Məhkəmə qərarları › İş №e-2-1(112)-12149/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-12149/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-12149/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək faktiki olaraq iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən 493/1144 nömrəli, 0,12 hektar bağın yerləşdiyi torpaq sahəsi üzərində mərhum atası X20 vərəsəsi olaraq iddiaçının mülkiyyət hüququnun tanınması, bu məqsədlə torpaq sahəsinin özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsi ilə bağlı çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivində yerləşən 493/1144 saylı, 0,12 hektar ərazisi olan torpaq sahəsinin vəfat etmiş şəxs X23 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya atasından və nənəsindən torpaq sahəsi miras qalmışdır. Belə ki, Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən müəyyən edilir ki, Bakı şəhər ZDZ İK-nin (indiki Bakı şəhər İcra Hakimiyyəti) arxiv fondu üzrə xx.xx.1951-ci il tarixli 15 saylı protokolun 320-ci bəndinə əsasən iddiaçının babası X12 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq (Vişnyovka) ərazisində 0,5 hektar torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası SSR Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarına əsasən qeyd edilən bağ sahəsinin 0,12 hektar hissəsi mərhum nənəsi Fatma Aşumovanın və 0,12 hektar hissəsi isə vərəsəsi olduğu mərhum atası X20 istifadəsinə verilmişdir. Göründüyü kimi bağ sahəsi bağ təsərrüfatı idarələri tərəfindən qanuni şəkildə mərhum babasına ayrılmış, daha sonra da vərəsəsi olduğu atasının istifadəsinə (məhkəmə qərarı ilə) verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli qərarına əsasən, 2083 nömrəli, xx.xx.1989-cu il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum X27 arasında bağlanılmış müqavilənin qismən ləğv edilməsi, 0,12 hektar sahənin X5, 0,12 ha sahənin isə X21 istifadəsinə verilməsi qərara alınmışdır. Lakin İdarənin arxiv əsaslarında müvafiq məhkəmə qərarına uyğun olaraq qeyd olunan şəxslərlə Bağlar Təsərrüfatı İdarəsi arasında yeni müqavilələrin bağlanılması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda 1144 saylı torpaq sahəsinin istifadəyə verilməsinə dair X6 adına xx.xx.2005-ci il tarixli, 2083 nömrəli müqavilə tərtib edildiyi müəyyən edilmişdir. Elektron baza məlumatlarına əsasən torpaq sahəsi ümumi sahəsi 0,67 ha olan ərazidə yerləşir, bölgü sxemi təqdim edilmədiyindən iddiaçının hissəsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhər ZDS İK-nin arxiv fondu üzrə xx.xx.1951-ci il tarixli, 15 saylı protokolundan təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1951-ci il tarixli, 15 saylı protokolun 320-ci bəndinə əsasən iddiaçının babası X12 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq (Vişnyovka) ərazisində 0,5 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq bağ massivində yerləşən 493/1144 saylı bağ sahəsinə dair sənədlərin və müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası SSR Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarına əsasən 1144 nömrəli bağa aid xx.xx.1989-cu il tarixli, 2088 nömrəli müqavilə qismən ləğv edilmiş, qeyd edilən bağ sahəsinin 0,12 hektar hissəsinin Fatma Aşumovanın və 0,12 hektar hissəsinin isə X20 istifadəsinə verilməsi qərara alınmışdır. xx.xx.2005-ci il tarixli ərizəyə əsasən X1 ərazisində 0,25 hektar torpaq sahəsində yerləşən 1144 nömrəli bağın X6 adına keçirilməsinə razılıq vermişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X13 və İstismarı Birliyi ilə X16 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 2085 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Vişnyovka ərazisində 0,25 hektar torpaq sahəsində yerləşən 1144 nömrəli bağ sonuncunun istifadəsinə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsindəki torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 0,12 hektar təşkil edir. Torpaq sahəsi ümumi (0,67 hektar) torpaq sahəsi ilə eyni hasar daxilindədir. Ümumi torpaq sahəsinin üç tərəfi qonşu, bir tərəfi dalan yoldur. 0,12 hektar torpaq sahəsinin üç tərəfi mişar daşı bir tərəfi şərti sərhəddir, üç tərəfi qonşu bir tərəfi dalan yoldur. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş X21 vərəsələri İddiaçı və X18r və verilən miras əmlak əmanət kitabçalarında olan pul vəsaitindən ibarətdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.4-cü bəndində “rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar” öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1951-ci il tarixli 15 saylı protokolun 320-ci bəndinə əsasən vəfat etmiş babası X12 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq (Vişnyovka) ərazisində 0,5 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası SSR Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarı ilə müəyyən edilir ki,1950-ci illərdə bağ sahələrinin azaldılması ilə əlaqədar X10 istifadəsində 0,25 hektar bağ sahəsi saxlanmışdır. Torpaq sahəsinin qalan hissəsi ilə bağlı X17 tərəfindən X2 ilə, daha sonra isə X24 ilə və X9 ilə müqavilələr bağlanmışdır. 1980-ci ildə X19 vəfat etmiş və bundan sonra onun istifadəsində qalan 0,25 hektar bağ sahəsinə dair onun oğlu, hazırkı iş üzrə iddiaçının atası X27 ilə xx.xx.1989-cu ildə müqavilə bağlanmışdır. Lakin, X20 anası Fatma Aşumova həmin müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası SSR Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarına əsasən 1144 nömrəli bağa aid xx.xx.1989-cu il tarixli, 2088 nömrəli müqavilə qismən ləğv edilmiş, qeyd edilən bağ sahəsinin 0,12 hektar hissəsinin Fatma Aşumovanın və 0,12 hektar hissəsinin isə X20 istifadəsinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, İdarənin arxiv əsaslarında müvafiq məhkəmə qərarına uyğun olaraq qeyd olunan şəxslərlə Bağlar Təsərrüfatı İdarəsi arasında yeni müqavilələrin bağlanılması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda 1144 saylı torpaq sahəsinin istifadəyə verilməsinə dair X6 adına xx.xx.2005-ci il tarixli, 2083 nömrəli müqavilə tərtib edildiyi müəyyən edilmişdir. Bölgü sxemi təqdim edilmədiyindən iddiaçının hissəsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, iş materialalrı araşdırılarkən məlum olur ki, X4 və İstismarı Birliyi ilə X15 arasında xx.xx.1991-ci ildə 0,25 hektar torpaq sahəsi ilə bağlı müqavilə bağlanmışdır. Bundan əvvəl isə Bakı şəhəri Nərimanov rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsi ilə X5 iddiası təmin edilərək X27 ilə bağlanmış xx.xx.1989-cu ildə müqavilə etibarsız hesab edilmişdi. Bunun əsasında isə Fatma Aşumova ilə 0,25 hektar bağ sahəsinə dair xx.xx.1991-ci il tarixli müqavilə bağlanmışdı. Bundan sonra isə Fatma Aşumovanın razılığı ilə 0,25 hektarlıq bağ sahəsinə dair müqavilə xx.xx.2005-ci ildə X16 ilə bağlanmışdır. Məhkəmə hesab edir ki, X3 və İnkişafı Birliyi ilə Fatma Aşumova arasında bağlanmış xx.xx.1991-ci il tarixli və Ağamehdi Aşumov arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilələr Arif Aşumovun istifadəsində saxlanmış 0,12 hektarlıq bağ sahəsini əhatə edə bilməz. Hətta həmin sahəni əhatə etmiş olsa belə ona dair hissədə etibarlı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası SSR Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarına əsasən 1144 nömrəli bağa aid X27 ilə bağlanmış xx.xx.1989-cu il tarixli, 2088 nömrəli müqavilə tam deyil, qismən ləğv edilmişdir. Həmin müqaviləyə əsasən Arif Aşumovun istifadəsinə verilmiş 0,25 hektar sahənin 0,12 hektar hissəsi Fatma Aşumovanın və 0,12 hektar hissəsi isə Arif Aşumov istifadəsinə verilmişdir. Yəni, Arif Aşumovla 0,12 hektar bağ sahəsinə dair yenidən müqavilə bağlanmasına ehtiyac yox idi. Çünki, xx.xx.1989-cu il tarixli müqavilə yalnız 0,12 hektar sahəyə dair hissədə ləğv edilmişdi. Bu səbəbdən məhkəmə bağ sahəsinə dair yeni müqavilə bağlanmadığı ilə bağlı cavabdehin dəlilini əsassəz hesab edir. Qeyd edilməlidir ki, bölgü sxeminin tərtib edilməsi müvafiq inzibati orqanın səlahiyyətinə aid məsələdir və bunda iddiaçının təqsiri olmadığından bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivində yerləşən 493/1144 saylı, 0.12 hektar ərazisi olan torpaq sahəsinin mərhum X23 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Albalılıq massivində yerləşən 493/1144 saylı, 0,12 hektar ərazisi olan torpaq sahəsinin mərhum X23 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar