrəli və xx.xx.2024-cü il tarixli DVX seriyalı 001059 nömrəli aktlarla rəsmiləşdirilmişdir. İddiaçı X18 tədbiri həyata keçirilən zaman Qərar və çıxarışla tanış olaraq imza etsə də, heç bir əsaslı səbəb göstərmədən tərtib olunmuş aktlara imza etməmişdir. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən pozuntuya təqvim ili ərzində birinci dəfə yol verildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********3453 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində, xx.xx.2024-cü il tarixli **********3604 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr xx.xx.2024-cü il tarixli **********960200 və **********781600 nömrəli məktublarla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Əmək münasibətlərinin yoxlanılması nəticəsi barədə tərtib olunmuş materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsində (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olmasını nəzərə alaraq, materiallar "Cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi Qaydaları”na uyğun olaraq xx.xx.2024-cü il tarixli **********891800 nömrəli məktubla aidiyyəti üzrə göndərilməsi təmin edilmişdir. Yoxlama materiallarına əsasən 10 nəfər işçinin hər birindən izahat alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli yazılı izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 1 ünvanında yerləşən “50 QƏPİK” adlı kafeni işlədir. Obyektin yeni qeydiyyatı ilə əlaqədar olaraq vergi orqanına müraciət edən X11 obyekt kodu aldıqdan sonra ona təhvil verəcək. Əgər İnarə xanım obyekt kodu ala bilməsə həmin müddətdən sonra obyekti ya özü işlədəcək, ya da digər bir şəxsə təhvil verəcək. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “X18nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2670 nömrəli qərar iddiaçıya xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir, həmin saatdan əvvəl vergi orqanı nümayəndələri tərəfindən edilən bütün hərəkətlər nəzarət dövrünə aid edilə bilməz, iddiaçı tərəfindən xx.xx.2024-cü il saat 18:11-dək işçilərlə bağlanılan əmək müqaviləsi barədə bildirişlər emas sisteminə əlavə edilmişdir. Qeyd olunanlara münasibətdə bildirilir ki, xx.xx.2024-cü il tarixli **********2248 nömrəli "X18nin həyata keçirilməsi haqqında” qərarının icrası məqsədilə xx.xx.2024-cü il saat 14:30 radələrində video kamera vasitəsilə çəkiliş aparılaraq ünvan 3 ünvanında yerləşən “50 QƏPİK” adlı obyektə daxil olunmuşdur. Həmin zaman obyektin sahibi X11 olmuş və odur ki, xx.xx.2024-cü il tarixli **********2248 nömrəli “X18nin həyata keçirilməsi haqqında” qərar X11 barəsində çıxarılmışdır. Belə ki, X11 tərəfindən vergi orqanına verilmiş “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” barədə ərizəsinə əsasən ünvan 3 ünvanında yerləşən “50 QƏPİK” adlı obyekt xx.xx.2024-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. X18 tədbirinin həyata keçirilməsi zamanı obyektdə işləyən işçilərdən bir nəfər obyektin rəhbərliyinin X18 tədbirini həyata keçirən əməkdaşlar ilə telefon vasitəsilə danışmaq istədiyini bildirmiş, telefonla danışan şəxs özünün hazırda obyekti işlədən İddiaçı olduğunu və obyektə tərəf gəldiyini bildirmişdir. Telefonla danışarkən İddiaçı video çəkilişə qəti şəkildə etirazı olduğunu bildirmiş və vergi orqanının əməkdaşları tərəfindən kamera çəkilişi dayandırılmışdır. İddiaçı obyektə gəldikdən sonra obyektin X7 hələki heç bir aidiyyətinin olmadığını, obyekti özünün işlətdiyini bildirmişdir. Hansı ki, uçot-baza məlumatlarından görünür ki, ünvan 3 ünvanında yerləşən “50 QƏPİK” adlı obyekt xx.xx.2022-xx.xx.2024-cü il tarixində İddiaçı adına qeydiyyatda olmuş və İddiaçı “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması” barədə ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə sözügedən təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq İddiaçı qanunsuz olaraq obyektdə fəaliyyətini davam etdirmiş, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X18 tədbiri zamanı obyektdə olan işçilər də İddiaçı işçiləri olduqlarını bildirmişlər. Bir müddət sonra İddiaçı adına xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X18nin həyata keçirilməsi haqqında” Qərar xx.xx.2024-cü il saat 18:10-da vergi orqanının əməkdaşı tərəfindən X18 tədbiri həyata keçirilən obyektə gətirilmiş və X18 tədbirini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən İddiaçı təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli **********2570 nömrəli “X18nin həyata keçirilməsi haqqında” Qərarın çıxarılaraq obyektə gətirilməsinədək işçiləri artıq qeydiyyata aldığını bildirmişdir. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən İddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər işçidən 9-u ilə (X12, X17, X13, X8, X5, X9, X14, X20 və X10 ilə) xx.xx.2024-cü il tarix, saat 15:54 - 17:08 aralığında əmək müqaviləsinin bağlandığı məlum olmuş, xx.xx.2024-cü il tarixdə də əmək müqavilələrinə xitam verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar bir daha onu göstərir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 10 nəfər işçi həqiqətən də İddiaçı işçiləri olmuş və X18 tədbiri həyata keçirilən zaman həmin şəxslərlə iddiaçı arasında əmək münasibətləri mövcud olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndələri və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun əldə etmək istədiyi ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1 (Badamdar qəs.) ev .502 ünvanda yerləşən “50 qəpik” kimi adlanan qeyriyayayış obyektini işlədir. İşin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, X11 da vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və onun da fəaliyyət ünvanı ünvan 4əflərin izahatlarına əsasən müəyyən edilir ki, həmin ünvanda yerləşən 50 qəpik” restoranını əvvəl İ.Kazımova işlətsə də, hazırda həmin obyekti iddiaçı işlədir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********2670 nömrəli “X18nin həyata keçirilməsi haqqında” "50 QƏPİK” adlı obyektdə xx.xx.2024-cü il tarixdə saat 14:02-də X18 tədbiri həyata keçirilmiş və nəzarət zamanı obyektə iddiaçı tərəfindən 10 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi aşkar edilmişdir. Nəticədə hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********3604 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 20000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı tərəfindən işlədilən həmin obyektə 10 nəfər işçinin əmək müqaviləsi bağlanmadan işlərə cəlb olunması işin mübahisələndirilməyən halıdır. Bu hal aşağıdakı sübutlarla təsdiq olunur: 1) Həmin fiziki şəxslərin izahatları ilə. Belə ki, X10 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 20 gündür dəzgahçı olaraq işə başladığını, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Nicat və Kənanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X20 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 1 aydır ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Səməd, Anar və Ramini tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X14 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür qəlyançı köməkçisi olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 10 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən İlqar, Ramin və Nicatı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X9 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 35 gündür qəlyançı olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 12 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Əfsanə, Ramin və Muradı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X3 xx.xx.2024-cü il tarixli yazılı izahatında "50 QƏPİK" adlı obyektdə 6-7 aydır ki, ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Ramin və Fazili tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X5 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 15 gündür ki, aşbaz olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 20 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Günay vəTəranəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X8 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür ki, aşbaz köməkçisi olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 20 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Təranə və Raziyyəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X13 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 10 gündür ki, qabyuyan olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Günay və Raziyyəni tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X17 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 20 gündür ki, fəhlə olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən İlqar, Nicat və Anan tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X12 xx.xx.2024-cü il tarixli yazılı izahatında “50 QƏPİK” adlı obyektdə 15 gündür ki, ofisiant olaraq işlədiyini, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etdiyini və onunla əmək müqaviləsi bağlanıldığının bildirildiyini, əmək haqqının gündəlik 15 manat olaraq İddiaçı tərəfindən nağd şəkildə ödənildiyini, işçilərdən Nicat və Kənanı tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. 2) iddiaçının və onun məhkəmə iclasında iştirak edən nümayəndlərinin etiraferdici izahatları ilə: İddiaçı xx.xx.2024-cü il tarixli yazılı izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, massiv 1 ünvanında yerləşən “50 QƏPİK” adlı kafeni işlədir. Obyektin yeni qeydiyyatı ilə əlaqədar olaraq vergi orqanına müraciət edən X11 obyekt kodu aldıqdan sonra ona təhvil verəcək. Əgər İnarə xanım obyekt kodu ala bilməsə həmin müddətdən sonra obyekti ya özü işlədəcək, ya da digər bir şəxsə təhvil verəcək. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il saat 18:11-dək işçilərlə bağlanılan əmək müqaviləsi barədə bildirişlər EMAS sisteminə əlavə edilmişdir. İddiaçının nümayəndələri də məhkəmə iclasında həmin şəxslərlə əmək müqaviləsi bağlanmadığını bildirmişlər. 3) cavabdeh tərəfindən aparılan video çəkilişlə. İddiaçı iddia ərizəsində bildirmişdir ki, nəzarət zamanı Dövlət Vergi Xidmətinin nümayəndələri kamera ilə çəkilişlər aparıblar, işçilərin normal iş gedişatına mane olublar, bu da iaşə obyektində vətəndaşların narazılıq etməsinə səbəb olmuşdur. İddiaçı tələbinin əsası və mübahisələndirilən qərarın ləğv edilməsi kimi ona istinad edir ki: 1) “X18nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2670 nömrəli qərar iddiaçıya xx.xx.2024-cü il saat 18:11-də təqdim edilmişdir, həmin saatdan əvvəl vergi orqanı nümayəndələri tərəfindən edilən bütün hərəkətlər nəzarət dövrünə aid edilə bilməz. 2) Vergi Məcəlləsinin 55.1.6-cı maddəsinə əsasən vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir. İddiaçı tərəfindən X18nin keçirilməsi dövrünədək vergi qanunvericiliyinin pozulması halları aradan qaldırılmışdır, bu da şəxsin təqsirini istisna edən hallardan biridir. Məhkəmə cavabdehin hər iki arqumentini əsassız hesab edir. Belə ki, birinci halla bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçı cavabdeh tərəfindən inzbati icraatın aparılması qaydalarının pozulmasına istinad edir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati icraat qaydalarının pozulması o zaman inzibati aktın ləğvi üçün əsas ola bilər ki, bu pozuntular olmaması cavabdeh tərəfindən fərqli inzibati aktın qəbul edilməsi ilə nəticələnə bilərdi. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmiş işin mübahisələndirilməyən halıdır ki, “50 QƏPİK” adlı obyekti əvvəllər fərdi sahibkar X11 işlətmiş, sonradan isə həmin obyekti iddiaçı işlətmişdir. İş materiallarında olan X11 tərəfindən vergi orqanına verilmiş “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” barədə ərizəsinə əsasən ünvan 3 ünvanında yerləşən “50 QƏPİK” adlı obyekt xx.xx.2024-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. Hər iki şəxsin sdahibarlıq fəaliyyəti kimi qeydiyyatdan keçidiyi ünvan həmin obyektin yerləşdiyi ünvandır. Belə olan halda, vergi orqanının "X18nin həyata keçirilməsi haqqında” qərarı və digər sənədlərdə əvvəlcə X6 adının göstərilməsi və qeyd edilən sənədlərə əsasən nəzarət tədbirinin həyata keçirilməsi və sonradan iddiaçınını adına qərarın təqdim edilməsi, iddiaçı tərəfindən həmin obyektdə 10 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi faktını aradan qaldırmır və inzibati orqanın qərarına təsir edəcək pozuntu deyil. Yəni cavabdeh tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı obyektə gələrkən İnarə Kazımovanın deyil, Anar Hüseynovun adına tərtib edilmiş qərarların təqdim edilməsi, iddiaçı tərəfindən 10 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi halını aradan qaldırmayacaqdı. İddiaçı tərəfindən istian edilən bu hal formal mülahizədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddiaçının 2-ci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Vergi Məcəlləsinin 55.1.6cı maddəsinə istinad edərək işçilər ilə əmək müqaviləsinin bağlandığını bildirərək X18nin keçirilməsi dövrünədək vergi qanunvericiliyinin pozulması halları aradan qaldırıldığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının yoxlama nəzarəti həyata keçirilən gün işçilərlə əmək müqqaviləsi bağlaması, yoxlama keçirilən günə qədər həmin işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktını aradan qaldırmır. Belə ki, həmin şəxslərin izahatlarından müəyyən edilir ki, göstərilən şəxslər 6-7 ay, 15-20 gün və s. müddətlərdə obyektə işləmişlər. Bundan başqa, cavabdehin bildirdiyi kimi, iddiaçı ilə həmin şəxslər arasında xx.xx.2024-cü il tarix, saat 15:54 - 17:08 aralığında əmək müqaviləsinin bağlandığı məlum olmuş, xx.xx.2024-cü il tarixdə də əmək müqavilələrinə xitam verilmişdir. Vergi Məcəlləsinin 55.1-ci maddəsinə görə, vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: ... 55.1.6 vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması. İddiaçı vergi orqanının yoxlamasına qədərki dövrdə, yəni 6 ay və ya 15-20 gün müddətində işlətdiyi işçilərlə əmək müqaviləsi bağlayaraq göstərilən nöqsanı aradan qaldırmadığından istinad edilən normanın hazırkı işə aidiyyatı yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, X18 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2-ci maddəsinə əsasən, X18nin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən, X18 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X18 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X18nin müddəti və X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir; 50.4-cü maddəsinə əsasən, X18 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X18ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir; Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, iddia təmin еdilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-12138/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12138/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver