Məhkəmə qərarları › İş №e-2-1(112)-12205/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12205/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12205/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı “MACİS CROUP” Məhud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “MACİS CROUP” Məhud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində 24 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-226243 nömrəli“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarən ləğv edilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 05 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-166567/2025 nömrəli (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat) Vergilərin, sosialsığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi; İddiaçı MMC-nin riskli vergi ödəyicilərisiyahısından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi; xx.xx.2024-cü il tarixli 3-21-2-8\2-3776\2024 saylı qərar əsasında vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulmuş pul vəsaitlərinin açılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində 24 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-226243 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar qəbu ledilmişdir. Qərara əsasən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqıməbləği 1.945,29 manat,əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği kimi 18.369,68, ümumilikdə 20.314,97 manat hesablanmışdır. Vergi orqanı tərəfindən qəbul edilmiş qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarlarla razılaşmırıq və aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, sözügedən qərar ləğv edilməlidir. Belə ki, 2020-2024 cü il tarix aralığında İddiaçı MMC-nin ədv depozit hesabına 3 113 083.18 manat ədv daxil olmuşdur. Həmin vəsaitin, fevral 2022- ci il 122.06 (*18%=21.97) "xxxx" MMC, sentyabr 2023-cü il 8790 (*18%=1582.2) FORMUL MMC, noyabr 2023-cü il 169415.8(*18%=30494.84) ONE CONSTRUCTİON MMC, dekabr 2023-cü il 32754 (*18%= 5895.72) CREDO GROUP EVENT TECHNİCAL SERVİCES Myanvar 2024-cü il 25 000 (*18%= 4500) OKHATAN MMC, fevral 2024-cü il 67 666.67 (*18%=12180) FORMUL MMC, may 2024-cü il 35908.67 (*18% 6463.56) AS- ELEKTRİK" MMC, GİLAN ƏND KNAUF MMC, iyun ayı 2024 38686.44 (*18%= 6963.56) AZİMAKS MMC tərəfidə artıq ödənilən vəsaitlərin gqaytarması olmuşdur. İddiaçı bu barədə vergi orqanına müraciət edərək kənarlaşmanın aradan qaldırılmasını bildirsə də, müsbət cavab verilməmişdir. Bundan başqa cavabdeh orqan tərəfindən İddiaçı MMC barəsində 05 fevral 2025-ci il tarixli, 3-21-2-3/2-166567/2025 nömrəli (muzdlu iəlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat) Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qərara əsasən bildirilmişdir ki, bank hesabının araşdırılması zamanı 01.102024-xx.xx.2024 tarixində faktiki göstəricilərə uyğun olmayan əməkhaqqı fondu məbləğləri barədə sənədlər təqdim edilməklə hesablardan 379876 manat vəsaitin məxaric edilməsimüəyyən edilmiş, lakin təqdim edilən 2024-cü il 4-cü rüb muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsində həmin məbləğlər azaldılaraq düzgün göstərilməmişdir. Bununla əlaqədar bildirilir ki, işçilərin əməkhaqqı kartlarına texniki səhv nəticəsində vəsait köçürülmüşdür. İddiaçı tərəfindən MDSS hesabatı əməkhaqqı cədvəlinə əsasən tərtib olunmuş və vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən artıq ödənilmiş vəsaitlərə görə gəlir vergisi və sosial ayırmalar hesablanmışdır. Halbuki qeyd olunan vəsaitlər texniki səhv nəticəsində köçürülmüşdür və işçilər tərəfindən müvafiq rəsmiyyətlə həyata keçirilməklə müəssisənin balansına geri qaytarılmağa hazırdır. İddiaçı məsələ ilə əlaqədar vergi orqanına çoxsaylı şifahi və yazılı müraciətlər edərək müvafiq sənədlər təqdim etmiş, izahatlar vermiş, yaranmış uyğunsuzluğun aradan qaldırılmasını tələb etmişdir. Lakin müraciətlərə müsbət cavab verilməmişdir. Bundan başqa, İddiaçı xx.xx.2024-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidməti tərəfindən “riskli vergi ödəyiciləri” siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 iyul tarixli 265 nömrəli Qərarilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası vəşərtləri”nin 4.5.2-ci bəndinə əsasən aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdətutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir. Riskli vergi ödəyicisi siyahısında qaldığı hər gün iddiaçı üçün böyük maliyyə itkilərinə səbəb olmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirir və artıq müflis olma təhlükəsi ilə üzləşir. Bununla əlaqədar vergi orqanına müraciətlər ünvanlanmış, əmtəəsiz əməliyyata münasibətdə 10% maliyyə sanksiyasını tətbiq etməklə Şəxsi hesab vərəqəsində öhdəlik yaradılmasını və həmin məbləğ ödənildikdən sonra riskli vergi ödəyicisi siyahısından çıxarılmağını xahiş etmiş, həmçinin sonraki fəliyyəti boyunca əmtəəsiz əməliyyat hesab oluna biləcək əməliyyatların həyata keçirilməyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh orqan tərəfindən müraciətlərə məhəl qoyulmamışdır. Cəmiyyətin riskli vergi ödəyiciləri siyahısında qalması ciddi maliyyə itkilərinə səbəb olmaqla yanaşı, işgüzar nüfuzuna xələl gətirmiş və müflis olma təhlükəsi yaratmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, uçotbaza məlumatına əsasən iddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2014-cü il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyətinin "SAİR İXTİSASLAŞDİRİLMİŞ TİKİNTİ İŞLƏRİ”ndən ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisinin bank hesabının araşdırılması zamanı xx.xx.2024xx.xx.2024 tarixində faktiki göstəricilərə uyğun olmayan əmək haqqı fondu məbləğləri barədə sənədlər təqdim edilməklə hesablardan 379876 manat vəsaitin məxaric edilməsi müəyyən edilmiş, lakin təqdim edilən 2024-cü il 4-cü rüb muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində həmin məbləğlər azaldılaraq düzgün göstərilməmişdir. Qeyd olunanlarla əlaqədar, "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə" xx.xx.2025-ci il tarixli **********343300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 130243 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********707000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 3040785.22 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 3014471.62 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -26313.6 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə" xx.xx.2025-ci il tarixli **********597400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 18369 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli **********597400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar